Vikipediya Idareci Muzakiresi Arxiv 2018 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Laboratoriya
VP:LNS-dən Laboratriyaya məqalə, siyahı daxil edən bütün idarəçilərdən xahiş edirəm ki, istinadları istinad şablonları ilə göstərilməmiş və linkli istinadları arxivləşdirilməmiş məqalə və ya siyahıları Lab-a daxil etməsinlər. Etməyək. Səbəbini bundan əvvəl də yüzlərcə dəfə izah etmişəm. Yenə də izah etməyə hazıram. Ümumiyyətlə düşünürəm ki, SM, YM, SS şərtlərinə istinadların istinad şablonları ilə göstərilməsi və linkli istinadların arxivləşdirilməsi şərtini də əlavə etmək lazımdır. Artıq neçə-neçə statuslu məqalələrdə, baxırsan ki, istinad edilən link açmır. Xəta (Error) verir. Və ya link göstərilmiş məzmunda açmır, və ya sadəcə saytın əsas səhifəsi açılır.--samral müzakirə 06:30, 15 mart 2017 (UTC)
Hal-hazırda Azərbaycanca vikipediyada 15 idarəçi var. İdarəçilərin aktivlik və fəaliyyət göstəriciləri bir-birindən fərqlənsə də, ümumiyyətlə fəaliyyət göstərməyən və nadir hallarda imzalarını gördüyümüz idarəçilərmiz də az deyil. Hesab edirəm ki, əsl idarəçi sayımızın müəyyənləşdirilməsi, yeni aktiv idarəçi namizədlərinin yolunun açılması üçün deaktiv idarəçilərin məsələləri səsvermə üsulu ilə həll edilməlidir. --Baskervill (müzakirə) 11:20, 1 oktyabr 2017 (UTC)
- Araz Yaquboglu, Babək Akifoğlu, Cekli829, Eminn, Eldarado, Nicat49, Sortilegus, Sultan11 və Wertuose zəhmət olmasa fikirlərinizi yazın. --Baskervill (müzakirə) 11:27, 1 oktyabr 2017 (UTC)
- Mən mövzu ilə bağlı Baskervillə razıyam. Progerdən statusun alınmasının tam lehinəyəm. Çünki illər öncə o status məsələsində söz verdi ki, fəaliyyət göstərəcək. Amma əməl etmədi. --Araz Yaquboglu (müzakirə) 11:30, 1 oktyabr 2017 (UTC)
- Razıyam. Tam lehinə. Hər ikisinin idarəçi statusu alınsın.--White DemΩn (el psy congroo) 11:32, 1 oktyabr 2017 (UTC)
- Mən də razıyam bu fikirlə. Ən qısa zamanda hər iki idarəçinin etimad səsverməsi təşkil olunmalıdır.--eldarado ✉ 11:51, 1 oktyabr 2017 (UTC)
- Lehinə. Çoxdan verilməli qərardı.--Nicat49 ⋠müzakirə⋡ 17:29, 1 oktyabr 2017 (UTC)
- Qeyd edilən idarəçilərin uzun müddət fəaliyyətsiz qaldıqlarını əsas götürərək məsələnin lehinə olduğumu qeyd edirəm. --Babək Akifoğlu (müzakirə) 21:55, 1 oktyabr 2017 (UTC)
- Mən də lehinəyəm.--Sortilegus (müzakirə) 10:59, 2 oktyabr 2017 (UTC)
- Lehinə.--Wertuose (müzakirə) 13:22, 2 oktyabr 2017 (UTC)
- +--►Cekli829 13:27, 2 oktyabr 2017 (UTC)
- Təklifi dəstəkləyirəm.--Emin ismarış 13:59, 2 oktyabr 2017 (UTC)

- Şərh: Baskervill səsverməni başlada bilərsən. --Araz Yaquboglu (müzakirə) 17:30, 2 oktyabr 2017 (UTC)
Təftişçi (CheckUser)
Dəyərli idarəçilər, təklif edirəm ki, AzVikidə Təftişçi (CheckUser) funksiyasını işə salaq. Bütün idarəçilərin razılığı varsa Təftişçi prinsiplərini hazırlamağa başlayaq. Özümdə əlimdən gələni edəcəyəm bu mövzuda. Hörmətlə --eldarado ✉ 21:04, 20 oktyabr 2017 (UTC)
