Vikipediya Heftenin Yaxsi Meqalesi 24 Hefte 2017 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/24._Həftə_2017 - Haqqında Məlumat
Azərbaycan–Portuqaliya münasibətləri — Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr hələ XVI əsrdə başlamış, XVII əsrdən sonra uzun müddət demək olar ki, mövcud olmamış, Sovet dövründə Portuqaliya–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk on ilində zəif inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir.
Səfəvilərin Portuqaliya ilə əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi. Amma Səfəvilər dövlətinin mənafelərinin bilavasitə toqquşduğu Avropa ölkələrindən birincisi də məhz Portuqaliya olmuşdur. Belə ki, 1507-ci ilin oktyabrında Alfonso de Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması, Səfəvilərdən asılı olan və Səfəvi xəzinəsinə illik xərac verən Hörmüz əmirliyinə hücum etdi. |