Vikipediya Heftenin Yaxsi Meqalesi 14 Hefte 2023 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/14._Həftə_2023 - Haqqında Məlumat
Qdansk ratuşası — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir. Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir.
Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. |