- Sortilegus, Anar kerimxanov, Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Cekli829, Eminn, Nicat49, Sultan11, Wertuose, White Demon, Azerifactory zəhmət olmasa mövzu ilə əlaqədar fikirlərinizi bildirin. Hörmətlə --eldarado ✉ 21:07, 20 oktyabr 2017 (UTC)
- Eldarado, onsuz da metada CheckUser var, lazım olsa ona müraciət edə bilmərik mi? Onsuz da bu funksiyadan çox da istifadə olunmur bizim vikidə. Daha böyük, daha çox istifadəçisi olan vikilər də tez-tez istifadə olunur. Amma indi bunun üçün qaydalar hazırlayıb, səsverməyə çıxarmaqdansa, daha vacib qaydalar (məsələn, ensiklopedikliklə bağlı) üzərində işləyib vaxtımızı ona sərf etməyi daha məqsədəuyğun hesab edirəm.--White DemΩn (el psy congroo) 10:16, 21 oktyabr 2017 (UTC)
- Hörmətli White Demon, fikrinizə hörmətlə yanaşıram lakin təşəbbüs varsa niyə olmasın ki? Bütün bunların hamısı azvikinin inkişafı üçündür və nəzərə də almaq lazımdır ki, aktif istifadəçilərimizin sayı günü gündən artır. --eldarado ✉ 11:01, 21 oktyabr 2017 (UTC)
- Təklifinizə etiraz eləmirəm, amma düşünmürəm ki, vikipediyada ən vacib problem budur. Daha aktual məsələlər var.--Emin ismarış 08:52, 23 oktyabr 2017 (UTC)
- Hörmətli White Demon, fikrinizə hörmətlə yanaşıram lakin təşəbbüs varsa niyə olmasın ki? Bütün bunların hamısı azvikinin inkişafı üçündür və nəzərə də almaq lazımdır ki, aktif istifadəçilərimizin sayı günü gündən artır. --eldarado ✉ 11:01, 21 oktyabr 2017 (UTC)
- Eldarado, onsuz da metada CheckUser var, lazım olsa ona müraciət edə bilmərik mi? Onsuz da bu funksiyadan çox da istifadə olunmur bizim vikidə. Daha böyük, daha çox istifadəçisi olan vikilər də tez-tez istifadə olunur. Amma indi bunun üçün qaydalar hazırlayıb, səsverməyə çıxarmaqdansa, daha vacib qaydalar (məsələn, ensiklopedikliklə bağlı) üzərində işləyib vaxtımızı ona sərf etməyi daha məqsədəuyğun hesab edirəm.--White DemΩn (el psy congroo) 10:16, 21 oktyabr 2017 (UTC)
- Təklifi dəstəkləyirəm.--Azerifactory (müzakirə) 01:28, 15 noyabr 2017 (UTC)
Barselona99-un qeyri-müəyyən vaxta və ya uzun müddətə bloklanması
Çox hörmətli və dəyərli idarəçilər bu məsələyə burada son qoyulmasını təklif edirəm. Bildiyiniz kimi istifadəçi Barselona99 dəfələrlə Vikipediya qaydalarını pozaraq 8 dəfə bloklanmışdır və bu bloklamalardan bir nəticə çıxarmayaraq qaydaları pozmağa davam etmişdir. Buna görədə məsələnin burada idarəçilərin yekun qərarı ilə yekunlaşmasını təklif edirəm. Bütün idarəçilərdən ricam buradakı müzakirəni oxuyub, sözügedən istifadəçinin fəaliyyəti ilə tanış olub öz qərarlarını qeyd etsinlər. Sortilegus, Anar kerimxanov, Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Cekli829, Eminn, Nicat49, Sultan11, Wertuose, White Demon, Azerifactory, Vusal1981 - Hörmətlə --eldarado ✉ 19:47, 11 noyabr 2017 (UTC)
