Venta - Wikipedia
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010).
şəhər | |
Venta | |
---|---|
lit. Venta | |
56°11′40″ şm. e. 22°42′00″ ş. u.HGYO | |
Ölkə | Litva |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1966 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 84 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi | 2 867 nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | LT-85019 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəVenta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır.
Tarixi
redaktəŞəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb. 1972-ci ildə şəhərdə qimnaziya fəaliyyətə başlamışdır. 1978-ci ildə Vyanta şəhər tipli qəsəbə statusunu aldı. 1995-ci ildə şəhər statusunu almış və elə bu il eyni adlı starostvanın mərkəzi olmuş.
Əhalisi
redaktəŞəhər əhalisinin artım dinamikası | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | 1979 | 1989 | 2001 | 2010 | |||||||||
Əhali | 3 240 | 3 827 | 3 412 | 2 867 |
Təsərrüfatı
redaktəŞəhər ətrafı zəngin əhəng daşı ehtiyatları ilə zəngindir. Bu ehtiyat bazasında əhəng, kərpic, şifer istehsal edən müəssələr fəaliyyət göstərir.
Görməli yerləri
redaktə- 2009-cu ildə inşa olunmuş kilsə.
Musiqi məktəbi daxilində qurulmuş "Ventukai" ansambılı 2004-cü ildə ümumlitva mahnı festivalında qalib olmuşdur.
Tanınmış şəxsləri
redaktəYuzas Miltinis (1907–1994) — sovet aktyoru, teatr rejissoru, Litva SSR-nin əməkdar artisti (1948), Litva SSR-nin xalq artisti (1965), SSRİ xalq artisti (1973), Lenin ordeni laureatı.
Şəhərin gerbi
redaktə9 avqust 1999-cu ildə şəhərin rəsmi gerbi qəbul edilib. Rəsmin müəllifi- Raymondas Mikneviçyusdur. Gerb üzərində olan ağ zolaq formaca "V" formasında olub şəhərin adını ifadə edir[1].
Adın mənası
redaktəŞəhər öz adını şəhəri kəsib keçən Venta çayından götürüb.
İstinadlar
redaktə- ↑ "Геральдикум.ru". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-10.
Mənbə
redaktə- Vikianbarda Вянта ilə əlaqəli mediafayllar var.
- Финал фестиваля песни, организованного NML