Vikipediya Genclerin Vikipediya Dusergesi 2023 - Wikipedia
Gənclərin Vikipediya düşərgəsi 2023 | |
---|---|
Başlama tarixi | 2 avqust 2023 |
Bitmə tarixi | 6 avqust 2023 |
Əvvəlki | Vikidüşərgə 2022 |
Sonrakı | Gənc vikipediyaçıların qış düşərgəsi 2023 |
Təşkilatçılar | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu |
Vikianbarda əlaqəli mediafayllar |
Gənclərin Vikipediya düşərgəsi 2023 — "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Lənkəran şəhərində keçirilməsi təklif edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Gənc vikipediyaçıların yay düşərgəsi" layihəsi çərçivəsində təşkil edilmiş vikidüşərgə. Vikidüşərgə 2–6 avqust tarixlərində Lənkəran şəhərində keçirilib. Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanmışdır.
Məqsədlər
redaktə- Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi,
- Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və onun fəaliyyəti haqqında Vikipediyada məqalələrin yaradılması;
- Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması;
- Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi istiqamətində təbliğat işlərinin aparılması;
- Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmiz, idman və gənclər siyasəti ilə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsi.
Görüləcək işlər
redaktəVikidüşərgədə 50 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 20-si yeni, 30-u təcrübəli istifadəçilər olacaqdır. Düşərgə müddətində az-vikidə 50 məqalənin yaradılması, Vikianbara 50 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur. Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.
Düşərgənin yeri və şəraiti
redaktəVikidüşərgənin Lənkəran şəhərində yerləşən Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.[1]
Necə iştirak etməli
redaktəDüşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir. Son qeydiyyat tarixi: 27 iyul 2023; 23:59:59.
- Düşərgənin iştirakçıları Təşkilat Komitəsi üzvlərinin qiymətləndirməsi əsasında seçiləcəkdir.
Təşkilat Komitəsi
redaktəDüşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsinin aşağıdakı üzvləri tərəfindən həyata keçiriləcəkdir:
- A.Aida88 (müzakirə • töhfələr • statistikalar) — sədr
- Wertuose (müzakirə • töhfələr • statistikalar)
- Toghrul R (müzakirə • töhfələr • statistikalar)
- Royalityone (müzakirə • töhfələr • statistikalar)
Düşərgənin qrafiki
redaktə1-ci gün (2 avqust, çərşənbə)
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–08:30 | Avtobusa minik | "Gənclik" metrostansiyasının yaxınlığı (Badamlı binasının önü) |
Vaxtında gəlmək xahiş olunur |
08:30–11:30 | Lənkəran Olimpiya İdman Kompleksinə səfər | Bakı–Lənkəran yolu | |
11:30–13:00 | Hoteldə yerləşmə | Lənkəran OİK | İştirakçılar otaqda 3–4–5 nəfər olmaqla yerləşdiriləcək |
13:00–15:00 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–15:30 | Promo məhsulların verilməsi | Resepşn | Düşərgə iştirakçılarının vahid uniformasının paylanması Qeyd: Köynəkləri geyinmək mütləqdir |
16:00–18:00 | Açılış tədbiri | Böyük konfrans zalı | Hamının iştirakı mütləqdir |
Qruplar üzrə bölgü | Peşəkar və yeni istifadəçilərin bir-birlərini tanıması, asudə vaxtdakı oyunlarda birlikdə oynamaq üçün | ||
Qrup fotosu | OİK-in önü | ||
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00-dan sonra | Asudə vaxt |
2-ci gün (3 avqust, cümə axşamı)
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran OİK | Hamının iştirakı mütləqdir. |
09:00–09:45 | Səhər yeməyi | OİK-in restoranı | |
10:00–12:45 | 10:00–11:30 Yeni istifadəçilər üçün Vikipediya təlimi (Profil açma, məqalə yaratma) |
Zal (1) (20 nəfər) | Təlimçilər: A.Aida88, Gunay M.E. |