- 6 ay ya da 12 ay müddətinə blokun tərəfdarıyam. Qeyri-müddətin yox.--White DemΩn (el psy congroo) 20:00, 11 noyabr 2017 (UTC)
- İstifadəçinin daha əvvəllər 1 dəfədə kukla istifadə edib və o vaxtda indiki kimi kuklanı təkzib edib yalan danışmasını (buradan bax), dəfələrlə xəbərdarlıq və blok olunmasına baxmayaraq müəllif hüquqlarına məhəl qoymadan media fayllar yüklədiyini, "к" hərfinin istifadəsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq buna məhəl qoymamasını və s fəailiyyətini nəzərə alıb birmənalı şəkildə qeyri-müəyyən müddətə bloklanmasınn lehinəyəm. Bu istifadəçinin bloklanma qeydlərində sadaladıqlarımdan savayı - səhifənin məzmununun silinməsinə görə, yalan məlumatların əlavə edilməsinə görə, silinmiş faylı yenidən yüklədiyinə görə də blokları vardır.--Nicat49 ⋠müzakirə⋡ 20:41, 11 noyabr 2017 (UTC)
Qeyri-müəyyən vaxtın tərəfdarı deyiləm--Vüsal Ağayev (müzakirə) 21:23, 11 noyabr 2017 (UTC)
- 6 ay bəsdir. Güman edirəm, bundan sonra sakitləşər.--Azerifactory (müzakirə) 22:33, 11 noyabr 2017 (UTC)
Mən də qeyri-müəyyən vaxtın tərəfdarı deyiləm. Maksimum 6 ay düşünürəm ki, bəs edər. --►Cekli829 22:34, 11 noyabr 2017 (UTC)
- Burada qeyd etdiyim fikirlərimdə qalaraq, bloklanma qərarını müzakirəni açan idarəçiyə buraxıram. Şəxsi fikrimə gəldikdə isə, istifadəçinin qeyri-müəyyən yox, uzun müddətə bloklanmasının tərəfdarıyam. --Babək Akifoğlu (müzakirə) 10:43, 12 noyabr 2017 (UTC)
- Nicat49 özünüz bilən məsləhətdir. Amma yenə də 6 aydan çox blok etməyin. --Araz Yaquboglu (müzakirə) 15:59, 12 noyabr 2017 (UTC)
Yekunlaşdırma
İdarəçi həmkarlarımın fikirlərini nəzərə alıb istifadəçi Barselona99-u yuxarıda sadaladığım qayda pozuntularına görə 6 aylıq bloklayıram. 6 ay ərzində səhvlərindən nəticə çıxaracağına ümid edirəm.--Nicat49 ⋠müzakirə⋡ 22:34, 12 noyabr 2017 (UTC)
- Barselona99 kukla istifadəçi hesablarından istifadə etdiyinə görə bloklandığı halda yenidən daha iki kukla istifadəçi hesabı yaradıb qaydalara riayət etmədiyi üçün (buradan bax) blokunun müddəti tərəfəmidən uzadıldı.--Nicat49 ⋠müzakirə⋡ 19:51, 12 dekabr 2017 (UTC)
YM, SM və SS məqalələrinin qorunması
Hörmətli Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Vusal1981, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov və Eldarado,
Mən YM, SM və SS məqalələrinin qeyri-müəyyən zamanda qorunmasını təklif edirəm. Bəli, istifadəçilər məqalələri təkmilləşdirməlidir amma statuslu məqalələrin üzərində çox əzab çəkildiyindən, istəmirəm ki, vandallar bu məqalələri pis günə salsın. Statistikaya baxsaq, statuslu məqalələr tez-tez vandalizmin qurbanı olur. Xahiş edirəm bütün idarəçilər öz fikirlərini bildirsinlər.--Azerifactory (müzakirə) 01:27, 15 noyabr 2017 (UTC)
