Vikipediya Heftenin Yaxsi Meqalesi 30 Hefte 2015 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/30._Həftə_2015 - Haqqında Məlumat
[[Şəkil:|left|150px]] Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. |