Vikipediya Idareci Muzakiresi Arxiv 2019 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İnterfeys idarəçisi namizədləri
Salam hörmətli idarəçilər, bu keçiddəki müzakirəni daha geniş şəkildə bütün idarəçilərlə birlikdə müzakirə etmək istəyirəm. Zəhmət olmasa hər kəs öz fikrini bildirsin. Hörmətlə--eldarado ✉ 17:58, 29 avqust 2018 (UTC)
Vusal1981-in idarəçilik statusunun alınması ilə bağlı müzakirə.
Salam hörmətli idarəçilər, dəyərli idarəçimiz Vusal1981-in idarəçilik statusunun alınması ilə bağlı hər birinizin fikrini öyrənmək istəyirəm. Vüsal azvikipediyada ən çox əziyyəti olan şəxslərdən biri olub. Bu danılmaz faktdır. Lakin idarəçi kimi fəaliyyəti demək olar ki, normal şəkildə olmayıb. Son 7 ay ərzində nəinki idarəçi fəaliyyəti, heç istifadəçi kimi normal fəaliyyəti olmayıb. Bir neçə dəfə müəmmalı və mübahisəli bloklamaları olub, hətta metadan xəbərdarlıq belə alıb. İdarəçilərə kömək olmayacaqsa idarəçilik statusunun saxlanılmasının bir anlamı olmadığını düşünürəm. Aşağıda araşdırmağınız üçün statistika keçidləri yerləşdirmişəm. Hər birinizin fikirlərini öyrəndikdən sonra yaxın zamanda etimad səsverməsinin başlatmağı planlayıram. Təbii ki, ümumi razılıq olarsa əgər. Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Rufet Turkmen Hörmətlə --eldarado ✉ 17:20, 30 avqust 2018 (UTC)
- Vusal1981 · (müzakirə · fəaliyyətlər · silinən fəaliyyətlər · bütün vikilər · Xtools sayğacı · Supercount sayğacı · qeydlər · bloklanma qeydləri · hüquqları (istifadəçinin hüquqlarını dəyişdir)
- Vüsal bəyə qocaman vikipediyaçı kimi hörmətim var. Lakin bu sahədə fəaliyyəti zəifdirsə məncə də statusu geri alınmalıdır. --Rufet Turkmen (müzakirə) 19:16, 30 avqust 2018 (UTC)
Təəssüf ki, son zamanlar idarəçi kimi çox passivdir. Bu və digər səbəblərdən idarəçilik statusunun alınması ilə bağlı səsverməyə başlamaq olar.--Nicat49 ⋠müzakirə⋡ 22:18, 30 avqust 2018 (UTC)
- Dəstəkləyirəm. Özüdə Kənd meydanında bir dəfə bildirmişdi ki, AzVikidə fəaliyyətimi dayandırmışam.--White Demツnyo! 22:29, 30 avqust 2018 (UTC)
- Statusunun geri alınmasının lehinəyəm. Son zamanlar passivliyi ilə seçilir.--Anar Kərimxanov (müzakirə) 08:31, 31 avqust 2018 (UTC)
- Səsvermə tərəfimdən başladıldı. Hörmətlə --eldarado ✉ 17:12, 31 avqust 2018 (UTC)
- O dəqiqə səsverməyə başlamaq olmaz. Azvikinin 16 idarəçisi var, cəmi 3-4 idarəçi fikir bildirib, müzakirə 2 gündür açılıb və o dəqiqə də etimad səsverməsi başladılıb. Bu düzgün deyil. Səsverməni mən dayandırıram. Ən azı 2-3 həftə müzakirə getməlidir. İmkan olsa Vüsalın özü də müzakirədə iştirak etməlidir. Yəni bu xırda məsələ deyil ki. Lap bu addım nə qədər əsaslandırılsa da, idarəçilər arasında konsensus, ən azından say çoxluğu əldə olunmalıdır. --Sortilegus (müzakirə) 17:33, 31 avqust 2018 (UTC)
- Hörmətli Sortilegus, 16 idarəçimizdən hardasa 10 aktivdi bu aralar və onlardan da 5-i artıq fikrini bildirdiyi üçün səsvermə başlatdım (qaydalarda da "Səsvermənin keçirilməsinə qərar aktiv idarəçilərin müzakirəsində əldə olunan razılıq əsasında verilir"). Heç bir qaydada də iki üç həftə müzakirə olunsun deyə bir şərt yoxdur. Müzakirələr uzanmadıqca qısa müddətə təşkil etmək olar. Şəxsin özünün də müzakirəyə fikir bildirməsi şərt deyil. Ama yenədə çox qısa zamanda səsvemə başladılması fikri ilə razılaşıram sizinlə. İki gün daha gözləsək daha doğru olar. Hörmətlə --eldarado ✉ 18:21, 31 avqust 2018 (UTC)
- O dəqiqə səsverməyə başlamaq olmaz. Azvikinin 16 idarəçisi var, cəmi 3-4 idarəçi fikir bildirib, müzakirə 2 gündür açılıb və o dəqiqə də etimad səsverməsi başladılıb. Bu düzgün deyil. Səsverməni mən dayandırıram. Ən azı 2-3 həftə müzakirə getməlidir. İmkan olsa Vüsalın özü də müzakirədə iştirak etməlidir. Yəni bu xırda məsələ deyil ki. Lap bu addım nə qədər əsaslandırılsa da, idarəçilər arasında konsensus, ən azından say çoxluğu əldə olunmalıdır. --Sortilegus (müzakirə) 17:33, 31 avqust 2018 (UTC)
- Səsvermə tərəfimdən başladıldı. Hörmətlə --eldarado ✉ 17:12, 31 avqust 2018 (UTC)
։Fəaliyyəti hər zaman yüksək olan idarəçidir. İndi fəaliyyətində aktivlik azalması onu bu statusdan azad etməyə əsas ola bilməz. Ona qalsa elə idarəçilər varki, hər 2-3 aydan bir redaktələr edir. O ki qaldı AzVikidə fəaliyyətini dayandırmasına onda gərək buna münasibətini rəsmən təstiqləməlidir. Bir tərəfli şəkildə qərarların çıxarılmasının əlehinəyəm__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:42, 31 avqust 2018 (UTC)
- Qolcomaq, əslində istifadəçi fəaliyyətini dayandırdığını bir dəfə açıqlamışdı. Amma ondan sonra redaktələri olub. Fikrini dəyişibmi, ya yox, mənə də maraqlıdır.--White Demツnyo! 19:05, 31 avqust 2018 (UTC)
- Təbii ki, müzakirədən sonra Vüsalın da, bir başqa idarəçinin də etimad səsverməsini keçirmək olar. Bu problem deyil. Bu işin elə yolu budur. Sadəcə yaxşı olardı ki, daha çox idarəçi fikir bildirsin, Vüsal özü 1-2 gün bundan qabaq aktiv olub, o da müzakirədə mümkün olsa iştirak eləsin. Məni narahat edən bu məsələ yox, bir başqa məsələdir. Məlumdur ki, azvikinin onurğa sümüyü Bakıdakı istifadəçi və idarəçilərdir. Mən də artıq 6 ildir ki, Bakıdan uzağam və ona görə də azvikidən kənar azvikiylə bağlı gedən proseslərdən xəbərsizəm. Son vaxtlar mən müşahidə edirəm ki, bizim idarəçilərdən bəzilərinin mövqeləri bütün məsələlərdə üst-üstə düşür, sanki qruplaşma kimi hərəkət edirlər. Artıq bir-neçə kanaldan da bununla bağlı mən narahatedici iradlar almışam. Mənə maraqlıdır, bizim idarəçilərdən olan Nihadın səhv etmirəmsə AMEA-nın kitabxanasında bir vaxtlar təşkil etdiyi treyninqlərdə bizim indiki idarəçilərdən neçə nəfər iştirak edib? Və ən əsası neçə nəfər o treyninqlərdən sonra idarəçi seçilib? Burada istifadəçilərin qruplaşma olaraq fəaliyyət göstərməsi halları dəfələrlə olub. Əsasən də facebook-da səfərbər olaraq bu fəaliyyəti yürüdürlər. Lap əvvəllər isə eyni qurumda çalışan istifadəçilərin qruplaşma halında fəaliyyəti müşahidə olunmuşdu. Bu azvikiyə böyük zərər vurur. Bunun bacardığımız qədər vaxtında qarşısını almışıq, bəzən bu qruplaşmalar öz-özünə dağılıb gedib. Amma idarəçilər arasında belə bir qruplaşma varsa bu çox təhlükəli bir tendensiyadır. Belə olan halda adətən ilk addımlardan biri qruplaşmadan olmayan idarəçilərin çıxdaş edilməsi olur. Çünki idarəçinin əlindəki imkanlar daha genişdir. Bunu nəzərə alanda, bu səsvermə məni bir az narahat edir. Keçmiş idarəçilərin hamısının və 1-2 yeni idarəçinin fəaliyyətinə nəzər salsanız görərsiniz ki, müzakirələrdə, səsvermələrdə biri ala dağı dəstəkləyəndə biri qara dağı dəstəkləyir. Bu normal bir şeydir. Hərəsi öz fikrini əsas alıb hərəkət edir. Amma dediyim kimi yeni idarəçilərimizdən 4-5 nəfərin fikri həmişə üst-üstə düşür. Mən burada 11 ildir ki, idarəçiyəm, 10 ildir də ki, bürokrat, amma kimsə deyə bilməz ki, kiminləsə nə vaxtsa hansısa qruplaşmanın tərkibində olmuşam. Ən kəskin müzakirələri də elə həmişə indi etimad səsverməsi keçirilməsi təklif olunan Vüsal ilə aparmışam. Yəni burda mənim Vüsalı mütləq dəstəkləmək kimi bir fikrim yoxdur. Sadəcə çox istərdim ki, azviki idarəçiləri öz bitərəfliklərini həmişə qorusunlar. Bu günə qədər bu həmişə belə olub. Yoxsa bir idarəçi qabağa düşüb həmişə təkliflər verəcəksə və 5-6 idarəçi nə təklif olursa olsun gözübağlı onu dəstəkləyəcksə bu azvikinin bitərəfliyinə ciddi zərbə vuracaq və öz böyük fəsadlarını sonrakı mübahisələrdə, razborkalarda, azvikinin fəsliyyətinin iflic olmasında göstərəcək. Burada kifayət qədər təcrübəm olduğuna və belə şeyləri dəfələrlə gördüyümə görə bunu deyirəm. Çünki bunun tendensiyalarını artıq müşahidə edirəm. Amma azviki mənim üçün 11 ildir ki, dostlarla əl-ələ verib kərpic-kərpic hörməyə çalışdığımız bir ev kimidir. İstəməzdim ki, belə şeylər onun təməllərini sarsıtsın. Hələlik fikirlərim bu qədər, təbii ki, müzakirə davam etddikcə daha başqa fikirlərimi də yazacam. Amma səsverməni başlatmaq hələ tezdir. Göründüyü kimi, artıq əsl neytral idarəçilərin əks fikirlər də burada səslənməyə başlayıb. Ona görə də səsverməni dayandırdım. Bir az daha uzun müddətə müzakirə aparaq. vacib deyil 1 ya 2 fəhtə olmalıdır. Bəlkə 5 gün olacaq, bəlkə 2 ay çəkəcək. Amma ortaq bir mövqeyə gəlmək vacibdir. İlk reaksiyalar dediyim kimi, məni bir az şübhəyə saldı. İndilik Vüsalın məsələsində mənim fikrim Qolçomağın fikri ilə haradasa eynidir. Hörmətlə:--Sortilegus (müzakirə) 19:08, 31 avqust 2018 (UTC)
- Qolcomaq, əslində istifadəçi fəaliyyətini dayandırdığını bir dəfə açıqlamışdı. Amma ondan sonra redaktələri olub. Fikrini dəyişibmi, ya yox, mənə də maraqlıdır.--White Demツnyo! 19:05, 31 avqust 2018 (UTC)
Mən bu məsələdə Eldaradonun bir bürokrat kimi tam qeyri-peşəkarlıq nümayiş etdirdiyini düşünürəm. Kənardan baxanda elə bir təsəvvür yaranır ki, sanki AzVikidə kənar qüvvələrin sifarişləri yerinə yetirilir... Vüsal müəllim AzVikinin ən dəyərli istifadəçilərindən biridir. AzVikidə mövcud olan böyük bir kontent bilavasitə onun əməyinin məhsuludur. İdarəçilik fəaliyyətində də onun əsas istiqaməti məhz fəaliyyət göstərdiyi sahədir. Bundan sonra da onun belə davam edəcəyinə inanıram. Ondan idarəçilik statusunun alınması ilə bağlı fikirləri qətiyyən dəstəkləmirəm! Dəyərli həmkarlarıma hörmətlə, --►Cekli829 19:23, 31 avqust 2018 (UTC)
- Hörmətli Sortilegus, son dövrlərdə seçilən idarəçilərdən biri də mən olmuşam və mən AMEA-da traininglərdə iştirak etməmişəm. Traning keçməyə dəvət olunsam da işlərimlə əlaqədar gedə bilməmişəm. Lakin həftəsonu AMEA-kitabxanasında baş tutan əksər görüşlərdə bir sıra idarəçilərlə birlikdə iştirak etmişəm. Nəzərinizdə mən idimsə məlumatlar yanlış çatıb demək ki :) Qaldı ki, Vüsal bəyin etimad səsverməsi ilə bağlı söhbətə, bəzi sözləri əmin olmadan qeyd etdiniz. Bu məsələ bir neçə həftə öncə Bakıda təşkil olunmuş idarəçilərin vikigörüşündə müzakirə olundu və belə tez reaksiya verən idarəçilər də həmin görüşdə öz fikirlərini qəti verən şəxslər idi. Uzun müddət Bakıdan uzaqda yaşamanız belə məsələlərə çox ciddi təsir edirmiş demək. Sizdən artıq dərəcədə xahiş edirəm ki, əmin olmadığınız mövzuları belə əminliklə yazmayın. Başa düşüləndir ki, Bakıdan uzaqdasız ama bu soun deyil istənilən mövzu üzrə bizimlə maraqlanıb son vəziyyətlərlə yaxından tanış ola vikigörüşlərin nəticələri ilə bağlı məlumat ala bilərsiniz. Hörmətlə --eldarado ✉ 19:34, 31 avqust 2018 (UTC)
- Əgər Bakıda oturub 5-6 nəfər o idarəçinin statusunu alaq, bu istifadəçini bloklayaq kimi qərarlar verəcəksinizsə, sonra da burada gəlib müzakirə açıb 1 günün içində o 5-6 nəfər fikrinizi yazıb, digər fikirlərin səslənməsini gözləmədən dərhal səsvermələr təşkil edəcəksinizsə, bu elə qruplaşmadır. Bakıdan uzaqda yaşamağım nəyə ciddi təsir etsə də, hər halda vikipediyadakı təcrübəmə təsir etmir.--Sortilegus (müzakirə) 19:38, 31 avqust 2018 (UTC)
- Hörmətli Sortilegus, son dövrlərdə seçilən idarəçilərdən biri də mən olmuşam və mən AMEA-da traininglərdə iştirak etməmişəm. Traning keçməyə dəvət olunsam da işlərimlə əlaqədar gedə bilməmişəm. Lakin həftəsonu AMEA-kitabxanasında baş tutan əksər görüşlərdə bir sıra idarəçilərlə birlikdə iştirak etmişəm. Nəzərinizdə mən idimsə məlumatlar yanlış çatıb demək ki :) Qaldı ki, Vüsal bəyin etimad səsverməsi ilə bağlı söhbətə, bəzi sözləri əmin olmadan qeyd etdiniz. Bu məsələ bir neçə həftə öncə Bakıda təşkil olunmuş idarəçilərin vikigörüşündə müzakirə olundu və belə tez reaksiya verən idarəçilər də həmin görüşdə öz fikirlərini qəti verən şəxslər idi. Uzun müddət Bakıdan uzaqda yaşamanız belə məsələlərə çox ciddi təsir edirmiş demək. Sizdən artıq dərəcədə xahiş edirəm ki, əmin olmadığınız mövzuları belə əminliklə yazmayın. Başa düşüləndir ki, Bakıdan uzaqdasız ama bu soun deyil istənilən mövzu üzrə bizimlə maraqlanıb son vəziyyətlərlə yaxından tanış ola vikigörüşlərin nəticələri ilə bağlı məlumat ala bilərsiniz. Hörmətlə --eldarado ✉ 19:34, 31 avqust 2018 (UTC)
Hörmətli Cekli829, bürokrat seçilməyimə razı olmayan tək şəxs siz oldunuz, çox güman ki, həmişə bu fikirdə olacaqsınız. Buna etirazım yoxdur. Mözvuya gəldikdə isə elə dediz ki, sanki hər gün idarəçi kimi faəliyyət göstərən biri barədə müzakirə aparırıq. Sözü gedən şəxs 7a aydır ki, nəinki idarəçilik fəaliyyəti hətta istifadəçi kimi faəliyyət göstərmir. Lakin 6 ay idarəçi kimi fəaliyyət göstərməmək kifatə edir statusun alınması ilə bağlı səsvermə təşkil etməyə. Nədir yanlış etdiyim? Nədir bəyənmədiyiniz? Harda qaydalara ziddi addım atmışam? Hörmətli Sortilegus, üzr istəyirəm ama burdan elə görünür ki, elə siz özünüz bir qruplaşmasız ki, illərdir idarəçi kimi fəaliyyət göstərməyən istifadəçinin tərəfini saxlayırsız. --eldarado ✉ 19:43, 31 avqust 2018 (UTC)
Hörmətli həmkarlar! Fəaliyyətsizliyimlə bağlı iradlar başadüşüləndir. Ancaq təzəcə fəaliyyəti bərpa etmək üzrəykən bir tələsik səsvermə başladılıb. Bunu düzgün saymıram. Hər kəsin şəxsi problemləri ucbatından fəal olmamaq haqqı və səbəbləri var. Elə idarəçimiz var ki, əsgər gedib, eləsi var xaricə köçüb. Yəni səbəblər çoxdur. Ancaq Eldarado bəy məhz mənim qanuni həyata keçirdiyim blokları qabartmaq istəyib, bu isə düzgün deyil. Metadan heç bir xəbərdarlıq almamışam. Ona görə mənim idarəçilikdən çıxmaq kimi bir fikrim yoxdur. Səsvermə olacaqsa onu da tələsik və qərəzli bir addım sayıram. "Fəaliyyətsizdirsə (müvəqqəti) idarəçi olmasın" deyə bir arqument ola bilməz. Mübahisənin yaranmasından uzaqlaşmaq məqsədilə daha heç nə yazmaq fikrində deyiləm.
