Vikipediya Heftenin Yaxsi Meqalesi 25 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/25._Həftə_2020 - Haqqında Məlumat
Ələkbər Məmmədov — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor, "Şöhrət" ordeni lauretı.
Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında top qovub. O, SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır. |