Valve Corporation - Wikipedia
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Vaşinqtonun Belvyu şəhərində yerləşir.
Valve | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye |
Oyun sənayəsi Proqram təminatı |
Məhsulları |
Half-Life seriyaları Counter-Strike seriyaları Day of Defeat seriyaları Team Fortress seriyaları Portal seriyaları Left 4 Dead seriyaları Source Steam Valve Anti-Cheat |
Təsis tarixi | 1996[1] |
Baş qərargahın yeri |
|
Struktur | |
İşçi sayı |
|
Rəhbərlik | |
Təsisçilər | |
Baş icraçı direktor | Qeyb Nyuell |
valvesoftware.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəYaranma və Half-Life
redaktəMicrosoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir.[3]
Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı. Bestseller üçün əlavələr isə Gearbox Software tərəfindən yaradılırdı.
Belədə orijinal oyun üçün bir neçə əlavələr buraxıldı: Half-Life: Opposing Force (OpFor), Half-Life: Blue Shift (BS) və PS2-versiya üçün eksklüziv addon — Half-Life: Decay. Bundan əlavə bir çox rəsmi modifikasiyalar, yaradılmışdı: Counter-Strike (CS), Team Fortress Classic (TFC), Deathmatch Classic (DMC), Day of Defeat (DoD), Ricochet. Rəsmi əlavələrdə orijinal oyundakı hadisələr, müxtəlif nəzər nöqtələrindən oynanılır: Adrian Şepard (Opposing Force), Barni Kalhaun (Blue Shift), Kollet Qrin və Cin Kross (Decay). Gearbox Software-dən ikinci əlavə ilə kompleksdə High Definition Pack adlı qrafik modifikasiya da buraxılmışdı.
Half-Life 2 və Source
redaktə2003-cü ildə E3 – əyləncə sənayəsinin illik sərgisində Valve-nin birinci hitinin davamı, Half-Life 2-ni nümayiş etdirir. Bununla birgə şirkət özünün bir neçə yeni texnologiyaları haqqda da danışır. Sonrada bəhs edilən texnologiyalar yetərincə məşhurlaşır. Texnologiyalardan biri Source adlı oyun mühərriki idi ki, modul memarlığı hesabına öz imkanlarını sərhədsiz genişləndirirdi. Buraxılan oyunlara inteqrə imkanı da əlavə üstünlüklərindən biri idi. Valve proqramçılarının ikinci nailiyyəti oyunların alınması, yenilənməsi və buraxılması üçün yaradılan mərkəzi idarə proqramı – Steam oldu. Sonradan almaq imkanı olan oyunlar sırasına digər şirkətlərin də məhsulları daxil edildi (Valve-nin əbədi rəqibləri Doom və id Software daxil olmaqla).
Bir neçə təxirə salınmadan və alfa-versiya oğurluqlarından sonra Half-Life 2 16 noyabr, 2004-cü ildə buraxılır və çoxlu sayda oyun jurnallarından yüksək qiymət əldə edir. Bunun arxasınca, Steam-də oyun mühərrikinin dəyişkənliyini nümayiş etdiyən HL2 üçün əlavə mərhələ yaranır. Bu Half-Life 2: Lost Coast adını alır və əsas xüsusiyyəti o zamanlar çox danışılan HDR-işıqlandırmanın dəstəklənməsi olur. Özünün fikir inkişafını və Steam imkanlarını göstərmək üçün sonrakı addım, yeni oyunların epizodik buraxılışı olur. Half-Life-ın üçüncü hissəsinin yaradılmasına əlavə doqquz ilin lazım olduğunu bəyan edən Valve, oyunun davamını üç hissəyə bölür. Episode One, Episode Two və Episode Three. Hissələri HL2-dən sonra iki-üç il ərzində buraxacağını söz verən yaradıcılar yalnız iki hissəni anons ediblər. Üçüncü hissə haqda ətraflı heç nə məlum deyil.
The Orange Box
redaktəQeyd etməyə dəyər ki, Valve, PlayStation 2 üçün geniş oyun versiyasını buraxsa da onun üçün əsas platforma hər zaman PC olub. İkinci hissə həmçinin konsollar üçün yaradılmışdı. Daha doğrusu Xbox üçün. Dəyişdirilmiş formalı versiya arkad avtomatlarında da rast gəlmək olar. (əsasən Yaponiya sərhədləri daxilində). Yalnız Episode Two-dan başlayaraq Valve konsollar ərazisinə böyük sıçrayış edib.
Sonradan The Orange Box adlı yeni qutu versiya buxaılır ki, tərkibində Half-Life 2, Half-Life 2: Episode One ilə yanaşı yeni oyunlar Half-Life 2: Episode Two, Portal və Team Fortress 2 yer alır. Bu versiya PC-lə bərabər Xbox 360 və PlayStation 3 üçün eyni zamanda buraxılmışdır. The Orange Box-un buraxıldığı dövrdə, Steam-də yeni sosial şəbəkə – Steam Community yaranır. Steam-akkounta malik olan hər bir istifadəçi, kiçik formanı doldurub, qrafik avatar endirib, öz şəxsi səhifəsinə malik ola bilərdir. Bu səhifədə onun və dostlarının oynadığı oyunların statistikası onlayn rejimdə qeyd edilir və yenilənir. İstifadəçilərə həmçinin müxtəlif qruplar yaratmaq və bir-biri ilə dost olmaq imkanı da verilmişdir.