P.S. O ki qaldı 6 ay fəaliyyətsizlik iddiası da yanlışıdr. Apreldən bu yana az da olsa redaktələrim var. --Vüsal Ağayev (müzakirə) 19:51, 31 avqust 2018 (UTC)
- Hörmətli Sortilegus, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. Başa düşürəm Vüsal bəyin statusunun alınmasını istəmirsiz buna görə də, bəzi fikirlər, təxminlər, iddialar irəli sürürsünüz ki, müzakirə uzansın. Mənim üçün fərqi yoxdur Vüsal bəy idarəçi kimi qalsın yoxsa getsin zatən idarəçi kimi köməyi dəymir azvikiyə qalsa da sorun olmaz. Sadəcə qaydalara uyğun olara təklifi irəli sürdüm. Hər şey açıq aşkar ortada olduğu üçün çox uzanmamasını düşündüm və erkən səsverməyə çıxardım. Tamam qaydalarda gün təyin olunmasa belə sizinlə razılaşdım bir neçə gün də gözləyək. Ama xahiş edirəm, əmin olmadığınız məsələlərlə ittiham edib mövzunu dəyişməyin. Bununla sadəcə özünüzü hörmətdən salırsız. Hörmətlə --eldarado ✉ 19:52, 31 avqust 2018 (UTC)
- Eldarado çox sağ ol dəyərli ittihamlarına görə. Mənim özümü nəylə hörmətdən saldığıma hər halda sən qərar vermirsən. Ehtimal etmək olardı ki, bürokrat seçildiyindən sonra belə aqressiv yol tutacaqsan. Bunu nəzərə alıb mən səsvermədə iştirak etmədim. Düşündüm ki, bəlkı yanılıram, əleyhinə səs verməyim. Amma indi tək sənin əleyhinə səs verən Ceklini ittiham edirsən. Qruplaşma-filan olsaydıq Vüsal da, mən də səsvermədə qoşulardıq Cekliyə. Mən bu günə qədər Vüsalla şəxsən görüşmüşməmişəm, həyatda da, internetdə də yazışmamışam, danışmamışam. Nəsə. Müzakirələrə davam edək. Görürsən ki, qarşı fikirlər də çıxır yavaş-yavaş. Qıcıqlanmadan, onu bunu ittiham etmədən hər bir fikrə hörmətlə yanaşmaq lazımdır. Bürokratlığın da vacib şərtlərindən biridir. --Sortilegus (müzakirə) 19:56, 31 avqust 2018 (UTC)
- Hörmətli Sortilegus, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. Başa düşürəm Vüsal bəyin statusunun alınmasını istəmirsiz buna görə də, bəzi fikirlər, təxminlər, iddialar irəli sürürsünüz ki, müzakirə uzansın. Mənim üçün fərqi yoxdur Vüsal bəy idarəçi kimi qalsın yoxsa getsin zatən idarəçi kimi köməyi dəymir azvikiyə qalsa da sorun olmaz. Sadəcə qaydalara uyğun olara təklifi irəli sürdüm. Hər şey açıq aşkar ortada olduğu üçün çox uzanmamasını düşündüm və erkən səsverməyə çıxardım. Tamam qaydalarda gün təyin olunmasa belə sizinlə razılaşdım bir neçə gün də gözləyək. Ama xahiş edirəm, əmin olmadığınız məsələlərlə ittiham edib mövzunu dəyişməyin. Bununla sadəcə özünüzü hörmətdən salırsız. Hörmətlə --eldarado ✉ 19:52, 31 avqust 2018 (UTC)
Ay Eldarado, deyirsən ki, "bir neçə gün də gözləyək" yenə nəyi gözləyəcəksiniz ki? Biri bürokrat olmaqla, üç idarəçi səsverməyə razılıq verməyibsə, müvafiq idarəçi də fəaliyyəti bərpa etmək üzrə olduğunu bəyan edirsə, artıq bu müzakirəni davam etdirməyə heç bir lüzum yoxdur. Vəssalam, məsələ bitmişdir. Sortilegusa ünvanladığın "Bununla sadəcə özünüzü hörmətdən salırsız." ismarıcı isə çox yersiz hərəkətdir. Uğurlar! P.S. Stüard seçkilərinə qədər görək neçə səhv edəcəksən? --►Cekli829 20:05, 31 avqust 2018 (UTC)
- Bu mövzunu oxuyan hər kəs görəcək ki, kim kimi ilk olaraq qruplaşma qurmaqla ittiham edib. Mən nə qədər də aqqressiv danışsam da sizin istifadəçilərlə danışdığınız qədər nəzakətsiz və aqqressiz formada danışmaram. Bürokratlıqdakı o vacib şərtə siz də nəzər yetirsəniz çox yaxşı olar. --eldarado ✉ 20:06, 31 avqust 2018 (UTC)
- Cekli829, Vəssalam deməyinlə məslələr həll olunmur burda. Müzakirələrin davamını gözləməliyik. O vaxtı Progerdə gəlib fəaliyyətini bərpa edəcəyini demişdi ama yanıltmışdı bizi. Görək bu dəfə necə olacaq. Digər fikir bildirməyən idarəçilər, zəhmət olmasa sizdə fikirlərinizi qeyd edin. --eldarado ✉ 20:22, 31 avqust 2018 (UTC)
- Ay Eldarado, belə münasibətin qaydalara qarşı olduğunu göstərir. Sən artıq müvafiq qaydanın azı 2 müddəasını pozmusan:
- 1. Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır. Amma əsaslandırmamısınız. "Əsaslandırmanız" isə tamamilə şişirtmədir. Çünki yerləşdirdiyiniz statistika keçidlərindən də görünür ki, Vüsal müəllimin son 6 ayda fəaliyyəti olub. "Metadan xəbərdarlıq alıb" kimi iddialarınızla bağlı isə heç bir fakt/link təqdim etməmisiniz...
- 2. Səsvermənin keçirilməsinə qərar aktiv idarəçilərin müzakirəsində əldə olunan razılıq əsasında verilir. Artıq biri bürokrat olmaqla, üç idarəçi səsverməyə razılıq verməyibsə, Siz hansı razılığın əldə olunacağını düşünürsünüz? Yoxsa fikirləşirsiniz ki, Sortilegus, Qolcomaq, Cekli829 fikirlərini dəyişib razılıq verəcəklər? Əksinə, əgər həqiqətən də AzVikidə qruplaşmanız yoxdursa, bu yazdıqlarımdan sonra burada sənin fikrinə şərik olan Rufet Turkmen, Nicat49, White Demon və Anar kerimxanovun məhz səndən bürokrat statusunun geri alınması üçün səsvermə tələb etmələrini gözləyirəm
- Ay Eldarado, yaxşı olar ki, belə müzakirələr açmaqdansa, başqa işlərlə məşğul olasan. Məsələn, yaxşı olar ki, son 1 ayda yaratdığın yeganə məqalə olan Ləman Süleymanova məqaləsini müvafiq şəxsin qeyri-ensiklopedik şəxs olması səbəbindən Silinməyə namizəd səhifələr layihəsinə təqdim edəsən. Mən də gəlim, çox böyük məmnuniyyətlə səni orada dəstəkləyim --►Cekli829 21:02, 31 avqust 2018 (UTC)
- Ay Eldarado, belə münasibətin qaydalara qarşı olduğunu göstərir. Sən artıq müvafiq qaydanın azı 2 müddəasını pozmusan:
- Vallah qardaşlar lap məyus oldum. Ağstafada çölün ortasında mən kimlə qruplaşma edəcəm? AMEA-da da 1 dəfə olmuşam. Oda keçən il idi. Dedim sizləri yaxından görüm, tanış olum. Burdan da daha çox tanıdığım 2 şəxs var ki, onlar Cekli829 və White Demon-dur. Digərləri ilə də normal əlaqələrim var və hamısına hörmətim böyükdür. Sadəcə şəxsi fikrimi bildirdim.--Rufet Turkmen (müzakirə) 21:21, 31 avqust 2018 (UTC)
- Rüfət, qardaşım, sən Ağstafada çölün ortasında nə edirsən ki? --►Cekli829 21:27, 31 avqust 2018 (UTC)
- Cekli829 çölün ortası deyəndə yəni Bakıdan uzaq olduğumu demək istəyirdim. Tüm sırrı pozduz. --Rufet Turkmen (müzakirə) 21:31, 31 avqust 2018 (UTC)
- Elə bildim balıq tutursan Oralarda ləzzətli Kür balığı olur. --►Cekli829 21:35, 31 avqust 2018 (UTC)
- Cekli829 buraların balıq soyutması da qəşəng olur. Soyutması həm ucuz, həm də xeyirlidir. ;)--Rufet Turkmen (müzakirə) 21:37, 31 avqust 2018 (UTC)
- Bilirəm, hələ o balaca mavi balıqların soyutmasının mükəmməl bir ləzzəti var. --►Cekli829 21:49, 31 avqust 2018 (UTC)
- Cekli829 buraların balıq soyutması da qəşəng olur. Soyutması həm ucuz, həm də xeyirlidir. ;)--Rufet Turkmen (müzakirə) 21:37, 31 avqust 2018 (UTC)
- Elə bildim balıq tutursan Oralarda ləzzətli Kür balığı olur. --►Cekli829 21:35, 31 avqust 2018 (UTC)
- Cekli829 çölün ortası deyəndə yəni Bakıdan uzaq olduğumu demək istəyirdim. Tüm sırrı pozduz. --Rufet Turkmen (müzakirə) 21:31, 31 avqust 2018 (UTC)
- Rüfət, qardaşım, sən Ağstafada çölün ortasında nə edirsən ki? --►Cekli829 21:27, 31 avqust 2018 (UTC)
- Cekli829, Vəssalam deməyinlə məslələr həll olunmur burda. Müzakirələrin davamını gözləməliyik. O vaxtı Progerdə gəlib fəaliyyətini bərpa edəcəyini demişdi ama yanıltmışdı bizi. Görək bu dəfə necə olacaq. Digər fikir bildirməyən idarəçilər, zəhmət olmasa sizdə fikirlərinizi qeyd edin. --eldarado ✉ 20:22, 31 avqust 2018 (UTC)
Cekli829 sizin kimi təcrübəli idarəçinin məni kimlərləsə qruplaşmada olmaqda ittiham etməyi məni çox üzdü. Mən 2011-ci ildən vikidə könüllü olaraq fəailiyyət göstərirəm və tam məsuliyyətimlə deyirəm ki, bu müddət ərzində heç bir zaman heç bir qruplaşmada olmamışam. Əgər yox sizdə bunun əksini sübut edəcək fakt varsa xahiş edirəm paylaşın. Yox əgər yoxdursa, o zaman bir daha mənə qarşı belə ittihamlar irəli sürməyin. Burada Eldarado məni müzakirəyə taq edib və məndə öz fikrimi bildirmişəm. Burada qeyri-adi nə varki ? Mən indi də yuxarıda yazdığım fikrin üztündə dayanıram, idarəçi kimi əsaslı səbəbləri olmadan fəailiyyət göstərməyən idarəçilərdən bu status alınmalıdır.--Nicat49 ⋠müzakirə⋡ 22:03, 31 avqust 2018 (UTC)
- Ay Nicat, deyəsən yazdıqlarımı tam oxumamısınız... Son 6 ayda fəaliyyəti olmuş idarəçidən status niyə alınsın ki? --►Cekli829 22:19, 31 avqust 2018 (UTC)
- Cekli829 idarəçilərin əsas vəzifələrindən biri - 6 ay ərzində ən azı 500 redaktə etməkdir. Adı çəkilən idarəçi isə son 6 ayda heç 100 redaktə belə etməyib.--Nicat49 ⋠müzakirə⋡ 22:32, 31 avqust 2018 (UTC)
- Artıq 4 ildən çoxdur fəaliyyət göstərən, 50 minə yaxın redaktəsi olan aktiv istifadəçi kimi "bir qruplaşmada" olmaqda ittiham edilmək məni də çox üzdü. AzViki üçün töhfə verirsən, onun inkişafı üçün çalışırsan, sonra sənə "bir qruplaşmanın içindəsən" deyirlər. Elə təəssürat oyanır ki, elə bil ki, idarəçilər insan deyil, sosial varlıq deyil, heykəl zaddılar, başqa şəxslərlə, başqa idarəçilərlə ünsiyyətdə ola bilməzlər. Mən də sosial şəbəkələrdə müəyyən istifadəçilərlə tez-tez ünsiyyət saxlayıram, filan istifadəçilərlə fikirlərimin üst-üstə düşür və s. Amma bunun adı "qruplaşma" deyil axı. İndi AzVikidə filankəsin fikirləri ilə razılaşanda deməli hamımız bir qruplaşmanın içində oluruq? Təklif irəli sürülüb, mən də azad fikirli biri kimi razılaşdım, bu qədər. Day bunda nəsə dərin bir müəmma axtarmaq lüzumsuzdur. Baxan elə zənn edər ki, qruplaşma nəzəriyyəsini irəli sürən yoldaşlardan birinin əlinə filan "qruplaşma" istifadəçilərinin yığışıb "abiler, bugün kimi idarəçilikdən çıxartdıraq, nuhahaha" müzakirəsi apardıqları video zad düşüb, ona əsaslanaraq deyilir bunlar))
- Bir də bu idarəçilik statusu ilə bağlı bəzi istifadəçilərin elə yanaşması var ki, elə təəssürat oyanır ki, idarəçilik statusunun nə üçün lazım olduğunu unudublar. Yanında status sözünün işlənməsi sizi çaşdırmasın, idarəçilik status deyil, funksiyadır. Əgər idarəçi idarəçilik funksiyalarından istifadə etmirsə, onda bu status onda niyə saxlanılır? Məsələn, müzakirəsi gedən Vusal1981 son 1 ayda idarəçilik funksiyasından cəmi 1 dəfə istifadə edib. Aktiv istifadəçi olmaqla deyil e, aktiv idarəçi olmaqladı məsələ. Bunu anlamaq lazımdı. Tutarlı üzrlü səbəblər istisna olmaqla (əsgərlik və s.) idarəçi uzun müddət idarəçilik funksiyalarını yetirməsə, ondan alınır. İdarəçilik funksiyalarını yerinə yetirməyən idarəçi (aktiv olsa belə) adi istifadəçidən fərqli deyil. Əvvəl nə qədər töhfə verdiyinin, AzViki üçün nə qədər dəyərli istifadəçi olduğunun isə bir önəmi yoxdur. Şəxsən indi mən 3 il zad idarəçilik funksiyamı yerinə yetirməsən, amma statumu almasalar, üzülərəm, üzülərəm ki, AzVikidə müəyyən sahələrdə hələ də irəliləyiş yoxdur.--White Demツnyo! 01:09, 1 sentyabr 2018 (UTC)
- Təklif edirəm səsvermə bərpa edilsin və ortaq qərar verilsin. Ən şəffaf və ortaq yol budur fikrimcə.--Rufet Turkmen (müzakirə) 01:44, 1 sentyabr 2018 (UTC)
- Bir də bu idarəçilik statusu ilə bağlı bəzi istifadəçilərin elə yanaşması var ki, elə təəssürat oyanır ki, idarəçilik statusunun nə üçün lazım olduğunu unudublar. Yanında status sözünün işlənməsi sizi çaşdırmasın, idarəçilik status deyil, funksiyadır. Əgər idarəçi idarəçilik funksiyalarından istifadə etmirsə, onda bu status onda niyə saxlanılır? Məsələn, müzakirəsi gedən Vusal1981 son 1 ayda idarəçilik funksiyasından cəmi 1 dəfə istifadə edib. Aktiv istifadəçi olmaqla deyil e, aktiv idarəçi olmaqladı məsələ. Bunu anlamaq lazımdı. Tutarlı üzrlü səbəblər istisna olmaqla (əsgərlik və s.) idarəçi uzun müddət idarəçilik funksiyalarını yetirməsə, ondan alınır. İdarəçilik funksiyalarını yerinə yetirməyən idarəçi (aktiv olsa belə) adi istifadəçidən fərqli deyil. Əvvəl nə qədər töhfə verdiyinin, AzViki üçün nə qədər dəyərli istifadəçi olduğunun isə bir önəmi yoxdur. Şəxsən indi mən 3 il zad idarəçilik funksiyamı yerinə yetirməsən, amma statumu almasalar, üzülərəm, üzülərəm ki, AzVikidə müəyyən sahələrdə hələ də irəliləyiş yoxdur.--White Demツnyo! 01:09, 1 sentyabr 2018 (UTC)
- Hörmətli Cekli829, 1. Buna hörmətli White Demon və Nicat49 izah verdi artıq. Məndə yuxarıda qeyd etmişdim və o cümlələrimə daha da qüvvət verərək deyim ki, son 7 aydır ki yalnız bir iki məqalə üzərində 18-20 redaktə edib cəmi. İdarəçi fəaliyyəti isə demək olar ki yoxdur. Bu da statusun alınması üçün səsvermənin başladılmasına kifayət edir. Blok məsələsinə gəldikdə isə İRC kanalında gedən söhbətdə yanlış qərarı ilə bağlı bloka düzəliş edilməsi bildirildi və Vüsal bəyə xəbərdarlıq olundu stüardlar tərəfindən. Səhv etmirəmsə hörmətli White Demon-da həmin söhbətdə vardı. Buna görə də qeyd etdiyim bütün tələbləri Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmışam.
