Vikipediya Heftenin Yaxsi Meqalesi 27 Hefte 2024 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/27._Həftə_2024 - Haqqında Məlumat
Hüseyn bəy Şamlı — (şəkildə Şah İsmayılın 1508 tarixli fərmanlarından birində Hüseyn bəy Şamlının adının çəkildiyi təsvir olunub) Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.
Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran döyüşündə öldürülmüşdür. |