Vasitesiz Ve Vasiteli Nitq - Wikipedia
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli.
Vasitəsiz nitq
redaktəBaşqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları:
- M:"V".
- "V?"-m.
- M:"V",-m.
- "V,-m,-v".
- M:"V,-m,-v".
Vasitəli nitq
redaktəBaşqasının nitqi eynilə deyil, dəyişdirilmiş şəkildə, lakin, məzmunu saxlanılmaqla verilərsə,buna vasitəli nitq deyilir. Vasitəli nitqli cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra işlənir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəİ.Ə.Əhmədzadə,T.M.Hacıyev,Z.Ə.Şahbazova,A.F.Miriyev,M.H.Vəliyeva,S.M.Hüseynova,S.B.Əhmədova,S.C.Zeyniyeva,F.C.Ellazov,G.M.Veysəlov,S.H.İbrahimov,M.Ə.Hüseynov,R.K.Əliyeva. Azərbaycan dili. Bakı: Polygraphic Production. 2016. səh. 435-443.