- 2. Biri bürokrat olmaqla da 5 idarəçi də razılıq verib. Çoxluq razıdırsan fikrimcə səsvermə davam edə bilər. Bununla da Rüfət bəyin dediyi kimi daha şəffar qərar olar. Hörmətlə --eldarado ✉ 07:03, 1 sentyabr 2018 (UTC)
Ay Eldarado, özün bu müzakirəni açanda 13 idarəçini ora işarələyib, yazmısan ki, "Hər birinizin fikirlərini öyrəndikdən sonra yaxın zamanda etimad səsverməsinin başlatmağı planlayıram. Təbii ki, ümumi razılıq olarsa əgər." Amma cəmisi 4 nəfərin qərarını öyrənən kimi dərhal səsvermə başlatmısan... Niyə digər idarəçilərə qarşı hörmətsizlik edirsən ki? Vüsal müəllimi idarəçilikdən çıxarmaq sizlər üçün bu qədər vacibdir? --►Cekli829 08:07, 1 sentyabr 2018 (UTC)
- Yuxarıda yazdığım bütün yazıları oxusanız burada verdiyiniz bütün sualların cavabını tapacaqsınız. --eldarado ✉ 09:21, 1 sentyabr 2018 (UTC)
- Vəssalam! Bu cavabınızı verdiyim sualdan yayınmaq kimi qiymətləndirmək olar. Halbuki ümumi etiket qaydalarına uyğun olaraq, yanlışlarınızı etiraf etməyi bacara, səhvlərinizi qəbul edə bilərdiniz... Mən bütün bu müzakirədə tutduğunuz mövqeyi, tez-tələsik başlatmış olduğunuz səsverməni özüm də daxil olmaqla məsələyə münasibətlərini gözləmədiyiniz digər idarəçilərə qarşı hörmətsizlik kimi qəbul edirəm. Düşünürəm ki, bu mövzunu artıq bağlamaq olar. İnanmaq istərdim ki, bir daha belə fəaliyyətə yol verməyəcəksiniz. Uğurlar! --►Cekli829 11:18, 1 sentyabr 2018 (UTC)
- Nə dəxli var hörmətli idarəçi? Bir suala niyə görə bir neçə dəfə cavab verməliyəm. Əgər cavab verməyib yayınsam dediyinizlə hardasa razılaşmaq olar. İndiki halda suallarınıza yuxarıda cavab yazmışam. Buradakı fikirlərdə sizin şəxsi fikirlərinizdi. Müzakirə hələ də davam edir və sizin Vəssalımınızla burda məsələlər həll olunmur təəssüf ki. Hörmətlə --eldarado ✉ 11:39, 1 sentyabr 2018 (UTC)
- Qeyd etdiyin ümumi razılıq yoxdursa, axı necə müzakirəni davam etdirə bilərsiniz ki? --►Cekli829 11:42, 1 sentyabr 2018 (UTC)
- Nə dəxli var hörmətli idarəçi? Bir suala niyə görə bir neçə dəfə cavab verməliyəm. Əgər cavab verməyib yayınsam dediyinizlə hardasa razılaşmaq olar. İndiki halda suallarınıza yuxarıda cavab yazmışam. Buradakı fikirlərdə sizin şəxsi fikirlərinizdi. Müzakirə hələ də davam edir və sizin Vəssalımınızla burda məsələlər həll olunmur təəssüf ki. Hörmətlə --eldarado ✉ 11:39, 1 sentyabr 2018 (UTC)
- Vəssalam! Bu cavabınızı verdiyim sualdan yayınmaq kimi qiymətləndirmək olar. Halbuki ümumi etiket qaydalarına uyğun olaraq, yanlışlarınızı etiraf etməyi bacara, səhvlərinizi qəbul edə bilərdiniz... Mən bütün bu müzakirədə tutduğunuz mövqeyi, tez-tələsik başlatmış olduğunuz səsverməni özüm də daxil olmaqla məsələyə münasibətlərini gözləmədiyiniz digər idarəçilərə qarşı hörmətsizlik kimi qəbul edirəm. Düşünürəm ki, bu mövzunu artıq bağlamaq olar. İnanmaq istərdim ki, bir daha belə fəaliyyətə yol verməyəcəksiniz. Uğurlar! --►Cekli829 11:18, 1 sentyabr 2018 (UTC)
- Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Rufet Turkmen - Hörmətli həmkarlar bir daha sizləri bu məsələ ilə bağlı narahat edirəm. Vüsal bəyin fəaliyyətə davam etdirəcəm deməsi səsvermə keçirilməməsi üçün əsas deyil, zatən qaydalara əsasən fəaliyyətə davam etdirməyəcəyini qeyd etsə əgər status səsverməsiz alınmalıdır. Yəni Vüsal bəyin müraciəti indiki halda yalnızca səsvermənin gedişinə təsir göstərə bilər. Qaydalara əsasən isə 6 ay idarəçi fəaliyyəti göstərməyən idarəçilər səsverməyə çıxarıla bilər. Səsvermənin davam etdirilməsinə qaydalara söykənən əsaslı səbəb ilə etiraz edən yoxdursa, səsverməni qaldığı yerdən davam etdirəcəyəm. Hörmətlə --eldarado ✉ 08:44, 2 sentyabr 2018 (UTC)
- Okeanın o birisi tərəfindən, uzaq Kanada çöllərindən hər birinizə, xüsusi ilə qızğın müzakirədə iştirak edən dostlara atəşli salamlar. Təhsil və iş həyatı səbəbindən son zamanlar Azvikinin xidmətində bir idarəçi kimi dura bilməsəmdə, Azviki hər zaman ürəyimdədir və İnşallah zamanla fəaliyyətimi bərpa edəcəyəm. Vusal1981 qocaman istifadəçi və idarəçilərmizdən biri olub və mən bu şəxsi bir zamanlar Youtube-da mövcud olmuş eyni adlı film kanalı ilə daha çox tanımışam. Vikipediyanın iş mexanizmini, fəlsəfəsini bilən bir şəxsdir və əgər özü deyirsə ki, idarəçi statusnun saxlanılmasında maraqlıdır və fəaliyyətini bərpa edəcək, o zaman idarəçilik statusunun alınmasında əsas görmürəm. Cənab Sortilegus müzakirənin əvvəllərində mənim adımı çəkib, müzakirələrdə qeyd etmişdiniz. Mənim bütün viki icmaya olan münasibətimi hamı bilir və Cekli829, Eminn, White Demon, Nicat49,Eldarado, Qolcomaq Allah şahididir ki, AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən görüşlər, icmanın daha da inkişaf etdirilməsi üçün təşkil olunmuşdu. Görüşüb, kitablar hədiyyə edirdilər və idarəçilər arasındakı ünsiyyət qopardılmırdı. Kitabxanada bu gündə fəaliyyət göstərən viki mərkəzin yüksək səviyyədə səviyyəli məqalə yaradan əməkdaşları hələ də, mövcuddur və bizə buna sadəcə sevinmək düşür. Sözüm ondadır ki, biz hər hansısa bir formada qruplaşma yaratmamışıq, sadəcə bir masa arxasında oturub söhbətləşmişik. Hörmətlə--Baskervill (müzakirə) 22:56, 2 sentyabr 2018 (UTC)
- Mən Vusal1981-in idarəçilik statusunun alınması dəstəkləyirəm amma gələcək də fəaliyyətini bərpa etsə, əks olmaram statusun ona qayıtmağına.--Azerifactory (müzakirə) 20:09, 4 sentyabr 2018 (UTC)
- Okeanın o birisi tərəfindən, uzaq Kanada çöllərindən hər birinizə, xüsusi ilə qızğın müzakirədə iştirak edən dostlara atəşli salamlar. Təhsil və iş həyatı səbəbindən son zamanlar Azvikinin xidmətində bir idarəçi kimi dura bilməsəmdə, Azviki hər zaman ürəyimdədir və İnşallah zamanla fəaliyyətimi bərpa edəcəyəm. Vusal1981 qocaman istifadəçi və idarəçilərmizdən biri olub və mən bu şəxsi bir zamanlar Youtube-da mövcud olmuş eyni adlı film kanalı ilə daha çox tanımışam. Vikipediyanın iş mexanizmini, fəlsəfəsini bilən bir şəxsdir və əgər özü deyirsə ki, idarəçi statusnun saxlanılmasında maraqlıdır və fəaliyyətini bərpa edəcək, o zaman idarəçilik statusunun alınmasında əsas görmürəm. Cənab Sortilegus müzakirənin əvvəllərində mənim adımı çəkib, müzakirələrdə qeyd etmişdiniz. Mənim bütün viki icmaya olan münasibətimi hamı bilir və Cekli829, Eminn, White Demon, Nicat49,Eldarado, Qolcomaq Allah şahididir ki, AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən görüşlər, icmanın daha da inkişaf etdirilməsi üçün təşkil olunmuşdu. Görüşüb, kitablar hədiyyə edirdilər və idarəçilər arasındakı ünsiyyət qopardılmırdı. Kitabxanada bu gündə fəaliyyət göstərən viki mərkəzin yüksək səviyyədə səviyyəli məqalə yaradan əməkdaşları hələ də, mövcuddur və bizə buna sadəcə sevinmək düşür. Sözüm ondadır ki, biz hər hansısa bir formada qruplaşma yaratmamışıq, sadəcə bir masa arxasında oturub söhbətləşmişik. Hörmətlə--Baskervill (müzakirə) 22:56, 2 sentyabr 2018 (UTC)
Etimad səsverməsi
Salam. Mən öz idarəçilik statusumla bağlı etimad səsverməsi keçirmək istəyirəm. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarının "İdarəçinin qeyri-aktivliyə görə statusundan məhrum edilməsi" bölməsinin 3-cü bəndinə — İdarəçinin özü və ya başqa idarəçi ilə bağı etimad səsverməsi keçirməsinə icazə, yalnız idarəçilərin müzakirəsində əldə olunan konsensus əsasında verilə bilər — görə ümumi razılıq lazımdır. Düşünmürəm ki, etimad səsverməsi yalnız fəaliyyətdən narazılıq olduğu zaman keçirilməlidir. İdarəçi səsverməmdən 4 il keçir və bu müddət ərzində kifayət qədər yeni istifadəçilər qoşulub, həm onların, həm də köhnə istifadəçilərin fəaliyyətimə yenidən qiymət vermələrini istəyirəm. Heç kimin etiraz etməməsini xahiş edirəm.--Emin ismarıc 13:09, 1 fevral 2019 (UTC)
Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Turkmen, Vusal1981, Wertuose, White Demon, yuxarıdakı müraciətimə cavab verməyinizi xahiş edirəm.--Emin ismarıc 10:49, 4 fevral 2019 (UTC)
- Məncə etimad səsverməsi idarəçinin qeyri-aktivliyinə görə olmalıdır amma bunun üçün yaxşı dəlillər olmalıdır (Məsələn, bir il aktiv olmayıb). 6 ay azdır çünki arada hər bir şəxsin, idarəçinin də ailə, iş, sağlamlıq və ya əsgərlik kimi problemi ola bilər.--Azerifactory (müzakirə) 11:09, 4 fevral 2019 (UTC)
- Həmkarımız Azerifactorya qatılıram. İdarəçilər arasında fəaliyyətinizi ortabab adlandırmaq olar. Heç kəs inciməsin idarəçilər arasında fəaliyyəti ən zəyif olanları Sultan11 və Vusal1981-dır.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 11:22, 4 fevral 2019 (UTC)
Azerifactory, qeyri-aktivliyə görə idarəçi statusunun alınması ilə bağlı səsvermə keçirilir. Etimad səsverməsi ilə idarəçi statusunun alınması ilə bağlı səsvermə fərqli şeylərdi. Belə bir təcrübə olub vikidə [1]. Qolcomaq, bilmirəm ortabab fəaliyyət necə olur, amma mən vikicəmiyyətin yenidən öz mövqeyini göstərməsini istəyirəm. --Emin ismarıc 11:48, 4 fevral 2019 (UTC)
- Hörmətli Emin bəy fəaliyyətinizə münasibət bildirməzini istəyirsiniz sonra da yazdığımdan inciyirsiniz. Əgər viki cəmiyyət sizdən narazı olsa bunu bildirmək üçün sizin ehtimad səsvermənizi istiyər. Bu addıma açığı nə lüzum var. Bu lap növbədən kənar seçkilərə oxşayır. Bu praktikanın olması hələ onun uğurlu bir şey olması anlamına gəlmir. Bu lap siyasətçilərin atdığı addıma oxşayır: görən məni nə qədər adam dəstəkləyəcək. Fəaliyyətinizdə uğurlar arzu erdirəm. Mənim deyəbiləcəyim bu qədər.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 12:12, 4 fevral 2019 (UTC)
Etimad səsverməsi Eminn isə heçnəyi həll etməyəcək və əksinə, problemləri daha artıracaq. Məncə belə destruktiv məsələlərin yerinə, Viki üçün daha aktual mövzü və problemlər üzərində işləməliyik. Məsələn, istinad şablonlarında problemlər var, intihar, siqarətin zərəri kimi mövzülarda sağlamlıq kampaniyaları əməkdaşlıq etmək olar. Bunun həm Vikiyə, həm cəmiyyətə xeyli xeyiri olar --Azerifactory (müzakirə) 12:46, 4 fevral 2019 (UTC)
Dəyişiklik süzgəci
Hamıya salamlar. İstifadəçi siyahısının "İdarəçilər" qrupunda heç bir fəaliyyəti olmamış Dəyişiklik süzgəci adlı yeni bir idarəçi peyda olub. Bunu kimsə izah edə bilərmi? 17 dekabr 2018 tarixində qeydiyyatdan keçmiş bu istifadəçi adı kim tərəfindən idarə olunur? Necə olub ki, ona idarəçi statusu verilib? --►Cekli829 18:31, 24 fevral 2019 (UTC)
- Salam Cekli829 bu idarəçi statusu verilmiş istifadəçi səhifələri digər Azərbaycanca vikilayihələrdə də var (bax: [2], [3], [4], həmçinin başqa dillərdəki layihələrdə də var, bax: tr.wikinews.org/sysop). İstifadəçi hüquqları gündəliklərində heçbir ad olmadığını nəzərə alsaq deməli daha yuxarı hüquqlara məlik olan istifadəçilər tərəfindən verilib statusları. Yəqin ki, Vikimedia Fondunun hansısa layihəsidir.--Turkmen müzakirə 19:01, 1 mart 2019 (UTC)
Cekli829-un idarəçilik statusunun alınması ilə bağlı səsvermə başladılması
Hörmətli həmkarlarım, lütfən Requests_for_comment/Do_something_about_azwiki buradakı müzakirələri tam oxuyub sonra qərarınızı verin. Səsvermənin başlaması üçün bütün səbəblər orada qeyd olunur. Müzakirə may ayının 17-nə qədər yekunlaşacaq. Viki qaydalara əsasən əgər səs çoxluğu daha tez bir müddətə alınsa, müzakirə daha erkən yekunlaşacaq. Babək Akifoğlu, Vusal1981, Baskervill, Sultan11, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hörmətlə--eldarado ✉ 09:54, 7 may 2019 (UTC)
Cavab: Hörmətli Vusal1981, aylardı fəaliyyətiniz yox idi, sizi burada fikir bildirməyə vadar edən nə oldu, kim isə dəvət etdi yoxsa necə? Metadakı müzakirələri oxudunuzmu? Orada və azvikidə son zamanlarda baş verənlərdən xəbəriniz varmı? Ya bir başa bu redaktəni edib çıxmısınız? Siz mümkünsə diqqətli baxın görün bizi global səviyyət məsxərəyə salan hansi istifadəçidir və rica edirəm bundan əmin olmadan fikirlərinizi buraya qeyd etməyin. Mən hər şeyi açıq şəkildə qeyd etmişəm, xeyli sayda səbəb var, şikayət var və bütün bunlar açıq şəkildə ortadadır. Sözügedən qaydalardakı dəyişikliyi nə üçün hamı dəstəklədi? Nə üçün Cekli və tərəftarlarından səs çıxmadı? Sizi bilmirəm ama mən həqiqətən hər dəfə Cekli barədə metada şikayət mövzusu açılanda çox utanıram. --eldarado ✉ 18:54, 8 may 2019 (UTC) Eldarado, məni bura idarəçi kimi tag edib özünüz dəvət etmisiniz. )) Hər şeydən xəbərim var. Haqlı tərəfi də qeyd etdim, provokatoru da. Yalnış yoldasız. Metada styuardları siz və tərəfdarlarınız həmin qərarı verməyə yönləndirir. Hər halda azacıq ingiliscə bilən bunu anlayır. Yeri gəlmişkən utanana heç oxşamırsız. O ki qaldı fəaliyyətsizliyimə bir gözləyin bu müzakirə bitsin sonra mənim mövzumu açarsız. Niyə tələsirsiz? Əminəm onda da utanacaqsız. --Vüsal Ağayev (müzakirə) 19:17, 8 may 2019 (UTC) P.S Sizə hesab verməyə borclu olmasam da fevraldan bəri nisbətən fəaliyyətimi bərpa etdiyim göz önündədir. Aylardır kəlməsini işlətməklə açıq düşmənçiliyinizi bu qədər biruzə verməyin. )) --Vüsal Ağayev (müzakirə) 19:25, 8 may 2019 (UTC)
|
Baskervillin özbaşınalığı
Hörmətli idarəçilər. Şəxsi səbəblər üzündən bir neçə gün idi ki, Vikipediyaya daxil olmurdum. Lakin bu gün daxil olduqda gördüm ki, Baskervill heç bir müzakirə aparmadan Aykhan Zayedzadehin blokunu açıb. Təbii ki, bloku bərpa etdim. Amma Baskervill yenidən bloku açdı... Son nəticədə tamamilə əsassız bir iddia ilə "Çoxsaylı hesabdan sui istifadəyə görə: Yetər !" yazaraq, məni blokladı. Hörmətli həmkarım Araz Yaquboglu blokumu açdıqdan sonra Baskervill məni yenidən bloklayıb. Bu dəfə isə Nəzakət qaydalarını tamamilə pozaraq, bloklama səbəbi kimi belə yazıb: "Yetər ! Əl çək bu vikipediyadan."... Onu da qeyd edim ki, Baskervill bu gün idarəçiyə yaraşmayan başqa bir hərəkət də edib. Belə ki, o, Kənd meydanında idarəçi həmkarımız Nicat49-un yazdığı müzakirəni "Rollback" edərək silib. Bundan başqa o, dünən istifadəçi səhifəsinə yersiz müdaxilə edərək, onun məzmununu, Zümrüd Məlikova məqaləsindən isə "Məqalə və tezisləri" bölməsini əsassız silmişdir. Son günlərdə onun yol verdiyi qüsurlar bunlarla bitmir. Belə ki, o, dünən "Bərpa üçün namizəd səhifələr"ə müraciət edərək, bir neçə il əvvəl ictimaiyyət tərəfindən də geniş müzakirə olunmuş "Azərbaycanda homoseksualizm tarixi" adlı məqalənin bərpası üçün iddia qaldırıb. "Bərpa üçün namizəd səhifələr"ə müraciət etmək normal bir haldır və onun hüququdur. Ancaq bərpa üçün iddianı yalan iddialar üzərində qurmaq böyük bir saxtakarlıqdır. O, iddiasında yazıb ki, guya həmin məqalə iki il əvvəl "haqsız şəkildə ... tələm-tələsik silinib". Halbuki, həmin vaxt Samralın açdığı iki həftəlik müzakirələrin yekununda bir nəfər istisna olmaqla, 7 istifadəçinin "Sürətli silinsin" fikri əsasında həmin məqalə silinmişdir. Açıq-aydın görünür ki, Baskervill bu mövzu ilə bağlı hazırda tutduğu mövqeyini saxtakarlıq üzərində qurub. Onun belə hərəkətlərinə yalnız belə bir qiymət vermək olar: Baskervill AzVikidə uzun müddət fəaliyyət göstərən idarəçilərdən narazı olan istifadəçilərə rəhbərlik edir, hətta bəzi konkret hallarda (məsələn, Aykhan Zayedzadehin blokunu açması) onların istəklərini yerinə yetirərək, digər idarəçiləri gözdən salmağa çalışır. Mən Aykhan Zayedzadehin blokunu yenidən bərpa edirəm. Əgər Baskervill onun blokunun açılmasını istəyirsə, o zaman zəhmət çəksin, müzakirə mədəniyyətini nümayiş etdirsin. Aykhan Zayedzadehin blokunu isə mənə qarşı irəli sürdüyü iddia ilə bağlı (Məqalələri pulla yazdığımı iddia edib) üzr istədiyi halda dərhal açacam. Hörmətli idarəçilər, sizlərdən isə xahiş edirəm ki, Baskervilli bundan sonra idarəçi statusundan sui-istifadə edərək, AzVikidə uzun müddət fəaliyyət göstərən idarəçilərdən narazı olan istifadəçilərin idarəçi statusuna malik rəhbəri kimi qəbul edin. Onun əməlləri ilə bağlı Vikipediya qaydaları çərçivəsində hansı cəza tədbirlərinin görülməsini isə sizlərin vicdanına buraxıram. Hamınıza hörmətlə, --►Cekli829 19:28, 13 may 2019 (UTC)
Salam cənab Cekli829. Baskervill həmin hadisədən sonra sosial şəbəkə üzərindən mənə yazaraq, bilməyərəkdən əli dəydiyini (telefonla olduğundan) və nəticədə səhvən mənim yazdıqlarımın silindiyini mənə bildirib. Cənab Cekli829, azviki üçün xoş olmayan bir dönəmdə, Aykhan Zayedzadeh-nin blokunun açılması müəyyən qədər müsbət aura yarada bilərdi. Konkret bu hadisədə istifadəçinin blok məsələsi ümumən idarəçilərin yekun fikri əsasında həllini taparsa daha düzgün olar zənnimcə. Bu barədə səsvermə də keçirmək olar. Məncə siz də buna etiraz etmərsiz. Hər bir idarəçi öz fikrini orada ifadər edər. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 20:42, 13 may 2019 (UTC)
