Vikipediya Idareciler Arxiv3 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Mündəricat
- 1 İdarəçiyə etimad göstərilməsi ilə bağlı səsvermə
- 2 Gözləyirəm...
- 3 ƏDALƏT
- 4 Vikimaniya ilə bağlı sənədlər
- 5 Sistem lazımdır
- 6 Cekli məsələsi
- 7 Xoş arzular
- 8 Şərh
- 9 Təşəkkür
- 10 Traffik
- 11 bəlki səsimi dəyişdim
- 12 Səslərin hesablanması və yekun nəticə
- 13 Yeni ilə saxtakarlıqla başlamayın!
- 14 Yekunlaşdırma
İdarəçiyə etimad göstərilməsi ilə bağlı səsvermə
İdarəçi Cekli829-a etimad göstərilməsi ilə bağlı səsvermə
Səsvermə 22 dekabr 2010 - 03 yanvar 2011 tarixləri arasında keçirilir
İdarəçi məsuliyyəti...
- 2011-ci ildə də Cekli829 ilə?
- Azərbaycandilli Vikipediyada Cekli829-un, yəni mənim 1 illik məsuliyyətli idarəçi fəaliyyətimin başa çatması ilə bağlı
- HESABAT
Əziz və hörmətli vikipediyaçılar,
başa çatmaqda olan 2010-cu il Azərbaycandilli Vikipediya üçün kifayət qədər uğurlu olduğu kimi, mənim üçün də xeyli əlamətdar olmuşdur. Ötən ilin sonunda — 22 dekabr 2009-cu ildə başlanmış və 3 yanvar 2010-cu il tarixində yekunlaşmış səsvermənin nəticələrinə əsasən idarəçi seçildim. Bir daha həmin səsvermədə iştirak edərək lehimə səs vermiş istifadəçilərə (Sortilegus, Eмϊn, Wertuose, Vüsal Ağayev, Sefer azeri, TimBitsتِمبِتس, Melikov Memmed, Elməddin Hacıyev, Ira, Reality006, Axan.bulut, Vago, Zergeroglu, Türk oğlan) dərin minnətdarlığımı bildirirəm.
Qarşıdan gələn yeni 2011-ci ilin ilk günlərində — 3 yanvar tarixində idarəçi seçilməyimin 1 ili tamam olur. Bu münasibətlə qarşıdakı 10 günün fəaliyyətimə o qədər də ciddi təsir etməyəcəyini və eyni zamanda bəzi istifadəçilərin müxtəlif vaxtlarda fəaliyyətimə etiraz etdiklərini nəzərə alaraq şəxsimlə bağlı etimad səsverməsinin keçirilməsini vacib hesab edirəm.
Etiraf edim ki, müxtəlif vaxtlarda idarəçilik fəaliyyətimdə müəyyən qüsurlar baş vermişdir. Fəaliyyətimdən irəli gələn bütün bu qüsurların əsas səbəbi isə şəraitə uyğun hərəkət etməyim olmuşdur. Zaman və məkan amillərinin təsirlərindən qaynaqlanan həmin səhvlərimi həmin müvafiq dövrlər üçün doğru hesab edirəm və mənə qarşı bəzi istifadəçilər tərəfindən barəmdə səsləndirilmiş administrativ ittihamlarla qətiyyən razılaşmıram. Və eyni zamanda hesab edirəm ki, bu 1 il ərzində mənə göstərilmiş etimadı da az da olsa lazımlı səviyyədə doğrulda bilmişəm. Əgər qarşıdakı müəyyən müddət ərzində də mənə etimad göstərsəniz və lehimə səs verərək idarəçi kimi qalmağıma etiraz etməsəniz, əmin ola bilərsiniz ki, sahib olduğum təcrübəmdən istifadə edərək imkan daxilində daha mükəmməl fəaliyyət göstərəcəyəm. Bu məqsədlə Sizləri 22 dekabr 2010-cu il tarixindən 3 yanvar 2011-ci il tarixinə qədər Vikipediya:İdarəçilər səhifəsində Vikipediyanın Səsvermə prinsipinə əsasən mənə etimad göstərmək üçün səs verməyə dəvət edirəm! Vikipediyanın Səsvermə prinsipinə əsasən mənim lehimə səs verəcək hər bir istifadəçiyə öncədən dərin minnətdarlığımı bildirirəm. Lehimə səs verməyəcək hər bir istifadəçinin səsinə isə hörmətlə yanaşacaq və onları anlamağa çalışacağam.
Amma son olaraq daha bir etiraf edim ki, idarəçi statusundan məhrum olunmağım mənə həqiqətən ciddi mənəvi zərbə olacaq. Və bu amil istifadəçi fəaliyyətimdə də heç şübhəsiz ki, özünü biruzə verəcək. Bu səbəbdən Azərbaycandilli Vikipediyada fəaliyyətimin zəiflənməsini müşahidə etmək çətin olmayacaq. Lakin çalışacağam ki, ən azından hazırda 842-ci pillədə olduğum VikiMedia Fondu üzrə redaktəçilər siyahısında minimum 1000-likdə mövqeyimi qoruyub saxlayım. Çünki o siyahıda az.wikipedia.org təmsilçilərini gördükdə çox məmnun oluram. İstənilən halda səsvermənin nəticələrinə hörmətlə yanaşacağam.
Hər kəsə uğurlar arzu edərək, qarşıdan gələn yeni il bayramı münasibəti ilə də Sizləri təbrik edirəm!
- Səs ver!
- O səsi mənə ver!
Dərin hörmət və ehtiramla, imza: Özüm! Hələ qurtarmayıb sözüm (fəal fəaliyyətim)! --Cekli829 13:00, 22 dekabr 2010 (Cek vaxtı ilə)
- --Sortilegus 10:03, 22 dekabr 2010 (UTC)
- --MrArifnajafov 10:05, 22 dekabr 2010 (UTC)
- --Melikov Memmed⇒email 10:10, 22 dekabr 2010 (UTC)
- --Vugar 1981 10:20, 22 dekabr 2010 (UTC)
- --Reality 11:15, 22 dekabr 2010 (UTC)
- --Acategory 16:07, 22 dekabr 2010 (UTC)
- --Vüsal Ağayev 07:36, 23 dekabr 2010 (UTC)
- --Elməddin Hacıyev 05:45, 24 dekabr 2010 (UTC)
- --Kmoksy 10:09, 25 dekabr 2010 (UTC)
- --Babək Akifoğlu 15:28, 25 dekabr 2010 (UTC)
- --Vago 18:27, 25 dekabr 2010 (UTC)
- --Bakuemil 04:39, 26 dekabr 2010 (UTC)
- --TimBitsتِمبِتس 07:36, 26 dekabr 2010 (UTC) (Suallarıma cavabı isə hələ də gözləməkdəyəm)
- --Zertgeroglu 15:22, 26 dekabr 2010 (UTC)
- --Wertuose 20:20, 26 dekabr 2010 (UTC)
- --Rezo 10:10, 27 dekabr 2010 (UTC)
- --Gunel Mustafayeva 15:25, 27 dekabr 2010
- --
Paşa Əzizoğlu 12:04, 27 dekabr 2010 (UTC) - --Kinqmart 09:40, 30 dekabr 2010 (UTC)
- --Natura rerum 08:23, 31 dekabr 2010 (UTC)
- --Sultan11 18:19, 2 yanvar 2011 (UTC)
- --Tar 88 06:32, 3 yanvar 2011 (UTC)
- --Cek Li Taran 09:27, 3 yanvar 2011 (UTC)
- --Proger danış 10:52, 22 dekabr 2010 (UTC)
- -- Pərviz 13:37, 22 dekabr 2010 (UTC)
- --RamireZ 19:37, 22 dekabr 2010 (UTC)
- --E-citizen 05:47, 23 dekabr 2010 (UTC)
- --sefer 22:31, 23 dekabr 2010 (UTC)
- --Irada 02:04, 26 dekabr 2010 (UTC) (İdarəçi statusu redaktələrin sayına görə verilmir)
- --Eмϊn >> 07:56, 26 dekabr 2010 (UTC)
--Earth --Earth Defender 06:02, 27 dekabr 2010 (UTC)--Ayan 68 11:34, 27 dekabr 2010 (UTC)- --J vekilov 07:45, 28 dekabr 2010 (UTC)
- --Robert Langdon 19:54, 2 yanvar 2011 (UTC)
- --Gulustan 15:58, 24 dekabr 2010 (UTC)
- --Rzalı 16:20, 27 dekabr 2010 (UTC)
- --Amon-Ra999 07:15, 29 dekabr 2010 (UTC) (həmişə neytral olmuşam, amma bu dəfə müzarikəni oxuyub bəlki səsimi dəyişdim)
- --Şahzadə 14:30, 30 dekabr 2010 (UTC)
Şərhlər
Bu addım alqışlanır. Ümumiyyətlə, idarəçilərin öz təşəbbüsləri ilə 2-3 ildən bir belə etimad səsvermələri təşkil etmələri yaxşı olardı.--Sortilegus 10:05, 22 dekabr 2010 (UTC)
İlk növbədə onu bildirmək istəyirəm ki, idarəçilik və idarə etmək konkret olaraq kateqoriya yaratmaq, məqalə yaratmaq demək deyil. Burada sırf inzibatçılıq bacarığı götürülür. İdarəçi məsələlərə tərəfsiz, obyektiv yanaşmalı, hər nə ideologiya və ictimai/siyasi və hətta sosial baxışların daşıyıcısı olmasına baxmayaraq hər tərəfin bərabər təmsil olunmasına yardım edib, şərait yaratmalıdır. Bunu bacarmalıdır. Özbaşına dəfələrlə (!) redaktələr etməməli, bu cür böyük dəyişiklikləri etmək üçün məsləhətləşməli, Vikipediyanı öz şəxsi saytı saymamalıdır ki, sonra da bir neçə dəqiqə ərzində bütün etdikləri dəyişikliklər sorğu və sərt reaksiya nəticəsində geri, defolt vəziyyətə qaytarılsın. Mənim bayrağımı öz zövqü belə xoşlayır deyə məsləhətsiz Ana səhifənin sol tərəfinə, yazıların altına (bayrağa təhqir sayıram) salmamalı, Yeni il tablosunu yenə də özbaşına məsləhətləşmə aparmadan Ana Səhifəyə yerləşdirməməlidir. Bu cür hərəkətlərin dəfələrlə təkrarlanması ya prinsipial qarşı baxışlardır ya da vikipediyanı şəxsi saytı kimi saymaqdır. İstənilən halda bu özbaşınalıqdır. Başqa adı yoxdur. Müqayisə üçün deyim ki, biz adi "Görüş səhifəsini" yaradanadək yarım ay məsləhətləşdik. Cekli829 isə Ana Səhifəni iki dəqiqəyə öz zövqünə uyğun dəyişir və hələ bir mübahisə də edir ki, yaxşı edirəm. Buna nə ad vermək olar? Ancaq məsələlər təkcə bununla bitmir. Mən düşünürdüm ki, adı çəkilən idarəçiyə inzibati xəbərdarlıqlar olduqdan sonra o özünü yığacaq, işə daha məsuliyyətli yanaşacaqdır. Lakin yanılmışam. Belə ki, dünən Cekli829 Azərbaycan Vikipediaysını META və orada olan idarəçilər qarşısında əməllicə biyabır edib. Bunu mənə deyəndə yer aralandı və mən kompyuterim ilə girdim yerin içinə. Konkret və qısa olaraq qeyd edim ki, Cekli829 əsassız olaraq AzVikidə "Vikimedia Azərbaycan" yaratmış, yaranma tarixini 18 dekabr qoymuş və bunun arxasınca dərhal META-da "Vikimedia Azərbaycan"-ı ümumi siyahı və şablonlara daxil edib, səhifələr yaratmışdır. İlk növbədə onu qeyd edim ki, hər istəyən şəxs "Vikimedia" adından istifadə edib elə-belə nəsə təşkilat yarada bilməz. Hüquqi işlər bir yana, bu təşkilat hələ gərək olduqca ciddi adamların olduğu şuranın (Uels da oradadır) təsdiqini ala. Ancaq məsələ nədədir? Cekli829 nəinki dezinformasiyaya yayaraq olmayan təşkilatın (!) məqaləsini yaratmış, ora yalnız konsensusa gəlinən tarix qoymuş (18 dekabr), hələ üstəlik META-da əlavələr edək Azərbaycan Vikipediayasını, yəni bizləri dostlar biyabır etmişdir. Nəyə görə biyabır? Ona görə ki, Cekli829 son istifadəçi deyil. O, Azərbaycanca Vikipediaysının idarəçisidir! O, bu cür işlərə həssas yanaşmalı və öz hərəkətlərinə cavabdeh olmalıdır. Və ən əsası bu prosesləri bir idarəçi olaraq bilməlidir! Bilmirsə heç olmasa öyrənsin! Amma yox... Qeyd edim ki, META-da bu işə nəzarət edən idarəçilərdən şəxsən mənə ünvalanan yerə girinən sözlərdən biri idarəçimizə və bizim vikiyə ünvanlanan "klounada" sözüdür. İdarəçimizin bu cür özbaşına işin META səviyyəsində görməsi, işlərdən bixəbərliyi və ən əsası bizim necə idarəçiyə sahib olmağımız idi bu sözlərin qaynağı. Bunun qarşısını almaq üçün mən AzVikidəki məqalənin "müzakirə" səhifəsində bu cür məqalənin düz olmadığını, dezinformasiya yaydığını və ən əsası qanunsuz olduğunu (bu cür təşkilat yoxdur. İnzibati cinayətdir) yazdım və sil şablonunu yerləşdirdim. Əvəzində Cekli829 məqaləyə mühafizə qoydu və qətiyyən silməyəcəyini bildirdi :). Nəhayət bürokratın işə müdaxiləsi nəticəsində AzVikidəki məqalə silinmiş, META-da isə mənim fəaliyyətim ilə səhifələr itirilmişdir. Qeyd edim ki, metada etdiyi işi indiyə kimi təmizləyə bilməmişik. Bunun üçün birbaşa bürokratın müvafiq səhifədə müraciəti lazımdır. Hörmətli həmkarımıza bu səhifəni bu gün yollayacam.
Nəticə? Cekli829 öz inzibati hüquqlarından sui-istifadə etmiş, özbaşına hərəkətlər etmiş və dəfələrlə bu cür hərəkətlərin edilməməsi xahişinə fikir verməmişdir. Səhvlər bir qırağa bu səhvləri tanımamağı, onun qeyri-obyektiv olduğunu sübut edir və idarəçi olmağa layiq olmadığını ortaya çıxarır. Son olaraq o bizi META-da "layiqli" təmsil etmiş və AzVikiyə "kloun" titulunu qazandırmışdır. Bir idarəçi bu qədər səhv mi buraxar? Təəsüf edirəm. Ancaq mən başqa idarəçilik gözləyirdim. Əksi oldu. O üzdən qarşı! --Proger danış 10:52, 22 dekabr 2010 (UTC)
- Progerin yazdıqları ilə tamamilə razıyam. Məsələni xırdalığına kimi yazdığı üçün təşəkkür edirəm. Yuxarıda qeyd olunan özbaşınalıqlar, şəxsi sayt kimi rəftar, mövcud olmayan "Vimediya Azərbaycan" adında dezinformasiya ilə AzVikini biyabrçı vəziyyətə qoyması və bütün bunları səhvi kimi başa düşməməsi AzVikinin idarəçisinə qətiyyən yaraşmır. Çox dəhşətli haldır. Bütün bunlara görə QARŞI.-- Pərviz 13:40, 22 dekabr 2010 (UTC)
Səs verən istifadəçilərdən xahiş edirəm məsələni xırdalayıb səs versinlər. Doğru yanlış olunmasına diqqətlə fikir verilsin.-- Pərviz 13:42, 22 dekabr 2010 (UTC)
Hörmətli Pərviz. Siz elə hesab edirsiniz ki, bizim məsələləri xırdalamaq, müqayisə etmək, nəticə çıxarmaq bacarığımız yoxdur? Sizin yuxarıdakı sözləriniz isə yalnız təzyiq mənası daşıyır.--Vugar 1981 13:45, 22 dekabr 2010 (UTC)
Bütün məsələlərdə bu cür prisipallıq göstərəcəyinizə ümid bəsləyirəm.--Vugar 1981 13:47, 22 dekabr 2010 (UTC)
- Bir məsələ də var ki, heç nəyi oxumadan, araşdırmadan səs də verə bilərlər. Mən də xahiş edirəm ki, araşdırıb səs versinlər. Mənim yazdıqlarımda təziq necə ola bilər ki? Kim nəyi düz bilirsə ona da səs verəcək.-- Pərviz 14:12, 22 dekabr 2010 (UTC)
Məsələni birbaşa demək lazımdır hörmətli Pərviz. "Mən istəyirəm ki, Ceklinin əleyhinə səs versinlər". Sizin yazdıqlarınız ancaq bu mənaya gəlir. Bir də Cekli son bir ildə ən aktiv fəaliyyət göstərən İKİ istifadəçidən biridir. Dünənki məsələni nəzərə alanda, bunu da nəzərə alın.--Vugar 1981 14:16, 22 dekabr 2010 (UTC)
- Birincisi, yuxarıda "Mən istəyirəm ki, Ceklinin əleyhinə səs versinlər" mənasında şərh yazmamışam. Mənim şərhimin mənası onu ifadə etmir ki, mən istəyirəm deyə Siz səsinizi qarşıya verin. Bu hamının öz işidir. Elə məsələnin araşdırılması da. İkincisi də, aktiv istifadəçi olmaq o demək deyil ki, Vikipediyanın qaydalarını kobud şəkildə dəfələrlə poza bilər. Kim olur olsun, etdiyi hərəkətlərə cavab verməlidi. Hələ etdiyi işləri səhv kimi başa düşməyənləri mütləq! Bu bilirsinizmi nə mənaya gəlir? Yəni, bunlar yenə təkrarlana bilər və "mən səhv etmirəm" kimi fikirləşə bilər. Səhvini başa düşməyən heç kimdən gələcəkdə yaxşı nəticə gözləmək olmaz. Hörmətlə:-- Pərviz 14:54, 22 dekabr 2010 (UTC)
- Məsələni soyuq başla və ədalətlə həll edilməsinin tərəfdarıyam. İlk növbədə dostumuz Ceklinin etməyə borclu olmasa da, etimad səsverməsinə getməsi cəsarətli və demokratik addım kimi qiymətləndirilməlidir. Cekliyə qiymət verərkən isə onun fəaliyyətinə hərtərəfli qiymət vermək lazımdır. O bu gün tək Azərbaycan Vikipediyasının deyil, ümumilikdə Vikipediyanın fəal istifadəçilərindən biridir. Bu gün onun ilk minlikdə 842-ci yer tutması tək onun deyil, hamımızın uğuru sayıla bilər. Yoldaş kimi də o həm virtual yazışmada, həm də vikigörüşlərdə özünü səmimi və dost kimi göstərə bilir. Bu gün onun fəaliyyətində səHv yox, uğur axtarmaq lazımdır. Çünki, o cavandır, idarəçilik qaydalarını addım-addım öyrənməyə çalışır. Bir səhvi olanda , on da müvəffəqiyyəti olur. Hər gün vikipdiyada idarəçilikdən daha çox redaktorluqla məşgul olur. Əgər Progerin ona iradları varsa, qoy bu məsələ meydanda deyil, Cekli və özünün də iştirakı ilə idarəçilərin kiçik dairəli görüşlərində müzakirə edilsin. Hər çeyi götür-qoy etdikdə Ceklinin bir idarəçi kimi vikipediyamıza gərəkliliyi qənaətinə gəlmək olar. İnanın ki, Cekli bu səsvermədən sonra daha təmkinli, daha ağır, daha müdrük olacaq. Dostlarımızı itrməyək, əksinə çoxaldaq. Dostumuz Progeri fikirlərini kiçik idarəçi görüşündə müzakirə etməyə çağırıram.--Acategory 16:05, 22 dekabr 2010 (UTC)
Lətifəsi bizdən uzaq!
