Varg Vikernes - Wikipedia
Lui Kaşet (doğum adı: Kristiyan Vikernes) hamı tərəfindən Varq Vikernes olaraq tanınan (norv. Varg Vikernes [ˈvarɡ ˈviːkeɳes]; d. 11 fevral 1973) Norveçli Blək metal musiqiçisi, bloqer, yazıçı, qatil və Youtuber.
Varg Vikernes | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Kristian Larsson Vikernes |
Ləqəbi | Count Grishnackh[1] |
Doğum tarixi | |
Doğum yeri | Bergen, Norveç |
Vətəndaşlığı | Norveç |
Uşağı | 9 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, bloger[d], zərbçi[d], yazıçı, gitaraçı, YouTuber, masaüstü oyun dizayneri[d], televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 1987-1998, 2009-günümüz |
Janrlar |
Blək metal Dark-ambient Treş metal, Det metal (Old Funeralda) |
Musiqi alətləri | bas-gitara, klavişli alət[d], zərb alətləri, sintezator, elektrogitara |
Üzvlüyü | |
burzum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildə qurduğu tək nəfərli musiqi layihəsi Burzum, Norveç black metal səhnəsində sürətlə yüksəlişə doğru irəlilədi. 1992-ci ildə Mayhem ə qatılan Vikernes, Count Grishnackh səhnə adını aldı. Bu əsnada musiqiçi, Paqanizm ilə yaxınlaşdı və German neopaqanizm iylə əlaqədar məzmun nəşr etdi. 1992-ci ildən 1993-cü ilə qədər bir neçə kilsə yandırma skandallarına imza atdı.
1994-cü ildə qrup yoldaşı, Euronymous ləqəbli Öystein Aarsethi öldürmə səbəbi ilə ona qarşı hökm irəli sürüldü. Dörd dəfə tarixi kilsə yandırma cəhdində də təqsirli bilinən musiqiçi, 21 il həbsə məhkum edildi. 16 il məhbus həyatı yaşayan Vikernes 2009-cu ildə şərti azad edildi. Onun siyası, tarixi və fəlsəfi ideologiyaları həmişə mübahisə mövzüsu oldu və bu fikrlər onun Norveç blək metal tarixinin ən tanınan insanı etdi.
Berqen şəhərində anadan olan Vikernes, öz uşaqlığını İraqda keçirdi. Buna səbəb Vikernesin atasının İraq hakimiyyətinə işləməsidir. O 14 yaşında gitara ilə maraqlanmağa başladı və iki il sonra öz ilk metal qrupu Kalaşikovu qurdu. Burzumu qurduqdan sonra o Norveç blək metal səhnəsinə daxil oldu. 1992-ci ildə Vikernes və səhnənin bir neçə üzvü 3 kilsə yanğınına görə ittiham olundu, amma sərbəst buraxıldı. O bu yanğınları törətməsədə, bu yanğınları dəstəklədi. 1993-cü ilin əvvələrində o artıq dörd Burzum albomunu çıxarmaqla yanaşı həm də dostları ilə Mayhem albomunu yayımladı.
Vikernes, 1993-cü ilin avqustunda qrup yoldaşı, Euronymous ləqəbli Öystein Aarsethi öldürdü. Vikernes tutularaq bir qətl və törətmədiyi bir kilsə yanğınınına görə məhkəməyə çağırıldı. O, öz qorunmasında Euronymousu qorunma məqsədli öldürdüyünü iddia etdi. Onun qorunması əsasız oldu. O həmçinin 3 kilsə yanğınına, Norveçdə bir binanı partlamaq istəyinə, Eitzenqruppe və Norveç Kafir Cəbhəsi adında terrorist və faşist qruplara yardım etdiyinə görədə ittham edildi. Ona 1994-cü ildə 21 illik həbs cəzası verildi (Bu həm də Norveçdə ən ağır cəzadır). O həbsdə ikən yazıçılığa başladı və iki kitab yazdı. Vikernes həbsdə olduğu vaxt iki ambient albom çıxardı.
Vikernes 2009-cu ildə əfv sayəsində həbsdən çıxdı. O, həmin il Fransaya köçərək orada evləndi və orada da adını Lui Kaşetə çevirdi. Həbsdən sonra yenidən albom çıxararaq yazıçılıq və musiqiyə geri döndü. O eyni zamanda yutuberliyə də başladı.