Vikipediya Heftenin Yaxsi Meqalesi 39 Hefte 2015 - Wikipedia
İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə — rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir.. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir. Əsər, Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.
3 iyul 1583 və yaxud 16 noyabr 1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakim sülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir. İvan Qroznı emosiyalarını cilovlaya bilməyərək, var gücü ilə öz əsasını oğlu çareviç İvanın gicgahına vurur. Zərbə güclü və dəqiq idi - yazıq şahzadə yerindəcə dünyasını dəyişir. Deyilənlərə görə, İvan Qroznı baş verənlər barədə çox həyəcan keçirirdi, axı bu onun böyük və ən sevimli oğlu idi. İkinci oğlu ölkəni idarə etmək üçün elə əvvəlcədən hazır deyildi. Yeri gəlmişkən, ötən bu andan yəni 450 ildən artıq bir müddət ərzində, hadisə barədə bir neçə maraqlı versiya yaranmışdı. (Davamı...) |