Vikipediya Bilirsinizmi 23 Hefte 2017 - Wikipedia
Vikipediya:Bilirsinizmi/23._Həftə_2017 - Haqqında Məlumat
- İrland folklorundakı Banşi (şəkildə) personajı evlərin pəncərəsinin qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur.
- Yaponiyadan sonra ən böyük yapon icması Braziliyada yaşayır. Braziliya yaponlarının sayı 1,6 milyon nəfərə yaxındır və əsasən San-Paulu ştatında cəmləşmişdir.
- Böyük Vətən müharibəsinin başlamasından sonra Volqaboyu və Cənubi Qafqazda yaşayan almanlar Qazaxıstana sürgün edilib. Qazaxıstan almanları sürgün edilən insanların törəmələridir. Təkcə Azərbaycandan 22 min alman sürgün edilib.
- Üçüncü Reyx tərəfindən təklif edilən Madaqaskar planına əsasən yəhudilərin Afrikaya köçürülməsi təklif olunurdu. İldırımsürətli müharibənin uğursuzluqla nəticələnməsi və 1942-ci ildə adanın ingilis-fransız orduları tərəfindən tutulması planın üstündən xətt çəkdi.
- Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlardan məhrum edilmiş kasta dalit adlanır.