Vaqif Behmenli - Wikipedia
Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; d. 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimi olmuş, Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir (2016 - 2021-ci illər). 1990-93-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.
Vaqif Bəhmənli | |
---|---|
Vaqif İttifaq oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Bəhmənli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | (ali) |
İxtisası | jurnalist |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1970, bu günə qədər |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | Ədəbiyyat, publisistika |
Janrlar | poeziya, bədii, sənədli nəsr, tərcümə |
İlk əsəri | Çap olunan ilk əsəri - miniatürlər, "Tumurcuq" - şer. 1970 |
Tanınmış əsərləri | şeir və publisist əsərləri |
Mükafatları | |
[http://"Artırma" "artırma"] |
Həyatı
redaktə1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.
Fəaliyyəti
redaktəVaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə rəisi (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisində baş redaktorun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, Beynəlxal Bakı Kitab Sərgi-yarmarkalarının yaradılması və keçirilməsində, "Gənc ədiblər" məktəbinin təşkili və yeni ədəbi qüvvələrin üzə çıxarılmasında, "Qızıl kəlmə" ədəbiyyat mükafatının təsis edilməsində böyük əməyi olmuşdur.
Yaradıcılığı
redaktəŞeir və məqalələrdən ibarət 50-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. İlk məqalə və şeirləri 1970-ci ildə Füzuli rayonunda çıxan "Araz" qəzetində işıq üzü görüb. Mərkəzi mətbuatda dərc olunan ilk şeiri "Tumurcuq" adlanır. 1970-ci illərin ortalarından başlayaraq şairin tele və radio ssenariləri əsasında hazırlanmış verilişlər Azərbaycan tele-radio kanalında nümayiş etdirilmiş və səsləndirilmişdir. Azərbaycan taleviziyasında "Gənclik təqdim edir" verilişinin aparıcısı olmuşdur. SSRİ-nin və Azərbaycanın həm ictimai- siyasi, həm də ədəbiyyat qəzet və dərgilərində ("Ədəbiyyat və incəsənət", sonralar "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbeycan", "Göyərçin", "Günəş", "Moskva" (Rusiya), "Kardeş kalemler"(Türkiyə) və s. ardıcıl olaraq çıxış etmişdir. Əsərləri "Azərbaycan", "Yaşıl budaqlar", "Poeziya günü", "Sabir poeziya günü", "Külək qarı səpələr", "Şeir vaxtı", "Azərbaycan ədəbiyyatı antologiyası", Azerbaydjanskaya poeziya"... almanaxlarına daxil edilib.
Vaqif Bəhmənli obrazlı düşüncə şairidir. Türk bədii düşüncəsinin ənənələrinə arxalanmaq, insanın hiss və duyğularını canlandırmaq üçün yeni poetik məqsədlərə sənətkarlıqla cəhd etmək, özünəxas bədii deyim tərzi, güclü kalorit onun yazdıqlarını başqalarından fərqləndirir.Şairin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılmış, güclü ədəbiyyatşünasların qələmə aldıqları məqalələr mətbuatda çap edilmişdir. Əsərləri haqqında Bəxtiyar Vahabzadə, Tofiq Mahmud, Məstan Günər, Cahangir Məmmədli,Nəriman Həsənzadə, Musa Yaqub, Elçin Əfəndiyev, İntiqam Qasımzadə, Vaqif Yusifli, Yaqub Öməroğlu, Ülkü Taşlıova, Nizaməddin Şəmsizadə,Seyran Səxavət, Bədirxan Əhmədli, Nizami Cəfərov, Rahid Ulusel, Tehran Əlişanoğlu, Zakir Fəxri, Qulu Məhərrəmli,Rəşad Məcid, Ağacəfər Həsənli, Tofiq Nurəli, Maarif Soltan, Oqtay Abbas, Kamran Nəzirli, Umud Rəhimoğlu, Mahirə Abdulla, Nərgiz Cabbarlı, Elnarə Akimova, Bəsti Əlibəyli, Esmira Fuad, Təranə Vahid, Nəriman Əbdürrəhmanlı və digər görkəmli ədib və tənqidçilər məqalələr yazmış, rəy söyləmişlər.
Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Macarıstan, Latviya, Estoniya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Udmurtiya (RF), Abxaziya və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.
“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı — ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.
Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.100-dən çox kitabın redaktoru və tərtibçisidir.
Mükafatları
redaktə1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan Jurnalistlər İttifaqının Fəxri Fərmanına 1989, 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına (2005), “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına, AR Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Kitabxanası tərəfindən "Biblioqrafiya"sı hazırlanmış, kitablarından ibarət sərgisi keçirilmişdir. Şairin özünün ifasənda "Səndən özgə" və "Artırma" adlı poeziya albomları müğənni Səyyad Əlizadənin studiyasında işıq üzü görmüşdür. 10-dan çöx şeirinə mahnı bəstələnmişdir. Moskvada, Ankarada, İstanbulda, Ağrıda keçirilən poeziya festivallarının mükafatlarının laureatıdır. 50 və 60 illik yubilyyləri R.Behbudov adını Mahnı Teatrında və Gənc Tamaşaçılar Teatrında dövlət səviyyəsində geniş qeyd edilmişdir.
