Vikipediya Ind - Wikipedia
Bu səhifə Vikipediya haqqında bir essedir. Səhifə vikipediyaçılar üçün məsləhət və rəy xarakteri daşıyır. Vikipediyanın rəsmi prinsiplərindən və qaydalarından biri deyil, eləcə də, vikicəmiyyətin ümumi fikrini əks etdirməyə bilər. Bəzi esselər geniş mövzuları əhatə edir, bəzi esselər isə ancaq spesifik mövzulara toxunur. |
Səhifənin qısa məzmunu: Vikipediya inzibatçısı olmaq texniki olaraq hər kəsə verilə bilməyən funksiyalara malik olduğunuz üçün sizə etibar edildiyi mənasını daşıyır. |
Bu esse inzibatçılığın nə olub-olmadığını təsvir edir.
Ümumi
redaktəBəzilərinin düşündüyü kimi inzibatçıların "əmr səlahiyyəti" yoxdur. Onlar siyasətlərə, normalara və müzakirələrə əsaslanan inzibati addımlar ata və prosesləri həyata keçirə bilərlər. Ümumiyyətlə, onlar istifadəçilərə qarşı xoş anlayışa və təkliflərə malikdirlər və başqalarının əməkdaşlığını əldə etməkdə və digər insanlarla işləməkdə yaxşı olmalıdırlar. Amma heç vaxt iş olaraq proseslərdə istifadəçilərə qarşı "inzibatçı" olaraq davranmamalıdırlar. Onlar sadəcə cəmiyyətin ümumi qəbul etdiyi standartları həyata keçirməklə məsuldurlar. Bunlara aiddir:
- İnsanların nəyi görüb-görməyəcəyinə qərar vermirlər: Bir inzibatçı müvafiq səhifə üzrə silmə əməliyyatını ancaq müvafiq müzakirə və siyasətlərə əsaslanaraq icra edə bilər. İnzibatçılar mövcud qaydaları tətbiq edə bilərlər, mövcud olmasını düşündükləri qaydaları yox. Eyni şəkildə, onlar müzakirə vasitəsilə qərarlar alınmış mövzular üzrə redaktələr edə və inzibati addımlar ata bilərlər.
- Onların "hər şeyin necə işlədiyini" bilməsinə ehtiyac yoxdur: Ancaq malik olduqları alətlərdən sui-istifadə etməmələri və konstruktiv davranmaları üçün daxil olduqları mövzularda yetəri qədər məlumat sahibi olmalıdırlar. Vacib olan "hər şeyi etmək" yox, "xəta etməmək" üzərinədir. İnzibatçılar müxtəlif səbəblərə görə hər istifadəçi üçün redaktə icazəsi olmayan və səhifələrə və məhdudiyyətlərə müdaxilələr edə bilər. İnzibatçılıqdan daha vacib pozisiyalara malik istifadəçilər də daxil olmaqla, çox təcrübəsi olan inzibatçılar belə ümumən hər şeyin necə işlədiyini bilməyə bilər.
- Cəmiyyət bəzi alətlərdən istifadə barədə onlara etimad edir: Onlar silmə, bloklama və səhifələrə mühafizə tətbiq etmə kimi əlavə səlahiyyətlərə malik etibarlı istifadəçilərdir. Bir müddət fəal olmayıb daha sonra fəaliyyət göstərməyə başladıqları halda belə, bu, onların etibarlılıqlarına təsir etməz. Bir inzibatçının öhdəliyi davamlı olaraq "redaktə etmək" deyil, redaktə etdiklərində və inzibati addım atdıqlarında məsuliyyətli davranış sərgiləməkləridir.
- İnzibatçılar ciddi hörmət qazanmalıdırlar: Açığı, heç bir istifadəçi onlara hörmət etmək və ya onlara qulaq asmaq məcburiyyətində deyil, ancaq bir çox istifadəçi bu şəkildə davranmaz. Bloklama sadəcə istifadəçilərlə danışmaq yerinə istifadə ediləcək bir vasitə deyil.
İnzibatçıların qarşılamalı olduqları ehtiyaclar var, ancaq bir çox istifadəçi onların əslində hansı standartlara malik olması barədə səhv fikirlərə sahibdirlər. Bu standarlara ümumən bunlar aiddir:
- İcmanın təcrübəsi və etimadı sayəsində seçilən istifadəçilər.
- və davranış üzrə ümumi olaraq davamlı konstruktiv davranışlara malik istifadəçilər.
- Texniki olaraq məhdud olan alətlərdən istifadə barədə narahatlıq yaratmayacaqlarına inanılan istifadəçilər (İnternet vasitəsilə bu alətlərdən layihənin inkişafına zidd şəkildə istifadə edəcək bir çox insanın olması səbəbilə).
