Vikipediya Ana Sehife Xeberler 31 Hefte 2023 - Wikipedia
Vikipediya:Ana_səhifə:Xəbərlər/31._Həftə_2023 - Haqqında Məlumat
- Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
- Pakistanın keçmiş Baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.
- ABŞ dövlət katibi Entoni Blinken (şəkildə) cümə axşamı BMT Təhlükəsizlik Şurasının qlobal ərzaq təhlükəsizliyi və ona təsir edən münaqişələrə dair yüksək səviyyəli iclasına sədrlik edəcək.
- Polşa prezidentinin xarici siyasət üzrə müşavirinin rəsmi Kiyevin Rusiya ilə müharibədə Varşavanın dəstəyinə daha çox dəyər verməsi barədə mübahisəyə səbəb olan bəyanatından sonra Ukrayna və Polşa bir-birinin səfirlərini geri çağırıb.
- Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının çərşənbə günü bildirdiyinə görə, İran 48 son saat ərzində bəluc azlığının 11 üzvünü narkotik maddə ittihamı ilə edam edib.
- Gürcüstanın Maliyyə Nazirliyi ABŞ istehsalı olan avtomobillərin Rusiya və Belarusa ixrac və təkrar ixracının qadağanını rəsmən təsdiq edib.