Vaxtanq Taqavorazn - Wikipedia
Vaxtanq Talavoraz (doğum tarixi bilinmir – 1214) - 1182—1214 – cü illərdə hakimiyyətdə olmuş Xaçın knyazı.[1]
Vaxtanq Talavoraz | |
---|---|
erm. Վախթանգ Թագավորազն | |
| |
III Aterk hakimi | |
1182 – 1214 | |
Əvvəlki | Həsən Monax |
Sonrakı | III Həsən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Atası | Həsən Monax |
Anası | Mamaxatun Baqratuni |
Həyat yoldaşı | Arzuxatun |
Uşaqları | Həsən, Qriqor |
Dini | xristian |
Hakimiyyəti Aterk ərazisini əhatə etmişdir. Xudavəng monastır kompleksinə daxil olan kafedral kilsə 1214-cü ildə Vaxtanq Taqavoraznın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir.
Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır.[2] 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır.[2] Vaxtanqın iki oğlu olmuş, onlardan biri – Qriqor uşaq vaxtı ölmüş, digər oğlu Həsən isə Səlcuqlularla döyüşdə öldürülmüşdür.[3]
Vaxtanqın ölümündən sonra Aterk ərazisi I Həsən tərəfindən idarə edilən Yuxarı Xaçın və II Vaxtanq Tanqik tərəfindən idarə edilən Aşağı Xaçın arasında bölünmüşdür. 1214-cü ildə Xudavəng monastırında Vaxtanqın məzarı üzərində, xanımı Arxuxatun və oğlanları tərəfindən kafedral kilsə inşa edilmişdir.