Vikipediya Heftenin Yaxsi Meqalesi 20 Hefte 2018 - Wikipedia
Moqadişo — Somalinin paytaxtı, ən iri şəhəri və əsas portu, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır.
Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur. Bir müddət sonra, şəhər əş-Şəbab və digər radikal qruplar qruplarının döyüş meydanına çevrilmişdir. 2010-cu ildə yeni hökumətin seçilməsində sonra, əş-Şəbab şəhərdən çıxarılmş və şəhərdə sabitlik olmuşdur. (Davamı...) |