Bir gün İsa peyğəmbər və həvariləri yol gedərkən qarşılarına bir çürümüş it leşi çıxır. Həvarilərin hər biri burnunu tutub üzünü bir tərəfə çevirir, İsa əleyhissəlam isə itə tamaşa edərək deyir: "Onun nə gözəl dişləri var!" :) --Vago 15:44, 22 dekabr 2010 (UTC)
- Kimin kimi dəstəkləməsi sərbəstdir. Bu barədə mübahisə açmağa ehtiyac yoxdur. Onu deyə bilərəm ki, seçilən şəxsin görmüş olduğu işlərin üstünə bir -iki səhvinin kölgəsini salmaq yersizdir.
- Kimin kimi dəstəkləməsi sərbəstdir. Bu barədə mübahisə açmağa ehtiyac yoxdur. Onu deyə bilərəm ki, seçilən şəxsin görmüş olduğu işlərin üstünə bir -iki səhvinin kölgəsini salmaq yersizdir.
P.S. Bəzi dostlarımızın dilindən meta düşmür. Bu boşboğaz metanın nəyə qadir olduğunu biz artıq gördük. Kloun metanın özüdür ki sözünü ermənilər heç it yerinə də qoymurlar. Hər kəs bir xeyirli iş görmək istəyirsə meta qarşısında yox öş vicdanı qarşısında məsuliyyət daşımalıdır.--MrArifnajafov 16:27, 22 dekabr 2010 (UTC)
Birincisi mən bir çoxlarından fərqli olaraq öz seçimimi əsaslı olaraq açıqladım, izah etdim və göstərdim ki, bir idarəçi dörd dəfə (!) eyni səhv hərəkəti edib, sonra ondan yapışıb özünü yenə düz çıxarmağa çalışması - öz səhvini qəbul etməməyi bu kəsin qətiyyən idarəçilik prinsiplərinə uymaması deməkdir. İkincisi mən yuxarıdakı ilk cümləmdə də bildirmişəm və yenə bildirirəm ki, idarəçi statusu olmaq məqalə və kateqoriya yaratmaqla ölçülmür. Əvəz olunmaz insan yoxdur. Üçüncüsü META olmasaydı bu gün heç AzViki olmazdı. Təəsüf ki, ingiliscəm yaxşı deyil. Yoxsa işin necə aparılmasını göstərərdim. Kimin kloun olması göz qabağındadır cənablar. Və nəhayət hörmətli Acategory-ə müraciət edib demək istəyirəm ki, mən sonuncu görüşdə də DƏFƏLƏRLƏ, bəli dəfələrlə lənət şeytana Cekliyə bildirdim ki, bu cür işlər etmək olmaz! Eyni ilə elə o qədər təklif etdim ki, inzibatçı fəaliyyəti sistematikləşsin. Yəni texniki işlərə bir idarəçilər, layihə işlərinə o birilər bir-başa nəzarət etsinlər. Bu cür əmək bölgüsü olsaydı bu gün belə özbaşınalıq olmazdı. Və görürük ki, eyni hal yenə təkrarlanır. Yuxarıda yazdıqlarıma biganə yanaşmaq, bunları nəzərə almamaq, bu qədər biyabırçılığa göz yunmaq... Bilirsiniz mi, bağışlamaq olardı. Əgər bu adam rəsmən çıxış edib, üzr istəsəydi, bizi yəni AzVikini pis vəziyyətə qoyduğunu anladığını deyib, bir daha bu cür işlərə məsləhətsiz əl atmayacağını desəydi fikrim başqa cürə olardı. Başa düşərdik ki, bu adam daha belə etməyəcək və bir idarəçi kimi elə kateqoriya yaradıb AzVikiyə "sonsuz", "hədsiz" və "əvəzedilməz" töhfə verəcək, cəhənnəm. Ancaq yenə də eyni hərəkət etmək... Bu nə deməkdir lənət şeytana? Öz gözündə nəhəng ağacın olduğunu görməyib, META-da çöp görmək təəsüf doğurur. Gəmidə oturub, gəmiçi ilə mübahisə edirik. Təəsüf. --Proger danış 17:21, 22 dekabr 2010 (UTC)
- Səsləndirilən iradlar ciddidir. Etimad səsi almaq istəyən və bunun üçün səsvermə açan bir idarəçi kimi Ceklinin bunlara ətraflı şəkildə münasibət bildirməsini görmək istərdim. Şəxsən mənim etimadım müsbətdir amma bu yöndə rəy bildirmədən əvvəl yuxarıdakı tənqidlərə necə yanaşdığını da bilmək vacibdir. Çünki fikrimcə bu tənqidlər heç də haqsız və ya əsassız deyil. Əgər idarəçi bunlardan nəticə çıxarıb fəaliyyətində lazımi dəyişikliklər aparacaqsa onun fəaliyyətini davam etdirməsinə bir vikipediyaçı kimi rəyim müsbətdir. Neçə müddətdir apardığı fəaliyyətə görə az-çox tanıdığım üçün elə belə də olacağını təxmin edirəm. --TimBitsتِمبِتس 18:11, 22 dekabr 2010 (UTC)
- Düzü bu qədər əziyyətimizdən sonra içimizdən biri tərəfindən atılmış düşünülməmiş addımın Azvikiyə, dolayısıyla onun istifadəçi və idarəçiləri olan bizlərə "kloun" adının yaraşdırılmasına gətirib çıxarması məni çox əsəbləşdirdi. Bayaqdan kobud söz yazmamaq üçün əlli dəfə cümlələri düzəldirəm. Vugar 1981 yazdıqlarına isə nə ad verilməsi gərəkdiyini bilmirəm. Hamının gözü qarşısında Pərvizin sözlərini təhrif edərək konfliktə sürükləyir. Acategorynin dediyi kimi o zaman səhvləri buraxıb uğurlarla qürrələnmək olar ki, səhvlər lokal xarakter daşısın. Daha beynəlxalq səviyyəyə çatıb, bizi biabır eləməsin. İndiyə kimi bir çox istifadəçilər dəfələrlə Ceklinin hərəkətlərinə irad tutmuşdular, lakin bu səviyyədə qarşı çıxılması olmamışdı. Çünki, indiyə kimi etdiyi səhvlər yalnız axviki ilə məhdudlaşırdı. Sonuncu addımı isə düşünürəm ki, kasanı daşıran son damla olmuşdur. Nəticə istifadəçilərin haqlı etimadsızlığıdır ki, bu gün də bunun şahidi oluruq. Üstəlik Ceklinin etdiklərinə haqq qazandırmağa çalışması və səhvini boynuna almaması...Nə bilim, adam deməyə söz də tapmır...--sefer 23:18, 22 dekabr 2010 (UTC)
Əvvəlcə səsimə lehinə vermişdim "səhv"-lərin az viki çərçivəsində olmasını düşnərək daha sonra isə beynəlxalq bir mərhələyə keçməyini və ümumi Az Vikinin "klounada" adlandırılmasını oxuyandan sonra fikirimi tam deyişdim.Hər-halda Ceklinin özünün bu haqda nə yazacağını gözləyirəm hələlik-isə səsim əlehinə olacaq.Hörmətlə --RamireZ 19:37, 22 dekabr 2010 (UTC)
Heç kim məni kimisə konfliktə dartdığımı iddia edə bilməz. Üstəlik, bu kiminsə 1 illik təkrar edirəm 1 illik (1 günlük yox) fəaliyyətinə verilən qiymətdir. Xatırladıram ki, yalnız heç nə etməyənlər səhv etmirlər. Mən də özüm hesab edirəm ki, Ceklinin Azvikiyə verdiyi xeyir əvəzolunmazdır. Deməyə söz tapmayan Səfərə isə xatırladıram ki, aramızda baş verən münaqişəyə diqqət ayırsa yaxşı olar. Yoxsa kiməsə nəsə ad vermək ayrı məsələdi. Mən Pərvizin sözlərini təhrif etməmişəm. Onun buradakı şərhi isə mən dediyim mənaya gəlirdi. --Vugar 1981 05:15, 23 dekabr 2010 (UTC)
Əziz dostlar. Ceklinin bu il bir neçə konfliktlərə mənbe olmasına göz yuma bildim (özüm burdan uzaqlaşmaqla) lakin bizim hamımızı özünün timsalında vikimaniyada kloun adlandırılmasına dözə bilmirəm. Əgər kim idarəçidirsə bu o demək deyil ki, harda nə istəsə deyə bilər. İlk növbədə viki cəmiyyətə hörmət göstərilməlidir. Bir istifadəçi kimi mən bu il onun kuklalarından bir neçəsinin adını çəkmişdim (4 kuklası var) və onlardan Aygün və Aytən adlı kuklalar idarəçinin biri tərəfindən silindi. Lakin onun qızının adına açdığı İstifadəçi:Cekli8X9 [1] nin (əli klavyaturaya toxuna bilər lakin redaktə edə bilməz) və öz ad soyadı ilə açdığı İstifadəçi:Tərxan Paşazadə istifadəçilərin fəaliyyətinə niyə son verilmədi. Onda bütün idarəçilər və istifadəçilər evdə olan uşaqlarının və s. adına bir istifadəçi açsın və özü fəaliyyət göstərsin. Bu nəqədər idarəçiyə yaraşan pozuntudur. Hörmətlə:--E-citizen 06:04, 23 dekabr 2010 (UTC)
Münasibətim...
İlk əvvəl bu ana qədər mənə etimad göstərmiş hər kəsə şəxsən minnətdarlığımı bildirirəm. Hörmətli Aygün xanım [2]. Adlarını çəkdiyiniz ceklilər kukla deyil, mənim AİLƏ üzvlərimdir! Mən Sizə mənim ailə üzvlərim haqqında fikir söyləmək haqqı vermirəm! İstifadəçi:Tərxan Paşazadə isə mənim də iştirakçısı olduğum vikigörüşlərdə iştirak etmiş hər kəs bilir ki, şəxsən mən özüməm. Həmin userdən heç vaxt şəxsi məqsədlərim üçün istifadə etməmişəm. Və həmin useri İstifadəçi:Cekli829-dan 3 il əvvəl yaratmışam. Bütün bunları çox gözəl bilirsiniz. Hörmətli RamireZ! Sizin səsinizi dəyişməyinizi təbii qəbul edirəm. Və səsvermənin sonunda bitərəf qalacağınızı güman edirəm. Amma əsl Azərbaycan Əsgərinin sözü və səsi bir olar. Səsi bir dəfə verərlər və dəyişməzlər! Hörmətli Proger və hörmətli PPerviz! Sizlərin isə səslərinizi dəyişməyə ehtiyac yoxdur. Qoyun elə-belə də qalsın. Mən bunu Sizdən 100% gözləyirdim. Mən Sizin ikinizə də cek dilində yaxşı bir cavab verərdim. Amma hələ səsvermə başa çatmayıb...
Ümumiyyətlə isə öz idarəçiliyimi etimad səsverməsinə çıxarmağımı AzVikidə demokratiyanın olmasına bariz sübut kimi dəyərləndirirəm. Mən inanıram ki, səsvermənin nəticəsindən asılı olmayaraq, atdığım bu cəsarətli addım AzVikinin demokratikləşməsi istiqamətində çox əhəmiyyətli olacaq. Bunu AzViki üçün ciddi və vacib bir yenilik hesab edirəm. --Cekli829 11:11, 23 dekabr 2010 (Cek vaxtı ilə)
Ceklinin lehinə səs vermişəm. Məni maraqlandıran yalnız onun burada "zavod" kimi işləməsidir. (vaxtilə Sortilegus bunu mənim barəmdə deyib :). Müəllif yiyəsi odur). Ona görə belə fəal istifadəçilərin səhvləri olmaya bilməz. Hər halda METAda səhv addım atdığını özü də başa düşür. Elə düşünməyək ki, META-da oturanların hamısı beyin indeksinin 10 faizindən istifadə edən nadir tapıntılardır. Onlar çox qələt edib hansısa fəaliyyəti klounada adlandırıblar. Yuxarıda yazılan tənqidi fikirlərlə yanaşı şəxsi hücumların çoxluğu (şəxsi qərəzlik) sezilir. Cekliyə isə bir iradım var. İdarəçi kimi səbrli olsun. Mən Sizin ikinizə də cek dilində yaxşı bir cavab verərdim. Amma hələ səsvermə başa çatmayıb... fikirləri idarəçi soyuqqanlılığını azaldır. Biz Qafqazlılar temperamentliyik də nə edək :)
--Vüsal Ağayev 08:10, 23 dekabr 2010 (UTC)
Müzakirəni oxuyub belə qərara gəldim ki, mən də səsverməylə kifayətlənməyib öz mövqeyimi bildirim. Ana Səhifəyə olan əlavələrlə bağlı onu deyim ki, bu müvəqqəti xarakter daşıyır. Cekli 2 əlavə edib, onları da mən hər dəfə 1-2 saatdan sonra ləğv etmişəm. Yeni ana səhifəyə keçiddən sonra çalışıb seçilmiş məqalə və seçilmiş şəkil bölmələrini də avtomatikləşdirmək lazımdır ki, idarəçilər ümumiyyətlə Ana Səhifəyə "əl dəyməsinlər". Yəni artıq yanvarda bilinsin ki, apreldə, iyunda, avqustda ana səhifədə hansı məqalə, hansı şəkil olacaq. Təbii ki, müzakirələr nəticəsində bunlara əvvəlcədən korrektələr də edilə bilər. Belədə Ceklinin etdiyi əlavələr zövq məsələsiydi, o bəzilərinin xoşuna gələ bilərdi, bəzilərinin yox. Ona qalsa hansısa idarəçinin Ana Səhifəyə yerləşdirdiyi hansısa məqalə də bəzən kimlərinsə xoşuna gəlmir. Dediyim kimi bu məsələ avtomatikləşdiriləndən sonra problem qalmayacaq. Kateqoriyalaşdırma məsələsinə gəlincə, bu çox ciddi işdir və Cekli son vaxtlar demək olar ki, təkbaşına bu işlə məşğuldur. Yəni kateqoriyaları bir ümumi standarta salmağa idarəçilərdən hansısa mütləq nəzarət etməlidir. Belə olmasa təxminən 2 il bundan qabaq burda mövcud olan böyük problemlərdən biri yenə yaranacaq. Tutaq ki, biri yazacaq "1950-ci ildə doğulanlar", biri yazacaq, "1950-ci ildə anadan olanlar", biri yazacaq "1950-ci ildə dünyaya gələnlər". Bu işi etdiyinə görə Cekliyə təşəkkür düşür. Meta məsələsinə gəlincə, Cekli burda bir qədər tələsib. Amma bu səhv də xoş niyyətdən irəli gəlib və AzVikiyə zərər vurmaq, onu hörmətdən salmaq məqsədi güdməyib. İndi Metadakılar buranı "klounada" adlandırıblar o onların öz işidir. İstifadəçi hesablarının mövcudluğu ilə bağlı Cekli özü geniş yazıb. Ümumiyyətlə, hansısa səsvermədə hansısa istifadəçinin səsi kiməsə şübhəli görünürsə, xahiş edirəm o haqda mənə məlumat versin, mən check user-lərin birindən xahiş edərəm həmin istifadəçinin IP ünvanını yoxlayıb bizə məlumat verər.--Sortilegus 08:45, 23 dekabr 2010 (UTC)
Mən Sizin ikinizə də cek dilində yaxşı bir cavab verərdim. Amma hələ səsvermə başa çatmayıb... buda iç üz. Bunada yaxşıca don geyindirin hörmətli Vusal1981 və Sortilegus. Bundan sonra açıq söyüşləridə görsək təcüblənməyək. Axı temperamentdən söhbət gedir........ Çekli her halda azərbaycan dili cek dilindən o qədər zəngindir ki qarşılığında dediyin sözün 100 söz tapılar. Hörmətsiz:--E-citizen 09:02, 23 dekabr 2010 (UTC) (burda hörmətdən əsər əlamət qalmayıb)
- Bəziləri metadakıları allah hesab edir. Amma ordakıların savadı bəlkəm də sizlərdən qat-qat aşağıdır. ( onu bilirəm ki, məndən 100% aşağıdır.) Bir də xahiş edirəm ədavət salan ifadələrə yol vermiyəsiniz. Nə söyüş, nə də temperament yeridir. Bir qədər hisslərinizə sahiblik edin. Mən burada 5000 km aralıda almanların içində azərbaycanlılığımla fəxr edirəm (timsalımda da xalqımızın elmli, bacarıqli olduğunu zən edib və rəğbət bəsləyirlər, öz həkimlərinə etibar etmədiklərini mənə etibar edirlər), sizlər də bir-birinizi didirsiniz. Ayıbdır ayıb.--MrArifnajafov 10:00, 23 dekabr 2010 (UTC)
Sortilegus,Sizinlə razıyam nə olub-ki sadəcə bütün dünyanın qabağında biyabır olmuşuqda burda nə varki? Vüsal Ağayev bəs biz haralıyıq afrikalı? Cekli829 səsimi hara verəcəyim mənim şəxsi işimdir əyər siz belə demokratiya sevərsinizsə bunu bilməlisiz.Mənim bitərəf olacaqdım amma siizn aqressiv və aqitasiya xarakteri daşıyan danışığıvızdan sonra səsim ancaq əlehivizə olacaq. P.S görəsən yeni istifadəçi sizə sualla müraciyət etsə sizdə ona "cek dilində qəşəng söz deyəcəksiz" --RamireZ 11:45, 23 dekabr 2010 (UTC)
Cek dilində hələ ki, heç bir cavab verməmişəm. Amma artıq məni ittiham edirsiniz. Niyə? Axı Siz bilmirsiniz mən cek dilində nə yazacağam? Amma heç nə yazmayacağam. Çünki cek dilinin əlifbası yoxdur... Cek dili yazısız dillər sırasına daxildir. Və özünüz diqqət yetirin bu sözlərimə: Cek dilinin əlifbası olsaydı, yazılı dillər sırasına daxil olsaydı ... mən Cekcə Vikipediya yaratmazdımmı? Yaradardım. Hələ Vikimediya Cek də yaradardım. Amma neynək alimlərimiz olmayıb ki, bir əlifba yaratsınlar. Bəlkə də elə belə yaxşıdır. Azərbaycan bizə yetər!
