Vikipediya Heftenin Yaxsi Meqalesi 35 Hefte 2024 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/35._Həftə_2024 - Haqqında Məlumat
Malazgird döyüşü — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) döyüş baş vermişdir. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətrafında Bizans hakimiyyətinin zəiflənməsində mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır. XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər. Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə məğlubiyyət qərbi və şərqi nizamlı olmayan şəxslərdən toplanılmış döyüşçülərə baha başa gəlmişdir. |