Vikipediya Avtotesdiqlenmis Istifadeciler - Wikipedia
Vikipediya:Avtotəsdiqlənmiş_istifadəçilər - Haqqında Məlumat
Bu, məlumat səhifəsidir. Bu, Vikipediyanın siyasətlərindən və qaydalarından biri deyil, əksinə, Vikipediyanın normalarının, adətlərinin, texniki xüsusiyyətlərinin və ya təcrübələrinin bəzi aspektlərini təsvir etmək niyyətindədir. |
Avtotəsdiqlənmiş istifadəçi — Azərbaycanca Vikipediyada ən azı 4 gün əvvəl qeydiyyatdan keçmiş və heç olmasa 10 redaktə etmiş istifadəçilərə avtomatik olaraq verilən status. "Tor" şəbəkəsindən redaktə edənlərə bu statusun avtomatik verilməsi üçün minimum staj 90 gün, redaktə sayı isə ən azı 100 olmalıdır.
Bu statusu alanlar aşağıdakı imkana malikdirlər:
- Qismən mühafizə olunan səhifələri redaktə etmək;
- Xarici keçidləri təsdiq etmədən daxil etmək
Statusun verilməsi üçün müəyyən olunmuş tələblər yalnız Azərbaycanca Vikipediyada üçün keçərlidir. Vikimedia Fondunun ayrı-ayrı layihələrində eyni adla qeydiyyatdan keçmiş istifadəçilərə bu statusun verilməsi üçün staj, eləcə də redaktə sayı fərqli ola bilər və bu baxımdan bu layihələr arasında heç bir əlaqə mövcud deyil.