Vikipediya Heftenin Yaxsi Meqalesi 29 Hefte 2023 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/29._Həftə_2023 - Haqqında Məlumat
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası — 1959-cu ildə baş vermiş eksperimental arxeologiya hadisəsi. Ekspedisiyaya rəhbərlik edən britaniyalı mühəndis Con Hoytun məqsədi İkinci Pun müharibəsi zamanı e.ə. 218-ci ildə Hannibalın əfsanəvi şəkildə Alp dağlarını keçməsini yenidən canlandırmaq olmuşdur. Ekspedisiya üzvləri Turindəki zooparkın verdiyi dişi fil olan Jumbo ilə birlikdə uğurlu bir şəkildə Fransadan Alp dağlarının Kol du Mon Cenis zirvəsi vasitəsiylə İtaliyaya daxil olmuşdurlar.
E.ə. 264 — e.ə. 241-ci illəri əhatə edən Birinci Pun müharibəsindən sonra Karfagen məğlub olsa da, Hamilkar Barka Karfagen üçün İberiya yarımadasında ciddi ölçüdə torpaq qoruya bildi. İkinci müharibənin başlanğıcında, yəni e.ə. 218-ci ildə Hamilkarın oğlu Hannibal çox gümanki 50 min döyüşçüdən və 37 fildən ibarət ordusunu götürərək Hispaniyadan (müasir İspaniya) İtaliyaya yürüşə başladı. |