Vikipediya Heftenin Yaxsi Meqalesi 38 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/38._Həftə_2020 - Haqqında Məlumat
Bosniya və Herseqovina kondominiumu — 1878—1908-ci illərdə Avstriya-Macarıstan və Osmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu.
Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu. |