12:00–12:45 Vikipediyada informasiyanın ötürülməsi: Neytrallıq və etibarlılıq |
Təlimçi: Solavirum | ||
10:00–12:45 Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması |
Zal (2) (30 nəfər) | İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir. Yaradılan məqalələri daxil etmək üçün Etherpad linki. | |
13:00–14:45 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–16:00 | MetaViki təlimi | Böyük konfrans zalı | Təlimçi: Turkmen |
16:00–18:00 | Editaton: "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etmə və yaratma | Böyük konfrans zalı | Peşəkar vikipediyaçıların yeni istifadəçilərə dəstəyi vacibdir. |
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00 | İntellektual oyun | Dəqiqləşdiriləcək | Qalib komandanın üzvlərinə Gənclər və İdman Nazirliyinin mükafatları təqdim ediləcək |
3-cü gün (4 avqust, cümə)
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran OİK: açıq hava | Hamının iştirakı mütləqdir |
09:00–09:45 | Səhər yeməyi | OİK-in restoranı | |
10:00–11:15 | Azərbaycanda vikipediya | Böyük konfrans zalı | Təlimçi: Wertuose |
11:15–11:30 | Fasilə | ||
11:30–13:00 | Yeni istifadəçilər üçün Vikianbar (Wikimedia Commons) təlimi | Zal (1) (20 nəfər) | Təlimçi: Wertuose |
10:00–13:00 | Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması | Zal (2) (30 nəfər) | İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir |
13:00–14:45 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–15:30 | Maarifləndirici seminar: Vikipediya konfransları haqda ümumi məlumat | Böyük konfrans zalı | Məruzəçi: A.Aida88 |
15:30–16:00 | Maarifləndirici seminar: Ensiklopedik əhəmiyyətlilik / Elmmetrik bazalar və təftiş | Böyük konfrans zalı | Məruzəçi: Atakhanli |
16:00–18:00 | Editaton: "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etmə və yaratma. | Zal (1) Zal (2) |
Peşəkar vikipediyaçıların yeni istifadəçilərə dəstəyi vacibdir. |
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00 | Asudə vaxt |
4-cü gün (5 avqust, şənbə)
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran OİK | Hamının iştirakı mütləqdir |
09:00–09:45 | Səhər yeməyi | OİK-in restoranı | |
10:00–11:00 | Vikiverilənlər (Wikidata) təlimi | Böyük konfrans zalı | Təlimçi: Toghrul R |
11:00–12:00 | Vikipediya rəqəmlərdə | Böyük konfrans zalı | Təlimçi: Eminn |
12:00–12:45 | Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması | Böyük konfrans zalı | İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir |
13:00–14:45 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–19:00 | Lənkəranın tarixi-mədəniyyət abidələrinə fotogəzinti | Lənkəran şəhəri | |
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00 | Bağlanış tədbiri (rəsmi hissə) | Böyük konfrans zalı | Sertifikatların və mükafatların təqdimatı |
Bağlanış tədbiri (rəsmi hissə) | Əyləncəli vaxt |
5-ci gün (6 avqust, bazar)
redaktəSaat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran Olimpiya İdman Kompleksi | Hamının iştirakı mütləqdir. Təlimçi: Əlirza Bünyadzadə |
09:00–09:45 | Səhər yeməyi | Lənkəran Olimpiya İdman Kompleksinin restoranı | |
10:00–13:00 | Lənkəran Olimpiya İdman Kompleksindən Bakıya qayıdış | Lənkəran–Bakı yolu |
Qalereya
redaktə-
Nə? Harada? Nə zaman? oyunu
-
Səhər idmanı
Əvvəlki düşərgələr
redaktə-
2017 Yay Vikidüşərgəsinin iştirakçıları
-
2018 Bahar Vikidüşərgəsinin iştirakçıları
-
2019 Yay Vikidüşərgəsinin iştirakçıları
-
Vikidüşərgə 2022-nin iştirakçıları
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Lənkəran Olimpiya İdman Kompleksi". mys.gov.az. İstifadə tarixi: 20 iyul 2023.