- Açığı çox isti baxmadım bu məsələyə. Buna ehtiyac yoxdur. Hansısa məqaləni qeyri-müəyyən vaxtdək istifadəçilərdən mühafizə etmək Vikipediya prinsiplərinə ziddir. --eldarado ✉ 17:59, 15 noyabr 2017 (UTC)
- Mən də təklifi qəbul etmirəm. Çünki vandallar məqalələri pis günə saldıqları kimi məqalələrin bərpası da mümkündür. --►Cekli829 18:27, 15 noyabr 2017 (UTC)
- Lazımsız və qaydalara zidd bir şeydi. --Araz Yaquboglu (müzakirə) 14:03, 16 noyabr 2017 (UTC)
- Bizdə aktivlik hələ o səviyyədə deyil ki, məqalələri mühafizə etməyə ehtiyac yaransın. Hansısa məqalədə davamlı vandalizm olarsa, o məqaləni qısa müddətli mühafizə etmək olar.--Emin ismarıc 14:41, 16 noyabr 2017 (UTC)
- Lazımsız və qaydalara zidd bir şeydi. --Araz Yaquboglu (müzakirə) 14:03, 16 noyabr 2017 (UTC)
- Mən də təklifi qəbul etmirəm. Çünki vandallar məqalələri pis günə saldıqları kimi məqalələrin bərpası da mümkündür. --►Cekli829 18:27, 15 noyabr 2017 (UTC)
Yekunlaşdırma
Təşəkkürlər hamıya.--Azerifactory (müzakirə) 02:25, 17 noyabr 2017 (UTC)
Trollar
Son zamanlar, Axshamov, Garabekir və onların müxtəlif trolları Vikipediya:İdarəçilərə müraciət məqaləsini sirkə döndəriblər. English Wiki-də Sir Sputnik emaildə mənə yazıb ki, bunlar Aydinsalisin trolluna bənzəyir amma tam dəqiq proqnoz yoxlamalardan sonra qeyd olunacaq. Bu mövzü mənim fikirlərimi isə tam təsdiq etdi https://az.wikipedia.org/wiki/?axtar=Vikipediya:K%C9%99nd_meydan%C4%B1#Bir_daha_Ayd.C4.B1n_M.C9.99mm.C9.99dov_m.C9.99s.C9.99l.C9.99si
--Azerifactory (müzakirə) 00:18, 29 noyabr 2017 (UTC)
- Səbrli ol. ;) --►Cekli829 20:31, 12 dekabr 2017 (UTC)
Şəhidlərə aid məqalələr
Hörmətli Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Vusal1981, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov və Eldarado, son zamanlar şəhidlərə aid məqalələrə aid ümumi qaydaların olmaması burada gərginlik yaradır. Mən stabilliyin tərəfdarıyam. Çox xahiş edirəm, ümumi qaydalar yaradaq və bu söz-söhbətə son qoyaq. Təklif edirəm buna aid Vikilayihə yaradaq və orada bu qaydaları yazaq. Kimin nə təklifi var?--Azerifactory (müzakirə) 05:16, 21 yanvar 2018 (UTC)
- Vikilayihənin yaradılması nəyi dəyişəcək ? Viki layihə daxilində yenidənmi şəhidlər haqqında məqəalələrin yaradılmasına davam ediləcək ? Təklif edərdim ki, bununla bağlı etmək istədiyiniz işi bizə göstərin və sizə onun əsasında fikir bildirək. --Baskervill (müzakirə) 05:39, 21 yanvar 2018 (UTC)
- Sadəcə olaraq bu qayda qəbul olmalıdır və bütün məqalələrə tətbiq olunmalıdır.--Emin ismarıc 14:05, 21 yanvar 2018 (UTC)
- Gəlin onda qayda yaradaq.--Azerifactory (müzakirə) 21:16, 21 yanvar 2018 (UTC)
- Ümumiyyətlə bizdə səsvermə bölməsində vəziyyət çox qarışıqdı. Mən Səsvermə arxivi başlığı altında bütün keçirilmiş səsvermələri bir araya topladım. İndi isə ilk olaraq elə Səsvermə qaydasına əl gəzdirib səsverməyə çıxarmağı düşünürəm. Daha sonra isə sırayla digər qaydaları hazırlayıb müzakirəyə sonra isə səsverməyə çıxarmağı planlayıram. Bu mövzuda mənə yardımçı olmaq istəyən varsa əlaqə yaratsın, olmasada vaxtım olduqca bu işlə məşğul olacağam. --eldarado ✉ 22:36, 21 yanvar 2018 (UTC)
