Vikipediya Heftenin Secilmis Siyahisi 2 Hefte 2022 - Wikipedia
Vikipediya:Həftənin_seçilmiş_siyahısı/2._Həftə_2022 - Haqqında Məlumat
Uolt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı — Amerikalı rəssam-multiplikator, kinoprodüser və "The Walt Disney Company" şirkətinin yaradıcısı Uolt Disney öz karyerası ərzində toplam olaraq, iyirmi altı "Oskar" mükafatı əldə edib.
Hazırda "Oskar" mükafatını ən çox qazanmış, həmçinin mükafata ən çox namizəd olmuş şəxs rekordu Disneyə məxsusdur. Disney qazandığı və namizəd olduğu bütün "Oskar" mükafatlarını prodüser qismində əldə edib. Disney özünün birinci "Oskar"ını ("Güllər və ağaclar" filminə görə "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında) və Kinematoqrafiyaya verdiyi töhfələrə görə Akademiyanın xüsusi mükafatını (Mikki Maus personajını yaratdığı üçün) 1932-ci ildə baş tutmuş 5-ci Oskar mükafatı mərasimində əldə edib. |