Salam cənab Cekli829, Baskervill həmin hadisədən sonra sosial şəbəkə üzərindən mənə yazaraq, bilməyərəkdən əli dəydiyini (telefonla olduğundan) və nəticədə səhvən mənim yazdıqlarımın silindiyini mənə bildirib. Cənab Cekli829, azviki üçün xoş olmayan bir dönəmdə, Aykhan Zayedzadeh-nin blokunun açılması müəyyən qədər müsbət aura yarada bilərdi. Konkret bu hadisədə istifadəçinin blok məsələsi ümumən idarəçilərin yekun fikri əsasında həllini taparsa daha düzgün olar zənnimcə. Bu barədə səsvermə də keçirmək olar. Məncə siz də buna etiraz etmərsiz. Hər bir idarəçi öz fikrini orada ifadər edər. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 20:42, 13 may 2019 (UTC)
Cekli829 təşəkkür edirəm. Aykhan-ın heç bir sübut və s olmadan etmiş olduğu ittihamı mən də təbii ki, müdafiə etmirəm. Bunu özünə də demişəm. Bənzər ittihamlar zənnimcə içi mən qarışıq hər bir idarəçinin ünvanına deyilib. Ortada heç bir sübut yoxdursa, yalnız iddiadırsa buna çox da fikir vermək lazım deyil. Mən sosial şəbəkədəki fikrə görə verdiyiniz qərarın çox ağır olduğunu düşünürəm və rica edirəm ki, istifadəçinin blokunu ya tam götürəsiz, ya da maksimum 15 günə (12 gün blokda qalıb zatən, bununla edir 27) endirəsiz. Əminəm ki, Aykhan da gələcək fəaliyyətində yanlışlıqlarından nəticə çıxaracaq. Sizin bu qərarınız istər idarəçilər arasında, istərsə də metada yaranmış problemlərə müəyyən qədər məlhəm olar. Hörmətli idarəçilər (Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Eldarado, Eminn, Qolcomaq, Sortilegus, Sultan11,Toghrul Rahimli, Turkmen, Vusal1981, Wertuose, White Demon) hər birinizdən bu məsələ ilə bağlı fikrinizi bildirməyi xahiş edirəm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 00:06, 14 may 2019 (UTC)
https://meta.wikimedia.org/wiki/?axtar=Steward_requests/Permissions&oldid=19097157#[email protected]Turkmen müzakirə 06:43, 14 may 2019 (UTC)
|
Qeyri-fəal idarəçi Sultan11-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunması
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Sultan11 (müzakirə • töhfələr • statistikalar)-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm. Müzakirə müddəti: 20 may - 4 iyun, 2019-cu il Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s. Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Babək Akifoğlu, Vusal1981, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Hörmətlə --eldarado ✉ 21:34, 19 may 2019 (UTC)
Əziz həmkarlar, son zamanlar şəxsi işlərimlə əlaqədar olaraq vaxt azlığı ucbatından Vikipediyadakı fəaliyyətim zəif olmuş, idarəçilərin əsas vəzifələri sayıla bilən öhdəlikləri zəif yerinə yetirmişəm. Tezliklə də vaxt azlığını aradan qaldırmaq imkanım yoxdur. Bu üzdəndə bu gündən etibarən idarəçi statusumdan imtina edirəm. Bütün həmkarlarımın hər birinə yeni-yeni uğurlar arzulayıram. -- ■ Sultan mesaj 19:16, 4 iyun 2019 (UTC)
|
Qeyri-fəal idarəçi Anar kerimxanov-un idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunması
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Anar kerimxanov (müzakirə • töhfələr • statistikalar)-un idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm. Müzakirə müddəti: 20 may - 4 iyun, 2019-cu il Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s. Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Babək Akifoğlu, Vusal1981, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Sultan11, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Hörmətlə --eldarado ✉ 21:36, 19 may 2019 (UTC)
|
Qeyri-fəal idarəçi Vusal1981-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunması
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Vusal1981 (müzakirə • töhfələr • statistikalar)-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm. Müzakirə müddəti: 20 may - 4 iyun, 2019-cu il Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s. Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Babək Akifoğlu, Anar kerimxanov, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Sultan11, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, 9 ay əvvəl bu idarəçinin fəaliyyəti müzakirəyə çıxarılmış və idarəçi faəliyyətini bərpa edəcəyini bildirsə də bu müddət ərzində minimum tələbi yerinə yetirə bilməmişdir. Hörmətlə --eldarado ✉ 21:37, 19 may 2019 (UTC)
|
Maqamedd, Anar Məmmədov və Hüseyn706
Salam hörmətli idarəçilər. Bildiyimiz kimi Maqamedd adlı istifadəçi digər iki hesabın yəni, Anar Məmmədov və Hüseyn706 (təftişçi Hüseyn706 hesabının IP ünvanlarının digər iki istifadəçi hesabının IP-ləri ilə üst-üstə düşmədyini demişdi. İstifadəçinin özü isə vurğulayır ki, Hüseyn706 hesabı onun qardaşına aiddir. IP-lərin üst-üstə düşməməsi bu məsələdə inandırıcı gələ bilər. Yəni Hüseyn706 hesabı həqiqətən onun qardaşına aid ola bilər) hesabların sahibidir. Onun bu fəaliyyəti 4 fevral 2019-cu il tarixində aşkarlanmış və Kənd meydanında müvafiq müzakirə ilə 7 fevral 2019 tarixində 6 aylıq bloklanmışdır. İstifadəçi mənə facebook üzərindən səhvini boynuna aldığını və peşman olduğunu yazıb. Həmçinin mübahisə etdiyi Aykhan Zayedzadeh və NMW03 ilə də ortaq məxrəcə gələ bildiklərini bildirib. Blokun bitməsinə isə 2 ay qalıb. Anar Məmmədov və Hüseyn706 hesabı Eldarado tərəfindən, Maqamedd hesabı isə mənim tərəfimdən bloklanıb. Mən blokların açılmasına razıyam. Sadəcə sizin fikirlərinizi bilmək üçün bu müzakirəni açdım. Çünki istifadəçi müzakirəyə əsasən bloklanıb.--Turkmen müzakirə 18:35, 1 iyun 2019 (UTC)
|
Baskervill-ə bürokrat statusunun verilməsi
Salam hörmətli idarəçi həmkarlar. Məncə, Baskervill-ə bürokrat statusunun verilməsində bəzi həmkarlarımız və özü də tələsib. Vikipediya:Bürokrat statusu haqqında prinsipdə deyilir ki, Azərbaycandilli Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 6 ay müddətində idarəçi vəzifəsini yerinə yetirən və bu müddət ərzində 1000-dən artıq redaktə edən istifadəçiyə (idarəçiyə) verilə bilər. Baskervill isə 30 mayda idarəçi seçilib və ondan 2 gün sonra, yəni 2 iyunda bürokrat namizədi olub. Bəs 6 ay gözləmək, 1000 redaktə lazım deyildi? Deyə bilərsiz ki, buna qədər də o 7 il müddətində idarəçi olub, sonra statusu alınıb. Amma burada əsas söhbət fəaliyyətdə olan idarəçinin 6 ay bu statusu daşıyandan sonra bürokrat namizədi ola bilməsidi. Yoxsa nə vaxtsa filan müddət idarəçi olub prinsipini əsas götürsək, onda məsələn, Vüsal da, Cekli də, lap elə nə vaxtsa 6 aydan çox idarəçi olan 20-yə qədər istifadəçimiz bürokrat namizədi ola bilər. Hər halda mən bunu belə başa düşürəm. Onsuz da son səsvermələr onu göstərir ki, vatsapda qruplaşıb gəlib vikipediyada səsvermələrdə istənilən nəticə əldə etmək olur. Olsun. Bunu mən azvikinin keçici böhranı kimi dəyərləndirirəm, bunlar da düzələcək. Bunda daha betər şeylər görmüşük burada. Amma heç olmasa 6 ay hövsələnizi basıb sonra idarəçini bürokrat seçdirərdiniz də. Bu tələskənlik nəyə lazım idi? Xahiş edirəm fikrinizi bildirin: Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Eldarado, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill. Hörmətlə:--Sortilegus (müzakirə) 00:02, 28 iyun 2019 (UTC)
- Hiss etmişdim ki, sizin həmin səsverməsinin keçirilməsindən xəbəriniz yoxdur. Əks halda dərhal əleyhinə səs vermiş olardınız. Cənab Sortilegus Azərbaycanca vikipediya özünün yeni bürokrat namizədini seçir və sizin bundan xəbəriniz olmur, əvəzində isə artıq bürokrat seçiləndən və mənə bu status veriləndən sonra belə bir başlıq açırsınız. Buna sadəcə çox təəssüflənirəm, özü də çox. Sizin fəaliyyətiniz haqqında sadəcə 1 faktı qeyd etmək istərdim ki, digər yoldaşlara da fikrim tam aydın olsun. Son 3 il ərzində tərəfinizdən 85 məqalə yaradılıb və demək olar ki, sizi heç bir ciddi müzakirənin ətrafında görmək mümkün deyil. Fəaliyyəti bu qədər zəngin olan bir idarəçi, niyə gündə 16 saat məşğul olmasına baxmayaraq, telefonu ilə vətənindən 10 min km kənarda, avtobus dayanacağında son dəyişiklikləri təftiş edən bir idarəçinin bürokrat olmasına qarşı olsun ki ? Mənim, Ana səhifə üçün, vandalizm halları ilə mübarizə üçün və ən əsası Vikimedia Azərbaycanın rəsmi saytı üçün etmiş olduğum işlərdən xəbəriniz varmı ? Yoxsa, bütün bunları görmək, yumuşaq desək sizə sadəcə sərf etmir. filan müddət idarəçi olub sözünü kim desə belə, sizin deməyə haqqınız yoxdur. Sizə 2 sualım var. Mənim idarəçi namizədliyim kim tərəfindən irəli sürülüb və ilk səsi kim verib ? digər bir sualım isə 2013-cü ilin 21 mart tarixində İdarəçi ulduzu mükafatını mənə kim təqdim edib ? Cənab Sortilegus sizin burada yazmış olduğunuz ipini yığan ifadəsini oxuyanda başa düşmüşdüm ki, siz bizim icmanın lideri ola bilmərsiniz. Bura barama fabriki deyil ki, kimsə, kiminsə ipini, sapını yığsın. Azvikidə keçiçi böhran artıq arxada qalıb. Fəal istifadəçiləri facebook yazışmalarına görə uzun müddətli bloklayanda harada idiz ? Şəxsən mən, votsapda vikipediya ilə bağlı heç bir qrupda deyiləm, mənim həmin qrupda olduğumu necə sübut edə bilərsiniz ki ? Sizi çox gözəl başa düşürəm. Bir digər idarəçi məni facebookda torba tikməkdə günahlandırmışdı. Allah canınızı sağ eləsin. Samral bir dəfə gözəl demişdi ki, idarəçilərin heç birini qınamıram, çünki kimi ömürlük idarəçi seçsən əlbəttə ki, ulduz xəstəliyinə tutulub, reallıq hisini itirəcək.--Baskervill (müzakirə) 04:14, 28 iyun 2019 (UTC)
- Cənab Sortilegus mən hər zaman müzakirəyə etməyə hazır adamam və zəhmət olmasa bu başlığı kənd meydanında da yaradın ki, fəal istifadəçilərimiz də müzakirəyə qoşulmaq imkanı əldə etsin. Digər bir tərəfdə İdarəçilərin və bürokratların seçilməsi qaydalarında yazılıbmı ki, son 6 ərzində idarəçi olmalıdır ? Sadəcə 6 müddətində idarəçi olmaq tələb olunurdu ki, məndə də bu müddət 7 ildən çoxdur. --Baskervill (müzakirə) 04:26, 28 iyun 2019 (UTC)
Qaydalarda deyilir ki, 6 ay müddətində idarəçi olmalıdır ki, bürokrat olsun. Baskervill statusu alınmazdan öncə də xeyli müddət idarəçi olub. Bu qaydanın mahiyyəti odur ki, bürokratın mütləq idarəçi təcrübəsi olmalıdır. Odur ki, Baskervillin seçilməsi ilə bağlı problem görmürəm. Bundan əlavə, Vatsapp qrupu məsələsi mənə maraqlı gəldi ki, o hansı qrupdu belə? Hardasa 5-6 ay bundan qabaq bir qrupa üzv idim, amma AzVikidə siz də daxil olmaqla bəzi istifadəçilər Vatsapp qruplarına üzv olan bütün istifadəçiləri "qruplaşma" kimi qəribə ittiham ilə ittiham etdiyinizdən qrupu bağlamaq qərarı alındı. İndi hansı Vatsapp qrupundan danışırsız, kimsə zəhmət olmasa, məni ora əlavə etsin. İstifadəçilərin fikirləri üst-üstə düşür, amma AzVikidə qruplaşma zad yoxdu. Baskervill bu boyda səs çoxluğu qazanıbsa, bu mütləq qruplaşmanın nəticəsidir? Onda bu məntiqlə bundan sonra AzVikidə heç bir səsvermə keçirməməliyik, çünki onun arxasında mütləq bir qruplaşma olacaq?--127-ci yapon imperatoru 04:34, 28 iyun 2019 (UTC)
- AzVikidə böhran məsələsini də anlamadım. Böhran deyəndə nəyi nəzərdə tutursuz ki?--127-ci yapon imperatoru 04:38, 28 iyun 2019 (UTC)
- Belə bir mövzunun açılmasına həqiqətən çox təəssüf edirəm. Yuxarıda artıq ətraflı şəkildə izah olundu məsələ və təbii ki, mən də həmin fikirlərlə razıyam. Yuxarıdakı qaydaları isə oxumayacaq qədər səthi yanaşmırıq azvikidəki könüllü fəaliyyətimizə. Həmkarımın qeyd etdiyi kimi səs çoxluğu qruplaşma anlamına gəlmir. Bu bizim offline fəaliyyətimizin bəhrəsidir və azvikinin son dövrlərdəki inkişafıdır. Hörmətli Sortilegus, bir zamanlar məni də qruplaşma da ittiham etmişdiz və bizlərdən uzaqda yaşadığınız üçün məsələlərdən xəbərdaq olmadığınızı və belə düşündüyünüzü qeyd etmişdiniz, səhv etmirəmsə. Mən də bunu başa düşdüm və sizə facebook üzərində məsələni tam olaraq izah etdim ama bu gün yenə anlamadığınız bir məsələ olanda gəlib qruplaşma deyirsiz. Mən bu gün azvikidə olan idarəçilərin heç birinin kiminsə sözü ilə oturub durduğuna inanmıram. Çox xahiş edirəm bu kimi mövzularla istifadəçiləri həvəsdən salmayın, həmin qayda pozulsaydı əmin olun ki, bu bir ay müddətində kimsə bu barədə qeyd edərdi. Hörmətlə --eldarado ✉ 06:23, 28 iyun 2019 (UTC)
- Böhran məsələsi isə mənə də maraqlı gəldi. Bununla bağlı açıqlama versəniz çox gözəl olar. --eldarado ✉ 06:26, 28 iyun 2019 (UTC)
- Belə bir mövzunun açılmasına həqiqətən çox təəssüf edirəm. Yuxarıda artıq ətraflı şəkildə izah olundu məsələ və təbii ki, mən də həmin fikirlərlə razıyam. Yuxarıdakı qaydaları isə oxumayacaq qədər səthi yanaşmırıq azvikidəki könüllü fəaliyyətimizə. Həmkarımın qeyd etdiyi kimi səs çoxluğu qruplaşma anlamına gəlmir. Bu bizim offline fəaliyyətimizin bəhrəsidir və azvikinin son dövrlərdəki inkişafıdır. Hörmətli Sortilegus, bir zamanlar məni də qruplaşma da ittiham etmişdiz və bizlərdən uzaqda yaşadığınız üçün məsələlərdən xəbərdaq olmadığınızı və belə düşündüyünüzü qeyd etmişdiniz, səhv etmirəmsə. Mən də bunu başa düşdüm və sizə facebook üzərində məsələni tam olaraq izah etdim ama bu gün yenə anlamadığınız bir məsələ olanda gəlib qruplaşma deyirsiz. Mən bu gün azvikidə olan idarəçilərin heç birinin kiminsə sözü ilə oturub durduğuna inanmıram. Çox xahiş edirəm bu kimi mövzularla istifadəçiləri həvəsdən salmayın, həmin qayda pozulsaydı əmin olun ki, bu bir ay müddətində kimsə bu barədə qeyd edərdi. Hörmətlə --eldarado ✉ 06:23, 28 iyun 2019 (UTC)
- Mən böhran deyəndə söhbətin nədən getdiyini bilmədim, amma iki-üç erməninin əlində acız qalmağımız göz qabağındadır. Açığı aktiv istifadəçilər və idarəçilər tərəfindən geniş müzakirələr aparılsada, haqlı oluğumuz gün kimi aydın olsa da lehimizə deyil əlehimizə səslər verilir. Qarşı tərəfin gətirdiyi arqumentlərdə gülüş doğurur.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 06:38, 28 iyun 2019 (UTC)
- Hörmətli Baskervill 2012-ci ildə sizin idarəçi namizədliyinizə 1-ci səs vermişəm, 2013-cü ildə idarəçi ulduzu vermişəm - bu kimi yazışmalar gülməlidir axı. Xatırladım ki, indi 2019-cu ildi. Burda söhbət ondan gedir ki, sizin bürokrat seçilməniz Vikipediya:Bürokrat statusu haqqında prinsipin Azərbaycandilli Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 6 ay müddətində idarəçi vəzifəsini yerinə yetirən və bu müddət ərzində 1000-dən artıq redaktə edən istifadəçiyə (idarəçiyə) verilə bilər. bəndini pozub, yoxsa yox. AAxı siz 2-ci dəfə idarəç iseçiləndən sonra cəmi iki gündən sonra bürokrat namizədi olmusunuz, halbuki 1000 redaktə etməliydiniz 6 ayda. İdarəçilikdən idarəçiliyə yaraşmayan hərəkətinizə görə (bir başqa idarəçini blokladığınıza görə) uzaqlaşdırılmışdınız. Birincisi, uzaqlaşdırılandan həmən sonra yenidən səsvermə keçirib idarəçi olmağınız da düzgün deyildi. Çünki sizin etdiyiniz hərəkət əsəblərinizi cilovlaya bilmədiyiniz, ani qəqrarlar verdiyiniz anlamına gəlirdi (bir idarəçinin blokunu aça biləcəyini bilə-bilə digər idarəçini bloklaması bu anlama gəlir). Nəsə, tətləmtələsik seçildiniz idarəçi, yenə bir 6 ay da keçməlidir ki, vikicəmiyyət belə hərəkətlər etməyəcəyinizdən əmin olsun. Amma siz Vikipediya:Bürokrat statusu prinsipinin bəndini pozaraq 2 gün sonra da bürokrat namizədi olmusunuz. Belə çıxır ki, məsələn 2006-2008-ci illərdə bizim idarəçimiz olmuş Amd628, indi gəlib deyə bilər ki, mən bürokrat namizədi oluram. Çünki 12 il bundan qabaq 2 il idarəçi olmuşam və 1000 redaktə də etmişəm. Halbuki, o əvvəlcə idarəçi seçilməlidir (ki, siz 2-ci dəfə seçilmisiniz, burda de-yure problem yoxdu), 6 ay idarəçi kimi fəaliyyət göstərib bu müddətdə ən az 1000 redaktə edəcəkdi. Yəni mənim demək istədiyim budur. Yox əgər deyirsiz ki, mən səhvəm, yanlış deyirəm, onda tamamdı məsələ. Yoxsa ki, 10 min km uzaqda avtobus dayanacağında redaktə etmisiniz, sayt üçün dəyərli işlər görmüsünüz və s. və ilaxır - onları inkar edən yoxdur ki. Allah canınızı sağ eləsin. Mənim öyrənmək istədiyim sadəcə və sadəcə Vikipediya:Bürokrat statusu haqqında prinsipin Azərbaycandilli Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 6 ay müddətində idarəçi vəzifəsini yerinə yetirən və bu müddət ərzində 1000-dən artıq redaktə edən istifadəçiyə (idarəçiyə) verilə bilər bəndinin pozulub pozulmamasıdır. Hörmətlə:--Sortilegus (müzakirə) 07:49, 28 iyun 2019 (UTC)
- Qaydada son 6 ayda demir, sadəcə 6 ay deyilir. Yəni fərqi yoxdur. Məsələn, mən bu saat idarəçi statusu olmadan da namizədlik verə bilərəm, çünki artıq neçə illik idarəçi təcrübəm var onsuz da. Qaydanın birinci cümləsinə fikir versəz görərsiz ki, istifadəçi, mötərizədə isə (idarəçi) yazılıb. İndiki qaydaya görə Amd628 namizədlik verə bilər, hüququ çatır, amma kim namizədlik səsverməsində 10 il aktiv olmayan istifadəçiyə lehinə səs verəcək axı?)) Qaydalardan narazısızsa, dəyişiklik barədə müzakirə başlatmaq olar.--127-ci yapon imperatoru 14:33, 28 iyun 2019 (UTC)
