Vikipediya Heftenin Secilmis Siyahisi Oktyabr 2017 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.
Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
SSRİ medalları — kommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
[[Şəkil:|left|150px]] Zaha Hadidin əsərlərinin siyahısı — Aşağıdakı siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010-2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür.
2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur. Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Bobbi Çarltonun milli komandada vurduğu qolların siyahısı — Britaniya imperiyası ordeninə layiq görülmüş Bobbi Çarlton 1958-1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur. O, millinin tərkibində 49 dəfə fərqlənməklə, İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Üstəlik o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki, nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür.
Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında, Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı. O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı. O, millidə 31-ci qoluna 1963-cü ildə yekunda 4-0 hesablı qələbə ilə başa çatdırdıqları Uels milli futbol komandasına qarşı matçda imza atmış və bununlada özündən əvvəlki Tom Finni və Net Lofthausa məxsus rekordu təzələyərək İngiltərə millisində ən çox qol vuran futbolçu adına sahib olmuşur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Çarli Çaplinin filmoqrafiyası — İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914-1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.
Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. 1915-ci ildə Çaplin Essanay Film Manufacturing Company, bir ildən sonra isə Mutual Film Corporation şirkətlərilə müqavilə imzalayır. 1918-ci ildə Çaplin əvvəlcə First National studiyasında, daha sonra isə Meri Pikford, Duqlas Ferbenks və Devid Uork Qriffitlə birgə yatadığı United Artists şirkətində şəxsi filmlərini ərsəyə gətirməyə başlayır. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Çaplin kommunizm tərəfdarı olması ittihamı irəli sürülsə də, özü bu məsələni inkar edib. |
bax – müzakirə et – redaktə et – tarixçə