Viareco Mukafati - Wikipedia
Viareco_mükafatı - Haqqında Məlumat
Viareco mükafatı (it. Premio Viareggio) — İtaliyanın ən qədim və ən prestijli mükafatlarından biri.
Mükafatın tarixi
redaktəÜç yazıçı və jurnalist (Leonida Repaçi, Karlo Salsa, Alberto Kalantuoni) tərəfindən 1929-cu ildə Mussolini diktator rejimiylə qarşıdurma şəraitində yaradılıb və 1927-ci ildə təsis edilən Baqutta mükafatı ilə müqayisədə daha demokratik mükafatdır. Liquriya sahillərindəki şəhərin şərəfinə adlandırılıb. Mükafatın təqdimetmə mərasimində Luici Pirandello da iştirak edib.
İkinci dünya müharibəsi illərində mükafat təqdim olunmayıb. Hazırda mükafat dörd istiqamət üzrə təqdim olunur: ədəbi debüt, proza, esse, poeziya.
Eləcə də sülhün əldə olunması və sosial inkişaf üzrə beynəlxalq Viareco-Versilia mükafatı təqdim edilir.
Bəzi laureatlar
redaktə- Akille Kampanile (1933)
- Umberto Saba (1946)
- Antonio Qramşi (1947)
- Aldo Palasseski, Elza Morante (1948)
- Karlo Emilio Qadda (1953)
- Vasko Pratolini (1955)
- Karlo Levi (1956)
- İtalo Kalvino, Pyer Paolo Pazolini (1957)
- Alberto Moravia (1961)
- Corco Bassani (1962)
- Qoffredo Parize (1965)
- Fulvio Tomissa (1969)
- Akille Kampanile (1973)
- Mario Lutsi (1978)
- Primo Levi (1982)
- Luici Malerba (1992)
- Alessandro Barikko (1993)
- Antonio Tabukki (1994)
- Flör Yeqqi (2002)
- Alberto Arbazino (2005)
- Roberto Saviano (2006