Ailəsi
redaktəYazıçı-publisist Rəhilə Gülgünlə ailəlidir. 3 övladı, 6 nəvəsi var.
Kitabları
redaktə- "Bahar-payız arası" — 1979
- "Dünya ayaq üstədir" — 1981
- "Bar ver ümid ağacım" — 1983
- "Yolum üstə bitən gül" — 1986
- "Ömürdən uzun gecə" — 1987
- "Volqa İdel boyunca" — ruscadan tərcümə
(Tatar yazıçılarının povestləri) — 1989
- "Qırxıncı otaq" — 1990
- "Novruz naxışları" — 1993
- "Parisdə Rus hamamı" I Pyotr haqqında hekayələr — 1994
- "Dörd divar" — 1996
- "Uzaqda bir işıq" — 2001
- "Sevgimə axşam düşür" — 2003
- "Qızıl qala" — 2005
- "Sınıq güzgü" — 2005
- "Dombagözün hekayələri" — 2005
- "Poeziya” I — 2006
- "Poeziya” II — 2006
- "Poeziya” III — 2006
- "Can dəftəri" — 2008
- "Səndən özgə" — 2009
- "Əlifba" — 2009
- "Leyli hasarı" — 2009
- "Azərbaycanın xalq bayramı Novruz" — 2010
- Lidiya Obuxova "Öncə yer vardı" -
Yuri Qaqarin haqqında — ruscadan tərcümə — roman — 2010
- "Vətənin İlhamı" ömürdən reportaj — 2011
- "Hamı" — 2012
- "Maqomayev planeti" Azərbaycan, ingilis, rus dillərində — 2013
- "İlin beşinci fəsli - Kamran" — roman — 2013
- "İşartı" — 2013
- Azərbaycan memarlığı. R. Əfəndiyeva — rus dilindən tərcümə.2014
- "Heydər Əliyev adına" — 2013
- "Artırma" — 2015
- "Belə yaxşıdır" — 2015
- "Beş damla" — şeirlər və poemalar — 2015
- Bir məktub, dörd söhbət- 2015
- "Vaqif Bəhmənli.Biblioqrafiya" − Milli Kitabxana, 2015
- Vaqif Bəhmənli. Metodik vəsait". F.Köşərli adına kitabxana.2015
- "Cabbar Qaryağdıoğlu" — 2017
- "Hüseynqulu Sarabski" −2017, (xanəndə)
- "Hüseynqulu Sarabski" −2017,(aktyor)
- Qəzənfər Paşayev.FOTODASTAN" — 2017
- "Həyat düşüncələri".Q.Paşayevlə müsahibə-kitab-2017
- "Hüzünlü misralar" −2018, Ankara.
- "Qansız savaş" — 2019
- "Bağlı qapı açaram" - 2021
- "Əsərlər" - 15 cilddə. I c. - 2021.
- "Əsərlər" - 15 cilddə. II c.- 2021.
- "Əsərlər" - 15 cilddə. III c. -2023
- "Əsərlər" - 15 cilddə. IV c. -2023
- "Qarabağın qələmi: AQİL ABBAS. -2023
- "Əsərlər" - 15 cilddə. V c. -2024
- "Əsərlər" - 15 cilddə. VI c. -2024
- "Əsərlər" - 15 cilddə. VII c. -2024
Poemaları "Çənlibelli Qoç Koroğlu" "Ağ bulaq" Çiyinlər" "Qırxıncı otaq" "Araz səsi" "Çkilməmiş şəkillər" "Diaqnoz" "Yaz naxışları" "Qarabağ qıfılbəndi" "ƏL" "Ana yuxu", "Azəərbaycan tarixi kitabı" və s.
İstinadlar
redaktə- Vaqif Bəhmənli. Səndən özgə (1-ci hissə)
- Vaqif Bəhmənli. Səndən özgə (2-ci hissə)
- Vaqif Bəhmənli. Artırma
- Vaqif Bəhmənli. Anam yuxuma girmir
- Vaqif Bəhmənli. Üzük
- Vaqif Bəhmənli. Telefon
- Vaqif Bəhmənli. Telefon (Tahirə Ağasiyevanın ifasında)
- Ovqat verilişi. Vaqif Bəhmənli
- Nizami Cəfərov. Vaqif Bəhmənliyə açıq məktub Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Vaqif Bəhmənli: “Hətta böyük sevinclərin də əsl adı ağrıdır” Arxivləşdirilib 2015-03-26 at the Wayback Machine
- Vaqif Bəhmənli dünyasına səyahət
- Beşin sağ olsun, Vaqif Bəhmənli
- Əyyub Məmmədov. Hamının şairi
- Pərvin. Poeziya vurğunlarına Vaqif Bəhmənli töhfəsi
- Şair Vaqif Bəhmənli ilə söhbət
- Vaqif Bəhmənli: “Ürəyi quş kimi yüngülləşdirən iki möcüzə var — göz yaşı və şeir”
- Təranə Vahid. Sözlə şahmat oynayan şair
- Vaqif Bəhmənli: “Kimə neynəmişəm, halal xoşu olsun”-MÜSAHİBƏ[ölü keçid]
- Vaqif Bəhmənli-60 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine