Vikipediya Edaletli Istifade - Wikipedia
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Vikipediyanın məqsədlərindən biri azad məzmuna malik ensiklopediya olmaqdır. Azad məzmun dedikdə yenidən yayımlanması, dəyişdirilməsi və digər istifadələr üçün müəllif hüququ məhdudiyyəti olmayan məzmun başa düşülür. Bu kriteriyaya uyğun gəlməyən məzmun azad olmayan məzmundur. Azad olmayan məzmunə müəllif hüquqları tam qorunan məzmun aiddir.
Vikimedia Fondunun lisenziyalaşdırma siyasətinə əsasən Vikimedia layihələrində olan bütün məzmunun azad olması gözlənilir. Lakin istisnalar mövcuddur. Vikianbar istisna olmaqla, yerli layihələrdə azad olmayan məzmundan istifadə barədə doktrina ola bilər. Bu doktrina "ədalətli istifadə" adlandırılır. Azad olmayan məzmundan istifadə minimal olmalıdır və ancaq ehtiyac olduqda (məsələn, qorunan əsəri nümayiş etdirməkdə) yüklənməlidir. Əgər eyni məqsədi yerinə yetirən azad məzmun mövcuddursa, azad olmayan məzmundan istifadə olunmamalıdır. Azad məzmun yaranan kimi azad olmayan məzmun əvəz olunub silinməlidir.
Ədalətli istifadə meyarları
Kriteriyaların şərhi
Azad ekvivalentinin olmaması
Əgər azad olmayan məzmunun azad olmayan ekvivalenti mövcuddursa və ya yaradıla bilərsə, onda azad olmayan məzmundan istifadə oluna bilməz. Test üçün özünüzə bu sualları verin:
- Bu azad olmayan məzmun eyni effekti verəcək azad versiya ilə əvəz oluna bilərmi?
- Azad olmayan məzmundan istifadə etmədən mövzunu tam şəkildə çatdırmaq mümkündürmü?
Əgər bu sualların cavabı "bəli"dirsə, ondan azad olmayan məzmun istifadə olunmamalıdır.
"Azad ekvivalenntinin olmaması" kriteriyasını nəzərə alarkən "daha azad" versiyaları da seçmək lazımdır. Məsələn, bir fotoqraf tərəfindən çəkilmiş və müəllif hüquqları ilə qorunan üçölçülü əsərin şəkli həm fotoqrafın, həm də həmin əsərin müəllifinin müəllif hüquqları ilə qorunur. Bu zaman fotoqraf tərəfindən azad lisenziya ilə yayımlanmış fayldan istifadə etmək, həm fotoqraf, həm də əsər müəllifi tərəfindən azad lisenziya ilə buraxılmayan fayldan istifadə etməkdən daha doğrudur.
Azad olmayan loqoların vektor versiyalarını yükləyərkən müəllif tərəfindən hazırlanmış vektor fayllardan istifadə etmək başqaları tərəfindən icazəsiz hazırlanan vektor fayllardan istifadə etməkdən daha düzgündür. Əgər azad olmayan loqonun vektor versiyasını siz hazırladınızsa, orijinal mənbəni göstərməlisiz.
Əvvəlcədən yayımlanma
Bəzən elə hallar olur ki, müəllif hüquqları ilə qorunan əsər müəllifin yayımlamasından qabaq sızılır. Bu, əsasən xəbərlər və əyləncə ilə bağlı məzmunda baş verir. Hələ də müəllif tərəfindən rəsmi şəkildə buraxılmayan məzmun Vikipediyada istifadə oluna bilməz.
Əlaqəli əhəmiyyətlilik
Əlaqəli əhəmiyyətlilik deyəndə məzmunun əlaqəli mövzu ilə bağlı məqalə üçün nə qədər əhəmiyyətli olduğu başa düşülür. Bu zaman iki şeyi nəzərə almaq lazımdır:
- məzmun məqalədə mənbələrlə əhatə olunmuş şərhin mövzusunu təşkil edirsə.
- məqalədə sözügedən mövzunun görünüşünü, stilini və ya davranışını idenfikasiya edirsə.
Sözügedən mövzunun nə olduğunu aydınlaşdırmaq üçün mövzunun ümumi aspektinin təsviri kifayət edir. Məsələn, musiqi albomlarını, kitabları, jurnalları idenfikasiya etmək üçün təkcə üzlük, pul vahidlərini idenfikasiya etmək üçünsə təkcə onların qabaq və arxa təsvirləri kifayət edir.
Mənbə göstərilmə
Azad olmayan məzmunun mənbəsinin göstərilməsi barədə qəti qayda yoxdur. Lakin istifadəçilərin bunu etməsi tövsiyə olunur. Çünki məzmun mübahisəlidirsə, mənbənin göstərilməsi bu mübahisəni həll edə bilər. Mənbənin birbaşa olmaması faylın silinməsi üçün əsas təşkil etmir, lakin mənbənin müəyyən edilə bilən olması mütləqdir. Mənbənin müəyyən edilə bilən olması dedikdə axtarış aparıldıqda mənbənin asanlıqla tapılması başa düşülür.