- Cənab Sortilegus gülməli olan bir idarəçi kimi mənim və digər idarəçi yoldaşların yazmış olduğu şərhləri sizin nəzərə almamağınızdır. Qaydalarda yazılıb ki, Azərbaycandilli Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 6 ay müddətində idarəçi vəzifəsini yerinə yetirən və bu müddət ərzində 1000-dən artıq redaktə edən istifadəçiyə (idarəçiyə) verilə bilər - doğrudurmu ? son 6 ay müddətində yazılıb yoxsa, ən azı 6 ay müddətində ? Başa düşürəm ki, mənim bürokrat olmağımı, bir bürokrat kimi istəmirsiniz, ancaq gərək zamanında səsverməyə daxil olub öz fikirinizi bildirərdiniz və tanıdığınız şəxslərdən də fikir bildirməsini rica edərdiniz. İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən mənə bürokat statusunun verilməsi ilə heç bir problem yoxdur. Siz zəhmət olmasa baş vermiş böhrandan danışın bizə. Azvikidə hansı böhran baş verib ? Bir idarəçi kimi şəxsən mənə və görünür ki, digər yoldaşlara da maraqlı gəldi. --Baskervill (müzakirə) 22:20, 28 iyun 2019 (UTC)
Qaydalarda son 6 ay yazılsaydı qayda pozuntusu olardı, ancaq yazılmadığından nəsə qayda pozuntusu görmürəm.--Nicat49 ⋠müzakirə⋡ 22:44, 28 iyun 2019 (UTC)
- Bilirəm ki, daha 2-3 idarəçi bəraət qazandıracaq Vikipediya:Bürokrat statusu haqqında prinsipin bəndinin pozulmasına. Bu anlaşılan və gözlənilən bir şeydir. Amma prinsipin pozulduğuna bəraət qazandıran həmkarlarıma deyirəm ki, bu gün üçün yox, gələcək üçün çox böyük problemlərin qarşısını açmış olacaqsınız. Mahiyyətcə hamınız bilirsiniz ki, orada söhbət ondan gedir ki, idarəçi seçilən istifadəçi 6 ay idarəçi olaraq fəaliyyət göstərməlidir və 1000 redaktə etməlidir. Amma siz orada "son" sözü yazılmadığını bəhanə gətirməklə, faktiki olaraq bu günə qədər ən az 6 ay idarəçi olmuş və 1000 redaktə etmiş eks-idarəçilərin hamısının birbaşa bürokatlığa namizədliyinin irəli sürülməsinin qarşısını açmış olursunuz. Amma əslində isə onlar yenidən idarəçi seçilməli, yenidən 6 ay fəaliyyət göstərməli, yenidən 1000 redaktə etməli, yenidən etimad qazanmalıdırlar. Nəsə... Məndən xəbərdarlıq etmək. --Sortilegus (müzakirə) 23:43, 28 iyun 2019 (UTC)
- Cənab Sortilegus məncə, problem ondadır ki, siz Azərbaycanca Vikipediyada olan icmanın iradəsinə qarşısınız. Fərz edək ki, daha əvvəl idarəçi olmuş şəxslərdən biri, anidən qərar verdi ki, mən bürokrat olmalıyam. Burada cinayət tərkibimi var ? Həmin şəxs özü üçün müraciət edib, səsvermə başladanda fəal idarəçi və istifadəçilər ora daxil olub, öz fikirlərini bildirəcəklər. Bürokratlıq seçkiisndə mənim əleyhimə səs vermiş idarəçi cənab 127-ci yapon imperatoru belə bildirdi ki, mənim bürokratlıq seçilməyimlə bağlı heç bir qayda pozuntusu yoxdur. İnanın ki, mən çox rahatam. Bu gün belə idarəçi, bürokratlıq statuslarımı itirsəm, inanıram ki, icma mənə yenə etimad göstərəcək. Bəs siz ? Bəs Cekli829-un belə bir daxili inamı vardımı ? Görünüşə görə yox idi və heç bir zaman da olmamışdı. Faktiki olaraq siz mənim 7 illik idarəçilik fəaliyyətimin üzərindən xətt çəkib, iddia edirsiniz ki, əgər sən idarəçilikdən çıxarılmısansa hər şey 0-dan başlamalıdır. Azərbaycan dilini belə bilməyən bir stüard gəlib, burada əziyyəti olan adamın qələmini bu qədər asanlıqla qıra bilərmi sizcə ? Yuxarıdakı müzakirələrdə böhrandan danışımısınız və son yazınızda çox böyük problemlərin baş verə biləcəyindən söhbət açmısınız. Cənab Sortilegus məni artıq 10 ilə yaxındır ki, tanıyırsız və bizim real həyatda da görüşümüz baş tutub. Sizdən rica edirəm ki, başımıza gələ biləcək problemlərdən və mövcud böhran barədə bizə məlumat verin. Əgər ki, problemlərin səbəbkarının mən olduğunu sübut etsəniz, məmuniyyətlə icmanın iradəsi əsasında mənə verilmiş bütün hüquqlarımdan imtina etməyə və hamıdan üzr istəyib, buradan birdəfəlik getməyə hazıram. Rica edirəm ki, cavab verəsiniz. --Baskervill (müzakirə) 03:58, 29 iyun 2019 (UTC)
- Salam. Baskervillin bürokrat statusu ilə bağlı səsvermə başlayanda həmin qaydalara baxmışdım. Elə xatırlayırdım ki, orada son 6 ay ərzində idarəçi kimi fəaliyyət göstərmək ilə bağlı tələb var. Amma bəzi bəndləri ilə bir-biri ilə uyğunlaşmayan Vikipediya:Bürokrat statusu və Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları prinsiplərinin heç birində o məsələ dəqiqliklə qeyd olunmayıb. O prinsiplər 8-10 il əvvəl hazırlanıb və onda belə hal heç kimin ağlına gəlmirdi və bu düşünülsəydi, yəqin ki, son 6 ayda idarəçi kimi fəaliyyət tələbi yazılardı. Yazılmadığı üçün istifadəçidən bunu tələb etmək, məncə, düzgün deyil. Ümumi götürdükdə Baskervillin bürokrat statusu alması çox tələsik verilmiş, ehtiyac olmayan addım idi, amma qaydalarla ziddiyət təşkil etmir.--Emin ismarıc 11:12, 30 iyun 2019 (UTC)
- White Demon və Eminn-in fikirlərinə qoşuluram. White Demon-un dediyi kimi Baskervill statusu alınmazdan öncə də xeyli müddət idarəçi olub. Bu qaydanın mahiyyəti odur ki, bürokratın mütləq idarəçi təcrübəsi olmalıdır. Həmçinin Eminn-in də qeyd etdiyi kimi, ... bəzi bəndləri ilə bir-biri ilə uyğunlaşmayan Vikipediya:Bürokrat statusu və Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları prinsiplərinin heç birində o məsələ dəqiqliklə qeyd olunmayıb. Ancaq bu məsələdə Sortilegus ilə həmfikirəm. Çünki ortada mexanizma məsələsi var. Məsələn, Envikidə bloklama müharibəsinə görə idarəçilərin statusu alınsa da, sonradan problem həll edildikdən sonra bu status səsverməsiz geri verilir. Ancaq bizdə bu mexanizm olmadığı üçün desysop edilmiş hörmətli idarəçilərimiz Baskervil və Cekli829 yenidən namizəd olmağa dəvət edildi. Yəni belə bir parktikanın (əvvəlki idarəçilik müddətinin nəzərə alınması qaydada qeyd edilməyib) bizdə olmadığını nəzərə alsaq, qaydaya uyğun olaraq cənab Baskervill ikinci dəfə (yenidən) idarəçi seçildiyi üçün 6 ay gözləməli olmasını düşünürəm. Və mən yenə də ona dəstək olmağa hazıram. Hamınıza hörmətlə, --Turkmen müzakirə 11:39, 1 iyul 2019 (UTC)
- Salam. Baskervillin bürokrat statusu ilə bağlı səsvermə başlayanda həmin qaydalara baxmışdım. Elə xatırlayırdım ki, orada son 6 ay ərzində idarəçi kimi fəaliyyət göstərmək ilə bağlı tələb var. Amma bəzi bəndləri ilə bir-biri ilə uyğunlaşmayan Vikipediya:Bürokrat statusu və Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları prinsiplərinin heç birində o məsələ dəqiqliklə qeyd olunmayıb. O prinsiplər 8-10 il əvvəl hazırlanıb və onda belə hal heç kimin ağlına gəlmirdi və bu düşünülsəydi, yəqin ki, son 6 ayda idarəçi kimi fəaliyyət tələbi yazılardı. Yazılmadığı üçün istifadəçidən bunu tələb etmək, məncə, düzgün deyil. Ümumi götürdükdə Baskervillin bürokrat statusu alması çox tələsik verilmiş, ehtiyac olmayan addım idi, amma qaydalarla ziddiyət təşkil etmir.--Emin ismarıc 11:12, 30 iyun 2019 (UTC)
- Cənab Sortilegus məncə, problem ondadır ki, siz Azərbaycanca Vikipediyada olan icmanın iradəsinə qarşısınız. Fərz edək ki, daha əvvəl idarəçi olmuş şəxslərdən biri, anidən qərar verdi ki, mən bürokrat olmalıyam. Burada cinayət tərkibimi var ? Həmin şəxs özü üçün müraciət edib, səsvermə başladanda fəal idarəçi və istifadəçilər ora daxil olub, öz fikirlərini bildirəcəklər. Bürokratlıq seçkiisndə mənim əleyhimə səs vermiş idarəçi cənab 127-ci yapon imperatoru belə bildirdi ki, mənim bürokratlıq seçilməyimlə bağlı heç bir qayda pozuntusu yoxdur. İnanın ki, mən çox rahatam. Bu gün belə idarəçi, bürokratlıq statuslarımı itirsəm, inanıram ki, icma mənə yenə etimad göstərəcək. Bəs siz ? Bəs Cekli829-un belə bir daxili inamı vardımı ? Görünüşə görə yox idi və heç bir zaman da olmamışdı. Faktiki olaraq siz mənim 7 illik idarəçilik fəaliyyətimin üzərindən xətt çəkib, iddia edirsiniz ki, əgər sən idarəçilikdən çıxarılmısansa hər şey 0-dan başlamalıdır. Azərbaycan dilini belə bilməyən bir stüard gəlib, burada əziyyəti olan adamın qələmini bu qədər asanlıqla qıra bilərmi sizcə ? Yuxarıdakı müzakirələrdə böhrandan danışımısınız və son yazınızda çox böyük problemlərin baş verə biləcəyindən söhbət açmısınız. Cənab Sortilegus məni artıq 10 ilə yaxındır ki, tanıyırsız və bizim real həyatda da görüşümüz baş tutub. Sizdən rica edirəm ki, başımıza gələ biləcək problemlərdən və mövcud böhran barədə bizə məlumat verin. Əgər ki, problemlərin səbəbkarının mən olduğunu sübut etsəniz, məmuniyyətlə icmanın iradəsi əsasında mənə verilmiş bütün hüquqlarımdan imtina etməyə və hamıdan üzr istəyib, buradan birdəfəlik getməyə hazıram. Rica edirəm ki, cavab verəsiniz. --Baskervill (müzakirə) 03:58, 29 iyun 2019 (UTC)
- Bilirəm ki, daha 2-3 idarəçi bəraət qazandıracaq Vikipediya:Bürokrat statusu haqqında prinsipin bəndinin pozulmasına. Bu anlaşılan və gözlənilən bir şeydir. Amma prinsipin pozulduğuna bəraət qazandıran həmkarlarıma deyirəm ki, bu gün üçün yox, gələcək üçün çox böyük problemlərin qarşısını açmış olacaqsınız. Mahiyyətcə hamınız bilirsiniz ki, orada söhbət ondan gedir ki, idarəçi seçilən istifadəçi 6 ay idarəçi olaraq fəaliyyət göstərməlidir və 1000 redaktə etməlidir. Amma siz orada "son" sözü yazılmadığını bəhanə gətirməklə, faktiki olaraq bu günə qədər ən az 6 ay idarəçi olmuş və 1000 redaktə etmiş eks-idarəçilərin hamısının birbaşa bürokatlığa namizədliyinin irəli sürülməsinin qarşısını açmış olursunuz. Amma əslində isə onlar yenidən idarəçi seçilməli, yenidən 6 ay fəaliyyət göstərməli, yenidən 1000 redaktə etməli, yenidən etimad qazanmalıdırlar. Nəsə... Məndən xəbərdarlıq etmək. --Sortilegus (müzakirə) 23:43, 28 iyun 2019 (UTC)
Mailing list
Mailing list qəbul olundu.
Dəyərli idarəçilər, azviki idarəçilərində idarət olacaq mailing list təsdiqləndi. Lütfən hər biriniz qeyd etdiyim səhifəyə daxil olaraq Abunə olun (Subscribe). Hər hansısa sualınız yaranarsa mənə ünvanlaya bilərsiniz. Mailing list ünvanı - https://lists.wikimedia.org/mailman/listinfo/wikimedia-az Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill, NMW03.Hörmətlə --eldarado ✉ 19:01, 10 avqust 2019 (UTC)
- Qeyd: Lütfən hər kəs əsas və gündəlik istifadə etdiyi mail ünvanı ilə abunə olsun. Yanlışlıq olsa və ya mail dəyişmək istəsəz, burada qeyd edə və ya müzakirə səhifəmə yaza bilərsiniz.--eldarado ✉ 20:12, 10 avqust 2019 (UTC)
İdarəçi NMW03-ün idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunması
Salam hörmətli idarəçilər, idarəçi NMW03-ün idarəçilik üçün təcrübəsinin az olduğu fikrimcə acıq aydın görünür. Dəfərlərlə "Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu"nun rəsmi mail ünvanına idarəçidən şikayət gəlib. Təklif edirəm ki, hüquqlar ondan alınsın və 2-3 ildən sonra yenidən idarəçilik üçün müraciət etsin. Bunun səbəbləri isə aşağıda qeyd elədiklərimdi.
- İdarəçi seçildikdən sonra müzakirələrdə aqressivliyi.
- Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qeyri-ensiklopedikliyi sual altında olan məqalələri və hətta illərdir mövcud olan məqalələri müzakirəsiz öz qərarına əsasən silərək viki qaydaları pozması.
- İstifadəçilərlə nəzakətsiz davranaraq viki qaydaları pozması.
- İstifadəçilərin müraciətlərini cavabsız qoyaraq vikiqaydaları pozması.
Bütün idarəçilərdən (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill,) mövzuya münasibət bildirmələrini rica edirəm. Müddət: 16-31 oktyabr 2019-cı il Hörmətlə --eldarado ✉ 21:49, 16 oktyabr 2019 (UTC)
- Bitərəf: bəzi yerlərdə bir az aqressiv olmağını görmüşəm amma ümumi olaraq digər qayda pozmaları gözümə çarpmayıb--Azerifactory (müzakirə) 21:55, 16 oktyabr 2019 (UTC)
- Şərh: tərəfli olduğumu düşünənlər varsa qaydalarla təsdiq edə bilərəm yazdıqlarımı.--eldarado ✉ 22:19, 16 oktyabr 2019 (UTC)
- Şərh: Şəxsən mən də yuxarıdakı qüsurlarını görməmişəm. Mümkündürsə, istinadlar da qeyd edin. --Sortilegus (müzakirə) 08:22, 17 oktyabr 2019 (UTC)
- Əleyhinə: Barəsində gələn şikayətlər haqlı olmaya da bilər. Şikayətlər araşdırılmalıdır, çünki cəmiyyətdə vikipediya haqda az məlumat var və edilən şikayətlər idarəçinin düzgün, amma kiməsə sərf etməyən qərarlarına görə ola bilər. Aqresivlik təkcə NMW03-ün yox, bütün idarəçilərin fəaliyyətində arada bir müşahidə olunan haldır. Məqalələrin illərlə mövcud olması onun ensiklopedikliyini göstərmir, əgər qeyri-ensiklopedikdirsə və illərdir qalıbsa, bu keçmiş idarəçilərin nəzarətsizliyinə görə olub. İdarəçi kimi cəmi 3.5 aydır fəaliyyət göstərir və gələcəkdə daha yaxşı fəaliyyət göstəcəyinə əminəm. Hələ gənc olmasını da nəzərə almaq lazımdır və idarəçi statusunun alınmasının əvəzinə kömək etmək məqsədəuyğun olar. Eldarado, bu məsələdə tərəfli yox, tələskən olduğunuzu düşünürəm.--Eminn ismarıc 09:56, 17 oktyabr 2019 (UTC)
- Əlbəttə qeyd edə bilərəm. Misal üçün bir neçə gün öncə bu, daha əvvəl bu, bu və bu (daha onlarla belə müzakirəsiz anidən silinən məqalələr var tapdıqca əlavə edərəm) müzakirələrdə qeyd olunan məqalələr müzakirəsiz silib. Burada istifadəçinin müraciətini cavabsız qoymuşdur. İstifadəçi haqsız olsa belə bununla bağlı məlumat vermək idarəçilərin borcudur. Bu cür addımlar yeni istifadəçilərin vikiyə gəlməsinə mane olan addımlardır. Biz offline və online tədbirlərlə istifadəçiləri azvikiyə cəlb etmək üzərində işləyirik. İdarəçilərin də borcu yeni istifadəçiləri məlumatlandırmaqdır. Belə həvəsdən salmaq yox. Burada və başqa onlarla müzakirələrə (tapdıqca əlavə edəcəyəm) nəzakətsiz formada qoşulmuşdur. Ümumilikdə idarəçinin seçildikdən sonra azvikiyə xeyrinin dəydiyini görməmişəm. Düşünürəm ki, təcrübəsi artıqdan sonra bu barədə yenidən düşünə bilərik. Hörmətlə --eldarado ✉ 21:29, 18 oktyabr 2019 (UTC)
- Şərh: Eldaradonun göstərdiyi linkləri mən də zamanında görmüşdüm. Hətta istifadəçi olarkən də bir çox məqalələrə Sil şablonu qoyurdu. O üzdən hətta NMW03-ün idarəçi seçkisi zamanı da demişdim. Məqalə silməyə bir az meyillidir. --Araz Yaquboglu (müzakirə) 14:58, 19 oktyabr 2019 (UTC)
- Lehinə: Azvikidə idarəçi olan bir şəxsin bu statusundan məhrum edilməsi çox bürorkatik və gəliz bir məsələdir. Həmin idarəçi ardıcıl formada o qədər kobud səhvlərə yol verməli, total formada narazılığa səbəbiyyət verməlidir ki, biz həmin yoldaşı idarəçilikdən çıxarda bilək. Vəziyyətin belə olmasının nəticəsində də, bir sıra idarəçilərdə əminlik yaranır ki, qırmızı xətti keçməcəcəyim təqdirdə qorxusu yoxdur. NMW03-dan idarəçi bayrağının alınmasının tərədarıyam, ancaq bunun sadəcə mümkün olmayacağını da başa düşürəm. Gələcəkdə, gərək nisbətən yuxarı yaşlı şəxsləri idarəçi seçək. Yaşın bu proseslərdə əhəmiyyətli həddindən artıq çoxdur. 18-19 yaşında bir adamla, 25-28 yaşında bir adam eyni düşünmür çox vaxtı. --Baskervill (müzakirə) 05:22, 25 oktyabr 2019 (UTC)
- Şərh: NMW03-ün idarəçi seçilənədək olan fəaliyyəti ilə indiki fəaliyyəti arasında fərq böyükdür. Həmin vaxtlarda daha həvəslə işləyib yeniliklər əlavə etsə də, hazırkı fəaliyyəti heç də ürəkaçan deyil. Bu, yəqin ki şəxsi-təhsil həyatı ilə bağlıdır, anlaşılandır. Lakin Eldarado-nun qeyd etdiyi faktları gözdən yayındırmaq olmaz. Buna görə də NMW03-a daha diqqətli və səbrli olmağı məsləhət görərdim. — Toghrul Rahimli • M/F 10:45, 25 oktyabr 2019 (UTC)
- Lehinə: Yuxarıda qeyd etdiyim səbəblərə əsasən. --eldarado ✉ 19:29, 26 oktyabr 2019 (UTC)
- Əleyhinə: İrad doğuran istinadlara baxdım. Bir az hövsələsizlik müşahidə olunur bəzi şərhlərində. Amma burada elə istifadəçilər var ki, hətta mən də - 12 ilin idarəçisi onlarla yazışanda istər-istəməz hövsələdən çıxıram. Provakativ istifadəçilər var. Ümumilikdə statusunun alınmasına səbəb ola biləcək qayda pozuntusu, kobudluq və s. bu kimi hallara rast gəlmədim. Düşünürəm ki, idarəçi kimi etimadı doğruldur. --Sortilegus (müzakirə) 19:58, 28 oktyabr 2019 (UTC)
- Əleyhinə: Yaxşı istifadəçi olduğundan və azvikiyə dəyərli töhfələrinə görə qarşıyam. İnanıram ki, bir daha səbrli və diqqətli olacaq. --Araz Yaquboglu (müzakirə) 14:19, 29 oktyabr 2019 (UTC)
- Yekunlaşdırma: Müzakirənin yekununa əsasən irəli sürülən təklif Qəbul edilmədi --eldarado ✉ 10:40, 1 noyabr 2019 (UTC)
Qeyri-fəal idarəçi Anar kerimxanov-un idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunması
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Anar kerimxanov (müzakirə • töhfələr • statistikalar)-un idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm.
Müzakirə müddəti: 26 oktyabr - 10 noyabr, 2019-cu il
Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s.
Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, NMW03, Sortilegus, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Hörmətlə --eldarado ✉ 19:29, 26 oktyabr 2019 (UTC)
- Lehinə: Gələcəkdə fəaliyyətini bərpa edərsə yenidən idarəçiliyə namizəd olması üçün heç bir məhdudiyyət yoxdur. Hörmətlə--eldarado ✉ 19:29, 26 oktyabr 2019 (UTC)
- Lehinə:--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 21:26, 26 oktyabr 2019 (UTC)
- Lehinə: --Azerifactory (müzakirə) 23:05, 26 oktyabr 2019 (UTC)
- Lehinə: Aktiv formada vikipediya fəaliyyəti ilə məşğul olmayan, idarəçinin üzərinə düşən öhdəlikləri icra etməyən və baş vermiş üzürlü səbəblərə görə icmanı məlumatlandırmayan istənilən idarəçinin fəaliyyətinə son verilməsinin tərəfdarıyam. Azviki bəzi vikipediyaların yolunu gedib, idarəçilər məzarlığı formalaşdırmalalıdır. Kimsə idarəçi kimi fəaliyyət göstərmək istəmirsə, sadəcə olaraq bu vəzifəsindən imtina edib, istifadəçi kimi öz fəaliyyətinə davam edə bilər. İndiki vəziyyətdə Anar kerimxanov (müzakirə • töhfələr • statistikalar)-un idarəçi hüququnun alınmasının ən doğru qərar olduğunu düşünürəm. Gələcəkdə yenidən aktiv fəaliyyətə qayıdacağı təqdirdə, idarəçi seçilməsi mümkündür. Şəxsin tibb sahəsində təhsil aldığını və universitet həyatına yeni başladığını nəzərə alsaq, idarəçilik fəaliyyətini yaxın zamanlarda bərpa etməsi də, heç inandırıcı görünmür.--Baskervill (müzakirə) 00:09, 27 oktyabr 2019 (UTC)
- Lehinə: istifadəçinin özünə və fəaliyyətinə böyük hörmətim var, lakin təəssüf ki, son vaxtlar o qədər də aktiv deyil. Yenidən fəaliyyətini bərpa etdiyi halda idarəçi namizədi olmasına heç bir şübhə yoxdur — Toghrul Rahimli • M/F 07:59, 27 oktyabr 2019 (UTC)
- Lehinə: Toghrul kimi düşünürəm.--Turkmen müzakirə 10:48, 27 oktyabr 2019 (UTC)
- Lehinə: Çoxadandı imzasına rast gəlmirəm. --Araz Yaquboglu (müzakirə) 15:14, 27 oktyabr 2019 (UTC)
- Lehinə: Qeyri-aktiv olduğu üçün idarəçi statusunun alınması ilə razıyam. Amma əvəzində mütləq başqa idarəçi seçməyə də ehtiyac görmürəm. Onsuz da idarəçi sayımız istifadəçilərin və məqalələrin sayına qeyri-mütənasib olaraq yüksəkdir.--Wertuose (müzakirə) 12:20, 28 oktyabr 2019 (UTC)
- Lehinə: --Sortilegus (müzakirə) 19:44, 28 oktyabr 2019 (UTC)
- Yekunlaşdırma: İdarəçilərin yarıdan çoxu mövqelərini bildirdikləri üçün müzakirə vaxtından əvvəl yekunlaşdırıldı və səsvermə təşkil olundu. Hörmətlə --eldarado ✉ 20:57, 28 oktyabr 2019 (UTC)
Seçilmiş şəkillər
Bir vaxtlar azvikidə səsvermə ilə seçilmiş şəkil müəyyənləşdirirdik. Nə vaxtdır ki, bunu artıq avtomatik commonsdan edirik. Amma köhnə şərtlər, köhnə prinsip və qanunlar qalıb hələ də. "Vikipediya:Seçilmiş şəkil namizədləri" və s. belə səhifələri indiki şərtlərə uyğunlaşdırmaq, əslində heç bir şərtin olmadığını, bu işin commonsdan avtomatik edildiyini qeyd etmək, seçilmiş şəkillərlə bağlı bəzi səhifələri redaktə etmək, bəzilərini isə ümumiyyətlə silmək istəyirəm. Əgər etiraz edən yoxdursa, bu işə başlamaq istərdim. --Sortilegus (müzakirə) 19:44, 28 oktyabr 2019 (UTC)
- Lehinə: dəstəkləyirəm, qeyri-fəal bölmədir. --eldarado ✉ 21:01, 28 oktyabr 2019 (UTC)
- Lehinə: dəstəkləyirəm--Azerifactory (müzakirə) 22:56, 28 oktyabr 2019 (UTC)
- Lehinə: Hətta mən bir dəfə bu tipli boş bir səhifəni silmişəm. Elə ondakan baxdım ki daha məna kəsb etmir. --Araz Yaquboglu (müzakirə) 14:22, 29 oktyabr 2019 (UTC)
- Lehinə: --Turkmen müzakirə 16:58, 29 oktyabr 2019 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 18:02, 29 oktyabr 2019 (UTC)
- Lehinə:--Baskervill (müzakirə) 12:06, 10 noyabr 2019 (UTC)
- Yekun: Qəbul edildi— Sortilegus (müzakirə) 21:23, 15 may 2020 (UTC)
Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi
- Müddət: 09 noyabr-24 noyabr
Salam hörmətli idarəçilər. Belə ki, idarəçi və bürokrat səlahiyyətlərinə malik olan Baskervill-in bu statuslara uyğun olmayan hərəkətlərə yol verdiyini düşünürəm. İstifadəçi ikinci dəfə Vikicəmiyyətin etimadına layiq görüldükdən sonra fəaliyyətini tamam başqa istiqamətlərdə qurub. Bu haqda aşağıda geniş şəkildə qeyd edəcəm. Belə ki, sosial şəbəkələr üzərindən Vikipediya istifadəçiləri bir-biri ilə əlaqə qura məsləhətləşmələr apara bilərlər. Ancaq məhz Vikipediya ilə bağlı müzakirələrin sosial şəbəkələrdə paylaşılması və Vikipediyanın əvəzinə "Facebook"-da aparılması düzgün deyil. Bu həmçinin Vikimedia Fondu tərəfindən ciddi şəkildə diqqətdə saxlanılan istifadəçilərin gizlilik haqlarının kəskin pozulması deməkdir. Əlavə olaraq belə bir misal qeyd edim ki, IRC və Discord kimi söhbət proqramları da Vikipediyadan kənar platformalardır, lakin məhz Vikipediya haqqında müzakirələr getdiyi üçün adıçəkilən kanallar Vikipediya qaydaları ilə işləyirlər. Yəni Vikipediya haqqında olan müzakirələr vikipediyaçılar tərəfindən istənilən platformada aparılsa belə ,Vikipediya haqqında olduğu üçün və vikipediyaçılar arasında olduğu üçün vikinəzakət və vikietika mütləq şəkildə qorunmalıdır. Zəhmət olmasa aşağıdakı keçidlərə diqqət edərdiz.
Sosial şəbəkə üzərindən
- Sortilegus haqqında Facebook paylaşımı (keçid et) — Vikipediya:Mübahisələrin həlli qaydalarının Ümumi prinsiplər bölməsinin 1 və 3-cü bəndlərinin pozulması. Vikipediya:Etiket qaydalarının Ümumi etiket qaydaları bölməsinin 16-cı bəndinin pozulması. Vikipediya:Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər bölməsinin 11-ci bəndinin kobud şəkildə pozulması.
- Facebook üzərindən iştirak belə etmədiyim müzakirədə mənə qarşı yazılmış iynələyici şərhlər (keçid et) — Ortaya belə bir sual çıxır. Axı mən bu istifadəçiyə nə etmişəm? Baskervill Samral ilə müzakirə aparır ancaq mənə toxunan sözlər işlədir. Mənə qarşı yazılan şərhlərdə Vikipediya:Şəxsi hücum olmaz qaydasının prembula hissəsinin 3-cü bəndi pozulmuşdur. Yenə də, Vikipediya:Şəxsi hücum olmaz qaydasının Şəxsi hücumlar bölməsinin 2-ci bəndinin kobud şəkildə pozulması. Vikipediya:Etiket qaydalarının Ümumi etiket qaydaları bölməsinin 6-cı bəndinin və 16-cı bəndinin pozulması. Vikipediya:Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər bölməsinin 8-ci və 11-ci bəndinin pozulması. Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir qaydasının prembula hisəsində qeyd edilmiş 4 bəndinin elə 4-nün də kobud şəkildə pozulması.
Vikipediya üzərindən
- Araz Yaquboglu-ya qarşı nəzakətsizlik (keçid et) — Zəhmət olmasa 6-cı abzasın son cümlələrinə diqqət edin. İstifadəçi haqqında məqalə varsa və ensiklopedikliyi şübhə altındadırsa Vikipediya:Silinməyə namizəd səhifələrə təqdim edilə bilər. Yoxsa müzakirələrdə durduq yerə istifadəçilərə iynələyici sözlər deməyə ehtiyac yoxdur. Vikipediya:Müzakirə səhifəsi/ələri qaydalarının Müzakirə səhifəsinin əsas qaydaları bölməsinin 13-cü bəndinin pozulması. Həmçinin yenə də Vikipediya:Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər bölməsinin 11-ci bəndinin pozulması və s.
- Araz Yaquboglu-ya qarşı 2-ci dəfə yenidən təkrar edilən nəzakətsizlik (keçid et) — Zəhmət olmasa 2-ci abzasa diqqət edin. Burada Baskervill əvvəlkindən daha sərt şəkildə müzakirə aparıb. Vikipediya:Şəxsi hücum olmaz qaydasının prembula hissəsinin 2-ci bəndinin pozulması. Vikipediya:Beş əsas prinsipin 4-cü bəndinin kobud şəkildə pozulması. Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir qaydasının prembula hisəsində qeyd edilmiş 2-ci bəndinin pozulması. Vikipediya:Vikipediya nə deyil? qaydasının Vikipediya döyüş meydanı deyil bölməsinin ilk abzasında qeyd edilmiş qaydaların pozulması.
- Toghrul Rahimli-yə qarşı nəzakətsizlik (keçid et) — Zəhmət olmasa 4-cü abzasa diqqət edin. Vikipediya:Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər bölməsinin 4-cü bəndinin pozulması. Vikipediya:İdarəçilərin fəaliyyəti qaydalarının Vikipediya istifadəçilərinə münasibət bölməsinin 1-ci bəndinin pozulması.
- Vahid Məmmədov adlı istifadəçiyə qarşı nəzakətsizlik (keçid et) — İstifadəçi qeyri-ensiklopedik məqalə yarada bilər, yaxud məqaləsinin ensiklopedik olması şübhəli də ola bilər. Lakin idarəçilər də daxil olmaqla ümumən vikicəmiyyət arasında bu cür müzakirə aparılması üsulları tamamilə yanlışdır. Hələ bunu bir bürokrat edirsə. Üzr istəyirəm ancaq bürokrat tərəfindən müzakirədə işlədilən məzələnmək ifadəsi Vikipediyaya nə dərəcədə uyğundur? Zəhmət olmasa 13-cü abzasa diqqət edin. Vikipediya:Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər bölməsinin 11-ci və 12-ci bəndlərinin pozulması. Vikipediya:Etiket qaydalarının Ümumi etiket qaydaları bölməsinin 16-cı bəndinin pozulması. Vikipediya:İdarəçilərin fəaliyyəti qaydalarının Vikipediya istifadəçilərinə münasibət bölməsinin 1-ci bəndinin pozulması.
- Sura Türksoy adlı istifadəçinin bloklanması (keçid et) — Baskervill vikicəmiyyətin, ən azından idarəçilərin xəbəri olmadan Facebook-da müzakirə apardığı xanım istifadəçini 18 iyun 2019 tarixində 1 aylıq bloklayıb. Bloklama qeydlərinə baxsaq istifadəçi səhifəyə mənasız və yararsız əlavələr səbəbinə görə 1 ay müddətinə bloklanıb. Bu açıq-aşkar idarəçi alətlərindən sui-istifadədir. Facebook-da aparılan müzakirənin bloklama səbəbində qeyd edilmiş səhifəyə mənasız və yararsız əlavələr sözləri ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Bu saxtakarlıqdır.
- Eminn-ə qarşı nəzakətsizlik (keçid et) — Obyektiv olmaq lazımdır. Bu müzakirədə Eminn tərəfindən də nəzakət qaydaları pozulub. Lakin eyni sözü təkrar edib və ədalı tonda danışmağa nə gərək (sitat: 1000 dəfə demişəm ki, hansısa vikipediyada nümunə bizim vikipediya üçün qanun sayıla bilməz.) ? Zəhmət olmasa müzakirənin gedişinə diqqət edin. Orada gərəkən addımlar Toghrul Rahimli tərəfindən atılıb.
Yuxarda qeyd etdiyim səbəblərdə çox sayda Vikipediya qaydaları pozulmuşdur. Qeyd etdiyim səbəbləri əsas gətirərək idarəçinin etimad səsverməsinin keçirilməsini təklif edirəm. Qeyd edim ki, bürokrat statusu ilə adi halda idarəçi kimi heçbir texniki əməliyyat yerinə yetirilə bilmir. Məntiqi olaraq hər bir statusun öz özəlliyi var. Bürokrat statusu layihələrdə əsasən idarəçilərə verilir. Bu halda idarəçi hüququ geri alınacaqsa bürokrat hüququ da eyni anda geri alınmalıdır. Bütün idarəçilərdən (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Eldarado, Toghrul Rahimli, Baskervill) mövzuya münasibət bildirmələrini rica edirəm. Sizlərə dərin hörmətlə, Turkmen müzakirə 11:24, 10 noyabr 2019 (UTC)
Səsvermə
- Lehinə:. Yuxarda göstərdiyim səbəblərə əsasən istifadəçinin hüquqlarından məhrum edilməsini labüd hesab edirəm.--Turkmen müzakirə 11:24, 10 noyabr 2019 (UTC)
- Əleyhinə: Cənab Turkmen mənim Allahdan başqa heç kimdən qorxum yoxdur. Sırf bu səbəbdəndir ki, üzvü olduğum sosial şəbəkə hesablarımın heç birinin blok siyahısında bir nəfər belə olsun şəxsin adı yoxdur. Təəssüflər olsun ki, eyni fikirləri sizin haqqınızda bildirmək mümkün deyil. Məni facebookda bloka atmanız sizin necə adekvat bir adam olduğunuzu göstərir. İdarəçi yoldaşlarımızdan biri sizin haqqınızda danışarkən, şapka koleksiyoncusu ifadəsini işlətmişdi. Fikirini bununla əsaslandırırdı ki, siz publikaya işləməyi sevirsiz və əsas məqsədiniz müxtəlif vikilahiyələrdə olan, müxtəlif statusları öz əlinizdə cəmləşdirməkdir. Ağına-bozuna baxmadan, lazım oldu, olmadı bütün statusları əldə etmək həvəsiniz hərdən baş tutmayanda isə yuxardakı səsvermə tipli bir səsvermə başlatmağa qərar vermisiniz. İcma bilir ki, sizinlə bağlı burada keçirilmiş bürokrat səsverməsindən sonra sizin mənə qarşı olan indiki münasibətiniz yaranıb. Yuxarıda göstərmiş olduğunuz facebook keçidlərinin vikipediyaya və xüsusi ilə mənim statuslarımın əlimdən alınmasına heç bir dəxlisi yoxdur. Görünür ki, mənə və şəxsimə qarşı növbəti bir kompaniya start götürmüşdür. Bakı şəhərində olarkən cənab idarəçilərimiz Wertuose, White Demon, Toghrul Rahimli və Eldaradonun iştirakı ilə maraqlı viki görüşümz baş tutdu. 3 saata yaxın müxtəlif məsələlər ətrafında müzakirələr apardıq və hətta Toghrul Rahimli ilə daha bir dəfə Eldarado ilə isə 2-3 dəfə də təklikdə görüşüb, şəhər gəzintisi etdik. Bakıda olduğum müddət ərzində görüşmək imkanımızın olmadığı Babək Akifoğlu və Nicat49 ilə də gözəl münasibətlərə sahibəm. Mənim bütün vikipediyaçılarla çox gözəl münasibətim var. Sura Türksoy şəxsimə yönəlmiş təhqirə görə tərəfimdən bir aylıq bloklanıb və bu barədə bloklanmanın səbəbini soruşan idarəçi və istifadəçilərə faktlar təqdim edilib. 10 ildən çoxdur ki, vikipediya üçün çalışıram və ölən bir günə qədər bu yöndə olan fəaliyyətim davam edəcək. 2016-cı ilin yay aylarında sizə ilk idarəçi olmağı belə səhv etmirəsə mən təklif etmişdim və siz cavabında hələ tez olduğunu bəyan etmişdiz. Sizə təklifmi budur ki, belə ucuz oyunlardan əl çəkin və kamera önündə özünü dünyanın 20 vikipediyaçısından biri kimi təqdim etməkdənsə öz redaktə və yaratmış olduğunuz məqalələrə gündəmə gəlməyə çalışın. Ana səhifənin yenilənməsi, labın arxivləşdirilməsi, xəbərlər bölməsinin güncəllənməsi, İP-lər tərəfindən edilmiş vandal redaktələrin qarşısının alınması üçün idarəçi və bürokrat statuslarının məndə olması mütləqdir. Cənab Azərbaycanca Vikipediyanının idarəçiləri, lütfən yuxarıda yazmış olduğum fikirləri diqqətlə oxuyun və cənab idarəçi Turkmenin müxtəlif lahiyələrdə yeni-yeni statuslar əldə etməsi naminə 10 ildir ki, bu saytı üçün çalışan Baskervillin üzərindən xətt çəkməyin.--Baskervill (müzakirə) 11:56, 10 noyabr 2019 (UTC)
- Şərh: Hörmətli Baskervill sizi facebook üzərindən 3 gün əvvəl bloka atmışam, bu gün yox. Bunun da səbəbini yuxarda qeyd etmişəm. Çünki mənim iştirak etmədiyim müzakirədə mənə iynələyici və böhtan xarakterli sözlər yazmısız. Ən azından sizdən 5 yaş kiçiyəm burda da olmasa sosial şəbəkə üzərindən nəzərə almalısız bunu. Hər bir vikipediya istifadəçisi vikipediya üçün dəyərlidir. Çünki iş görürlər bu layihə üçün. Lakin bunlar istifadəçinin etdiyi qayda pozuntularını nəzərə almamağımız anlamına gəlmir. Haqqımda qeyd etdiyiniz böhtan xarakterli yazıları isə nəzərə almıram. Yuxarda tərəfinizdən bir çox qayda pozuntularını qeyd etmişəm və idarəçi kimi istifadəçilərin fəaliyyətinin təftiş edilməsi mənim borcumdur. Sizin tərəfinizdən isə bu pozuntular 1 yaxud 2 deyil gördüyünüz kimi kifayət qədərdir. Hörmətlə--Turkmen müzakirə 12:17, 10 noyabr 2019 (UTC)
- : Şərh: Görünür ki, siz şəxsi zəmində qisas almağa çalışırsız. Mənim Toğrulla çox gözəl münasibətim var və tərəfimdən ona qarşı heç bir nəzakətsizlik edilməyib. Emin, Ceklinin məsələsinə görə mənə facebookda "torba tikən" demişdi ki, bunu özü də təsdiq edə bilər və oradakı söz atışması qarşılıqlı olub. Sizin dərdiniz və probleminiz mənimlədir. Sizin kimi ictimai fəal bir vikipediyaçı, bir idarəçini sosial şəbəkə üzərindən bloka atırsa demək ki, adekvat adam deyil. --Baskervill (müzakirə) 12:23, 10 noyabr 2019 (UTC)
- Şərh: Turkmen, mənim məsələm barədə onu bildirə bilərəm ki, Baskervillin ilk yazdığı mənim xoşuma gəlməmişdi. Lakin sonradan danışıb bu məsələni həll etdik, hər şey həmişəkindən daha yaxşı oldu. Mənim Baskervill ilə münasibətim, söhbətlərim yalnız Vikipediyada edə biləcəyimiz işlərin, yeniliklərin müzakirəsindən ibarət olub. Düşünürəm ki, bütün idarəçilər arasında hörmət olmalıdır, yoxsa deqredasiyada olarıq. Əvvəllər mən də müzakirəni davam etdirməkdə çətinlik çəkirdim, lakin bunun həlli belədir: əgər real həyatda problemlərimiz varsa, kimisə acılamaq istəyiriksə, müzakirələrdə iştirak etməyək. Atmacalı müzakirələrə sərt cavab verməkdənsə, Vikipediyadan bir neçə saatlıq aralanıb əsəblərimizi cilovladıqdan sonra söhbətə qayıda bilərik. Nəticəsi effektiv olur o zaman. — Toghrul Rahimli • M/F 13:09, 10 noyabr 2019 (UTC)
- Şərh: Hörmətli Toghrul Rahimli sizinlə Baskervill arasında münasibətlərin düzəldiyindən xəbərim var. Ancaq indi müzakirənin məğzi tamam başqadır həmkar. Yəni Vikipediyadan qıraqda əlaqələr düzəlib. Buna çox şadam və idarəçilərin mehriban olması məsələsində sizinlə tamamilə razıyam. Ancaq bir məsələ var ki, niyə Baskervill bu tip müzakirə aparmalıdır? Münasibətlərin düzəlməsində hər ikiniz maraqlısınızsa deməli Baskervill-in də burada cəhdi olub. Ancaq Vikipediyada sizə və digər idarəçi/istifadəçilərə qarşı yuxarda qeyd etdiyim şəkildə müzakirə aparmaq qəbulediləndirmi? Sizin qeyd etdiyiniz kimi Atmacalı müzakirələrə sərt cavab verməkdənsə, Vikipediyadan bir neçə saatlıq aralanıb əsəblərimizi cilovladıqdan sonra söhbətə qayıda bilərik. Hörmətlə--Turkmen müzakirə 13:22, 10 noyabr 2019 (UTC)
