Vikipediya Heftenin Secilmis Meqalesi 11 Hefte 2015 - Wikipedia
Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/11._Həftə_2015 - Haqqında Məlumat
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsidir. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi.
Ölkədə siyasi hüquqların olmaması, insan haqqlarının tapdalanması və fərqli düşüncənin qəbul edilməməsi əhalinin hakim rejimə qarşı nifrətini artırırdı. Misirdə başlamış iğtişaşaların əsas səbəbi həm də Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı kimi amillərin də böyük rol oynaması qeyd edilir. |