Azad olmayan məzmun mütləq müəllif tərəfindən əvvəlcədən yayımlanmış olmalıdır. Buna görə mənbənin göstərilməsi bu kriteriyanın ödənildiyini müəyyənləşdirməyə kömək edir.
- Skan edilmiş şəkillər
- Əsərin adı; səhifənin nömrəsi; müəllifin adı.
- Skrinşotlar və video-kliplər
- Film, serial və ya videonun adı; müəllifin adı; skrinşotun və ya klipin götürüldüyü saat, dəqiqə, saniyə.
- İnternetdən götürülmüş şəkillər
- Dəqiq URL; şəklin götürüldüyü saytın adı; müəllifin adı (saytın adı ilə eynidirsə, vacib deyil).
- Musiqi parçaları
- Albomun adı; sənətçinin adı; parçanın nömrəsi; parçanın aid olduğu dəqiqə, saniyə.
Minimal istifadə
Say
Azad olmayan fayllar mümkün olduğu qədər minimal şəkildə istifadə olunmalıdır. Məsələn, hansısa əsəri idenfikasiya edən azad olmayan fayl ancaq həmin əsər haqqında olan məqalədə istifadə oluna bilər, lakin əsərin müəllifi və nəşrçisi olan məqalədə istifadə oluna bilməz.
Mövzu barədə bir neçə nöqtəyə toxunan bir fayldan istifadə etmək eyni mövzu barədə bir neçə nöqtəyə toxunan bir çox fayldan istifadə etməkdən daha düzgündür. Məsələn, hansısa qrup haqqında ümumi azad olmayan fayl mövcuddursa, qrupun üzvlərinin ayrı-ayrı azad olmayan fayllarından yox, təkcə bu fayldan istifadə etmək lazımdır (hətta hər üzv üçün ayrıca başlıq olsa belə).
Şəklin ölçüsü
Şəklin ölçüsü barədə qəti rəqəm mövcud deyil. Şəkil mövzunu identifikasiya etməyə bəs edəcək şəkildə mümkün qədər kiçik ölçüyə salınmalıdır. Şəkilin daha böyük versiyası istifadə olunmamalıdır.
Şəkilin maksimum ölçüsü 0,1 meqapikseli keçməməlidir. Skrinşotlar üçün ölçü maksimum 320 × 240 və 4:3 nisbətində, üzlüklər üçün isə maksimum 250 × 400 olmalıdır. Şəkili piksellərin sayına uyğun şəkildə miqyaslaşdırmaq üçün bu alətlə yanaşı bu düsturdan istifadə edə bilərsiz:
Nümunələr
Yuxarıdakı bütün kriteriyaları qarşılayan, lakin aşağıdakı heç bir kateqoriyaya uyğun gəlməyən məzmunun istifadə oluna və olunmaması məsələsi materialın mövzusundan və necə istifadə olunmasından asılıdır. Bu nümunələr tam dəqiq deyil və istisnaların mövcud olduğu vəziyyətlər ola bilər. Əgər azad olmayan məzmunun istifadəsi ilə bağlı şübhə varsa, kriteriyalar əsaslanaraq mühakimə aparın, əzbər sözlərə qaçmayın. Bu məsələdə təcrübəli olan istifadəçilərdən kömək istəmək arzuolunandır.
Qəbul edilən istifadə
Aşağıdakı hallar azad olmayan məzmunun qəbul edilən istifadəsinə dair nümunələrdir. Bu məzmundan istifadə qəbul edilən olsa da, istifadə kriteriyalarına uyğun gəlməli və lisenziya ilə verilməlidir.
Mətnlər
Müəllif hüquqları ilə qorunan qısa çıxarışlar hansısa nöqtəni təsvir etmək, məzmuna kömək etmək və ya fikir aid etmək üçün istifadə oluna bilər. Bütün hallarda sitatdan və ya cümlədən sonra istinadın göstərilməsi mütləqdir. Müəllif hüququ ilə qorunan hərfbəhərf mətnlər mütləq dırnaq içərisində və ya digər standart durğu işarələri ilə göstərilməlidir. Sitatda edilən əlavə və ya dəyişikliklər mötərizə içərisində aydın şəkildə göstərilməlidir. Əlavə edilən mətn üçün [], buraxılmış sözlər üçün isə ... qoyulmalıdır. Müəllif hüquqları ilə qorunan mətndən geniş şəkildə istifadə etmək olmaz.
Şəkillər
Sadalanan kriteriyalara uyğun gələn şəkillər Vikipediyada istifadə oluna bilər. Azad şəkillə əvəz oluna bilən istənilən azad olmayan şəkil Vikipediya üçün uyğun deyil. Aşağıdakı hallar azad olmayan şəkillərin qəbul edilən istifadəsinə dair ümumi hallardır:
- Üzlüklər: kitab, film, jurnallar, qəzet, sinql və s. kimi işlərin üzlükləri ancaq sözügedən işin vizual identifikasiyası üçün istifadə oluna bilər.