- Bu məsələ artıq neçə ildir ki, bizdə narazılıqlara səbəb olur. Mənim şəxsi fikrim belədir ki, istənilən halda ensiklopediklik şərti gözlənilməlidir. Qarabağ müharibəsində 25 minə yaxın şəhidimiz olub. Onların təbii ki, hər biri haqda məqalə yaratmağa ehtiyac yoxdur. Əminəm ki, bu fikrimlə hamı razıdır. O ki, qaldı hansı şərtlər əsasında şəhidlər barədə məqalə yaradıla bilməsinə, fikrimcə bununla bağlı ayrıca bir bənd əlavə etmək mümkündür. Əsas şərtlər arasında şəhidin ölümündən sonra adının əbədiləşdirilməsi məsələsinə xüsusi diqqət etmək lazımdır. Çünki 99% hallarda biz öz həyat fəaliyyəti ilə ensiklopedik olmayan şəxslər barəsində məqalələrlə rastlaşırıq. Ona görə də vəfatından sonra adına məktəb, respublika əhəmiyyətli şəhərlərdə küçə və park adlandırılan şəxslər barəsində məqalələri saxlayıb qalanlarını silmək olar. Bir daha qeyd edim ki, bu mənim şəxsi fikrimdir, amma qaydalarda da nəzərə alınmalı nüanslardır.--Wertuose (müzakirə) 11:34, 22 yanvar 2018 (UTC)
- Ümumiyyətlə bizdə səsvermə bölməsində vəziyyət çox qarışıqdı. Mən Səsvermə arxivi başlığı altında bütün keçirilmiş səsvermələri bir araya topladım. İndi isə ilk olaraq elə Səsvermə qaydasına əl gəzdirib səsverməyə çıxarmağı düşünürəm. Daha sonra isə sırayla digər qaydaları hazırlayıb müzakirəyə sonra isə səsverməyə çıxarmağı planlayıram. Bu mövzuda mənə yardımçı olmaq istəyən varsa əlaqə yaratsın, olmasada vaxtım olduqca bu işlə məşğul olacağam. --eldarado ✉ 22:36, 21 yanvar 2018 (UTC)
- Gəlin onda qayda yaradaq.--Azerifactory (müzakirə) 21:16, 21 yanvar 2018 (UTC)
- Sadəcə olaraq bu qayda qəbul olmalıdır və bütün məqalələrə tətbiq olunmalıdır.--Emin ismarıc 14:05, 21 yanvar 2018 (UTC)
Qəbul olunmuş Prinsiplərin mühafizəsi
Salam, Təklif edirəm ki, qəbul olunmuş bütün qaydaları "yalnız idarəçilərin redaktəsinə icazə verilmək" şərti ilə mühafizə edək. Nəzərə alsaq ki, qəbul olunmuş qaydalara müzakirəsiz müdaxilə etmək olmaz, məncə mühafizə olunması daha doğru olardı. Bəzən qüvvədə olan qaydalar istifadəçi və ip lərin redaktəsinə məruz qalır. Eyni zamanda Vikipediyanın əksər dil bölmələrində də mühafizə olunur. Lütfən sizdə fikirlərinizi bildirin, etiraz yoxdursa hamısını mühafizə edim. Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Vusal1981, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory. --eldarado ✉ 19:24, 21 fevral 2018 (UTC)
- Mən razı.--Azerifactory (müzakirə) 19:53, 21 fevral 2018 (UTC)
- Olar. --Araz Yaquboglu (müzakirə) 14:48, 22 fevral 2018 (UTC)
- Məncə də doğru təklifdir. -- ■ Sultan mesaj 18:37, 2 mart 2018 (UTC)
- Olar. --Araz Yaquboglu (müzakirə) 14:48, 22 fevral 2018 (UTC)