- Lehinə: Yuxarıda Turkmenin göstərdiyi səbəblərin hamsı doğru əsaslandırmadı. Hətta göstərdikləri edilənlərin yarısıdı desəm yanılmaram. Ceklinin, Vahidin də vikipediyadan getməsinin səbəbkarı Baskervilldir. --Araz Yaquboglu (müzakirə) 15:08, 10 noyabr 2019 (UTC)
- Lehinə: Baskervill-in fəaliyyətində mənim də narazı olduğum məqamlar var. Xüsusən istifadəçilərlə müzakirə zamanı nəzakətsizlik etdiyini dəfələrlə görmüşəm. Turkmen-in qeyd etdikləri bunlardan bir neçəsidir. Cekli829 məsələsində sizin onu təxribata çəkdiyinizi hələ də düşünürəm. Vahid Məmmədova yazdığınızı digər istifadəçi yazsaydı, bloklanardı. İdarəçi səsvermənizdə gələn 55 səsin bir neçə gün sonra baş verən bürokrat səsvermənizdə 29 səsə qədər azalmağı sizi düşündürməli idi. Turkmenin açdığı bu müzakirəni şəxsi səbəblərə yönəltmək istədiyiniz görünür, buna heç bir şərh verə bilmərəm. Amma iddia qaldıran şəxslərin göstərdiyi arqumentlər təsdiq olunur, uydurma deyil. Müzakirənin nəticəsindən asılı olmayaraq fəaliyyətinizi nizama salmalısınız. Şəxsi həyatda münasibətlərin vikipediyaya heç bir aidiyyatı yoxdur. Şəhərdə gəzmək, çay içmək, şəkil çəkdirmək və sair məşğuliyyətlər vikipediyadakı səhvləri sığortalamır. Ümumiyyətlə, vikipediyaçıya qiymət vermək üçün "Fəaliyyətləri" bölməsinə baxmaq lazımdır, kiminsə fəaliyyətindən narazı olmaq şəxs olaraq ondan narazı olmaq demək deyil. Biz burda kimisə bloklayanda real həyatda onu döyüb-öldürmürük. Bunu da məlumat üçün qeyd edim ki, Ana səhifənin yenilənməsi, labın arxivləşdirilməsi, xəbərlər bölməsinin güncəllənməsi, İP-lər tərəfindən edilmiş vandal redaktələrin qarşısının alınması üçün yalnız idarəçi statusu da kifayət edir.--Eminn ismarıc 17:34, 10 noyabr 2019 (UTC)
- Əleyhinə: Baskervillin müzakirələrdə nəzakət qaydalarını bəzən pozduğu fikirləri ilə razıyam, lakin bunu demək olar ki, bütün idarəçilər müəyyən zaman ediblər. Əgər bu səbəblərə görə idarəçilikdən çıxarılsa, biz gərək azı 7-8 idarəçini də buna bənzər səbəblərə görə çıxardaq. Müzakirənin şəxsi zəmində başverən söhbətlərə görə açıldığını görürəm. Düşünürəm ki, Baskervill tərəfindən vikipediyanın normal işi pozulmur. Əksinə azvikinin inkişafında əvəzsiz xidmətlər göstərməkdə davam edir. Baskervill və Turkmen hər ikisi də azviki üçün dəyərli istifadəçilərdir və təklif edirəm ki, aralarındakı münasibətləri dostcasına həll etsinlər və bunu vikipediyaya daşımasınlar. Hörmətlə --eldarado ✉ 18:53, 10 noyabr 2019 (UTC)
- Şərh: Hörmətli Eldarado əmin ola bilərsiniz ki, mən heçbir istifadəçi ilə indiyə qədər şəxsi zəmində prinsip aparmamışam. Əgər müzakirəni şəxsi zəmində aparsaydım təkcə öz adımla müzakirə açardım. Ancaq yuxarda özüm haqqında cəmi 1 keçid yerləşdirmişəm. Diqqət etsəz qalan bütün keçidlər digər istifadəçilər haqqındadır. Xahiş edirəm yuxarda yazdığım çox sayda qayda pozuntularını bir daha gözdən keçirin. Bürokrat və idarəçi səlayhiyyətlərinə malik bir istifadəçinin bu qədər qayda pozuntusuna yol verməsi nə dərəcədə düzgündür? Vikipediyanın nüfuzuna xələl gətirən bu qayda pozuntuları digər yeni istifadəçilərin də Vikipediya haqqında düşüncələrinə də ləkə gətirmirmi? Əgər Vikipediyada yüksək statuslara malik istifadəçi bunu edirsə, istifadəçilərə necə hər hansı qayda pozuntusu barədə xəbərdarlıq edə yaxud bloklama tətbiq edə bilərik? Bu Vikipediya:Tərəfsizlik qaydalarına zidd deyilmi?--Turkmen müzakirə 19:25, 10 noyabr 2019 (UTC)
- Şərh: Hörmətli Turkmen, şəxsi zəmində prinsip aparmasanız belə kənardan görünən görüntü budur sadəcə. Sosial şəbəkədə mübahisəli müzakirə, blok və bir neçə gün sonra bu müzakirə. Mövzu ilə bağlı fikrimi yuxarıda qeyd etdim, xatırlayırsınızsa Cekli də bir müddət əvvəl Baskervill dən dəfələrlə çox qaydaları pozmuş və vikinin işini açıq şəkildə pozmuşdu. Hətta yuxarıda sadalananlarla müqayisə belə edilə bilməz. Buna rəğmən müzakirə açıldıqda əksər idarəçilər getməsinin tərəftarı deyildir. Lakin indiki halda o dərəcə böyük bir sorun görmürəm. Qeyd elədiyim kimi nəzakətsiz müzakirələr aparan idarəçilərin sayı çoxdur. Əgər elədirsə gəlin bir bir hamısını çıxaraq müzakirəyə. Əgər bunu etmiriksə yalnızca bir idarəçini çıxarmaq üçün müzakirə başladırıqsa demək ki, hamımız Tərəfsizlik qaydalarını pozuruq. Mən mövqeyimi aydın və izahlı şəkildə ifadə etdiyimi düşünürəm, buna görə də mövqeyimi dəyişməyə yönəlik təkliflər etməməyinizi rica edirəm. Hörmətlə --eldarado ✉ 20:07, 10 noyabr 2019 (UTC)
- Şərh: Əlbəttə mövqeyinizi dəyişib dəyişməmək öz haqqınızdır. Lakin hansı idarəçilərdir yuxarda keçid verdiyim şəkildə müzakirə aparan? Və bu qədər kobud qayda pozuntularına yol verən. Əmin olun ki, burda qeyd etdiyim linklər Baskervill-in bu tip fəaliyyətinin hamsı deyil. Əziz Eldarado üzr istəyirəm indiyə qədər hansı idarəçi istifadəçi ilə Vikipediyada müzakirə apararkən məzələnmək ifadəsini işlədib? Sura Türksoy adlı istifadəçi ilə Facebook-da aparılan müzakirəyə görə istifadəçinin Vikipediyada bloklanması və bu haqda heçbir idarəçiyə xəbər edilməməsi, Baskervill-in fəaliyyətinin Cəkli829-dan fərqli olmadığını açıqca göstərir. Həmçinin Cekli829-un da fəaliyyətində etik və nəzakət qüsurları olub ancaq açıq şəkildə görünən odur ki, burada fəaliyyətindən narazılıq etdiyimiz Cekli829 belə Baskervill-in etdiyi qədər vikinəzakəti və etikanı pozmayıb. Hörmətlə --Turkmen müzakirə 21:08, 10 noyabr 2019 (UTC)
- Şərh: Od olmayan yerdən tüstü çıxmaz deyəllər. Görünən odur ki, müəyyən istifadəçilərə hansısa xoşa gəlməz fikirlər işlədilmişdir. Üstəlik bu məsələlər vikipediyadan kənara da daşınmışdır. Ümümi amal üçün mübarizə aparan və zəhmət çəkən insanların özlərini qarşısındakından üstün tutması bizlərə üstün bir şey verməyəcək. Mənədə müəyyən istifadəçilər yuxarıdan aşağı baxmaq, dəxlisiz məsləhətlər etmişlər. Ancaq çox zaman mənasız və öz səviyyələrinə uyğun olan məsləhətlərinin öhtəsinə buraxaraq boş vermişəm. Ancaq lazım gəldikdə isə yerlərini bilməsi üçün lazımı cavablarını vermişəm. Bu kimi halların təkrarlanmaması üçün bir-birimizə qarşı daha nəzakətli olmağı bacarmalıyıq. Söhbət saxtalıq və ya yaltaqlıq xarakteri daşımayan nəzakətdən getmir. Mən ilk vikiyə qoşularkən Araz Yaquboglu, White Demon və həmcinin Baskervillin mənə dəstəyi böyük olmuşdur. Bu səbəbdən mənim bu insanlara bir simpatiyam var. Şükürlər olsun ki, onlarla indiyənə kimi aramızda bir münaqişə yaşammamışdır. İnşallah ki yaşammaz. Amma haqsızlığa göz yuma da bilmərəm. Hər bir istifadəçini bir-birinə qarşı nəzakətli olmağa çağırıram.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:41, 10 noyabr 2019 (UTC)
- Əleyhinə: Vikipediyadan kənarda baş vermiş hadisələri və burada yazılanları oxumaq əlbəttə ki, xoş deyil. Lakin cənab Baskervilldən idarəçilik statusunun alınmasının azvikiyə xeyirdən çox ziyan olacağını düşünməkdəyəm. Bu səbəbdən əleyhinə səs verirəm. İdarəçilər arasında yaranmış müəyyən anlaşılmazlıqların və incikliklərin isə tez bir zamanda aradan qalxmasını ümid edirəm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 23:25, 10 noyabr 2019 (UTC)
- Əleyhinə: Hörmətli Turkmen-in göstərdiyi nümunələri anlayıram və ümidvaram ki, gələcəkdə bu qəbildən olan anlaşılmazlıqlar yaşanmaz. Hörmətlə — Toghrul Rahimli • M/F 06:18, 11 noyabr 2019 (UTC)
- Əleyhinə: Baskervilldən idarəçilik statusunun alınmasının əleyhinəyəm. Səbəbi isə odur ki, Azviki üçün fəaliyyət göstərən təcrübəli istifadəçilərin sayı azdır və son 10 il ərzində lazımsız mübahisələrə və incikliklərə görə xeyli istifadəçi buranı tərk edib. Nəticədə kim qazanıb? Bu bizim hamımızın yalnız ziyanına işləyib. Bizim bu siyahı kimi illərdir bir addım irəliləyib, iki addım gerilədiyimiz qlobal problemimiz var. Əməyinizi, zehninizi mübahisələrə yox, bu cür işlərə sərf etməyinizi arzulayardım. Hər iki istifadəçiyə uğurlar arzulayıram və məsələnin müzakirə ətrafında yoluna düşəcəyinə ümid edirəm. --Babək Akifoğlu (müzakirə) 17:55, 11 noyabr 2019 (UTC)
- Lehinə: Mən oxudum müzakirələri, istinadları, facebook-da mənimlə və digər istifadəçilərlə bağlı yazdığı şərhləri və s. Fikirlərimi bir-neçə başlıq altında ümumiləşdirib bildirmək istəyirəm. Baskervill azviki üçün dəyərli istifadəçidir, hətta onunla Eminin azviki üçün yeri fərqlidir - hər ikisini mən azviki məktəbinin yetirməsi hesab edirəm. Məktəb yaşlarından yaşıdları facebook-da "oturanda" bu iki nəfər azvikidə redaktələr edirdilər, gedib internet kafedə oturub vikipediyada yazıb-pozurdular. Bu mənada bizim üçün dəyərlidirlər. Baskervillin idarəçi kimi də fəaliyyəti hər zaman yüksək olub, hətta ictimai iş olaraq da vikipediyanın təbliği üçün çox iş görüb. Bu onunla bağlı müsbət fikirlərim. Tənqidi fikirlərimi isə dəfələrlə özünə də demişəm, burada da yazmışam, yenə də təkrarən yazım ki, onun son 2-3 ildəki (əsasən AMEA kitabxanasında çalışmağa başlayandan sonra) fəaliyyəti çox hallarda zərərli istiqamətdə olub. Bir yerdə təlim keçən, bir quruma bağlı olan istifadəçilərin gəlib kütləvi səsvermələrdə səsverməsi, hər dəfə onun mövqeyini dəstəkləməsi, bir-neçə özünə yaxın istifadəçinin idarəçi seçilməsini təşviq etməsi, kampaniya şəklində işlərin aparılması - bunlar mənfi hallardır. O kampaniyanı mən Rüfətin yuxarıda istinadlar verdiyi keçidlərdə də görürəm. Həm də baxıram ki, Baskervill-də bir arxayınçılıq da yaranıb ki, artıq nə istədim edə bilərəm, ən pis halda mənə qarşı idarəçi müzakirəsi açılacaq, orada 3-4 məni həmişə dəstəkləyən idarəçi var, bundan da pis halda istifadəçi səsverməsi olacaq, orada da 30 lehimə səs həmişə hazırdı. Bax, bu arxayınçılıq da sonda onun istifadəçilərlə belə yuxarıdan-aşağıya, eyhamlarla danışmasına gətirib çıxarır. Bir gündə Cekli ilə onun idarəçi statusu alındı, səhərisi gün yenidən idarəçi namizədi oldu. Bu o deməkdir ki, kobudluq etmişəm, yaxşı etmişəm. Yenidən idarəçi seçiləcəm, bacarana can qurban. Yəni idarəçi statusunun haqsız alındığını iddia etmədən yenidən idarəçi oldu. Bu deyək ki, vikiqaydalarla qadağan olunmayıb, istifadəçinin öz abır-həyasına, etik prinsiplərə bağlı olan bir məsələdə. Bu seçkiyə və onun nəticələrinə irad ola bilməz. Amma idarəçi seçkisinin ardından 6 ay gözləmədən də bürokrat namizədi oldu və dedi ki, azvikidə gecə bürokrata ehtiyac var. Yəni Baskervill bəlkə də bütün vikilər içində analoqu olmayan bir statusa sahibdir - "Gecə bürokratı" :) Təbii ki, qeyri-rəsmi, rəsmi olaraq bürokratdır. Mənim iradım bu 6 ay məsələsi ilə bağlı idi, ona da o dəqiqə facebook-da məni öz aləmində məsxərəyə qoyaraq status yazdı ki, yuxarıda bu statusuna keçid var. Bütün bu halları mən mənfi hal olaraq dəyərləndirirəm. Təbii ki, bu müzakirədən müsbət nəticə çıxacağını gözləmirəm, yuxarıda yazdığım səbəblərdən. Amma düşünürəm ki, bu Baskervill üçün bir siqnal olmalıdır və o, özünə çəki-düzən verməlidir. Vikipediyada əbədi qruplaşmalar, əbədi dostlar olmur, bunu unutmamaq lazımdır. P.S. Mənə maraqlıdır ki, görəsən nə vaxtsa azvikinin məndən başqa olan digər iki bürokratının fikri hansı məsələdəsə fərqlənəcəkmi. Heç olmasa ən kiçik bir müzakirədə. Yoxsa ki, iki fərqli bədəndə bir ürək kimidirlər :) Allah axıracan mehriban eləsin. Hörmətlə:--Sortilegus (müzakirə) 08:59, 12 noyabr 2019 (UTC)
- Şərh: Hörmətli Sortilegus, xoş sözləriniz üçün sizə minnətdaram. Mehriban olmaq ən gözəlidir məncə də. Fikir ayrılığı məsələsi isə az olmayıb elə oxuyarkən biri yadıma düşdü. İstəsəniz digərlərini də boş vaxt olan kimi axtarıb taparam.--eldarado ✉ 09:27, 12 noyabr 2019 (UTC)
- Bitərəf: Mən Turkmen-in göstərdiyi nümunələri anlayıram amma Baskervil çox təcrübəli olduqundan, fikrimcə son xəbərdarlıq edilməlidir. Hər halda yaxşı hərəkət deyl.--Azerifactory (müzakirə) 23:43, 12 noyabr 2019 (UTC)
Müzakirə
Haqqımda başladılmış sözügedən səsvermə mənə qarşı olan kampaniyanın mövcud olduğunu bir daha göstərir. Cənab idarəçi Araz Yaquboglu atası haqqında yazılmış və ensiklopedik olmayan məqaləni silinməyə namizəd səhifəsinə təqdim etdiyim üçün yuxarıda göstərilən lehinə səsi mənə ünvanlamışdır. Həmin məqalə mənim yox, icmanın qərarı əsasında silinmişdir. Araz bəy tərəfindən bir zamanlar yaradılmış və şəxsin şəxsi tanışları olan bir necə aşıq, yazıçı və şair haqqındaki məqalələrin icma tərəfindən silinməsi də qeyd olunmalıdır. Bütün bunlar şəxsdə elə bir fikir yaratmışdır ki, mən onun bostanına daş atmağa çalışıram. Mənim tək məqsədim isə Azvikini zərəli məqalələrdən qorumaq və ensiklopedik aliliyi təmin etməkdən ibarət olmuşdur. Eminn bəy qeyd edir ki, mən keçmiş idarəçi Cekli829-u təxribata çəkmişəm. Ceklinin fəaliyyətindən icmanın 90% narazı idi və bir gündə üç aktiv istifadəçini bloklayandan sonra vəziyyət çıxılmaz həddə qədər gəlib çıxmışdı. Eminn bəy, əgər ki, Cekli yenidən idarəçi seçilmək istəyirsə, buyurub öz namizədliyini təqdim edə bilər. O, gözəl bilirdi ki, idarəçilik statusu əlindən alınsa bir daha idarəçi ola bilməyəcək, çünki şəxsin barəsində 3 dəfə etimad səsverməsi keçirilimiş və istifadəçiləri haqqsız blokladığı üçün idarəçilərə onlarla şikayət olunmuşdu. Bürokrat səsverməsində mənə qarşı olan səslərin azalması isə çox təbii bir haldır cənab Eminn. Azviki tarixində heç kim yaxın tarixlər ərzində 50+ səsi iki dəfə toplaya bilməyib, Azvikinin aktiv istifadəçi və idarəçi sayı bu səsi toplamağa imkan vermir. 55 səsi bu günə qədər bir tək mənim almağım və həmin səsvermədə ünvanıma yazılmış fikirlər belə bir daha mənim bu icma üçün gördüyüm işlərdən xəbər verir.
Mənə qarşı fakt kimi göstərilmiş bu keçiddə, Vikipediya:Nəzakət qaydaları Eminn bəy tərəfindən də pozulmuşdur, ancaq ittiham tək tərəfli formada elan olunaraq bir tək mən günahkar görülməkdəyəm. Cənab idarəçi Eminn, qeyd edirsiz ki, Ana səhifənin yenilənməsi, labın arxivləşdirilməsi, xəbərlər bölməsinin güncəllənməsi, İP-lər tərəfindən edilmiş vandal redaktələrin qarşısının alınması üçün yalnız idarəçi statusu da kifayət edir - razıyam, bəs mənimlə bağlı başladılan səsvermədə mənim idarəçilik statusumun əlimdən alınmasından söhbət gedir axı. Yəni ki, idarəçilik statusu əlimdən alınandan sonra hansı formada sözügedən dəyişiklikləri edəcəm ? Mən bir daha icmanın, istifadəçilərin, idarəçilərin nəzərinə və diqqətinə çatdırmaq istəyirəm ki, texniki proseslərin icra edilməsi üçün idarəçilik statusunun məndə olunması çox mühümdür. Kiçik bir fakt. Cənab istifadəçi, Sefer azeri mənə facebook üzərindən yazı atıb ki, zəhmət olmasa bu yazını Xəbərlər bölməsinə əlavə et. İdarəçilik statusum olmayandan sonra bu kimi texniki işləri necə yerinə yetirə biləcəm ? Yuxardakı yazıısında Toghrul Rahimli bir zamanlar aramızda olan anlaşılmazlıqların aradan qalxdığını yazsa da, Turkmen təkidlə məsələnin başqa olduğuna işarə vurmağa çalışır.
Bir var ki, idarəçi kütləvi formada icmanın narazılığına səbəb olur, qayda pozuntuları edir, hamıya qarşı gəlir və icmanın ümumi işini pozur və beləlikə də, səsvermə və müzakirələr əsasında əlindəki hüquqlar alınır. Birdə var ki, konkret olaraq bir qrup şəxsin iradəsi əsasında, sırf onlara xoş getməyən hərəkətlərə yol verib deyə, idarəçilik statusunun əlindən alınması üçün kampaniya başladılır. Bax, mənim vəziyyətim daha çox ikinci hala uyğun gəlir. Mən hər zaman vikipediya prinsiplərini üstün tutmuşam. Vahid Məmmədovun Turkmenlə dost olduğunu və hətta Gəncə şəhərində onunla bir müddət eyni mənzildə yaşadığını yəqin ki, çoxları bilir. Bu gizli bir fakt deyil və idarəçinin özü tərəfindən görüşlərdə dəfələrlə vurğulanıb. Vahid Məmmədov yaratmış olduğu qeyri-ensiklopedik məqaləyə görə vikipediyadan gedibsə, mən nə edə bilərəm ? Turkmen bəy, bütün şəxsi əlaqələrini işə salıb və ətrməni facebookda bloklayaraq, haqqımda yuxardakı kampaniyanı aparmaqdadır. Turkmen bəy, əgər özünüzü bu işin peşakarı hesab edirsinizsə, lütfən məni blokdan çıxardın və imkan yaradın ki, sizinlə mövzu və problemlərlə bağlı müzakirə apara bilim.