- P.S.: Əziz RamireZ! Afrikalılar da insandır. Mənim Afrika xalqlarına — o əzabkeş, zəhmətkeş qara xalqlara böyük hörmətim var. Afrikalı olmaq eyib deyil. --Cekli829 16:26, 23 dekabr 2010 (Cek vaxtı ilə)
Mən dedim Afrikalılar insan deyil? mən Vusal1981 istifadəçisinin "Biz Qafqazlılar temperamentliyik də nə edək :)" yazdığına cavab olaraq "bəs biz haralıyıq afrikalı?" deyə cavab verdim.Cekcə bir sözə gəlincə isə sizin yazı tərzinizdən bəlli olduki siz nə yazmaq fikirindəsiz. --RamireZ 12:38, 23 dekabr 2010 (UTC)
Əgər yazmamışamsa, demək ki, bəlli deyil. --Cekli829 16:40, 23 dekabr 2010 (Cek vaxtı ilə)
Yazmaq istədiyinizi başa düşmək üçün çox güclü intellektə malik olmaq lazım deyil özünüzdə bunu çox gözəl bilirsiniz.Sizin ən böyük probleminiz səhvinizi etiraf etməməkinizdir əyər siz "meta"-da yaşanan insidentə görə səhvinizi boynunuza alsaydız minimum mənim səsimi "Qarşı" da görməyəcəkdiz --RamireZ 12:48, 23 dekabr 2010 (UTC)
- Əvvəlcə yuxarıdakı şərhlərdə dəfələrlə təkrar olunan "əvəzolunmaz" ifadəsini şərh edərək demək istəyirəm ki, heç kim əvəzolunmaz deyil. İkincisi Cekli "əvəzolunmaz" hesab edilən fəaliyyətini idarəçi statusu olmadan da davam etdirə bilər. Yəni kateqoriya yaratmaq və xırda redaktələr üçün idarəçi statusuna ehtiyac yoxdur məncə. Üçüncüsü düzü mən Ceklinin bu gün səhvlərini boynuna almasını gözləyirdim, ona görə də dünən səs vermədim. Lakin bu gün yenidən nadkarlıqla səhv etmədiyini bildirməsi, onun əlehinə səs verməmə səbəb oldu. Vugar 1981 bəyə isə xatırladıram ki, sizdən fərqli olaraq mən heç kimi müdafiə etməyə çalışmıram və deməyə sözüm olmasa və məsələ məni qıcıqlandırmasa münasibət bildirmərəm. Lütfən yuxarıda yazdığınız şərhlərə baxın, sanki, Ceklinin ünvanına yönəldilən sual və ittihamlara cavab verməyə çalışırsız :). Hər kəsdən xahiş edirəm, lütfən ciddi olaq, şəxsi münasibətləri bir tərəfə qoyaraq ümumi işin xeyrinə olan qərarı verək!--sefer 22:29, 23 dekabr 2010 (UTC)
- Tamamilə -- Pərviz 18:36, 23 dekabr 2010 (UTC)
Ceklinin fəaliyyətində müəyyən nöqsanları müşahidə etmişəm. Lakin təkcə onun yox digər bütün idarəçilərin fəaliyyətində də nöqsanlar var. Ancaq indiki vəziyyətdə idarəçi heyətinin dəyişməsinə tamamailə qarşıyam.--Vugar 1981 05:59, 24 dekabr 2010 (UTC)
Bildiyiniz kimi məm, Azərbaycan Vikipediyasında yalnız Ermənistan və ermənilərlə məşğulam və başqa məsələlərə qarışmıram. Ancaq yaranmış vəziyyət barədə onu deyə bilərəm ki, ən münasib çıxış yolu kimi ayrıca görüş keçirmək olar, ki bu görüşdə bu məsələdə maraqlı olan adamlar öz arqumentlırini səsləndirə bilər və bir nəticəyə qələ bilərlər. Mən Orxanın Ceklinin və Pərvizin yazdığını oxudum. Lakin sözün düzü yenə də məndə tam təsəvvür yaranmadı ki, anlayım Ceklini konkret olaraq nədə ittiham edirlər, çünki mən faktlarla işləməyə öyrəşmişəm, fakt var cinayət var, fakt yoxdu demək cinayət də yoxdu. (cinayət deyəndə məcazi mənada). Ona görə də ittihamçı tərəf faktlar ortaya qoysa zənnimcə, başqalarına da nəticə çıxarmaq asan olar. Əlavə etmək istərdim ki, mənim fikrimcə bizim hamımızın məqsədi birdir Azərbaycan Vikipediyasını inkişaf etdirmək və zənginləşdirmək, bu yolla biz ölkəmizə də xidmət etmiş oluruq. --Gulustan 11:09, 24 dekabr 2010 (UTC)
Bir az Metada qurdalandım və bunları (1, 2, 3, 4,) tapdım, zənnimcə ittihamların səbəbi də bundadır. Etiraf etməliyəm ki, bu cür hallar nə Azərbaycan Vikipediyasına nə də bütövlükdə ölkəmizə baş ucalığı və yaxud hər hansı isə bir xeyir qətirmir. Bunlar mənim səsimi dəyişməyimə səbəb oldu. Xüsusi vurğulamaq istərdim ki, mən Ceklinin Azərbaycan Vikipediyasında olan müsbət fəaliyyətini qiymətləndirirəm, amma Metadakı fəaliyyət barədə bunu deyə bilmərəm. Ümid edirəm ki, bu məsələ tezliklə və tərəflərin mövqeyi nəzərə alınaraq həmçinin, Vikipediyaya xələl qətirmədən öz həllini tapacaq. --Gulustan 12:16, 24 dekabr 2010 (UTC)
Gözləyirəm...
Mən gözləyirəm... Gözləyirəm ki, Cekli bizi META-da "layiqli" təmsil etməyinin bir səhv olduğunu etiraf edəcək. Amma bu etirafı görmürəm. Onun idarəçi statusunun alınmasına qarşı olsam da burada leyhinə qətiyyən səs vermək fikrində deyiləm. Leyhinə səs vermək Ceklinin Metadakı "fəaliyyətini" dəstəkləmək deməkdir. Mən isə ilk öncə özümə hörmət edirəm və mənim neçə illər əmək sərf etdiyim bir layihənin "klounada" adlanmasına səbəb olan işi dəstəkləyə bilmərəm. Yenə təkrarlayıram - idarəçi statusunda qalmasını istəyirəm, lakin:
- Ceklinin son fəaliyyətinə YOX DEYİRƏM!
- Mən Sizin ikinizə də cek dilində yaxşı bir cavab verərdim. Amma hələ səsvermə başa çatmayıb... Demək səsvermə qurtarandan sonra kimlərəsə cek dilində "nə isə" deyiləcək. Mən buna da YOX DEYİRƏM!--Irada 11:30, 23 dekabr 2010 (UTC)
Mən META-dakı fəaliyyətimdə səhv etməmişəm. Amma sadəcə hadisələri qabaqlamışam. Lakin bununla bağlı META mənə müvafiq müzakirə səhifəmdə heç bir xəbərdarlıq etməyib. Deməli META özü də səhv edib? Onlar öz layihələrini "klounada" adlandırıblar. Çünki AzViki META-nın layihəsidir. Nəzərinizə daha bir məqamı da çatdırmaq istəyirəm. META-da belə bir səhifə də var: Wikimedia Türkiye. Belə çıxır ki, onlar — TrViki bizdən də əvvəl "klounada" tituluna yiyələniblər? Axı onlar da rəsmi qeydiyyatdan hələ ki, keçməyiblər. Yox, onlar "klounada" deyil! Nə də biz! Amma kim istəsə "klounada" adını özünə götürə bilər. Bu hər kəsin öz şəxsi işidir. Mən o adı nə özümə, nə də AzVikiyə aid etmirəm! Sizlər də aid etməyin. --Cekli829 17:12, 23 dekabr 2010 (Cek vaxtı ilə)
Bura da baxın cənablar. Diqqətlə baxın.[3]. Ukrayyna Vikimediyası haqqında səhifə təşkilat yaranmamışdan iki ay qabaq yaradılıb.--Vugar 1981 14:00, 23 dekabr 2010 (UTC)
İndi kloun kimdi.--Vugar 1981 14:01, 23 dekabr 2010 (UTC)
Bu da [4] Serb vikimediyası.--Vugar 1981 14:06, 23 dekabr 2010 (UTC)
- Vikimediya Serbiya 2005-ci ildə qeydiyyatdan keçmişdir. Rəsmi səhifəsi və Chapter qeydiyyatı var. Hətta Qdanskda olan görüşdə Vikimediya Serbiya adından bir üzvünün menecerlik statusu olub. Səhifələrini yaratmazdan əvvəl müraciət etmişlər və müsbət cavab almışlar. Rəsmiləşməmiş sağdakı Chapter-ə əlavə edilməmişdir. --Proger danış 19:44, 23 dekabr 2010 (UTC)
Və [5] Makedoniya. --Vugar 1981 14:08, 23 dekabr 2010 (UTC)
- Vikimediya Makedoniya 2009-cu ilin 21 sentyabrında eyni qaydada şuranın təsdiqi ilə yaradılıb. Yalnız rəsmişdikdən sonra Chapter-ə salınmışdır. --Proger danış 19:44, 23 dekabr 2010 (UTC)
Və [6] Norveç.--Vugar 1981 14:09, 23 dekabr 2010 (UTC)
- Vikimediya Norveç 2007-də yaradılıb və yalnız qeydiyyata alındıqdan sonra Chapterə salınmışdır.
- Yuxarıdakı vikimedialar hamısı ümumi təsdiqi almış təşkilatlardır. Tarixçəyə baxsanız görərsiniz ki, səhifələr yaradılanda dərhal qeyd edilir ki, təşkilatlarhələ yaradılma mərhələsindədir. Eyni hal Türkiyədə var. Cekli829 isə nəinki təsdiqi almadan "Chapter"-ə vikimedianı əlavə etmiş, hətta yaradılma tarixini bir başa olaraq 18 dekabr 2010 qoymuşdur. Bu isə özü-özlüyündə dezinformasiya olaraq inzibati cinayətdir. Bu üzdən oranın idarəçiləri bu hala gülünclə yanaşmış və bir idarəçinin Vikimedianın necə yaradılmasından bixəbər olduğunu yolverilməz olduğunu bildirmişlər. Arxasınca mən şəxsən təmizləyirdim. Ancaq o, yenidən əlavə edirdi. Bu cür hərəkətin qanuna zidd olması META-dakı idarəçilərdən birinin yazısı da sübut edir: Only chapters approved by the board go here (listing); after Wikimedia Azerbaijan is approved it can be added (orfoqrafiya olduğu kimi saxlanılıb). --Proger danış 19:36, 23 dekabr 2010 (UTC)
- Wikimedianın bölməsini yaratmaq üçün əvvəlcə bu haqda müzakirə olunur, hər şey qərarlaşdırılır, sonra namizədlik irəli sürülür, əgər seçilsərsə bunu "Mövcud wikimedianın bölmələrinin siyahısı"na əlavə edilir və digər məsələlər həll olunur. Bu amillərdən heç birini yox, yalnız axırıncısı olmuşsa buna nə ad verilir?-- Pərviz 18:42, 23 dekabr 2010 (UTC)
- Metadakı hansı idarəçi nə vaxt Azvikiyə dair kolunada demişdir. Həmin səhifəni təqdim edin. Yoxsa ortada iddianı sübut edəcək dəlil olmalıdır.--Vugar 1981 06:07, 24 dekabr 2010 (UTC)
"Kor kora kor deməsə bağrı çartlayar" --RamireZ 14:13, 23 dekabr 2010 (UTC)
Müzakirələri şəxsi müstəviyə keçirib ittihama çevirməyin. Əgər idarəçiyə etimad səsverməsi keçirilirsə onun fəaliyyəti ilə bağlı özünə konkret suallar ünvanlayın və o bu sualları cavablandırsın. Məsələn, "Cekli, Ana Səhifəyə etdiyin filan dəyişikliyi necə izah edirsən" və ya "Cekli Metada filan fəaliyyətini nəylə əsaslandıra bilərsən". Yoxsa ki, "vay, dünyada biyabır olduq", "sənin işin gücün ancaq kateqoriya yaratmaqdır" və s. bu kimi şərhlər adekvat cavablar doğurur və yersiz yerə mübahisələr yaranır. Ümid edirəm ki, qeydlərimi nəzərə alacaqsınız. Hörmətlə:--Sortilegus 15:16, 23 dekabr 2010 (UTC)
- Mən də gözləyirəm amma yuxarıda yazdığım kimi tənqidlərə ətraflı cavab görmək istəyirdim, hələlik bunu görmədiyim üçün spesifik suallar veririəm. Xahiş edirəm bu suallar ancaq suallar nəzərə alınaraq, yoxsa kimin verdiyi, mənbəyinin hardan, nə məqsədlə gəldiyi kimi şeylər hesaba alınmadan cavablansın.
- 1) Yuxarıda yazılan ittihamlardan spesifik olaraq hansılarla tam, hansılarla qismən razısınız? Hansıları tamamilə əsassın hesab edirsiz və niyə?
- 2) Yuxarıdakı ittihamlardan başqa indiyə qədərki idarəçi fəaliyyətinizdə hansı qüsurları görürsüz və bunlarla bağlı nə etmək fikrindəsiniz?