FlaggedRevs əlavəsi (Patrol sistemi)
Hörmətli Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Vusal1981, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Rufet Turkmen. Bildiyiniz kimi bir müddət öncə FlaggedRevs əlavəsinin AzVikidə tədbiqi üçün müraciət etmişdik və hörmətli Neriman2003-ün tərcümələri və səyi nəticəsində müraciətimiz təsdiqləndi. Hal hazırda patrol sistemi tam aktif olmasa da son danışıqlardan sonra İyunun 11-dən sonra tam olaraq aktif olması və Patroller istifadəçi qrupunun yaradılması gözlənilir. Belə bir təklif irəli sürürəm ki, patrol seçərkən uzun müddətli səsvermə keçirməyək. Patrol olmaq istəyən şəxs idarəçilərdən birinə yazılı müraciət etsin və həmin idarəçidə patrol olmaq istəyən istifadəçinin adını Patrul namizədləri səhifəsində 3 günlük müzakirəyə çıxarsın. 3 günün sonunda idarəçilərdən etiraz edən olmazsa həmin istifadəçiyə patrol statusu verilsin.
- Lütfən hər biriniz mövzu ilə bağlı dəyərli fikirlərinizi və əlavə təkliflərinizi (əgər varsa) bildirməyi unutmayın. Hörmətlə --eldarado ✉ 09:58, 8 iyun 2018 (UTC)
- Salam Eldarado məncə 5 günlük seçki daha uyğun olardı və həmçinin qaydaları da digər Vikilərdən tərcümə etməyimiz də çox gözəl olardı ki, bilərdik hansı qaydalara əsasən fəaliyyət göstəririk. Digər fikirlərinizlə razıyam.--Rufet Turkmen (müzakirə) 12:02, 8 iyun 2018 (UTC)
- 5 gün olsa yaxşı olar. Bir də eyni anda maksimum neçə nəfərin səsverməsi keçirilə bilər, onu da müəyyənləşdirsək yaxşı olardı.--White DemΩn (el psy congroo) 12:20, 8 iyun 2018 (UTC)
- Əksər vikilərdə 3 gün olduğu üçün 3 gün təklifini irəli sürdüm ama 5 deyirsizsə 5 də ola bilər. Səsvermə məsələsinə gəldikdə isə səsvermə yox müzakirə olmasının tərəftarıyam. Patrolların azvikiyə hansısa bir ziyan vura biləcək ehtimalınn olmamağını nəzərə alsaq, səsverməyə ehtiyac yoxdu bir neçə gün ərzində etiraz yoxdursa seçmək olar həmin istifadəçini. eyni anda isə istənilən sayda müraciət ola bilər, buna limit qoymağın anlamı yoxdu fikrimcə. Digər vikilərdə yüzlərlə patrol var. Nə qədər çox olsa bir o qədər sürətli gedər proses. İdarəçilər də ara sıra patrolların işini nəzərdən keçirər. İşini qaydalara uyğun həyata keçirməyən olarsa eyni qaydada statusunun alınması üçün müzakirəyə çıxarar. --eldarado ✉ 16:10, 8 iyun 2018 (UTC)
- Eldarado kimi düşünürəm --Azerifactory (müzakirə) 20:40, 8 iyun 2018 (UTC)
- Bu tip bir səhifə yaradıb, patrul müraciətlərini qəbul edə bilərik. Birbaşa hansısa idarəçiyə yazmağa ehtiyac yoxdur. Daha sonra digər səhifədə idarəçilərin müzakirəsi nəticəsində patrul statusu verilsin. Əsasən ilk vaxtlarda kütləvi müraciətlər olacaq, hal-hazırda 20-30 istifadəçi var ki, onlara bu status verilməlidir.--Emin ismarıc 08:55, 9 iyun 2018 (UTC)
- Eminn, Yaxşı fikirdi.--eldarado ✉ 09:02, 9 iyun 2018 (UTC)