The Black Box
redaktəBundan əlavə başqa qutu versiyası — The Black Box nəzərdə tutulmuşdur. Bu versiya yalnız ən son oyunlardan ibarət olmalı idi (HL2: Episode Two, Portal, Team Fortress 2), lakin sonradan ATI Radeon HD 2900 XT istifadəçiləri üçün yalnız Steam vasitəsilə satışa çıxarıldı.[4] Valve diorektoru Qeyb Nyuell, 21 avqust 2007-ci ildə Game Informer saytı ilə intervyuda The Black Box haqda demişdir:[5]
Bu qərar mağazalara görə oldu. Onlar birdən artıq qutu əldə etmək istəmirdilər. O üzdən biz elə bir qutu seçdik ki, alıcı onu əldə edincə hər şeyi birdən qazanır. Lakin ümumilikdə Steam vasitəsilə, əlbəttə ki, biz sırf yığım formasına daha geniş baxa bilirik. |
Məhsullarının siyahısı
redaktəVideooyunları
redaktə- Half-Life (1998)
- Half-Life: Day One (1998)
- Half-Life: Uplink (1999)
- Half-Life: Source (2004)
- Half-Life Deathmach: Source (2005)
- Half-Life: Opposing Force (1999) (Gearbox Software şirkəti tərəfindən hazırlanıb)
- Half-Life: Blue Shift (2001) (Gearbox Software şirkəti tərəfindən hazırlanıb)
- Half-Life: Decay (2001) (Gearbox Software şirkəti tərəfindən hazırlanıb)
- Half-Life 2 (2004)
- Half-Life 2: Deathmatch (2004)
- Half-Life 2: Lost Coast (2005)
- Half-Life 2: Survivor (2006) (Taito Corporation şirkəti ilə birlikdə hazırlanıb)
- Half-Life 2: Episode One (2006)
- Half-Life 2: Episode Two (2007)
- Half-Life 2: Episode Three (oyun anons edilmişdi ancaq hal-hazırda naməlum vəziyyətdədir)
- Half-Life 2: Episode Four (oyun Arkane Studios şirkəti tərəfindən hazırlanırdı, ancaq sifariş ləğv olundu)
- Counter-Strike (2000) (Gearbox Software şirkəti ilə birlikdə hazırlanıb)
- Counter-Strike: Condition Zero (2004) (Gearbox Software şirkəti tərəfindən hazırlanıb)
- Counter-Strike Neo (2003)
- Counter-Strike: Source (2004)
- Counter-Strike Online (2007)
- Counter-Strike Online 2 (hələ də inkişafdadır)
- Counter-Strike: Global Offensive (2012) (Hidden Path Entertainment şirkəti ilə birlikdə hazırlanıb)
- Team Fortress Classic (1999)
- Team Fortress 2 (2007)
- Day of Defeat (2003)
- Day of Defeat: Source (2005)
- Ricochet (2000)
- Deathmatch Classic (2001)
- ThreeWave CTF (2001)
- Prospero (ləğv olundu)
- Portal (2007)
- Portal: Still Alive (2008)
- Portal 2 (2011)
- Left 4 Dead (2008)
- Left 4 Dead: Survival Pack DLC (2009)
- Left 4 Dead: Crash Course DLC (2009)
- Left 4 Dead: The Sacrifice DLC (2010)
- Left 4 Dead 2 (2009)
- Left 4 Dead 2: The Passing DLC (2010)
- Left 4 Dead 2: The Sacrifice DLC (2010)
- Left 4 Dead 2: Cold Stream DLC (2012)
- Alien Swarm (2010)
- Counter-Strike: Global Offensive (2012)
- Dota 2 (2013)
Oyun mühərrikləri
redaktəRəqəmsal proqramları
redaktə- Steam (2003)
- Source Filmmaker (2012) (beta-versiya)
Valve Activision-ə qarşı
redaktə2009-cu ildə Activision Blizzard, Sierra Entertainment-i əldə etdikdən sonra Valve şirkəti yenidən məhkəməyə verdi. Valvenin iddiasına əsasən Activision əvvəlki müqavilələrin şərtini tam yerinə yetirməmişdir. Activision $1,967,796 ödəyərək, əvvəlki illərin borcunu ödədiyini əsas gətirib qalan $424,136 məbləğini köçürməyi rədd etdi.[6]
Maraqlı faktlar
redaktə- Gearbox Half-Life 2-yə qədər və PC-də orijinal Half-Life-dan başqa hər bir layihə üzərində işləyib. Bunlara Opposing Force, Blue Shift, Counter-Strike, Condition Zero, Half-Life PS2/Decay və Half-Life Dreamcast daxildir.
İstinadlar
redaktə- ↑ Museum of Modern Art online collection (ing.).
- ↑ PC Gamer (ing.). Future plc, 2024. ISSN 1351-3540
- ↑ "Последние часы Half-Life: Отличие Valve". 2013-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.
- ↑ "ATi/AMD – Valve about The Black Box". 2007-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.
- ↑ "Интервью с Гейбом Ньюэллом". 2012-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.
- ↑ "It's Ugly: Valve Sues Activision, Activision Threatens to Sue Valve. Against that backdrop, Activision cut Valve a check last week for $1,967,796 – the amount handed down by the arbitrator less the disputed $424K. According to Valve's suit, Activision said that it wouldn't pay the rest and if Valve went to court Activision would countersue. Valve has apparently called Activision's bluff and the parties are now once again at odds". 2009-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.