- 3) Özünüzün qəbul etdiyiniz və ya istifadəçilərin çoxunun razılaşdığı səhvləri bir daha təkrar etməyəcəyinizə söz verib, edərsənizsə fəaliyyətinizi idarəçi kimi davam etdirməyin təhlükəyə düşəcəyini başa düşdüyünzü bəyan edirsinizmi? --TimBitsتِمبِتس 16:07, 23 dekabr 2010 (UTC)
Cekli, mənim sualım idarəçi kimi inzibati fəaliyyətinlə yox, bir sıravi vikipediyaçı kimi fəaliyyətinlə bağlıdır. Məlumdur ki, Azərbaycanda faktiki hər bir kənd və qəsəbə 1 bələdiyyədə birləşir. Çox az istisna hallar var. Burda biz sistemli şəkildə Azərbaycanın hər bir rayonu, şəhəri, qəsəbəsi, kəndi haqqında məqalələr yaratmışıq. Belə olan halda əsas təşəbbüskarı olduğun və tərkibində çoxlu sayda məqalə olan Kateqoriya:Azərbaycan bələdiyyələrinin yaradılmasına nə qədər ehtiyac vardı? Və ümumiyyətlə, bu kateqoriyadakı məqalələri nə dərəcədə əhəmiyyətli sayırsan? Sənə elə gəlmirmi ki, bu məqalələrdəki məlumatları elə həmin qəsəbə və kəndlər haqqında məqalələrdə vermək olar?--Sortilegus 16:19, 23 dekabr 2010 (UTC)
- Burada daha ciddi problemlərdən söhbət getdiyi halda bələdiyyələrin bura nə dəxli? Kateqoriya:Azərbaycan bələdiyyələri AzVikinin daxili işidir və bu problemi mən ciddi saymıram, yəni bu bizim daxili problemimizdir. Əsas məsələ ondadır ki, AzVikini təmsil edən idarəçi heç kimlə məsləhətləşmədən METADA "özfəaliyyətlə" məşğuldur. Mən anlamadım, Cekli nə baş verdiyinin fərqinə varır ya yox? --Irada 16:55, 23 dekabr 2010 (UTC)
Burda yazılanların çoxunu oxudum.Hörmətli Vikipediyaçıların bir birlərini bu şəkildə günahlandırmasına çox məyus oldum...nəisə... :( --Rzalı 16:48, 23 dekabr 2010 (UTC) --Vüsal Ağayev 17:04, 23 dekabr 2010 (UTC)
Iradanın sualı: AzVikini təmsil edən idarəçi heç kimlə məsləhətləşmədən METADA "özfəaliyyətlə" məşğuldur. Mən anlamadım, Cekli nə baş verdiyinin fərqinə varır ya yox? --Sortilegus 18:31, 23 dekabr 2010 (UTC)
Biyabırçılıqdı! Qlobal (yəni ki, AzViki çərçivəsində) "idarəçi etimadı seçkisi"nə ehtiyac duyulur.--Sortilegus 20:15, 23 dekabr 2010 (UTC)
- Biabırçılıq olan nədir: mənim Cekliyə sualım, Ceklinin Metadakı fəaliyyəti, Ceklinin fəaliyyətinə verdiyin dəstək ya bələdiyyə kateqoriyası? --Irada 03:40, 24 dekabr 2010 (UTC)
Ukrayna Vikimediyasına uyğun cavab verilmədi. Cavabınızı gözləyirəm.--Vugar 1981 04:52, 24 dekabr 2010 (UTC)
Vikiimediya Çexiya [7]: Səhifəsi Metada 1 mart 2007-ci ildə yaradılıb. 8 mart 2008-ci ildə qeydiyyatdan keçib.
Vikimedya Ukrayna [8]: Səhifəsi Metada 2 mart 2009-cu ildə, Ukrayna Vikipediyasında [9] 1 mart 2009-cu ildə yaradılıb. Təşkilat 31 may 2009-cu ildə yaradılıb. 13 iyul 2009-cu ildə qeydiyyatdan keçib.
Vikimediya Serbiya [10]: Səhifəsi Metada 27 avqust 2005-ci ildə yaradılıb. Təşkilat 3 dekabr 2005-ci ildə qeydiyyatdan keçib.
Vikimediya Makedoniya [11]: Səhifəsi Metada 28 mart 2009-cu ildə yaradılıb. Təşkilat özü 21 sentyabr 2009-cu ildə yaradılıb.
Bunlar yarnmazdan və qeydiyyatdan keçməzdən əvvəl Metada səhifəsi yaradılan Vikimediyalardır. Əgər bunlar da klonuadadırsa onda Metadan böyük klounada yoxdur.--Vugar 1981 05:51, 24 dekabr 2010 (UTC)
- Siz deyəsən qəsdən yazdıqlarımı ya nəzərə almır ya da sadəcə anlamırsınız. Eyni cümlələri təkrarən yazmağı sevmirəm ancaq qoy istisna olsun. Tarixçəyə baxsanız görərsiniz ki, səhifələr yaradılanda dərhal qeyd edilir ki, təşkilatlar hələ yaradılma mərhələsindədir. Eyni hal Türkiyədə, Ukraynada və bəzi digər ölkələrin səhifələrində də var. Cekli829 isə nəinki təsdiqi almadan "Chapter"-ə vikimedianı əlavə etmiş, hətta yaradılma tarixini bir başa olaraq 18 dekabr 2010 qoymuşdur. Bu isə özü-özlüyündə dezinformasiya olaraq inzibati cinayətdir. Yəni Cekli nəinki səhifə yaratmış, orada Vikimedia Azərbaycan adlı bir təşkilatın/partnyorun konkret mövcud olduğu, yaranma tarixinin 18 dekabr 2010 olduğunu bildirmiş və onu bu dəqiqə rəsmi adı çəkilən bütün instansiyalara salmışdır. Üstəlik səhifələri səhv qaydada yaradıb. Ona qalsa Vikimediya Gürcüstan da var. Ancaq şuranın təsdiqini rəsmən almayıb deyil deyə, Chapter-ə əlavə etməyiblər (etsəydilər belə çıxarardılar) və milləti aldatmaqla məşğul olmayıblar. Ən hiddətlisi səhifədə olan dezinformasiya olub. Arxasınca mən şəxsən təmizləyirdim. Ancaq o, yenidən əlavə edirdi. İlk növbədə xüsusi (Local Chapetr) səhifədə ərizə vermək lazım, sonra səhifə yaratmaq lazımdır ki, bəs biz artıq başlamışıq Vikimedia Azərbaycanı yaratmağa. Cekli bu cür müraciət olmadan, yalandan və üstəlik səhv səhifələrlə birlikdə bir başa Chapter-ə mövcud Vikimedia kimi bütün rəsmi səhifələrə əlavə eləmişdi. Bu üzdən oranın idarəçiləri bu hala gülünclə yanaşmış və bir idarəçinin Vikimedianın necə yaradılmasından bixəbər olduğunu yolverilməz olduğunu bildirmişlər. Mən axı orada olan idarəçinin yazısını da yazmışam. Bu cür hərəkətin qanuna zidd olması META-dakı idarəçilərdən birinin yazısı da sübut edir: Only chapters approved by the board go here (listing); after Wikimedia Azerbaijan is approved it can be added (sitat olduğu kimi saxlanılmışdır). --Proger danış 06:16, 24 dekabr 2010 (UTC)
Metadakı hansı idarəçi nə vaxt Azvikiyə dair kolunada demişdir. Həmin səhifəni təqdim edin. Yoxsa ortada iddianı sübut edəcək dəlil olmalıdır.--Vugar 1981 06:35, 24 dekabr 2010 (UTC)
- Siz deyəsən məsləni başqa məcraya çəkmək istəyirsiniz. Yazılarımı sizin üçün üçüncü dəfə təkrar edirəm. Oxumamısınız görünür. İnzibati xətalar qalıb bir qırağa META-da kimin bizə kloun deməyindən yapışmışıq. Eşq olsun! :D. Demək.. Mən bu məsələri görəndə Ceklinin arxasınca təmizləmək ilə məşğul idim. müharibəsini görüb mənə zəng etdilər (audio-bağlantı) və nə baş verdiyini sordular. Məsələni izah etdikdən sonra, idarəçimizin hər şeydən bixəbər olduğunu dedikdən sonra kloun adlandırdılar və mən də girdim yerin içinə. Bir daha təkrar edirəm bütün sözləri özüm şəxsən yemişəm və lap da biyabırçılıq olmasın deyə Vikimedia Azərbaycan səhifəsinə gedən bütün keçidləri qapatmışam. Bütün məsələni olduğu kimi Sortilegus-a ötürmüşəm. Bu birinci məsələ. İkinci məsələ də bunun məsələyə nə dəxli? :) Bu qədər inzibati xəta var:
1. Cekli829 dəfələrlə özbaşına qlobal dəyişiklik və redaktələr etmiş, həmçinin məsuliyyətsiz hərəkətlərdə bulunmuşdur. Aralarında sonuncu olanlar:
- Ana Səhifəni heç kim ilə məsləhətləşmədən dəyişdirməsi.
- Bayrağımızı sol menyuna ilişdirməsi. Bunu bayrağıma həqarət sayıram. Üstündə hələ yazılar da gedirdi. Vikicəmiyyətin bu cür dəyişikliyin düzgün olmadığını qəbul etməmiş və qarşı çıxmışdır. Yalnız digər idarəçilərin işə müdaxiləsindən sonra səhifə defolt vəziyyətə qaytarılmışdır.
- Yeni il tablosunu Ana Səhifəyə əlavə etməsi. Yenə də məsləhətləşmədən, öz zövqünə xoşdur deyə Ana Səhifəyə nə isə ilişdirir. Yenə də öz hərəkətlərinin eqoizm olduğuna varmır və yenə də ürəklə, "əccəb edirəm" prinsipi ilə səhifəni normal vəziyyətə qaytarmaq istəmir. Yalnız digər idarəçilərinin işə müdaxiləsindən sonra səhifə defolt vəziyyətə qaytarılır.
2. AzVikidə əsassız və dezinformasiya xarakterli Vikimediya Azərbaycan məqaləsini yaratmışdır.
- Müzakirə səhifəsində bunun düz olmadığını qeyd etdiyimə baxmayaraq yenə də razılaşmır və məqaləyə mühafizə qoyur. İdarəçi hüquqlarından sui-istifadədir. Məqaləyə mühafizə qoyma şərtləri belədir? :)
3. Bu azmış kimi hələ META-da Vikimediya Azərbaycanı yaradır.
- Dezinformasiya xarakterli səhifə yaradır. Yenə mənim dəyişiklərimə rəğmən redaktə müharibəsi aparır. İnzibati cinayət sayılan hərəkətlərlə chapters-ə və bütün rəsmi instansiyalara səhifəni əlavə edir. Bu zaman audio-bağlantıda idarəçimizin və AzVikinin kloun olduğunu eşidir və yerə girirəm. Bu haqda Sortilegus-u məlumatlandırıram. Ona da bütün məsələri danışır (həmçinin kloun) və ümumi informasiya veririrəm. Arxasınca META-dan olan idarəçi məsələyə müdaxilə edir və yuxarıda yazdığım sitatı əlavə edir.
4. İdarəçi statusundan sui-istifadə.
5. Vikicəmiyyətin əks hərəkətlərinə baxmayaraq öz hərəkətlərinin səhv olduğunu qəbul etməməsi. Eqoizm.
6. AzViki və idarəçilərinə, həmçinin bizim vikicəmiyyətə qeyri-ciddi yanaşmaya şərait yaratması.
7. Vikipediyada və vikigörüşdə dəfələrlə edilən xəbərdarlığa fikir verməməsi.
8. Vikicəmiyyətin konsensusa gəldiyi və açıq-aşkar səhv hərəkətdə bulunduğunu qəbul etməməsi. Bundan belə səhvini qəbul etsə belə anlaşılmaldır ki, ürəkdən deyil. Bu qədər vaxtdan sonra üzr istəmək, az qala işgəncə altında alınmasına bərabərdir.
Bu qədər inzibati və hətta qlobal (Wikimedia adını elə belə istifadə etmək olmaz) xətalar bir qırağa, kloun məsələsi üzərində yapışmısınız. Lap elə deyildi kim deyib, sonra? :). Ceklinin bu qədər xətası bəs? Orada (metada) bu sözü əsassız deməyiblər. Azərbaycan Vikipediyasında Cekli829 kimi idarəçinin qalmasına qarşıyam. Dəfələrlə xəbərdarlı edilmiş, sui-istifadəyə yol verməməsi xahiş edilib. Ancaq işi AzVikidən xaricə köçürməsi ilə son damla oldu. Bu səsverməni də mən təşkil etməmişəm. Özü edib. Mən də fikirlərimi bəndlərlə izah edib, göstərib, qarşı çıxıram! --Proger danış 09:25, 24 dekabr 2010 (UTC)
09:25, 24 dekabr 2010 (UTC) tarixli müzakirənizə cavab:
- Bayraq və yeni il şablonu zövq məsələsidir. Bəli! Mən idarəçi kimi Sizə də məlum olan müəyyən müddət üçün həmin redaktələri etmişəm. Təkrar edirəm: müəyyən müddət üçün! Daimi YOX!
- Özbaşına heç bir addım atmamışam!
- İdarəçi statusundan sui-istifadə etməmişəm!
- Chapter-dən çox danışırsınız. Növbəti audio-bağlantı vaxtı onların nəzərinə çatdırın ki, elə şablonlarda mütləq mühafizə olmalıdır!
- Vikipediyada və vikigörüşdə "dəfələrlə" mənə etdiyiniz "xəbərdarlığa" şəxsən reaksiya vermişəm. Sizə görə səhv olanlar mənə görə səhv deyil! Bu mənim təbii haqqımdır.
- Məni Eqoizmdə günahlandırırsınız. Əsl eqoist Siz özünüzsünüz. Məni yaxından tanıyanlar az-çox təbiətimə bələddir!
- AzVikidə öz fəaliyyətinizlə AzVikidə mənim fəaliyyətimi müqayisə edin!
- Öz qlobal fəaliyyətinizlə mənim qlobal fəaliyyətimi müqayisə edin!
- və son olaraq bir daha 17:12, 23 dekabr 2010 (Cek vaxtı ilə) tarixli müzakirəmi nəzərinizə çatdırıram:
- Mən META-dakı fəaliyyətimdə səhv etməmişəm. Amma sadəcə hadisələri qabaqlamışam. Lakin bununla bağlı META mənə müvafiq müzakirə səhifəmdə heç bir xəbərdarlıq etməyib! Deməli META özü də səhv edib? Onlar öz layihələrini "klounada" adlandırıblar. Çünki AzViki META-nın layihəsidir. Nəzərinizə daha bir məqamı da çatdırmaq istəyirəm. META-da belə bir səhifə də var: Wikimedia Türkiye. Belə çıxır ki, onlar — TrViki bizdən də əvvəl "klounada" tituluna yiyələniblər? Axı onlar da rəsmi qeydiyyatdan hələ ki, keçməyiblər. Yox, onlar "klounada" deyil! Nə də biz! Amma kim istəsə "klounada" adını özünə götürə bilər. Bu hər kəsin öz şəxsi işidir. Mən o adı nə özümə, nə də AzVikiyə aid etmirəm! Sizlər də aid etməyin.