- Sadəcə icmanın müəyyən etdiyi standartlar çərçivəsində bir qərarı tətbiq etmək üçün təqdim edilmiş alətləri istifadə etmələri barədə etibarlı olan istifadəçilər.
Daha ətraflı olaraq
redaktəİnzibatçılıq hansısa mükafat deyil
redaktəİnzibatçı olmağınız sizin Vikipediyadakı statusunuzu artırmır. Bu, yaxşı və seçilmiş məqalələrin tərtibatçısı olmaqla eyni mənanı daşımır. İnzibatçılar namizədlik səbəbilə siyasətlərdə və ya digər qərarlarda önəmli təsirlərinin olmadıqlarını başa düşəcəklər. Bu, istifadəçinin redaktor kimi töhfə və fəaliyyətlərini təqdir etmək və gördüyü işlər üçün ona verilən mükafat da deyil. Təkcə inzibatçı olmaqla daha çox hörmət qazana bilməyəcəksiniz. Ad olaraq inzibatçı yox, fəaliyyət göstərərək, digər istifadəçilərə kömək edərək və digər istifadəçilərin də fikirlərinə hörmət edərək sözün həqiqi mənasında bu ada layiq olacaqsınız, başqa cür yox.
İnzibatçılıq sadəcə şəxsin normal bir istifadəçi olduğu və ona səlahiyyət verildiyi təqdirdə əlavə funskiyaları məsuliyyətli şəkildə istifadə etmə ehtimalının yüksək olduğu düşünüldüyü şəxsin normal bir istifadəçi olduğunu ifadə edən bir ifadədir. İnzibatçı əlində süpürgəsi və vedrəsi olan adi bir istifadəçidir. Əlbəttə ki, burada sizə leytenant kimi bir vəzifə verilmir.
İnzibatçılıq hansısa hüquq deyil
redaktəYüksək redaktə sayı və Vikipediyaya olan bağlılıq çox vaxt etibarlılıq və idarəetmə barədə təcrübəni əks etdirir. Bununla yanaşı, redaktə sayı yüksək istifadəçilər bəzən namizədlik barədə müsbət nəticə əldə edə bilmirlər, belə ki, namizədlikdəki mövqelər istifadəçilərin yanaşması və münasibətləri ilə bağlıdır, "onların nəyi daha çox etdikləri" ilə yox. Bu, şəxsi şey deyil, bu o demək deyil ki, vikicəmiyyət sizin fəaliyyətinizi qiymətləndirmir. Bir sıra vacib redaktorlar inzibatçı deyillər və bəlkə də bəziləri öz seçimləri ilə, bəziləri də icmanın qərarı ilə heç vaxt da inzibatçı olmayacaqlar. Bəzi inzibatçılar davamlı olaraq inzibatçılıqdan imtina etməyi, inzibati işləri geridə buraxmağı və redaktə fəaliyyətlərinə geri qayıtmağı arzu edirlər. Bəzən konstruktiv töhfələr verən istifadəçilər lazımi təbiətə sahib deyillər, amma onlar yenə də Vikipediya üçün dəyərlidirlər. Vikipediyada edilən heç bir redaktə sayı və keçirilən müddət istifadəçiyə inzibatçılıq haqqı vermir.
Nəzərə almaq lazımdır ki, "inzibatçı" istifadəçi hüququ Vikipediya siyasətləri və təlimatları barədə yüksək səviyyədə məlumata malik olmaları, bilik və təcrübə nümayiş etdirən və hər vaxt Vikipediyanın əsas prinsiplərinə hörmət göstərən istifadəçilər üçün yüksək dərəcədə səlahiyyətdir. Onlar məqalələrdə etdiyi redaktələrlə tərəfsiz mövqe sərgiləyirlər və etibarlı mənbələrə istinad edirlər. Onlar ünsiyyətdə olduqları digər istifadəçilərlə, hətta onlara qarşı kobud davrananlara belə davamlı olaraq nəzakətli davranırlar. Onlar başçılıq edir və digər istifadəçilərin məsələlərdə düzgün həll yolunu tapmasına kömək edirlər, eləcə də Vikipediya qaydaları barədə daha çox məlumat sahibi olduqlarını göstərən sahələrdə təcrübə nümayiş etdirirlər.
