Vikipediya Heftenin Yaxsi Meqalesi 24 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/24._Həftə_2020 - Haqqında Məlumat
İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə — Rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir. Əsər, Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.
3 iyul 1583 və yaxud 16 noyabr 1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakim sülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir. |