Venera Layihesi - Wikipedia
Venera layihəsi (ing. The Venus Project) — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədilə qurduğu təşkilat.
İnternet saytı vasitəsilə yayımlanan video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəliyə daşımaq məqsədi üçün çalışan, ehtiyat-əsaslı iqtisadiyyata keçməyi, şəhər modellərinin texnoloji baxımdan yenidən qurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və avtomatlaşdırma əhəmiyyətini cəmiyyətə fayda təmin edəcək yöndə artırmağı təklif edən layihədir.
Tarixi
redaktəTəşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okiçobi gölü yaxınlığında yerləşən, 85.000 m² sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır.
Ehtiyat əsaslı iqtisadiyyat
redaktəVenera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji tərəqqini şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüurlu şəkildə yaradılan yavaşlamanın "mənfəət"dən xilas edildiyində daha çox insan üçün daha çox ehtiyat bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu iqtisadi modelə əsasən, insanların eqoizm, rüşvət və acgözlüyə olan meyli aradan qalxa və onların bir-birinə olan etibarı arta bilər. Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi potensiallarını ortaya qoymaqdan saxlayaraq, cəmiyyəti geriyə aparır.
Freskonun bu fikirləri Böyük böhran illərində formalaşmışdır. Fresko dünyadakı, Böyük böhrana oxşar, lakin onun qədər də sərt olmayan mövcud iqtisadi vəziyyətin insanları azad bazar iqtisadiyyatı və kapitalizmdən uzaqlaşdıraraq, onların pula əsaslanan iqtisadi sistemə olan etibarlarını yıxacağına inanır. Venera layihəsinin əsas məqsədi mövcud pul əsaslı iqtisadi sistemin, ehtiyat əsaslı iqtisadi sistem vasitəsilə aradan qaldırmaqdır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- thevenusproject.com — Rəsmi saytı