- Təşkilat və komanda loqoları: identifikasiya üçün.
- Marka və pullar: identifikasiya üçün (üzərindəki təsviri deyil)
- Digər reklam materialları: bilboardlar, posterlər, proqramlar və s.
- Video skrinşotları: sözügedən mövzunun tənqidi şərhi və müzakirəsi üçün (filmlər, televiziya şouları, musiqi videoları)
- Proqram və saytların skrinşotları: tənqidi şərh üçün.
- Rəsmlər və digər təsviri sənətlər: tənqidi şərhlər üçün. Hansısa məktəbi və ya texnikanı təsvir edən əsərlər də daxildir.
- İkonik statuslu və ya tarixi əhəmiyyətli şəkillər:
- Məqalədə mənbəli şərhin mövzusu olan ikonik və tarixi şəkillərin istifadəsi ədalətli istifadə sayılır.
- Əgər ikonik və tarixi şəkil mənbəli şərhin mövzusunu təşkil etmədiyi halda hansısa tarixi hadisəni təsvir edirsə, lakin ədalətli istifadə kriteriyalarının bütün şərtlərini ödəyirsə, ədalətli istifadə sayıla bilər. Bu halda, xüsusilə, əhəmiyyətlilik, bazar maraqlarının qorunması və alternativinin olmaması şərtlərinin ödənməsi vacibdir.
- Şərh mövzusu təşkil edən şəkillər.
- Ayrıca məqaləsi olan, vəfat etmiş şəxslərin şəkilləri: bu zaman şəkilin azad versiya ilə əvəz oluna bilinməyəcəyindən əmin olmaq lazımdır. Qeyd etmək lazımdır ki, əgər şəkil hansısa fotoagentliyə məxsusdursa, şərh mövzusu təşkil etmirsə, ədalətli istifadə sayıla bilməz.
Qəbul edilməyən istifadə
Şəkillər
- Hələ də həyatda olan şəxslər, qruplar, eləcə də, salamat olan tikililərin şəkilləri. Bu ünsurlər hələ də mövcud olduğu üçün azad şəkillərinin yaradılması ehtimalı yüksəkdir və əvəz oluna bilməyən kriteriyasını ödəmirlər.
- Bağlanmış və dağılmış qruplar, eləcə də, təqaüdə çıxmış fərdlər üçün məqalələrdə əhəmiyyətli hissələr üçün onların ilkin vizual görünüşü vacib rol oynadığı üçün yeni şəkillər eyni məqsədi qarşılamamaya bilər. Buna halda yüklənilən şəkli ədalətli istifadə sayıla bilər.
- Salamat olan tikililər üçün azad fayl götürülərkən fotoqraf yerli mülki və özəl qanunlarla bağlı olan məhdudiyyətləri nəzərə almalıdır. Məsələn, özəl mülk hesab edilən, girişinə icazə verilməyən strukturların azad şəkilləri istifadə oluna bilməz.
- Diskoqrafiya məqalələrində istifadə olunan albom üzlüyü.
- Hansısa posterdən götürülmüş və qızılgüllər haqqında məqalədə istifadə olunan qızılgül təsviri.
- Hansısa atlasdan götürülmüş və skan edilmiş xəritə. Əgər xəritənin özü məqalədə şərh mövzusudursa, istifadə oluna bilər. Məsələn, əgər mübahisəli ərazinin mübahisəli xəritəsi haqqında olan hissə üçün.
- Müharibəni təsvir edən və müharibə haqqında məqalədə istifadə olunan şəkil. Şəklin özü şərh mövzusudursa, istifadəsi qəbul edilir.
- Fotoagentliklərinə və mətbuat agentliklərinə məxsus olan şəkillər. Şəklin özü şərh mövzusu təşkil edirsə, istifadə oluna bilər.
- Berri Bonds məqaləsi üçün istifadə olunan Berri Bonds beyzbol kartlarının təsvirləri. Əgər kartların özü üçün ayrıca məqalə varsa, həin məqalədə istifadə oluna bilər.
- Hansısa şəxsin məqaləsində şəxsi təsvir etmək üçün yüklənilən jurnal və ya kitab üzlüyü.
- Məlum və ya təsdiqlənə bilən mənbəsi olmayan şəkillər. Bu, tarixi şəkillərə aid deyil, çünki çox vaxt həmin şəkillər ikinci dərəcəli mənbələrlə təsdiqlənə bilirlər.
- Cədvəl və ya qrafik şəkli. Çünki başqa proqramlarla yaradıla bilərlər.
- Yüksək keyfiyyətli kommersiya şəkli. Bu şəkil müəllif sahibinin işinə görə qazanc götürməsinə mane ola bilər.