Hörmətlə, hər zaman hörmətli: Cekli829 14:12, 24 dekabr 2010 (Cek vaxtı ilə)
- 1, 2 və 3-cü bəndlər özü-özünü inkar edir :D. Mühafizə məsələsinə qaldıqda meta vandalizm yeri deyil. Orada vandallıq bir yer də yoxdur. Kiçik şeylər olur, onu da undo edirlər. Nə bilərdilər ki, bu boyda idarəçi bu cür şeylərdən bixəbərdir? Fəaliyyətdən danışırsınız. Keyfiyyət, kəmiyyətdən üstündür. Bir göstərdiyiniz səhifədə redaktə paylarına baxın. Deyirsiniz ki, mənə görə "bu" olan sizə görə "belə" ola bilər. Düzdür. Elə ona görə də məsləhətləşmək lazımdır. Türkiyə və bu kimi digər ölkələrin səhiflərinə qaldıqda, siz yenə də oxumursunuz. Sizin səsvermənizdir, sizin məsələnizdir heç yazılanları oxumursunuz. Bu da idarəçi. Dəfələrlə yazdım ki, Türkiyə də digər ölkələr də səhifə yaratmazdan əvvəl Local Chapterdə ərizə verib, niyyətlərini açıqlayıblar. Sonra yaradıblar. Misal üçün Vikimedia Gürcüstanı da gətirdim. Dördüncü dəfədir eyni cümlələri yazıram. Fikrimi izah etdim, bəndlərə böldüm və qarşı çıxdım. --Proger danış 10:22, 24 dekabr 2010 (UTC)
Mən META-da idarəçi deyiləm. az.wikipedia.org saytında idarəçiyəm. Hər şeydən xəbərdar olmağım mümkün deyil. Və qeyri-mümkündür. Yazılanları oxuyuram. Və yazıram. Siz də oxuyursunuz. Amma nə yazırsınız? Qərəzçilik, qərəzçilik, qərəzçilik! Sizin fəaliyyətinizin əsas istiqaməti budur! Bunu da öz yazılarınızda çox gözəl əks etdirirsiniz. Bəli! Keyfiyyət, kəmiyyətdən üstündür! Amma Sizdə heç o da mənim qədər deyil. Hətta məndən 60 dəfə (?!) aşağıdır! Əsasız ittihamlar etməyin! Bəli bu mənim səsverməmdir. Və bu mənim şəxsi təşəbbüsümlə olub. Və səsvermənin gedişatı da demokratik dəyərlərə söykənir. Və Sizə və hər bir kəsə fikirlərini(zi) sərbəst ifadə edərək söyləmək üçün bütün şərait mövcuddur. --Cekli829 14:50, 24 dekabr 2010 (Cek vaxtı ilə)
Proger məslələri qarışdırmayın, burada Ceklini tənqid edənlərin əksəriyyəti məhz klounadanı əsas götürmüşdü. Deməli, siz heç kimə Azvikiyə dair klounada yazılan səhifə göstərə bilməyəcəksiniz düz anladımsa.--N KOzi 10:41, 24 dekabr 2010 (UTC)
Sübut oluna bilməyən söz yalan hesab olunur.--N KOzi 10:42, 24 dekabr 2010 (UTC)
Əgər sübut edə bilməsəniz deməli dezinformasiya ilə məşğul olmusunuz. Razı deyilsiniz?--N KOzi 10:44, 24 dekabr 2010 (UTC)
- Məsələni qarışdıran tərəf aydın görünür. Mənim günahım deyil ki, siz yazdıqlarımı özünüzə uyğun nəticə ilə çıxarırsınız. Bunu necə etməyiniz mənə böyük sirrdir. Mən yuxarıda da bildirmişəm, Sortilegus-la da telefonla da bildirdim ki, kloun məsələsini mənə şəxsən deyiblər. Hələ çox sağ ol deyilməlidir ki, bir çox məsələni ört-basdır etmişəm. Məsələnin ikinci tərəfinə qaldıqda isə kimin nəyi əsas götürməsi nə mənim işimdir nə də problemim. Mən öz fikrimi bəndlərə qədər izah etmişəm. Fikrim aydın və açıqdır. Ceklinin idarəçi qalmağına konkret olaraq qarşıyam. --Proger danış 10:59, 24 dekabr 2010 (UTC)
Düzü bu qədər əziyyətimizdən sonra içimizdən biri tərəfindən atılmış düşünülməmiş addımın Azvikiyə, dolayısıyla onun istifadəçi və idarəçiləri olan bizlərə "kloun" adının yaraşdırılmasına gətirib çıxarması məni çox əsəbləşdirdi. Bayaqdan kobud söz yazmamaq üçün əlli dəfə cümlələri düzəldirəm.--sefer 23:18, 22 dekabr 2010 (UTC)
Əvvəlcə səsimə lehinə vermişdim "səhv"-lərin az viki çərçivəsində olmasını düşnərək daha sonra isə beynəlxalq bir mərhələyə keçməyini və ümumi Az Vikinin "klounada" adlandırılmasını oxuyandan sonra fikirimi tam deyişdim.Hər-halda Ceklinin özünün bu haqda nə yazacağını gözləyirəm hələlik-isə səsim əlehinə olacaq.Hörmətlə --RamireZ 19:37, 22 dekabr 2010 (UTC)
Əziz dostlar. Ceklinin bu il bir neçə konfliktlərə mənbe olmasına göz yuma bildim (özüm burdan uzaqlaşmaqla) lakin bizim hamımızı özünün timsalında vikimaniyada kloun adlandırılmasına dözə bilmirəm. Hörmətlə:--E-citizen 06:04, 23 dekabr 2010 (UTC)
Bunlar Ceklinin əleyhinə səs verənlərin arqumentləridir.--N KOzi 11:05, 24 dekabr 2010 (UTC)
Göründüyü kimi Ceklinin əsas ittiham olunduğu məqam bu kloun məsələsidir. İndi də ortaya çıxır ki, bu sübut olunması qeyri-mümkün məsələdi. Belə demək olar ki, siz bilərəkdən kloun məsələsini dezinformasiya kimi ortaya atmısınız? Kimsə belə desə nəylə cavab verərsiniz? --N KOzi 11:19, 24 dekabr 2010 (UTC)
- Şəxsən mən Ceklini 8 bənd (alt-ittihamları nəzərə almadan) üzrə ittiham edirəm. Onlardan yalnız 3-ü qlobal xarakter daşıyır. Bilirsiniz mi, biz ciddi adamlarıq. Burada oyuncaq ilə məşğul olmuruq. Bilmirəm görüşdə vardınız ya yox, ancaq mən orada başdan ayağa Azərbaycan Vikipediyasının inkişaf planı və əlavə layihələri haqda danışırdım. Yəni məqsəd bir və ümumidir. Mənə Ceklinin etdiyi hərəkətlər haqda deyilən sözü, mən burada açıqlamışam. Açıqlamamışdan əvvəl də bürokrata demişəm. İndi kim bunu əsas götürür, kim götürmür öz problemi və işidir. Konkret ittihamlar irəli sürülüb, konkret keçidlər qoyulub və konkret olaraq seçim edilib. Səsvermə nəticəni göstərəcək. --Proger danış 12:14, 24 dekabr 2010 (UTC)
Proger məsləyə birbaşa cavab verin. Nala-mıxa vurmayın. Siz dezinformasiya, yalan danışma, sübut edə bilməyəcəyəniz söz demə və s ilə məşğul olmusunuzmu?--N KOzi 12:17, 24 dekabr 2010 (UTC)
Sözün düzü, mənə maraqlı olan bu səsvermədə kloun məsələsini qabardan fikirlərini dəyişmələri deyil. Sadəcə olaraq hamı öz fikrini nəyinsə ardında gizlənərək nəsə deməli deyil. Şəxsən əleyhinə səs verənlərin demək olar ki hamısı istənilən halda əleyhinə səs verəcəkdi. Necə ki mən də istənilən halda lehinə səs verəcəkdim. Bütün bunları deməkdə məqsədim odur ki, kimsə desin mən Ceklinin əleyhinə səs vermişəm çünki belə istəyirəm. Daha kloun ikinci dərəcəli məsələdi. Sübuta yetirilməsi mümkün olmayan iddiadı.--N KOzi 12:27, 24 dekabr 2010 (UTC)
Proger mənim sizə bir sualım da var ki bu az vikidəki Vikimediya Azərbaycan məqaləsi haqqındadı. Cekli onu yaratdı və siz ona dərhal sil şablonu yerləşdirdiniz və dediniz ki mövcud olmayan təşkilat haqqında məqalə olmaz. İndi sizə sualım odur ki, digər vikilərdə bu yol var, yəni səhifə təşkilatdan əvvəl yaradılır. İndi mənə maraqlı olan odur ki, Vikimediya Azərbaycan məqaləsini bəzi redaktələrlə məsələn "18 dekabrda yaradılıb" əvəzinə "yaxın gələcəkdə yaradılacaq", tipli redaktələrlə əvəzlənsəydi saxlamaq olmazdımı? Yoxsa hökmən silinməli idi?--N KOzi 12:37, 24 dekabr 2010 (UTC)
- Digər vikilərdə heç nə yoxdur. Olan metadadır. Ümumiyyətlə sizə deyim ki, istənilən "Vikimedia <ölkə>" yaradılırsa əvvəl "Local Chapter"də ərizə verilməlidir. Qaydalara görə belədir. Ondan sonra səhifə yaradılır və orada qeyd olunur ki, bu sadəcə niyyətdir. Bəs filan ölkədə biz bu işlə məşğuluq. Daha sonra ölkədə gərək lisenziya alına, nizamnamə təsdiq edilə. Cekli hər şeyi əvvəlcədən səhv-sürüf düzəltdiyi üçün aləm qarışdı bir-birinə. Buna baxmayaraq mən xahiş etdim ki, səhifə silinməsin və bura daxil edib bizi biyabır etməsinlər. Səhifələr saxlanıldı və dezinformasiyanı silib, ingiliscə ora yazdım ki, bu sadəcə Azərbaycan Vikipediyasının niyyətidir. Ona görə də yeri olmayan və bizi rəzil vəziyyətə salacaq yerlərdən silinib. Səhifə özü qalır. Ərizəsi ilə mən məşğulam. --Proger danış 12:57, 24 dekabr 2010 (UTC)
Bəsdir özünüzü Vikimedianın vəkili kimi apardınız. Ayıbdır! Mən yenə və yenə təkrar edirəm: Mən META-dakı fəaliyyətimdə səhv etməmişəm. Amma sadəcə hadisələri qabaqlamışam. Lakin bununla bağlı META mənə müvafiq müzakirə səhifəmdə heç bir xəbərdarlıq etməyib! Amma xəbərdarlığı Sizə edib. Niyə? İradlarını Sizə bildirib. Niyə? Xeyir ola? Bizim bürokratlarımız da var. Niyə onlara bildirilməyib? Bizim məndən başqa idarəçilərimiz də var. Niyə onlara bildirilməyib? Bir daha təkrar edirəm: Niyə mənə bildirilməyib? Əgər Sizin dediyiniz kimi səhv hərəkət edən mənəmsə, bunu mənə birinci növbədə META deməli idi. Amma deməyib? Niyə? Deməli Siz audio-bağlantılarınız zamanı PROVAKASİYA ilə məşğul olursunuz. Necə ki, Sizə yaratdığım bu imkandan artıq 3 gündür ki, yalnız və yalnız PROVAKASİYA məqsədi ilə istifadə edirsiniz. Mən Sizi DAHİ PROVAKATOR adlandırıram. (Bu bir tənqiddir! Təhqir deyil!) Dahiliyindən asılı olmayaraq PROVAKATORların aqibətini hər zaman görmüşük. (Bu bir tənqiddir! Təhqir deyil!) Sizin fəaliyyətiniz şər, böhtan, iftira üzərində qurulub. Siz AzVikidə qərəzçiliklə məşğulsunuz. Hətta son görüşümüzdə idarəçiliyə real namizədlərdən biri Siz idiniz. Amma son hərəkətlərinizlə real namizədlər cərgəsində mənə görə ən azı 20 pillə və daha çox geriləmisiniz. --Cekli829 17:22, 24 dekabr 2010 (Cek vaxtı ilə)
- Emosiyalara qapılmaq lazım deyil. Mənə audi-bağlantıda yalnız klounluqla bağlı sözlər və qeyri-ciddilik haqda deyiblər. Buna da deyim ki, mən inadkarlıqla qarşı çıxırdım. İndi də mənə deyirsiniz ki, mən provokatoram. Mən burada heç kim üçün çalışmıram. Çalışdığım internetdə Azərbaycan dilində zəngin ensiklopedik qaynağın olmasıdır. Bu gün siz etimad qazansanız da, qazanmasanızda mən bu istiqamətdə işimi davam edəcəm. Bir keçidlərə də nəzər edin. Gulustan da keçidləri verib. Bir baxın. Orada idarəçi sizin qeydinizə şərh yazıb. O şərhi də mən burada dəfələrlə qeyd etmişəm. Mənim sizə 8 ittihamım var. Bunlardan yalnız 3-ü qlobal xarakter daşıyır. 5-i AzVikidə olan fəaliyyətinizdir. Mən daha çox AzVikinin vəkiliyəm.
- İdarəçilərdən xahiş edirəm "Bu bir tənqiddir! Təhqir deyil!" sözləri altında gizlədilən "provokator" sözünə görə ölçü götürsünlər. Heç nə burada müstəvisiz olmayıb. Hər şey göstərilib, keçidlər yuxarıda verilib. Mən belə başa düşürəm ki, qarşı çıxdığım üçün təhdidlərə məruz qalıb, təhqir edilirəm. İdarəçilərdən xahiş edirəm mənim hüquqlarımı qorusunlar! --Proger danış 13:36, 24 dekabr 2010 (UTC)
Birincisi keçid verməmisən: ən azından "klounada"nın keçidi yoxdur? Hanı o? İkincisi isə, mən heç kəsə provakasiyaya getməyi tövsiyyə etmirəm. Burada bu 3 gün ərzində META ilə bağlı mənə qarşı iddiaların heç biri əsasladırıla bilmədi. İddiaların heç birinə görə mənə META xəbərdarlıq etməyib. Əgər bundan sonra edərsə mən o xəbərdarlıqlardan nəticə çıxartmağa hazıram. Bir şərtlə ki, provakasiya nəticəsində olmasın. Mən təşkilatlanmağımızın tərəfdarıyam. Ona görə də Vikimedia Azərbaycan səhifəsini yaratmışam. Mən Azərbaycanda Vikimaniyanın keçirilməsinin tərəfdarıyam. Ona görə də 2013-cü il üçün Cek kəndinin namizədliyini irəli sürmüşəm. Hesab edirəm ki, Cek kəndinin namizədliyi təcrübəsindən istifadə edib, 2014-də və yaxud da 2015-ci ildə Azərbaycanda konkret olaraq Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və yaxud da Quba rayonunda Vikimaniya keçirmək olar. Əminəm ki, bizim bu arzu və istəyimizi Azərbaycan Respublikasının hökuməti də hərtərəfli dəstəkləyəcəkdir. Amma nə bilmək olar, bəlkə elə 2013-də Cek kəndində Vikimaniya baş tutdu? Bütün bu addımlarım Azərbaycan dilinin və Azərbaycanın uğrunda atılıb. Proger Təbriz küçəsini də yaddan çıxartma. --Cekli829 18:49, 24 dekabr 2010 (Cek vaxtı ilə)
Çox təəssüf ki, Azvikinin idarəçi statusuna malik istifadəçisinin də burda fəaliyyətinə "məhdudiyyətlər" qoyub, fəaliyyətini "məhdudlaşdırmağa" çalışırlar. Hər halda sistemdə texniki xəta kimi qəbul edək:)
Yazdığımı təkrar bura köçürürəm:
META-nın rəsmi etirazı yoxdur. Ümumiyyətlə, yuxarıda da qeyd etdiyim kimi, bu məsələdə Cekli tərəfindən tələskənlik olub. Təşkilatın yaradılması istiqamətində iş gedir, Allah qoysa gələn ilin əvvəllərində bu məsələni həll edəcəyik. Təşkilat bizim vikidaşların (müəllif hüquqları ilə qorunan ifadə:)) daha da sıx birləşməsi, dostlaşması üçün yaradılır. Bizim bütün görüşlərin də məqsədi budur. Amma hələ təşkilat yaradılmamışdan artıq nifaq ocağına çevrilib ki. Bununla bağlı META-dakı məsələnin həllində elə Progerin özü çox iş görüb və inandırım sizi, orda bu məsələ bizim burda qələmə verdiyimiz qədər böyük problem deyil və ümumiyyətlə, problem deyil. META-nın öz idarəçiləri var, əgər Ceklinin səhifə yaratması orda böyük vandalizm kimi qiymətləndirilirsə, onda qoy həmin idarəçilər onu aradan qaldırsınlar. Lazım olmayan səhifəni silsinlər, istəyirlər Ceklini orda bloklasınlar. Ya izahat yazsınlar ki, "Cekli hələ təşkilat yaradılmamış, lap yaradılsa da təmsilçilik hüququ almamış META-dakı fondu təmsil edən təşkilatlar siyahısında ola bilməz". Heç mən də (AzVikidə 2 inzibati səlahiyyəti olan istifadəçi kimi) META-nın qayda-qanunlarını yaxşı bilmirəm. Yəni dediyim odur ki, bəli, Cekli həmin səhifəni META-da yaratmaqla tələsib, amma bu ondan AZvikidə idarəçi statusunun alınmasına əsas vermir. Səs verəndə yaxşı götür-qoy etmək lazımdır. Mən kimin statusunun alınmasına səs verirəm? Mən bu günə qədər AzVikidə idarəçi statusu almış təxminən 13-14 nəfərdən (onların 7-si hazırda bu statusa malikdir, 6-7-sindən bu status alınıb və ya özləri imtina ediblər) fəallığına görə 2-ci yeri tutan idarəçidən statusun alınmasınamı səs verirəm? Mən AzViki yaranandan bu günə qədər buradakı lokal qeydiyyatdan keçən 24 568 istifadəçi siyahısında redaktə sayına görə 2-ci yeri tutan istifadəçiyə etimadsızlıq göstərilməsinəmi səs verirəm? Şəxsən mən AzVikidə belə bir idarəçimizin olmasının tərəfdarıyam və verdiyim səslə bunu təsdiq etmişəm. Sabah Cekli gedib lap Vikimedia Fondunun Florida ştatında yerləşən ofisini daşa basıb pəncərə şüşələrini sındırsa da mən onun AzVikidə idarəçiliyini dəstəkləyəcəm:) Hər halda səs verməmişdən qabaq yaxşı-yaxşı fikirləşməyə dəyər.
İndi isə Cekliyə şəxsi müraciət (bunu digər istifadəçilər oxumaya da bilər:)). Azərbaycanda Vikimania konfransı keçirmək olar. Bununla bağlı səninlə müzakirə də aparmışıq. Məsələn, məncə ən optimal yerlərdən biri Quba, Qəbələ, Şamaxı (düzdür, hava limanının olmaması problem yarada bilər), Gəncə, Lənkəran, Zaqatala ola bilər. Bu konfransa 400-500 adam qatılır. Ən azı 150-200 adamlıq 3-4 salonu olan böyük tikili, bütün digər infrostrukturları (mehmanxanalar, yataqxanalar, kafelər, ictimai nəqliyyat və s.) olan bir kənd və ya şəhər lazımdır. Qubanın Cek kəndi bu tədbirin keçirilməsi üçün uğurlu yer deyil. Mən bilən, kənddə mehmanxana, yataqxana, restoran, kafe yoxdur:) Amma 2013-cü ildə Qubanın Cek kəndində Vikimania konfransının keçirilməsi təşəbbüsünü irəli sürmüsən. Bir lətifə danışım, amma ruslar demişkən "bez obid" (şəkililərin də xətrinə dəyməsin:))
II Dünya Müharibəsi vaxtı xəbər yayılır ki, bəs nemeslər Azərbaycana hücum etməyə hazırlaşırlar. Azərbaycanın bütün şəhər və kəndlərində səngərlər qazılır, bombadan qorunmaq üçün torpağın altında xüsusi yerlər tikilir. 1 aydan sonra komissiya bütün şəhər və kəndləri gəzib hərbi hazırlıqla maraqlanır. Bütün kəndlərdə səngərlər, bombadan qorunmaq üçün yerlər hazırdır, bircə Şəkidən başqa. Komissiya sədri hirsli-hirsli şəkililərə qışqırır: "Bu nədir? Niyə nemeslərin hücumuna hazır deyilsiniz? Bəs nemeslər hücun etsə nə edəcəksiniz?". Camaat səsini də çıxarmır, bir az keçəndən sonra bir yaşlı şəkili qabağa çıxıb deyir "Neyniyəcəyik ki, cənab nəçənnik, Heç nə, biyabır olacağıq da".
