Vikipediya Heftenin Yaxsi Meqalesi 37 Hefte 2021 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/37._Həftə_2021 - Haqqında Məlumat
Müqəddəs Vit kilsəsi — qotik üslublu katolik prixod məbədidir və Çeske Budeyovitse yeparxiyasının Çeski Krumlov prixodunun tabeliyindədir. Kilsə Vltava çayının sahil burnunda, Çeski Krumlov şəhərinin tarixi mərkəzində yerləşir və Krumlov qəsri ilə yanaşı şəhərin iki memarlıq dominantlarından biri sayılır. Kilsə 1992-ci ildən "Çeski Krumlov şəhərinin tarixi mərkəzi" adı altında UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısının tərkibinə daxildi.
Çeski Krumlovun roma-katolik prixodu 1317-ci ildən öncə, Krumlov panlığının varisi və nüfuzlu çex feodalı Rojmberkli I Pyotr (1347-ci ildə vəfat edib) tərəfindən yaradılmışdı. Prixod ilə bağlı ilk sənədli məlumatlar 1329-cu ilə aid edilir. 1309 və 1317-ci illər arasında Rojberkli Pyotr kiçik müqəddəs Vit prixod kostyolunun, onun yanında isə müqəddəs Vatslav kapellasının əsasını qoymuşdu. Krumlov prixodunun inkişafı və şəhər əhalisinin xeyli artması, Rojmberkli Pyotrun ilkin Vit kostyolunun yerində qotik üslubda yeni, daha geniş və möhtəşəm məbədin tikintisinə vadar etdi. (Davamı...) |