Vikipediya Heftenin Yaxsi Meqalesi 25 Hefte 2017 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/25._Həftə_2017 - Haqqında Məlumat
Albaniyada holokost — yəhudilər, qaraçılar, slavyanlar və Böyük Albaniyada yaşayan digər azlıqlara qarşı törədilmiş qətlllər və deportasiyalardan ibarət idi, onun əsas təşkilatçıları Almaniya, İtaliya və Albaniya kollaborasionist qüvvələri olmuşdur və bütün hadisələr ölkənin İkinci dünya müharibəsi zamanı italyan və alman işğalı altında olduğu zamanda baş vermişdir. Müharibə boyu təxminən 2000 yəhudi Albaniyada sığınacaq axtarırdılar.
Ölkəni ilk öncə Faşist İtaliyası, sonra Üçüncü Reyx işğal etməsinə baxmayraq, yerli alban əhalisi yəhudi qaçqınların əksəriyyətinə qarşı yaxşı davranırdılar. Albanlar besa kimi tanınan ənənəvi qonaqpərvərlik adətlərinə riayət edərək, yəhudi qaçqınlarını dağ kəndlərində qoruyurdular və onları Adriatik limanlarına çatdırırdılar ki, oradan İtaliyaya qaça bilsinlər. Digər yəhudilər bütün ölkəni əhatə edən müqavimət hərəkatına qoşuldular. Albanların çoxluq təşkil etdiyi Kosovoda yaşayan 500 yəhudi üçün bu sınaq tamam başqa cür oldu, və çoxları müharibədən sağ çıxa bilmədilər. |