Vikipediya Heftenin Yaxsi Meqalesi 33 Hefte 2023 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/33._Həftə_2023 - Haqqında Məlumat
Rəbi-Rəşidi kompleksi — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı.
Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. |