İnzibatçılıq diplomatik toxunulmazlıq deyil
redaktəHər bir inzibatçı diqqətində saxlamalıdır ki, inzibatçılar sadəcə Vikipediyaya texniki xidmət verirlər və başqa hansısa funksiyaları yoxdur. Bu o deməkdir ki, Vikipediya siyasətləri digər istifadəçilər kimi, inzibatçılar üçün də keçərlidir (hətta daha artıqlaması ilə). Nəzakət, mübahisələrin həll edilməsi, qaydalar barədə məlumat və funksiyaların doğru istifadəsi kimi əsas məqamlarda qabaqcıl olmaları və nümunə olmaları ilə yanaşı, alətlərindən hər vaxt müvafiq qaydalara istinadən istifadə etmələri də gözlənilir. Bunları bacara bilməyən, yaxud davranışları inzibatçıdan gözlənilən məsuliyyətləri və səlahiyyətlərdən istifadə barədə icmada ciddi narahatlıqlara səbəb olan inzibatçılar asanlıqla bloklana, inzibatçılıq funksiyaları əlindən alına və tamamən layihədən uzaqlaşdırıla bilər. İnzibatçılar bütün siyasətlərə riayət etməli və müzakirələrdə daima digər istifadəçilər kimi konsensus və neytrallıq kimi qaydalara da əməl etməlidirlər.
Vikipediyaya töhfələr verə bilmək üçün inzibatçılıq nə məcburi, nə də mütləq şəkildə lazım olan bir şey deyil
redaktəİnzibatçılar digər istifadəçilərin istifadəsinə məhdud faydalı alətlərə daxil ola bilər və bunları Vikipediyaya əlavə yollarla töhfə vermək məqsədilə istifadə edə bilərlər. Yenə də bəzi istifadəçilər gözlənilən təcrübə və icma dəstəyinə baxmayaraq, inzibatçı olmaq istəmirlər. İstifadəçilər namizədlik barədə təklifləri və namizəd göstərildiklərində bunu hər vaxt qəbul etməyə bilərlər. Əlavə olaraq, adi istifadəçilərə başda düşünmədikləri şəkildə kömək edəcək bir çox alətlər və sahələr, həmçinin istiqamətlər mövcuddur. Məsələn, digər istifadəçi qrupları, daha ətraflı baxın: Vikipediya:İstifadəçi qrupları. Həmçinin istifadəçilər Vikilayihələrə qatılaraq müəyyən bir mövzu üzrə töhfələr verə və istifadəçi qutusu şablonları ilə bu töhfələri istifadəçi səhifələrində qeyd edə bilərlər.
İnzibatçılıq oyun deyil
redaktəÖzünüzün namizədliyinizi vermək, yaxud da digər istifadəçiləri namizəd göstərmək oyun ya da zarafat deyil, ciddi məsələdir. Siz inzibatçı olduqda sadəcə istədiyiniz kimi blok tətbiq etmək və blokdan çıxarmaqla, istədiyinizi silmək və geri gətirməklə, istədiyiniz vaxt səhifələri mühafizə etmək və mühafizələri ləğv etməklə kifayətlənmirsiniz. Bu şəkildə etdiyiniz istifadənin digər inzibatçılar tərəfindən müdaxilə olunacağını dərk etməlisiniz. Bu alətlərdən həmişə yaxşı şəkildə düşünürək istifadə etməlisiniz. Növbəti addımı atmadan əvvəl bu barədə konsensus olduğundan əmin olun.
Xüsusilə bloklama əməliyyatı inzibatçının həyata keçirdiyi ən mübahisəli əməliyyatlardan biridir və çox ciddi məsələ hesab olunur. Uyğunsuz bloklamalar icmanın qabaqdagələn üzvləri arasında nüfuzunuzun itməsinə və bu şərtlər altında sizə qarşı haqlı görünən şəxsi hücumların çıxmasına səbəbiyyət verə bilər. Bu, bəzi hallarda inzibatçının inzibatçılıqdan çıxarılması ilə də nəticələnə bilər.
İnzibatçı hesabları satlıq deyil
redaktəSizə verilən icazələrə siz və sadəcə siz daxil ola bilərsiniz. Bunları heç bir şəkildə və ya formada digər istifadəçilərlə paylaşmağa ixtiyarınız yoxdur. İnzibati alətlərdən istifadə üçün digər istifadəçilərin hesabınıza girişinə icazə vermək qəti qadağandır və hesabınızı paylaşsanız, yaxud başqa bir istifadəçidən hesabınızdan istifadə etməsinə icazə versəniz, barənizdə tədbir görüləcək və funksiyalarınız ləğv ediləcək.
İnzibatçılıq çox da vacib deyil
redaktəİnzibatçılıq praqmatik olaraq hər bir istifadəçiyə verilməyəcək əlavə funksiyalara malik olmaqdan başqa bir şey deyil, yəni nəsə xüsusi məna daşımır. Bu, onların müzakirələrdəki mövqelərinə təsir etmir, onu artırmır, digər imtiyazlar, yaxud da müzakirənin ortasında istədiyi kimi qərar vermələrinə ixtiyar vermir.