Vikipediya Heftenin Yaxsi Meqalesi 26 Hefte 2016 - Wikipedia
Seylor Yupiter — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox video oyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur. Yaradıcı Naoko Takeuçi sonda personaja Makoto Kino adını vermişdir və onun üçün konsepsiya hazırlamışdır. Lakin personajın ilkin konsepsiyası ilə personajın indiki şəxsiyyəti tamamilə fərqlənir. Naoko personajı əvvəlcə dələduz, siqarətçəkən və sukeban kimi təsvir etmişdi. Seriyanın davamında peyda olan Mamoru Çiba personajı üçün ad seçilərkən Makoto Kinonun adından ilham alınmışdır. |