İndi birdən Vikimedia fondu Cek kəndində Vikimania-2013-ün keçirilməsinə icazə versə, neynəyəcəyik? Biyabır olacağıq ki:) Hörmətlə:--Sortilegus 00:34, 26 dekabr 2010 (UTC)
- Texniki problemlər məlumat bazasında əməliyyatlar ilə bağlı idi. Bir neçə saat davam etdi və redaktə etdikdə aşağıdakı xəbərdarlıq çıxırdı:
"Warning: The database has been locked for maintenance, so you will not be able to save your edits right now. You may wish to cut-n-paste the text into a text file and save it for later.
The administrator who locked it offered this explanation: maintenance: clearing up edit synchronization issues" Eyni hal 50,000-ə qədər məqaləsi olan Vikipediyalarda müşahidə olunurdu.-- Pərviz 01:36, 26 dekabr 2010 (UTC)
ƏDALƏT
Təqribən rəvayət olunur ki, bir gün Davud peyğəmbər öz-özünə fikirləşir: "Görəsən insanlar arasında məndən də yaxşı qəzavət edən varmı?"
Bir müddət sonra onun yanına iki nəfər gəlir. Biri yanındakını göstərib şikayət edir: Bu adamın 99, mənim isə 1 qoyunum var, o deyir ki 1 qoyunu da mənə verməlisən ki, 100 qoyunum olsun. O mənə zülm edib?
Davud peyğəmbər dərhal "Bəli!" deyə cavab verir. Şikayətə gələnlər gülümsəyərək çıxıb gedirlər. Davud peyğəmbər dərhal xətasını anlayır: İkinci tərəfi dinləmədən hökm verib!
İstifadəçilərin bəzisi bu qaydaya riyayət etmədi, inşallah yekunda ən doğru olan qərarı qəbul edərlər.
Mənə gəlincə, məsələ ilə bağlı Cekli829 və Proger qardaşlarımın hər ikisi ilə danışdım. Məsələ o qədər də acınacaqlı deyil. Belə ki, Progerin özünün də qeyd etdiyi kimi AzViki haqqında işlədilən "klounada" kəlməsi onun şəxsi söhbətlərinin nəticəsində yaranıb. Hansı ki, bu bircə kəlmə üstündə bir neçə istifadəçidə Cekli829-a qarşı aqressiv hisslər baş qaldırıb ki, bu da başadüşüləndir (Bir az əvvəl Rusca Vikipediyada çalışan vikidaşlarımızın da bəziləri başqa bir məkanda AzViki və onun bəzi istifadəçiləri haqqında xoşagəlməz ifadələr işlətmişdilər).
Cekliyə gəlincə, hər bir idarəçi kimi onun da nöqsanı var, amma bu nöqsanlar onun idarəçilikdən xaric olunmasına əsas vermir. Məsələn "sui-istifadə edib" ehtimalı əsasında xəbərdarlıq etmək olar və s. Qeyd edim ki, bu cür nöqsanları dərhal müzakirəyə çıxarıb həll etmək lazımdır. Aktiv istifadəçilərdən biri mənə qarşı elə bir hərəkət edib ki, bunu üstünü ört-basdır etdim (özünə də email vasitəsilə bildirdim). 5-6 aydan sonra əlimə fürsət düşəndə məsələni ağatrmaq isə təbiətimə ziddir. Hər belə məsələni şişirtmək nəyə yarayır? Məsələn, bu günüm demək olar ki, müzakirələrə həsr olundu. Nəticə nə oldu?
Bir daha qeyd edirəm, kim ifadələrində xətaya yol veribsə, əgər ədalətli olmaq istəyiriksə, bildirsin, utanmaq yeri deyil,
Müzakirələr zamanı bir-birinizə düşmən gözü ilə baxmayın. Bir gün hər şey durulacaq, elə davranaq ki, o zaman üz-üzə gələndə xəcalət çəkməyək. Cəmiyyətdəki fəaliyyətimiz zamanı diqqət yetirilməli məqamları nəzərə çatdırmağı özümə borc bilirəm:
- Ədalətli o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə camaatla da o cür rəftar etsin! (Hz. Məhəmməd (s)).
- Qardaşının üzrxahlığını qəbul et. Üzrü olmasa da, özün onun üçün bir üzr fikirləş. (Hz. Əli(ə))
Hər ikinizə sayğılarla--Vago 13:33, 24 dekabr 2010 (UTC)
Vikimaniya ilə bağlı sənədlər
Mən gözlədim, amma görürəm ki, Proger və Cekli ayrı-ayrı dillərdə danışırlar. Progerin nə demək istədiyini anlamaq üçün Meta-nın nə olduğunu və fondların hansı sistem üzrə yarandığını dəqiq bilmək lazımdır: "Vikimedia Azərbaycan" təşkil etmək üçün mühüm şərtlər:
- "Vikimedia Azərbaycan" təşkili ilə bağlı səsvermə aparılmalı və səsvermənin protokolu hazırlanaraq metaya təqdim edilməli
- "Vikimedia Azərbaycan" -in qanunları hazırlanmalı
- "Vikimedia Azərbaycan" -in əmalkının formalaşması planı hazırlanmalı
- "Vikimedia Azərbaycan" -in direktorunun səsvermə ilə seçilməsi
- "Vikimedia Azərbaycan" fondunun dövlət qeydiyyatından keçməsi.
Yalnız yuxarıdakı prosedurlardan sonra "Vikimedia Azərbaycan" səhifəsinin yaradılmasına və rəsmi şəkildə fəaliyyətinə icazə verilə bilər
Məsələn Rusiyanın Vikimaniyasının yaranması üçün dövlət qeydiyyatından keçmələri barədə sənədlər: [12]
İndi isə gəlin görək bizdə, "Vikimedia Azərbaycan" ilə bağlı nə işlər görüldü?
Cekli getdi, Metada heç kimə və heç kəsə məhəl qoymadan "Vikimedia Azərbaycan" səhifəsi yaratdı.
Metada müzakirələr vikipediyadakı kimi aparılmır. Oradakılar kimisə bloklamaq və ya xəbərdarlıq üçün yığışmırlar. Orada konkret qərarlar qəbul edilir. Bu qədər bəsdir, hər halda bura auditoriya deyil ki, mən bəzi "təcrübəli" istifadəçilərə dərs keçim...--Irada 16:35, 24 dekabr 2010 (UTC)
- Sizin kitabı gərək bir də oxuyam :) Qanunda nə cürdür, bilməməzlik üzündən bu prosedurlara riayət etməyən idarəçi idarəçi statusundan məhrum edilmək haqqı qazanır, ya yox? --Vago 18:49, 24 dekabr 2010 (UTC)
Kitabda bunları belə təfsilatı ilə yazmamışam. Hər xırdalığı kitaba yazsaydım, gərək Vikimaniya kitabını ayrıca dərc etdirəydim :) Hal-hazırda Medadakılar bizim nə qərar verəcəyimizi gözləyir. Nəzarət altındayıq. Son dəyişikliyə baxsan görərsən ki, hal-hazırda metanın iki idarəçisi burdadır:[13], [14]. Səhv edən istifadəçi ilk növbədə Metaya gedib səhvini düzəltməlidir. --Irada 19:00, 24 dekabr 2010 (UTC)
- Səhv edən istifadəçi (məsələn, mən :) ) bunun üçün nə etməlidir ki, yaratdığı məqaləyə sil şablonu yerləşdirməlidir?--Vago 19:05, 24 dekabr 2010 (UTC)
Adətən bir insan tanımadığı yerə gedib, yolu azırsa gəldiyi yolla da geri qayıtmalıdır. Bu aksiomadır :)--Irada 19:09, 24 dekabr 2010 (UTC)
- Elə bu? Əla! :)) --Vago 19:14, 24 dekabr 2010 (UTC)
Vikimaniya ilə bağlı sənədlər haqqında dəyərli informasiyaya görə İradə xanıma təşəkkür edirəm. Yaxşı olardı ki, həmin məlumatları Vikimedia Fondu, Vikimediya məqalələrində də yerləşdirərdiniz. Bu barədə mənim də elmi ədəbiyyatlarda məqalələrim dərc olunmuşdur. Amma hər zaman əsas istinadım Sizin yazdıqlarınız olmuşdur. Ona görə də hesab edirəm ki, bu sahədə məndən daha peşəkar olduğunuz üçün Vikimedia Fondu, Vikimediya və bu kimi digər məqalələrin təkmilləşdirilməsində əhəmiyyətli rola malik ola bilərsiniz. Bir daha təşəkkür edirəm! Hər halda Siz də mənimlə razılaşarsınız ki, bunları Vikimedia Fondundakı idarəçilərin böyük əksəriyyəti bilmir. --Cekli829 11:27, 25 dekabr 2010 (Cek vaxtı ilə)
- Cekli Sizdən xahiş edirəm, META ilə bağlı yuxarıda İradə xanımın qeyd etdikləri ilə bağlı tərəfinizdən görülməli işləri (məsələn, yaratdığınız məqaləyə bizim dildə desək, sil şablonu yerləşdirmək) yerinə yetirəsiniz ki, heç olmasa bir məsələnin həllinə xitam verək. --Vago 07:40, 25 dekabr 2010 (UTC)
Həmin məsələnin həllinə artıq bir neçə gün əvvəl xitam verilib. Və xahişiniz mənim tərəfimdən bir qədər fərqli formada yerinə yetirilib. Belə ki, həmin səhifənin silinməsinə heç bir ciddi əsas yoxdur. Çünki hazırki proseslər onu göstərir ki, ən yaxın vaxtlarda təşkilatımız tam hazır olacaqdır. Və bütün hüquqi prosedurlar da sona çatacaqdır. Mən Vikimedia Azərbaycan səhifəsinə Wikimedia Türkiye səhifəsindəki şablonun eynisini yerləşdirmişəm. Məzmunu ingiliscə belədir:
- This page is about the unofficial Azərbaycanca chapter of the Wikimedia Foundation. An English version of this page will be set up within a few days.
Fikrimcə bu şablonu bir qədər təkmilləşdirmək lazımdır. İngilis dilini daha yaxşı bilənlər lütfən bu işlə məşğul olsunlar. Yaxşı olardı ki, bürokratımız Sortilegus sildiyi Vikimedia Azərbaycan səhifəsini də bərpa edərdi. Və həmin səhifəyə də müvafiq şablonu yerləşdirərdi. Təşkilati işlərlə bağlı ən son yenilikləri həmin səhifədə qeyd etmək lazımdır. Eyni zamanda mövzu ilə bağlı məsələləri də müzakirə etmək üçün Müzakirə:Vikimedia Azərbaycan səhifəsinin də bərpasına ehtiyac var. Həmin səhifəyə də müvafiq şablonu qoymaq olar. Hər halda cavabım Sizi qane etdi. --Cekli829 12:09, 25 dekabr 2010 (Cek vaxtı ilə)
- Mənim Sizdən xahişim, necə deyərlər, bir qardaş kimi ərkyanadır və Sizin hüquqlarınıza aid məsələdir, Yəni onu yerinə yetirib-yetirməmək Sizin hüququnuzdur. Gəlin, məqaləyə sil şablonu yerləşdirin, onsuz da Hərb maşını hərəkətə gəlibsə, onu dayandırmaq çətin məsələdir, yəni 5 gün gec, 5 gün tez, inşallah zamanı gələndə Sizin də qeyd etdiyiniz kimi, Sortilegusun özü bu məsələlərin həllini yoluna qoyar. --Vago 08:21, 25 dekabr 2010 (UTC)
Əgər həmin səhifənin silinməsi vacib idisə və o səhifəyə SİL şablonunu qoymaq lazım idisə bunu həmin səhifəni yaratmaqda məni ən çox ittiham edən Proger də edə bilərdi. Amma o da etməyib. Hətta həmin səhifədə redaktələr də edib. Gördüyünüz kimi SİL şablonuna ehtiyac yoxdur. Yaxşı olardı ki, Siz də bunun — This page is about the unofficial Azərbaycanca chapter of the Wikimedia Foundation. An English version of this page will be set up within a few days. məzmununun dəqiqləşdirilməsində kömək edərdiniz. Mən ingilis dilini o qədər də yüsək səviyyədə bilmirəm. Ona görə də bundan artığını edə bilmirəm. Təşəkkür edirəm! --Cekli829 12:37, 25 dekabr 2010 (Cek vaxtı ilə)
Qəbul etmirəm
- Cekli, mən səbrlə, sənədlərlə sübut etməyə çalışdım ki, siz düz etmirsiz. Siz isə mənə bildirdiniz ki, həmin yazılarla gedim məqalə zənginləşdirim. Cekli, siz AzVikidə nə istəyirsiz edə bilərsiniz. Sortilegus kimi bürokrat arxanızda dayanıb. Cekli, Sizin azvikidəki zəhmətinizi yüksək qiymətləndirsəm də, Metadakı fəaliyyətinizi və mənim məsləhətlərimi qulaqardına vurmağınızı, ciddi məsələlərə bu cür səhlənkar yanaşmanızı qəbul etmirəm. --Irada 02:01, 26 dekabr 2010 (UTC)
Əsas Metadır, ya az viki?--N KOzi 14:44, 26 dekabr 2010 (UTC)
Sizin sualınız bilirsiz nəyə bənzəyir: Əsas Prezident Aparatıdır, ya İcra Hakimiyyəti :), İndi özünüz fikirləşin.--Irada 14:50, 26 dekabr 2010 (UTC)
Əsas milli maraqlardır. Həm Prezident Administrasiyası, həm də İcra Hakimiyyəti milli maraqlar çərçivəsində hərəkət etməlidir. Milli maraqların əsas ifadəçisi isə Konstitusiyadır. Ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya! --Cekli829 12:32, 27 dekabr 2010 (Cek vaxtı ilə)
Sistem lazımdır
Mövzu şişir və təəssüf ki, qarşılıqlı ittihamlar da durmadan artır. Etimad üzrə səsvermə artıq çoxdan məcrasını dəyişib. Arqumentlərin saf-çürük edilməsinin özü isə ehtiyat edirəm ki, yeni dövriyyə mübahisələrə gətirib çıxaracaq. Hesab edirəm ki, bütün bunların hamısı idarəçi seçkisi və etimad göstərilməsi sisteminin mükəmməl olmaması ilə bağlıdır. Aşağıdakıları təklif edirəm :
- Seçki və etimad məsələsi 3 dəqiq vaxt çərçivəsi olan mərhələyə bölünsün.
- İdarəçiliyə namizəd və ya etimad məsələsi səsə qoyulan vikicəmiyyət qarşısında proqram və ya hesabatla çıxış etsin.
- Namizədə seçicilər tərəfindən suallar və tövsiyələr ünvanlansın.
- Namizəd verilən suallara cavab versin.
- Namizəd bu dövrdə təmkinli, soyuqqanlı və dözümlü davranmalıdır.
- Səsvermə keçirilsin və onun müddəti bir həftədən çox olmasın.
- Səslərin üçdə ikisini əldə edən idarəçi fəaliyyətinə başlayır.
- Mərhələrin ardıcılığına və korrekt davranışa xüsusi seçki komissiyası nəzarət etsin.
