Vikipediya Heftenin Yaxsi Meqalesi 26 Hefte 2015 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/26._Həftə_2015 - Haqqında Məlumat
Olimpiya məşəli — Olimpiya oyunlarının simvoludur. Öz başlanğıcını Prometey tərəfindən yunan tanrısı Zevsdən məşəlin oğurlaması ilə əlaqədar qədim Yunanıstandan götürdüyü fərz edilir. Məşəl Amsterdamda 1928-ci il Yay Olimpiya Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zamanı Karl Diyem tərəfindən təqdim edilib.
Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır. |