Vaqif Nesib - Wikipedia
Vaqif Nəsibov (Vaqif Hüseyn oğlu Nəsibov) — şair, nasir, ssenarist,[1] tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Vaqif Nəsib | |
---|---|
Vaqif Hüseyn oğlu Nəsibov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
ADU 1957-1962 |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəVaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır (1957–1962). Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1962–1965). "Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib (1965–1966), "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri (1966–1968), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968–1969), "Qobustan" jurnalı redaksiyasında məsul katib (1969–1975), "Gənclik" nəşriyyatında baş redaktorun müavini (1975–1983), "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1988-?) vəzifələrində çalışmışdır.
Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirləri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Əsərləri
redaktə- 1. Çəpiş. Bakı: Uşaqgəncnəşr, 1962, 14 səh.
- 2. Görüş. Bakı: Azərnəşr, 1964, 13 səh.
- 3. Durna günü. Bakı: Gənclik, 1970, 131 səh.
- 4. Salam, Əskipara yolu. Bakı: Gənclik, 1974, 127 səh.
- 5. Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev. Bakı: Gənclik, 1975, 29 səh.
- 6. Bağçadanməktəbə. Bakı: Gənclik, 1977, 88 səh.
- 7. Ömürdəngündən. Bakı: Gənclik, 1979, 144 səh.
- 8. Uzundərə. Bakı: Gənclik, 1981, 282 səh.
- 9. Dağ havası. Bakı: Gənclik, 1983, 248 səh.
- 10. Ceyrançöllü Qoç Kərəməli. Bakı: Gənclik, 1986, 336 səh.
Tərcümələri
redaktə- 1. Radi Fiş. Nazim Hikmət. Bakı: Gənclik, 1985, 324 səh.
- 2. V. Brestov. Oxumağa gedirəm. Bakı: Gənclik, 1987, 16 səh.
- 3. S. Marşak. Həzin nağıllar. Bakı: Gənclik, 52 səh.
Filmoqrafiya
redaktə- Maqarıç (film, 1973)
- Adsız su (film, 1985)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.