Bu təklifdir və başqa baxışlar da ola bilər.--Acategory 17:40, 23 dekabr 2010 (UTC)
- Etimad səsverməsinin məzmunundan çıxaraq ağır iithamlar müstəvisinə keçməsi çox xoşagəlməz bir haldır. İttihamlar və arqumentlər artıq təkrar-təkrar dövriyyəyə buraxılır. Vikicəmiyyət nə baş verdiyini anlamağa çalışır. Artıq neçə gündür ki, nə yeni bir məqalə yaradılıb, nə də keyfiyyətli bir redaktə aparılır. BU SİTUASİYAYA SON QOYULMALIDIR. Qoy tərəflər bir qədər təmkinli olsunlar, öz həqiqətlərini qarçı tərəfə zorla qəbul etdirməyə çalışmasınlar. Etimad səsvermə vaxtını qısaldıb qanqaraçılığa son qoymaq lazımdır. Əgər əvvəl tək Cekli günühkar idisə, indi hamı günhkardır. Bu məsələnin müzakirələrində ümumilkidə 88.455 kbt-lıq material yaranıb. Bu enerji ilə ya 1 əla, ya 2 seçilmiş, ya 4 yaxşı, ya da 20 yeni məqalə yaratmaq mümükün olardı.DOSTLAR DAYANIN, POLEMİKANI DÜŞMƏNÇİLİYƏ ÇEVİRMƏYİN. Yeni istifadəçilər bizlərə baxırlar. Bu nə ənənədir hər ayyarım-iki aydan bir Vikipediyada aləm bir-birinə qarışır. Məgər Vikipediyanın məqsədi budurmu ?--Acategory 15:51, 24 dekabr 2010 (UTC)
--Vüsal Ağayev 19:11, 24 dekabr 2010 (UTC)
--N KOzi 07:18, 25 dekabr 2010 (UTC)
--Cekli829 11:33, 25 dekabr 2010 (Cek vaxtı ilə)
- İfrat müxalifət və ifrat iqtidar qarşıdurmasına bənzəyir. Lap siyasətdəki kimi. Məndən olsa diktator kimi bu səhifəni silib hamını iş başına (məqalə yaratmağa) göndərərdim. Zarafatla.--MrArifnajafov 09:03, 25 dekabr 2010 (UTC)
Bəlkə də zarafatsız.--N KOzi 09:07, 25 dekabr 2010 (UTC)
- Əvvəlkı səsverməmdə İP ünvananıyla səsverməm mənim səhvimdir, üzrlü hesab edin. Pərviz-ə dediyim kimi burada da deyirəm, səbəbi də avtomotik daxil olduğumu düşünərək səsvermədə iştirak etməyimdir. Amma onu deyim ki səsin vandalizm və ya pis niyyətli olduğunu düşünmədən əvvəl araşdırmaq lazımdır. Perviz mənim lövhəmdə yazmasa idi mənim xəbərim olmayacaqdı. O da çox sağ olsun, məni xəta bəladan kiminsə şərindən qorudu. Yoxsa bunun arxasında mütəşəkkil cinayət qrupunun əl izlərini axtarmağa hazırlaşmaq düzgün deyil. Alovu bir butulka ağ neftlə söndürməyə getmirlər. Yuxarıdakı ilk 4-5 yazıdan sonrasını oxumadım, oxuduqca pis olacağımı təxmin edərək bunu etmədim. Mənə əvvəllər olub unudulmuş mübahisələri xatırladır. İnşallah bu etimad səsverməsi əvvəlki mübahisələr kimi sona çatar və unudular. Yazdığım fikirlər mənim şəxsi fikirlərimdir. Ümid edirəm emosiannallığın dozasını qaçırıb kiminsə xətrinə dəymədim. Mən burada ikinci belə bir yazı yazacağıma gedib məqalələrdə redaktələr edərəm. Yenə bu başlıq altında yazı yazmağa məcbur olmamaq ümidiylə.--Bakuemil 04:56, 26 dekabr 2010 (UTC)
Bakuemil, mən sərt danışmaq istəmirəm. Amma bu keçidə diqqətlə baxın :http://az.wikipedia.org/wiki/?axtar=Vikipediya:%C4%B0dar%C9%99%C3%A7il%C9%99r&diff=prev&oldid=994515
- İP ünvananıyla səsverəndə səhifədə də İP görünməli idi.
- Sizin adınızdan səsvermə Babək Akifoğlunun səsverməsindən bir-neçə saat sonra verilib, amma ikinizdə də tarix saniyəsinə kimi eynidir. Yəni səsvermə copy olunub.
Bəsdirin, bura uşaq bağçası deyil axı. Hər şeyin bir həddi var. --Irada 05:52, 26 dekabr 2010 (UTC)
İradə xanım sərt danışmağınızın yeri yoxdur, lazım da deyil. Mən açıq aydın texniki səhv elədiyimi demişəm. Mənim anonim səs vermək də marağım yoxdu. Bəli copy paste-dir. Sizə hətta bir az da kömək edim. Həmin vaxt Ceklinin məndən, səhifəmdə səsvermədə iştirakımı istədiyi vaxtla üst-üstə düşür. :) İradə xanım xahiş edirəm məni polemikaya çekməyin. Bəli siz çox düz deyirsiniz bura uşaq bağçası deyil və burda da heç kim baxça rəhbəri və baxça müəlliməsi deyil. "Bəsdirin, Hər şeyin bir həddi var." Bunlar nə deməkdir? Əgər mənim yazdıqlarım barəsində yenə şübhəniz olsa xahiş edirəm mail-lə demək istədiklərinizi şəxsən yazın.--Bakuemil 14:06, 26 dekabr 2010 (UTC)
Mən həmişə çalışıram müzakirələrdə çox problemləri açmayım ki, mübahisə yaranmasın, amma hər dəfə də məni məcbur edirsiz. Atalar sözü yəqin ki, yadınızdadır: desəm öldürərlər, deməsəm ölləm :)
- Əgər həqiqətən də səhv etmisinizsə, buna görə müəyyən istifadəçilər əsassız təhqir edildilər və heç kəs bu təhqirə görə cavab vermədi:Kənd meydanına baxın.
- İki ayrı-ayrı istifadəçinin eyni gündə, eyni səsvermədə, eyni səhv etməsi ehtimalı nə qədərdisə, mənim sizin dediklərinizə də inamım o qədərdir. Bu səhvə nə deyirsiz:[15] Bəlkə, Azvikidə yeni dəb yaranıb, mənim xəbərim yoxdur :)--Irada 14:42, 26 dekabr 2010 (UTC)
Cekli məsələsi
Etimad məsələsi
Son günlər Azərbaycan vikipediyasında Cekliyə etimad və postcekli məsələsi əsas mövzuya çevrilmişdir. Mövzu cəmiyyəti təxminən iki bərabər və barışmaz cəbhəyə bölübdür. Ortada Ceklinin META-da ( hələ də bu strukturun sılahiyyəti mənə aydın deyil ) bir hərəkəti dönə-dönə hallanır və ciddi ittiham kimi cavab istənilir. Ancaq, bu arqumentə dəyməyərək ritorik sual vermək istəyirəm
Cekilnin səhvi (səhvləri) nədədir ?
Əlbəttə deyilənlərdən anlayıram ki, Cekli META məsələsində tələskənliyə (səhvə) yol verib. Ancaq onu və vikicəmiyyəti artıq nisbətən tanıyan insan kimi fikrimcə bu onun əsas yox, əhəmiyyətinə görə 10-cu, bəlkə də 50-ci səhvidir. Onu səhvləri isə daha dərindir. Bunları sadalamaq istərdim.
- Gəncdir və idarəçilik təcrübəsi yox idi. Əslində onu ittiham edənlərin də gənc və radikal olduqları, artıq bir sıra səhvlər yol verdikləri də aydın görünür.
- Cekli və vikicəmiyyətin bir çox üzvləri hələ də qadınların heç vaxt səhv etmədiklərini bilmirlər. Onun vaxtaşırı İrada xanım və E-citizen xanımla çəkişməsi, onlara nə isə isbat etməyə çalışması acı təəssüf doğurur. Bu isə onun birinci səhvindən irəli gəlir. Qadınlarla mübahisə etmək yox, onlarla dost olmaq, onları dinləmək və dediklərindən nəticə çıxartmaq lazımdır.
- Tələskəndir, fikrində tutduğunu götür-qoy etmədən , məsləhətləşmə aparmadan tez həyata keçirməyə çalışır. Bu isə onun ikinci səhvindən irəli gəlir.
- Təmkinliliyi azdır (səbəbi üçüncü səhvindəndir), iradları dinləyib etraf etməkdən, ortaq məxrəcə gəlməkdənsə, tələsik irad bildirənlə mübahisə etməyə çalışır.
- Məglubiyyətə hazır deyil, səsverməni az qala dünyanın axırı kimi qəbul edir. Hansı ki, bu faktor insanı daha yüksək zirvəyə hazırlayır, daha müdrük edir.
- Cek məsələsini tez-tez dilinə gətirir. İnanıram ki, Cek kəndi Azərbaycanın ən gözəl kəndlərindən biridir. Cek mədəniyyətinin zəngin olmasına heç bir şübhəm yoxdur. Ancaq Vikipediya qaydalarına görə istifadəçilər anonom, onların xarakteristikası məlum olmalı deyil. BİZLƏR SADƏCƏ OLARAQ KÖNÜLLÜ ENSİKLOPEDİYAÇILARIQ.
- Daha da davam edə bilərdim, ancaq ehtiyat edirəm ki, bu bəzilərində dostumuz Ceklinin ancaq minuslardan ibarət olduğu qənaətinə gətirib çıxara bilər.
Cekil yenidən idarəçi olarsa
Mən buna sevinər və onu təbrik edərəm. Çünki, etimad səsverməsi Ceklini başqa Cekli edəcək. O idarəçi olmağın nə demək olduğunu axır ki, tam anlamda başa düşəcək , bir daha indiki səhvləri buraxmayacaq. Kollektiv işə üstünlük verəcək.
Cekli idarəçi olmazsa
Əlbətdə, dostumuza müəyyən qədər təsir edəcək. Altı nəfərin çəkdiyi yük, büş nəfərin çiyninə düşəcək. Vkicəmiyyət bir daha situsiyanı özündəmi, açıq şəkildəmi analiz etməyə başlayacaq.
Ancaq , bunula belə faciə də baş verməyəcək. Cekli bir qədər incisə də, yenə də fəal olacaq. Çünki, o Vikipediyasız yaşaya bilmir. Uğurlarımıza sevinəcək, yenə də yumorunu işə salacaq, yenə də kateqoriyaları təmizləyəcək (bilmirəm düzmü yazdım), bizlərdən biri olacaq.
Nəticə
Qoy hər kəs özü versin.
Hamıya hörmətlə --Acategory 10:28, 26 dekabr 2010 (UTC)
--Cekli829 12:58, 27 dekabr 2010 (Cek vaxtı ilə)
Xoş arzular
Sözün açığı, Ceklinin fəaliyyətini dərin təhlil etmədim, amma görürəm ki, Cekli aleyhinə duranların ciddi səbəbləri var. Yuxarıdaki şərhlər ilə tam razıyam. Amma neytral olmaq istəmirəm. Ceklinin səhvləri olsa da, yüksək aktivlik göstərib. Məncə idarəçilərin sayı onsuzda azdır, və istəyirəm ki, öz fəaliyyətini yaxşılaşdırmaq üçün Cekliyə bir şans verilsin. Peşəkarlıq yaş kimi tədricən artır. Və hər bir peşəkar digərlərin tənqidinə qulaq verməlidir. Xoş arzularla, Natura rerum 11:12, 31 dekabr 2010 (UTC)
Şərh
1-2 həftədir Vikipediyaya mütəmadi daxil ola bilmədiyim üçün münasibət bildirməkdə gecikmişəm. Son görüşdə Cekli etimad səsverməsi keçirəcəyini deyəndə müzakirələrin qızğın olacağına əmin idim, amma bu cür yox. Belə görünür ki, Cekliyə qarşı irəli sürülən ittihamların bir hissəsi onun özünün də ilk postunda etiraf etdiyi kimi, son bir ildə yol verdiyi qüsurlarla bağlıdır. Mən özüm də bir neçə dəfə Ceklinin müzakirə səhifəsində ona bu cür səhvlərini göstərmişəm. Əksər hallarda xahişlərimi anlayışla qarşılayıb və buna görə də bu baxımdan elə də ciddi bir iradım yoxdur.
Metada yaratdığı səhifənin belə böyük rezonans doğuracağını yəqin özü də gözləmirdi, amma əgər bu addım Metanın qaydalarına görə səhv hesab olunursa nəyə görə elementar Vikipediya qaydalarına uyğun olaraq onun müzakirə səhifəsində bu barədə heç bir xəbərdarlıq olunmayıb. Bildiyim qədərilə Vikipediyada məsələlər telefon görüşmələri vasitəsilə yox, müzakirə səhifələrində həll olunur. Bu baxımdan Metadakı idarəçilərin də öz ilkin vəzifələrinə səhlənkar yanaşdıqlarını demək olar. Bir məqamı isə başa düşmədim. Belə ki, müzakirələrdə qeyd olunur ki, Metanın idarəçiləri bizi izləyirlər. Nə məqsədlə? Əgər kimsə Metanın qaydalarından kənar hərəkətə yol veribsə bunun çox sadə həll yolu var və bütün vikilayihələrdə ona əməl olunur: Qayda pozuntusunu aradan qaldırmaq və qayda pozuntusuna yol vermiş şəxsə xəbərdarlıq etmək, əgər əvvəllər eyni hərəkətə görə xəbərdarlıq olunubsa idarəçinin seçimindən asılı olaraq bloklamaq, yaxud təkrar olaraq daha sərt xəbərdarlıq etmək.
Digər tərəfdən isə Ceklinin ilk postunda yazdığı "səhvlərimi həmin müvafiq dövrlər üçün doğru hesab edirəm və mənə qarşı bəzi istifadəçilər tərəfindən barəmdə səsləndirilmiş administrativ ittihamlarla qətiyyən razılaşmıram" ifadələri məncə düzgün yanaşma deyil. "Bəzi istifadəçilər" deyəndə kimlərin nəzərdə tutulduğunu dəqiq bilməsəm də "səhvlərimi ... doğru hesab edirəm" şəklindəki yanaşma düzgün deyil. Belə ki, məsələyə bu cür yanaşmaq, gələcəkdə də bu cür səhvləri təkrarlamaq üçün şərait yaradır.
Ceklinin ilk postunda qeyd etdiyi başqa fikir isə onun Vikipediyaya bağlılığının istifadəçilərin ona qarşı olan etimadından birbaşa asılı olduğunu göstərir: "... idarəçi statusundan məhrum olunmağım mənə həqiqətən ciddi mənəvi zərbə olacaq. Və bu amil istifadəçi fəaliyyətimdə də heç şübhəsiz ki, özünü biruzə verəcək." Məncə bu sözlər ilk növbədə idarəçi statusundan məhrum olmağı yox, istifadəçilərin ona sıravi bir istifadəçi kimi etibar etməməsi anlamında qəbul edilməlidir.
Ceklinin cəsarət göstərərək bu cür səsvermə keçirməyə razı olmasını və ona qarşı irəli sürülən ittihamların az-vikiyə aid olanlarının müəyyən bir qisminin digər idarəçilər və istifadəçilər tərəfindən də dəfələrlə yol verildiyini və Metada yol verdiyi səhvin aradan qaldırılmasında Meta idarəçilərinin özlərinin lazımi tədbir görməli olduqlarını nəzərə alaraq "lehinə" səs verməyi qərara aldım. Məncə düzgün seçim etmişəm və buna görə özümü kiməsə hesabat vermək məcburiyyətində hiss etmirəm. Amma Ceklinin bu səsvermədən lazımi nəticələr çıxarmasını və bundan sonra vikicəmiyyətin qərar verməli olduğu məsələlər barədə təkbaşına qərar qəbul etməməsini gözləyirəm. Bir idarəçi kimi özünə qarşı daha tələbkar və işində daha ciddi olmasını gözləyirəm. — Bu imzasız yazı Wertuose (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- İlk növbədə onu qeyd edim ki, keçidlər var (1, 2, 3, 4) və bu keçidlərin birində dediyiniz "olmayan" xəbərdarlıq var. Adətən müzakirə səhifəsinə eyni hərəkətin bir daha təkrar edəndə yazırlar. Bundan da əvvəl Cekli ilə mən redaktə müharibəsinə çıxmışdıq. Mən son redaktəni etdim və normal vəziyyətə gətirdim. Buna baxmayaraq META idarəçisi səhifədə yenə dəyişiklik edərək xəbərdarlıq göndərdi. Cekli bir də səhv dəyişiklik etmədi deyə onun müzakirə səhifəsinə də heç bir xəbərdarlıq yazılmayıb. Etdiyi dəyişiklik ki, qaytarılaraq xəbərdarlıq edilib? Vəssalam. Bir də meta adi dəyişikliklər yeri deyil. Dəyişikliklər edəndə bir bilməlidir adam harada edir. Özüdə Cekliyə göstərilən 8 konkret ittihamdan yalnız 3-ü qlobaldır. Qalanı AzVikiyə aiddir. --Proger danış 21:05, 26 dekabr 2010 (UTC)
Bütün burda baş verən mübahisələr heç də ürək açan deyil. Vikiçilərimizin belə uzun müzakirələri digər məqalələrdə işləri azaldıb. Amma bunu demək istərdim ki, yazılan bütün şərhlərdən belə qənaətə gəlmək olar ki, Ceklinin səhvləri var, hamımızda olduğu kimi. Lakin Ceklini bizdən fərqləndirən onun tələskənliyidir. Mən əminəm ki, hörmətli həmkarımız Cekli heç bir pis məqsədi olmadan Metada belə addım atıb. O "qaş qayırmaq istəyərkən vurub göz çıxardıb" tələskənliyinə görə. Amma istifadəçilərin əksəriyyətinin də onun üstünə belə getməsi düzgün deyil. Əminəm ki, Ceklinin yerində heç bir istifadəçi olmaq istəməzdi. Lakin istifadəçilərin əksəriyyəti fikirlərini yalnız Metadakı işlərə yönəldib niyı?! Amma AzVikidəki "Cekli səhvlərini" əsasa almırlar. Deyirlər ki, bura özümüzünküdür düzəldərik. Axı niyə?! AzVikidəki səhvlər bizə daha çox zaman itirməyə səbəb olur və vikimizin keyfiyyətinin aşağıya düşməsinə gətirib çıxarır. Düzdür, metadakıların qarşısında biabr ola bilərik, amma, meta kimdir ki? Əsas pz vikimizdir. Öz vikimizdə olan səhvlərin qarşısını almaqdan və ya azaltmaqdan biz metadakı bir səhvə baxırıq. AzVikidəki səhvləri azaltmaq, keyfiyyəti yüksəltmək və ən əsası bura daxil olan Azərbaycanlıların məmnun qalmalarını təmin etməliyik. Mən hələlik səs vermirəm. Gözləməyi üstün tuturam. İndiyı qədər susmağımın səbəbi isə "Danışmaq gümüşdürsə susmaq qızıldır" deyərək əsaslandırıram!Hörmətlə--Robert Langdon 14:39, 27 dekabr 2010 (UTC)
- Hörmətli Robert Langdon. Yadıma düşmüşkən Ana səhifəyə gedəcək hər gün üçün olan materialların davamını da mümkünsə hazırlayardınız, texniki cəhətdən nə köməklik lazımdırsa, mən hazır. Hələ həmin məqalələrə bir də göz gəzdirilməlidir. Hazırlanma prosesində yəqin AzVikidəki tarixlə bağlı kateqoriyalardan da istfadə etməyi unutmazsınız. Bu mübahisələr filanlar boş şeylərdir, düzəlib gedəcək, çox əhəmiyyət verməyin. Siz hələ gəncsiniz, həqiqətləri kəşf edib həqiqət ardınca getməyə can atın. Biz demək olar ki hər gün haqsızlıqla qarşılaşırıq, srağagün hətta 5-6 ağsaqqal ziyalı gözümün qarşısında yalandan şahidlik etdilər. Dünya budur da. İmam Hüseyn (ə) deyir ki, Yəhya peyğəmbəri bir zinakar qadının sözüylə edam etmələri bu dünyanın dəyərsizliyinə kifayətdir.--Vago 15:10, 27 dekabr 2010 (UTC)
Rovshan.95 düz deyirsiniz: Öz vikimizdə olan səhvlərin qarşısını almaqdan və ya azaltmaqdan biz metadakı bir səhvə baxırıq Odur ki, mən yuxarıda hər iki səhvə YOX demişdim: biri metadakı, biri azvikidəki [16]
Vago, deyirsiniz: Bu mübahisələr filanlar boş şeylərdir, düzəlib gedəcək, çox əhəmiyyət verməyin. kimisə (fərqi yoxdur kimi) "cındır" adalndırmaq, İP-lərlə səsvermək və daha nələr boş şeylərdisə demək Azviki mənim yerim deyil. Sonda gətirdiyiniz misalı isə yəqin ki, istəməzdiniz sizin yaxın adamlarınız üçün söyləsinlər...--Irada 07:01, 28 dekabr 2010 (UTC)
Son bir həftə ərzində az girə bilmək imkanım oldu AzVikiyə, amma, baxıram ki, bu səhifədə(yəni şərhlərdə) heç bir yenilik yoxdur. Çox təəssüflənərək və Ceklinin yaxşı fəaliyyətini yaddan çıxartmayaraq səsimi Qarşı verirəm. --Robert Langdon 19:54, 2 yanvar 2011 (UTC)
Təşəkkür
Mən Günel Mustafayeva vikipediyada yeni addımlar atan gənclərdən biriyəm. Ceklinin səs vermədə qalib olmasını şox istərdim. Çünki o bu işdə həm yüksək texniki bacarıqlarını və ondan da böyük mənada yüksək insani kefiyyətlərini göstərə bilmişdir.......