Çox sırf qrafikə sahib olmağıma baxmayaraq Azviki üçün redaktələr etməyə, yeni məqalələr yazmağa və idarəçinin üzərinə düşən öhdəlikləri icra etməyə çalışıram və ömrümün sonuna qədər də çalışacağam. Açıq danışacağam. Turkmen hesab edir ki, onunla bağlı aparılmış bürorkat səsverməsində əlehinə səsləri mən manipulasiya etmişəm və bunun nəticəsində də, idarəçi bürorkat seçilməyib. Di gəl ki, orada qarşı səsi vermiş 11 nəfərdən 9-u öz fikirlərini əsaslandırıblar. Vikipediya:Nəzakət qaydaları icma tərəfindən qəbul olunmuş digər rəsmi prinsip və qaydalar kimi mənim üçün çox önəmlidir və heç bir zaman planlı və məqsədli şəkildə kiminsə xətrinə dəymək, qəlbini qırmaq, quyruğunu tapdalamaq kimi bir niyyətim və məqsədim olmayıb. Zaman-zaman gərgin ruh halımın mənə vermiş olduğu, negativ enerji ilə kiminsə xətrinə dəymiş ola bilərəm və əgər belə bir hal baş veribsə həmin şəxslərin bu halı üzürlü saymalarını rica edirəm. Vikipediyaya girmişəm ki, texniki işlərimi görüm, birdə görürəm ki, Turkmen məni idarəçilikdən kənarlaşdırmaqdan üçün əlləşib vuruşur. Cənab Turkmen sizə sadə iki sualım var. Mən idarəçilik və bürokrat statuslarım əlimdən alınandan sonra bürokrat namizədi olacağsınızmı ? Digər sualım isə mənim burada etmiş olduğum texniki işləri kim edəcək ? --Baskervill (müzakirə) 21:37, 10 noyabr 2019 (UTC)
- Hörmətli Baskervill siz nə danışırsız? 10 ildir layihədə fəaliyyət göstərirsiz amma deyəsən anlamırsız ki, müzakirə apararkən dəqiq faktlara söykənmək lazımdır. Hardan iddia edirsiniz ki, mən Vahid Məmmədov adlı istifadəçi ilə yaxın dostam və hətta bir mənzildə yaşamışam? Bu yazdıqlarınızı kim deyib sizə, yaxud hardan öyrənmisiz? Belə birşeylər olmayıb axı. Lütfən əmin olmadığınız məsələlər barədə bilib-bilmədən yazmayın. Birdə əgər mən yuxarda qeyd etdiyiniz bürokratlıq seçkisi və b. digər məsələlərə görə müzakirə açsaydım, elə o səbəbləri də qeyd edərdim. Diqqət edin ki, yuxarda özüm haqqında cəmi 1 link vermişəm. Əgər sırf şəxsi məsələlərə görə etsəydim, bunu aylar əvvəl edərdim. Sizdən bir daha xahiş edirəm, əmin olun sonra yazın. Yuxarda haqqımda böhtan dolu yazılar yazmısız. Hətta yazmısız ki mən vahid Məmmədovla bir mənzildə qalmağımı və yaxın dost olmağımı vikigörüşlərdə qeyd etmişəm? Hansı vikigörüşdə qeyd etmişəm? Kimlərə demişəm? Yazdıqlarınızı sübut edin zəhmət olmasa. Əks halda bu böhtandır. Hörmətlə--Turkmen müzakirə 22:20, 10 noyabr 2019 (UTC)
- Cənab Turkmen əsəbləşməyin, sakitləşin lütfən. Bu günə qədər heç kimə böhtan atmamışam və atmaq kimi də bir niyyətim yoxdur. 2017-ci ilin 10 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının elmlər akademiyası metrosu tərəfindəki binalarınını birində bir viki görüş baş tutmuşdu. Gəncə şəhərində təhsil almağınıza baxmayaraq, həmin görüşdə sizdə iştirak etmişdiz. Binadan çıxıb, idarəçi və istifadəçilərlə birlikdə yaxınlıqdakı çayxanaya gedən zaman, siz bildirdiniz ki, Vahidlə Gəncədə eyni mənzildə kirayədə qalmısız və sizin yaxın dostluq münasibətləriniz var. Bütün bu dediklərim Eldaradonun yanında baş verdi və oda bu faktları təsdiq edə bilər. Bilsəydim ki, bir gün bu dedikləriniz mənə qarşı böhtan olaraq istifadə ediləcək səsinizi yazardım :) Digər bir tərəfdən zəhmət olmasa idarəçilərə facebook üzərindən yazıb, məlum səhifənin linkini atıb, fikir bidir, münasibət bildir kimi rəylər yazmayın. Lütfən bunu da böhtan adlandırmıyın, çünki əlimdə səs yazıları mövcuddur. Çox təəssüflər olsun ki, Azvikinin inkişafına nail olmağın yollarından danışacağımız təqdirdə, oturub məni idarəçilikdən çıxarmağın yollarından danışırıq, danışırsız.--Baskervill (müzakirə) 22:37, 10 noyabr 2019 (UTC)
- Hörmətli Baskervill. Əmin olun ki əsəbləşmirəm, yazdıqlarınız mənə bir zarafat kimi gəlir. Cekli829 və Shafa Movsumov Vahid Məmmədov adlı istifadəçini tanıyırlar, onlardan da soruşa bilərsiz. Görürəm ki, Cənub zonasında və Bakıda yaşayan şəxsi Gəncəyə gətirməyə maraqlısız. Dediyiniz vikigörüş yadımdadır. O vikigörüş mənim ilk dəfə iştirak etdiyim vikigörüş olub və mən həmin görüşdə heç vaxt iddia etməmişəm ki, Vahid Məmmədov ilə Gəncədə bir mənzildə yaşayıram.--Turkmen müzakirə 08:54, 11 noyabr 2019 (UTC)
- Cənab Turkmen əsəbləşməyin, sakitləşin lütfən. Bu günə qədər heç kimə böhtan atmamışam və atmaq kimi də bir niyyətim yoxdur. 2017-ci ilin 10 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının elmlər akademiyası metrosu tərəfindəki binalarınını birində bir viki görüş baş tutmuşdu. Gəncə şəhərində təhsil almağınıza baxmayaraq, həmin görüşdə sizdə iştirak etmişdiz. Binadan çıxıb, idarəçi və istifadəçilərlə birlikdə yaxınlıqdakı çayxanaya gedən zaman, siz bildirdiniz ki, Vahidlə Gəncədə eyni mənzildə kirayədə qalmısız və sizin yaxın dostluq münasibətləriniz var. Bütün bu dediklərim Eldaradonun yanında baş verdi və oda bu faktları təsdiq edə bilər. Bilsəydim ki, bir gün bu dedikləriniz mənə qarşı böhtan olaraq istifadə ediləcək səsinizi yazardım :) Digər bir tərəfdən zəhmət olmasa idarəçilərə facebook üzərindən yazıb, məlum səhifənin linkini atıb, fikir bidir, münasibət bildir kimi rəylər yazmayın. Lütfən bunu da böhtan adlandırmıyın, çünki əlimdə səs yazıları mövcuddur. Çox təəssüflər olsun ki, Azvikinin inkişafına nail olmağın yollarından danışacağımız təqdirdə, oturub məni idarəçilikdən çıxarmağın yollarından danışırıq, danışırsız.--Baskervill (müzakirə) 22:37, 10 noyabr 2019 (UTC)
Bitərəf:__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 07:04, 11 noyabr 2019 (UTC)
- Əleyhinə: Məsələ barədə mən də bir neçə fikir bildirmək istəyirəm. Rüfəti çox yaxşı istifadəçidi, məqsədi heç vaxt pis olmayıb. Amma Baskervill idarəçi kimi həm AzVikiyə onlayn şəkildə, həm də oflayn şəkildə töhfələr verib(ir). Baskervill sadəcə bir az emosional istifadəçidi və müzakirələr zamanı bəzən bu emosionallığını saxlaya bilmir, bunu yəqin çoxları bilir. Yuxarıda gətirilən arqumentlərə gəldikdə isə, Toğrulla olan məsələ çox kiçik idi və çoxdan olmuşdu, hətta mən unutmuşam. Baskervillin də qeyd etdiyi kimi sentyabrın əvvəllində olan görüş zamanı heç bir problem yox idi axı. Emin bəyin qeyd etdiyi "Cekli və provakasiya" məsələsinə gəldikdə isə mən razılaşmıram. Əvvala, Cekli bir redaktə müharibəsinə girişmişdi və bilməliydi ki, bu düzgün addım deyil. Üstəlik, həmin məsələ zamanı Baskervillin də idarəçi statusu alınmışdı. Belə çıxır ki, Baskervill idarəçi statusunu qurban verərək provakasiya etməyi seçib? Mən Baskervillin vəkili, ya da müdafiəçisi zadı deyiləm. Sadəcə məsələyə tərəfsiz yanaşmağa çalışıram. Bir idarəçinin sadəcə bir neçə "nöqsan"lı tərəflərini qabardıb, "xeyirli" tərəflərini kiçildib arxaplana ataraq status alınmasına müsbət yanaşmıram.--127-ci yapon imperatoru 09:32, 11 noyabr 2019 (UTC)
- Siz əlbəttə ki, belə bir şey dediyinizi inkar edəcəksiniz Turkmen. Artıq bunun ciddi bir mənası yoxdur. 5 aktiv idarəçimiz sizin bu tərəfli təklifinizə qarşı öz əleyhinə rəylərini bildiriblər. Mən heç bir zonada yaşayan heç kimi heç harasa gətirməkdə maraqlı falan deyiləm. Başa düşmək istəmirsiz ki, mənə idarəçi hüququ Azvikinin inkişafı üçün lazımdır. Siz adekvat bir şəxs olsaydınız, məni facebookda bloka atıb, haqqımda belə bir səsvermə başlatmazdınız. Gələcəkdə sizin kimi idarəçi və istifadəçilərə qarşı daha diqqətli olacağam və imkan verməyəcəm ki, kimsə gəlib buradakı əziyyətimi şəxsi maraqlarına görə məhv etsin. Mən hər zaman Azvikidə olacağam Turkmen cənabları. Bir gün vəfat etsəm belə ruhum girib yeni məqalələr yaradacaq. Sizə qədərdə burada idim, sizin zamanınınızda da buradayam və sizdən sonrada burada olacağam. Heç bir halda məni heç bir məsələyə görə narahat etməyin lütfən. Gələcək müsahibələrinzdə və işlərinizdə uğurlar. Hörmətli bürokrat Eldarado cənabları, lütfən bu səsverməni arxivləşdirin. Hörmətlə:--Baskervill (müzakirə) 08:10, 12 noyabr 2019 (UTC)
- Cənab idarəçi və bürokrat Sortilegus bildirmiş olduğunuz maraqlı fikirlərə görə təşəkkür edirəm. Əvvəlcə ondan başlayım ki, məndə əlimdəki statusları itirməklə bağlı heç bir arxayınlıq yoxdur, əksinə əndişə və qayğı var ki, birdən icma haqqımda yanlış qərar qəbul edər. Zəhmət olmasa mənim fəaliyyətimə nəzər salın. Ana səhifənin yenilənməsi, Xəbərlər bölməsinin güncəllənməsi, Kənd meydanı, Lab, SNS arxivləşdirmələri və İP redaktələrini əsasən kim yoxlayır ? İdarəçi statusu olmadan bunları edə bilməyim mümkündür ? Gecə bürokratı deyib, lağ edirsiziniz, ancaq xəbəriniz varmı ki, hər həftənin I günü Ana səhifənin ən azı 1, ən çoxu isə 3 bölməsi qırmızı keçidlərlə boş qalır ? Çünki, növbəti həftə üçün lazım olan bölmələr əlavə edilməyib. Bu sahədə fəaliyyət göstərən bir şəxsi idarəçilikdən kənarlaşdırmaqla nə əldə edəcəksiniz ? 2 ildən çoxdur ki, AMEA Mərkəzi Elmi Kitabxanası ilə heç bir əlaqəm yoxdur. Həmin kitabxanadan bu gün çalışan bəzi istifadəçiləri müxtəlif zamanlarda, müxtəlif müddətə bloklamağımda həmin kitabxana ilə münasibətlərimin heç də isti olmadığını göstərir məncə. İnsaf naminə demək lazımdır ki, AMEA Mərkəzi Elmi Kitabxanasının vikipediya kollektivi Azvikinin inkişafı üçün çalışır və bu gün Ana səhifədəki seçilmiş məqalədən tutmuş, son dəyişikliklərdə ki, əsaslı 3-5 imzanın içində həmin kitabxananın imzası var. Göstərmiş olduğunuz kitabxana arqumenti yersizdir bir sözlə. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında yazılıb ki, bürokrat namizədi olan şəxs 6 ay müddətindən az olmayaraq Azərbaycanca Vikipediyanın idarəçisi olmalı və ya Arbitraj komitəsində fəaliyyət göstərməlidir; - mən isə son 8 ildə idarəçi kimi fəaliyyət göstərmişəm və idarəçi ulduzunu da elə sizdən almışam. Cənab Sortilegus son 6 ay yox, 6 ay müddətində yazılıb. Əsla icma qarşısında özümü yuxarıdan aşağı aparmıram və özümü Azviki icmasının idarəçisi yox, xidmətçisi hesab edirəm. Haqqımda deyilmiş bütün ifadələr uydurma, şər və böhtandan başqa bir şey deyil. Sizin haqqımıda işlətmiş olduğunuz Gecə bürokratı ifadəsi Nəzakət qaydalarının XI bəndinə ziddir və bunu özünüzdə yaxşı bilirsiniz. Məndən yaşca böyük olduğunuz üçün bu ifadənizə qarşı heç nə demirəm, ancaq icmanın iradəsi əsasında seçilmiş bir bürokratı bu formada təhqir etməklə tək mənə yox, bütün icmaya hörmət etmədiyiniz göstərmiş olursunuz. Bu tipli bir ifadəni mən işlətmiş olsaydım, Turkmen dərhal onu yuxarıdakı siyahıda qeyd edərdi və siz də, məmuniyyətlə geniş yazılmış yazınızın daxilində bu barədə 1-2 kəlimə yazardınız ki, heç idarəçi və bürokat olan şəxs də, "gecə bürokratı kimi bir ifadəmi işlədər, gecə bürorkatı yox bir.. gecə.. Təbii ki, sizə olar, axı siz ən qocaman idarəçimisiniz. Sizin timsalınızda ipini yığmaq kimi Nəzakət qaydalarını pozan ifadələrə dəfələrlə şahidlik etmişik və maraqlıdır ki, Turkmen nə üçün oxşar səsverməni sizin haqqınızda başlatmayıb. Məsələyə geniş və ətraflı formada münasibət bildirdiyniz üçün bir daha təşəkkür edirəm. Cənab Eldarado məsələsinə gəlincə isə Eldar çox yaxşı yoldaş və etibarlı vikipediyaçıdır. İcmanın inkişafı üçün onunla və digər vikipediyaçılarla işgüzar söhbətlər etmək hər zaman xoşdur və lütfən vikipediyaçılar arasındakı səmimi münasibətlərdə də nəsə başqa mətləblər axtarmayın. --Baskervill (müzakirə) 09:28, 12 noyabr 2019 (UTC)
- Cənab bürokrat Eldarado zəhmət olmasa Turkmen tərəfindən yuxarıda, haqqımda başladılmış səsvermə/müzakirəni yekunlaşdırardınız.--Baskervill (müzakirə) 07:32, 26 noyabr 2019 (UTC)
- Cənab idarəçi və bürokrat Sortilegus bildirmiş olduğunuz maraqlı fikirlərə görə təşəkkür edirəm. Əvvəlcə ondan başlayım ki, məndə əlimdəki statusları itirməklə bağlı heç bir arxayınlıq yoxdur, əksinə əndişə və qayğı var ki, birdən icma haqqımda yanlış qərar qəbul edər. Zəhmət olmasa mənim fəaliyyətimə nəzər salın. Ana səhifənin yenilənməsi, Xəbərlər bölməsinin güncəllənməsi, Kənd meydanı, Lab, SNS arxivləşdirmələri və İP redaktələrini əsasən kim yoxlayır ? İdarəçi statusu olmadan bunları edə bilməyim mümkündür ? Gecə bürokratı deyib, lağ edirsiziniz, ancaq xəbəriniz varmı ki, hər həftənin I günü Ana səhifənin ən azı 1, ən çoxu isə 3 bölməsi qırmızı keçidlərlə boş qalır ? Çünki, növbəti həftə üçün lazım olan bölmələr əlavə edilməyib. Bu sahədə fəaliyyət göstərən bir şəxsi idarəçilikdən kənarlaşdırmaqla nə əldə edəcəksiniz ? 2 ildən çoxdur ki, AMEA Mərkəzi Elmi Kitabxanası ilə heç bir əlaqəm yoxdur. Həmin kitabxanadan bu gün çalışan bəzi istifadəçiləri müxtəlif zamanlarda, müxtəlif müddətə bloklamağımda həmin kitabxana ilə münasibətlərimin heç də isti olmadığını göstərir məncə. İnsaf naminə demək lazımdır ki, AMEA Mərkəzi Elmi Kitabxanasının vikipediya kollektivi Azvikinin inkişafı üçün çalışır və bu gün Ana səhifədəki seçilmiş məqalədən tutmuş, son dəyişikliklərdə ki, əsaslı 3-5 imzanın içində həmin kitabxananın imzası var. Göstərmiş olduğunuz kitabxana arqumenti yersizdir bir sözlə. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında yazılıb ki, bürokrat namizədi olan şəxs 6 ay müddətindən az olmayaraq Azərbaycanca Vikipediyanın idarəçisi olmalı və ya Arbitraj komitəsində fəaliyyət göstərməlidir; - mən isə son 8 ildə idarəçi kimi fəaliyyət göstərmişəm və idarəçi ulduzunu da elə sizdən almışam. Cənab Sortilegus son 6 ay yox, 6 ay müddətində yazılıb. Əsla icma qarşısında özümü yuxarıdan aşağı aparmıram və özümü Azviki icmasının idarəçisi yox, xidmətçisi hesab edirəm. Haqqımda deyilmiş bütün ifadələr uydurma, şər və böhtandan başqa bir şey deyil. Sizin haqqımıda işlətmiş olduğunuz Gecə bürokratı ifadəsi Nəzakət qaydalarının XI bəndinə ziddir və bunu özünüzdə yaxşı bilirsiniz. Məndən yaşca böyük olduğunuz üçün bu ifadənizə qarşı heç nə demirəm, ancaq icmanın iradəsi əsasında seçilmiş bir bürokratı bu formada təhqir etməklə tək mənə yox, bütün icmaya hörmət etmədiyiniz göstərmiş olursunuz. Bu tipli bir ifadəni mən işlətmiş olsaydım, Turkmen dərhal onu yuxarıdakı siyahıda qeyd edərdi və siz də, məmuniyyətlə geniş yazılmış yazınızın daxilində bu barədə 1-2 kəlimə yazardınız ki, heç idarəçi və bürokat olan şəxs də, "gecə bürokratı kimi bir ifadəmi işlədər, gecə bürorkatı yox bir.. gecə.. Təbii ki, sizə olar, axı siz ən qocaman idarəçimisiniz. Sizin timsalınızda ipini yığmaq kimi Nəzakət qaydalarını pozan ifadələrə dəfələrlə şahidlik etmişik və maraqlıdır ki, Turkmen nə üçün oxşar səsverməni sizin haqqınızda başlatmayıb. Məsələyə geniş və ətraflı formada münasibət bildirdiyniz üçün bir daha təşəkkür edirəm. Cənab Eldarado məsələsinə gəlincə isə Eldar çox yaxşı yoldaş və etibarlı vikipediyaçıdır. İcmanın inkişafı üçün onunla və digər vikipediyaçılarla işgüzar söhbətlər etmək hər zaman xoşdur və lütfən vikipediyaçılar arasındakı səmimi münasibətlərdə də nəsə başqa mətləblər axtarmayın. --Baskervill (müzakirə) 09:28, 12 noyabr 2019 (UTC)
- Siz əlbəttə ki, belə bir şey dediyinizi inkar edəcəksiniz Turkmen. Artıq bunun ciddi bir mənası yoxdur. 5 aktiv idarəçimiz sizin bu tərəfli təklifinizə qarşı öz əleyhinə rəylərini bildiriblər. Mən heç bir zonada yaşayan heç kimi heç harasa gətirməkdə maraqlı falan deyiləm. Başa düşmək istəmirsiz ki, mənə idarəçi hüququ Azvikinin inkişafı üçün lazımdır. Siz adekvat bir şəxs olsaydınız, məni facebookda bloka atıb, haqqımda belə bir səsvermə başlatmazdınız. Gələcəkdə sizin kimi idarəçi və istifadəçilərə qarşı daha diqqətli olacağam və imkan verməyəcəm ki, kimsə gəlib buradakı əziyyətimi şəxsi maraqlarına görə məhv etsin. Mən hər zaman Azvikidə olacağam Turkmen cənabları. Bir gün vəfat etsəm belə ruhum girib yeni məqalələr yaradacaq. Sizə qədərdə burada idim, sizin zamanınınızda da buradayam və sizdən sonrada burada olacağam. Heç bir halda məni heç bir məsələyə görə narahat etməyin lütfən. Gələcək müsahibələrinzdə və işlərinizdə uğurlar. Hörmətli bürokrat Eldarado cənabları, lütfən bu səsverməni arxivləşdirin. Hörmətlə:--Baskervill (müzakirə) 08:10, 12 noyabr 2019 (UTC)
- Yekun: Qəbul edilmədi--eldarado ✉ 10:24, 26 noyabr 2019 (UTC)