Vikipediya Heftenin Yaxsi Meqalesi 12 Hefte 2022 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/12._Həftə_2022 - Haqqında Məlumat
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.
Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı. |