Hörmətlə,
Günel — Bu imzasız yazı Gunel Mustafayeva (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 10:37, 28 dekabr 2010 (UTC)
Mən də xoş və səmimi sözlərinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm! Xəzər Universiteti təmsilçisinin və xüsusilə də xanım istifadəçinin dəstəyini almağı çox strateji bir nailiyyət hesab edirəm. --Cekli829 10:46, 28 dekabr 2010 (Cek vaxtı ilə)
Traffik
Bu səhifəyə müraciət sayı rekord səviyyədədir. Əgər noyabr ayında bu səhifəyə cəmi 233 müraciət olmuşdursa, yalnız səsvermənin başlandığı gün müraciətlərin sayı 240 olmuşdur. Noyabr və dekabr aylarını özünüz müqayisə edin:
--Cekli829 18:35, 28 dekabr 2010 (Cek vaxtı ilə)
bəlki səsimi dəyişdim
Həmişə neytral olmuşam, amma bu dəfə müzarikəni oxuyub bəlki səsimi dəyişdim. Oxumaq maraqlıdır. Bəlki gələcəkdə mən admin oldum. Ona görə lazım olar yəqin. --Amon-Ra999 07:47, 29 dekabr 2010 (UTC)
Ümid edirəm ki, müzarikəni yox, müzakirəni oxuyub doğru qərar qəbul edəcəksiniz. Sizin fəaliyyətiniz çox maraqlıdır. Misir mövzusuna olan marağınızı nəzərə alıb, təklif edirəm ki, bəlkə Misir portalını yaradasınız. Nümunə kimi Azərbaycan portalından, Gürcüstan portalından və digər portallardan istifadə edə bilərsiniz. Sizdən şəxsim adına müsbət reaksiya gözləyirəm. İnanıram ki, Qara Piara dəstək verməyəcəksiniz. --Cekli829 11:57, 29 dekabr 2010 (Cek vaxtı ilə)
Səslərin hesablanması və yekun nəticə
Artıq səsvermə başa çatıb. Nə səs vermək olar, nə də verilən səsi dəyişmək. Bununla belə mən səsverməni qapamayıb müzakirələrin vaxtını yanvarın 5-nə qədər uzatmağın tərəfdarıyam ki, ola bilər kiminsə səslərin hesablanmasına qeydləri olsun. Vikipediyadakı Səsvermə prinsipinə əsasən bu səsvermə status-kvonun dəyişdirilməsi üçün keçirilən səsvermədir. Yəni burada idarəçi seçkisindən fərqli olaraq Cekliyə ən azı 10 səs, 2/3 səs çoxluğu toplamaq lazım deyil. İdarəçidən statusun alınması üçün burada "Qarşı" bölməsində səs verənlərin sayı "Dəstək" bölməsində səs verənlərin sayından 2 dəfə çox olmalıydı (indiki halda əksinədir). Məsələn, əgər 10 istifadəçi Ceklinin idarəçi qalmasına səs verib 20 istifadəçi buna etiraz edəcəkdisə ondan idarəçi statusu alınacaqdı. İndilik nəticələr belədir: 38 səs verəndən 3-nün səsi etibarsızdır. Qalan 35 nəfərdən 22-si idarəçiyə etimadın göstərilməsinə, 9-u etimad göstərilməməsinə səs verib, 4 nəfər bitərəfdir. Səsvermə qaydasına görə bitərəflərin səsi "dəstək" və "qarşı" səsverənlər arasında bölünür. İndiki halda 2 səs 22-nin üstünə gəlir və alınır 24, 2 səs 9-un üstünə gəlir və alınır 11 səs. Bu nəticəyə uyğun olaraq Cekliyə vikicəmiyyət tərəfindən etimad göstərilmişdir. Yuxarıda da qeyd etdiyim kimi, nəticəni müzakirə etmək üçün 1 gün vaxt var. --Sortilegus 21:50, 4 yanvar 2011 (UTC)
- Məncə düzgün şərh olunubdu. Etimadsızlıq üçün ən azı 2/3 əleyhdə səs olmalıydı. --TimBits 02:20, 5 yanvar 2011 (UTC)
- Sortilegusun şərhlərilə mən də razıyam, amma səsvermənin müddətinin 5 yanvarda sona çatmasını gözləmək vacibdir. Çünki səsvermə qaydalarına görə səsvermə müddəti 1 həftə, 15 gün, yaxud 1 ay təyin olunub ki, bizim halda dekabrın 22-də başlanıbsa, 15 gün bu gün tamamlandığından bu gün sona çatmalıdır.--Vago 07:15, 5 yanvar 2011 (UTC)
Səsvermənin 3 yanvarda başa çatmasının səbəbi 1 il əvvəlki səsvermənin vaxtı ilə əlaqədardır. Belə ki, Cekli829-a idarəçi statusunun verilməsi ilə bağlı səsvermə də elə 22 dekabrda başlanmış və 3 yanvarda yekunlaşmışdır. --Cek Li Taran 07:46, 5 yanvar 2011 (UTC)
- Sözün düzü, etimad məsələsini səsverməyə çıxararkən vaxt məsələsinə o qədər də əhəmiyyət verməmişdim.--Vago 07:55, 5 yanvar 2011 (UTC)
Yeni nəfəs
- Azərbaycandilli Vikipediyada 22 dekabr 2010 tarixində elan etdiyim etimad səsverməsinin başa çatması ilə bağlı
- YEKUN
Əziz və hörmətli vikipediyaçılar,
Əziz Bürokratımızın Səslərin hesablanması və yekun nəticə şərhi ilə mən də razıyam. Vikipediyanın Səsvermə prinsipinin Səsvermənin nəticələrinin hesablanması bölməsinin 2-ci bəndi belədir:
- 2) Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).
Amma səslərin hesablanması zamanı bitərəflərin səsinin "dəstək" və "qarşı" səsverənlər arasında bölünməsi fikrini qəbul etmirəm. Hələlik bu qaydaya heç bir yerdə rast gəlməmişəm. AzVikidə belə bir normativ VikiPrinsip varsa lütfən məni xəbərdar edin. Fikrim belədir ki, bitərəf səslər elə bitərəf olaraq da qalmalıdır.
Ümumiyyətlə isə, AzVikidə səsvermə qaylarının təkmilləşdirilməsinə ciddi ehtiyac var. Həm idarəçi seçkiləri, həm bürokrat seçkiləri, həm seçilmiş məqalələrin seçilməsi, həm hələ ki, olmayan yaxşı məqalələrin seçilməsi, həm də bu kimi digər səsvermələrin hər birinin ayrı-ayrılıqda xüsusi təkmilləşmiş normativ bazası olmalıdır. Eyni zamanda səsvermə hüququna malik istifadəçilərin də müəyyənləşdirilməsi qaydaları təkmilləşdirilməlidir. Məsələn, istifdəçinin 6 ay və yaxud da daha artıq müddət fəaliyyət göstərməyib, lakin səsvermə vaxtı gəlib səsverməsi nə dərəcədə ədalətlidir. Elə səsvermə müddətində istifadəçinin verdiyi səsi dəyişməsinin də düzgün olmadığı qənaətindəyəm. Digər problem isə səsvermə müddəti ilə bağlıdır. Səsvermə müddəti maksimum qısa — 1, 3, 5 və yaxud da 7 gün olmalıdır. Bütün bunların aradan qaldırılması üçün ilk əvvəl Acategorynin də təklif etdiyi kimi Seçki Komissiyasının yaradılmasını vacib hesab edirəm.
Səsverməni başladığım kimi səsverməyə elə özüm də yekun vururam. Amma bir problemi həll edə bilmədim. Bu bölmənin rəngi hansı olmalıdır? Sarı rəng yoxsa Gümüşü rəng? Bax bunu dəqiqləşdirməkdə köməyinizə ehtiyacım var. Məncə Gümüşü rəng olmalıdır.
Sonda bir daha səsvermədə iştirak etmiş hər kəsə öz Dərin Minnətdarlığımı bildirirəm! Mənə etimad göstərmiş bütün istifadəçilərə isə Xüsusi Təşəkkür edirəm! Hesab edirəm ki, bu səsvermə həm şəxsi, həm lokal, həm də qlobal səviyyədə mənim üçün və digər AzViki istifadəçiləri üçün problemlərin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Azərbaycandilli Vikipediyaya yeni nəfəs gətirmişdir.
Dərin hörmət və ehtiramla, imza: --Cek Li Taran 06:13, 5 yanvar 2011 (UTC)
- Neytral səslərin bölünməsi fikri bir az problematikdir. Onda bir çox hallarda 2/3 həddə çatmamış dəyişiklik təklifləri keçə bilər. Bu bəndin və mötərizədəki qeydin mənası odur ki, vikipediya cəmiyyətinin səs vermə ilə qəbul edib tətbiq etdiyi bir vəziyyətin dəyişdirilməsi üçün real dəstək olmalıdır və neytral səs vermiş istifadəçilərin də bu dəyişikliyi istəmədiyi bəllidir, istəsəydilər dəyişikliyin lehinə səs verərdilər.
- Səsvermə hüququnun isə cari müddətdəki fəaliyyətə görə müəyyən edilməsini düzgün hesab etmirəm. 7 gündən az səsvermənin də legitimliyinin şübhə altına düşmək ehtimalı var. Vikicəmiyyət günlük fəaliyyət göstərən istifadəçilərdən ibarət deyil. Ümumiyyətlə vikipediyaçıları siniflərə bölmək və bir kateqoriyanın hüquqlarını digərinin hesabına artırmaq gələcəkdə oliqopoliyaya gətirib çıxara bilər ki, bu da bizim vikipediyanı kütləviləşdirmək hədəfimizlə uyğun deyil. İmkanı olan ayda bir dəfə işləyir, imkanı olan hər gün. --TimBits 13:35, 5 yanvar 2011 (UTC)
Yeni ilə saxtakarlıqla başlamayın!
Bəli, artıq səsvermə başa çatdı. Amma mən istəmirəm ki, yeni ilə saxtakarlıqla başlayaq. İndi hörmətli həmkarlar özünüzdə bir azacıq da olsa mərdlik tapın və səsverməni düzgün yekunlaşdırın. Səsvermə qaydasında deyilir: Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir). Bu o deməkdir ki, bütün etibarlı səslət (neyrtal səs etibarlı səsdir və cəmi səsə daxildir) toplanır, 3-ə bölünür və 2-yə vurulur. Yəni 35:3*2=11.67*2=23,34
Bir də takrar edirəm: Qaydada deyilir:Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir)[17].
Hazırkı səsvermədə isə müsbət rəy verənlərin sayı 22-dir. 22<23,34 (22 səs yetərli deyil)- yəni etimad göstərilməyib. İndi başlamısız qayda düz deyil, səsvermə vaxtı dəqiq deyil, qaydalara nə isə əlavə etmək lazımdır. Budurmu sizin həqiqətiniz?...--Irada 08:04, 5 yanvar 2011 (UTC)
- İradə xanım Status-kvonun alınması ilə bağlı qaydaları bir daha gözdən keçirsəniz, hesablamalarda heç bir yanlışlığın olmadığına əmin ola bilərsiniz. Vaxt məsələsinə gəlincə, unutmayın ki, Cekli idarəçi namizədi olan zaman Siz də idarəçi idiniz və vaxt məsələsi diqqətinizdən yayınmışdı. Hazırda isə, düşünürəm ki, bu günü başa vurub nəticələri hesablamalıyıq. (Nəticələr mənim vaxtla bağlı şərhimdən əvvəl hesablandığına görə, qaydalara müvafiq olaraq, onun indi ləğv olunub, sabah hesablanması tələb olunur) --Vago 08:22, 5 yanvar 2011 (UTC)
İradə xanım Status-kvonun dəyişilməsi ilə bağlı yalnız 9/35 hissəsi müsbət rəy bildirib, 22/35 hissəsi isə Status-kvonun dəyişilməsinin əleyhinədir. --Cek Li Taran 08:19, 5 yanvar 2011 (UTC)
Cekli829 və Vago, mən Vikipediyada yazılan qaydalara görə, düzgün yekunlaşmadan danışıram. Mən artıq heç nə yazmayacam - nə istəyirsiz edin!!! --Irada 08:26, 5 yanvar 2011 (UTC)
Sizin hesablamanıza görə belə çıxır ki, Siz mənim idarəçilikdən getməyimə deyil, idarəçi kimi qalmağıma səs vermisiniz. Elə deyilmi? Sizin riyazi hesablamalarla dediyiniz bunu göstərir. --Cek Li Taran 08:35, 5 yanvar 2011 (UTC)
- Sabahı gözləyək, sonra sandıq başına keçərik.
- P.S.: İradə xanım, "nə istəyirsiz edin!!!" kəlməsindən belə başa düşmək olarmı ki Siz inanırsınız ki, bizim Vikipediyada istəklərimiz yalnız Vikipediya qaydaları çərçivəsindədir?" :)--Vago 08:32, 5 yanvar 2011 (UTC)
Səsvermə müddətini uzatmağa heç bir ehtiyac yoxdur. Çünki elan etdiyim vaxt 22 dekabr 2010-cu ildən 3 yanvar 2011-ci ilə qədər idi. Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslər toplandığı üçün səsvermə artıq baş tutub və başa çatıb. Yeganə həll edə bilmədiyim problem rənglə bağlıdır. --Cek Li Taran 08:55, 5 yanvar 2011 (UTC)
- Burda status-kvo, yəni ki, hazırda qüvvədə olan vəziyyət Ceklinin idarəçi olmadısır. Bu vəziyyətin dəyişməsi üçün cəmi səs verənlərin 2/3-si bu dəyişikliklə razılaşmalıdır. --TimBits 13:22, 5 yanvar 2011 (UTC)
Bəli! Amma nəinki 2/3-si, heç 1/3-i də bu dəyişikliklə razılaşmamışdır. --Cek Li Taran 13:30, 5 yanvar 2011 (UTC)
Yekunlaşdırma
Səsvermə 22 dekabr 2010 - 3 yanvar 2011 tarixində keçirilmişdir. Səsvermədə 38 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
- Səs verənlər — 38
- Etibarsız səs sayı — 3
- Etibarlı səs sayı — 35
- Lehinə — 22
- Əleyhinə — 9
- Bitərəf — 4
Səsvermənin nəticələri səsvermə şərtlərinə uyğun olaraq hesablanmış və bu nəticələrə görə Azərbaycandilli Vikipediyanın idarəçisi Cekli829-a vikicəmiyyət tərəfindən etimad göstərilmişdir.--Sortilegus 20:33, 5 yanvar 2011 (UTC)