Vahid Ferzeliyev - Wikipedia
Vahid Sabir oğlu Fərzəliyev — biologiya elmləri doktoru, dosent. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri
Vahid Fərzəliyev | |
---|---|
Vahid Sabir oğlu Fərzəliyev | |
Fayl:Vahid Fərzəliyev.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Botanika |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Botanika İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi rəhbəri | Maqsud Qurbanov |
bakubotanicalgarden.az/a… |
Ümumi məlumatlar
redaktə- Vahid Sabir oğlu Fərzəliyev 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur.
- Ailəlidir:2 qızı və 1 oğlu var.
Elmi fəaliyyəti
redaktəVahid Sabir oğlu Fərzəliyev elmi fəaliyyətinə 1990-cı ildən AMEA Mərkəzi Nəbatat Bağında bağban kimi başlamışdır. 2001-2006-cı illərdə Mərkəzi Nəbatat Bağının “Toxumçuluq” sektorunun rəhbəri, 2006-2007-ci illərdə “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri, 2007-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən Bağın direktoru vəzifəsini icra edir. Mərkəzi Nəbatat Bağının Elmi Şurasının və Azərbaycan Botaniklər Cəmiyyətinin sədr müavinidir.
V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi üçün bir çox işlər görmüşdür. Onun rəhbərliyi ilə «Toxumçuluq» sektoru fəaliyyətə başlamış və toxum mübadiləsi məqsədilə dünyanın 130-dan artıq nəbatat bağı ilə əlaqələr yaradılmışdır. Bu əlaqələr Bağın bitki kolleksiyalarının zənginləşdirilməsində və ümumilikdə dünyada bitki biomüxtəlifliyinin davamlı qorunmasında əhəmiyyətli rola malikdirlər. V.S.Fərzəliyev 2005-ci ildə «Abşeronda yayda və payızda çiçəkləyən bəzi dekorativ ağac və kol növlərinin bioekoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Hal hazırda «Azərbaycanın iynəyarpaqlı bitkilərinin növmüxtəlifliyi, bioekoloji xüsusiyyətləri və iqtisadi əhəmiyyəti» mövzusunda doktorluq dissertasiya işi AAK-na təqdim olunmuşdur. Apardığı tədqiqatlar nəticəsində yerli və beynəlxalq nəşrlərdə 100-dən çox elmi əsərləri çap olunmuşdur.
V.S.Fərzəliyev müxtlif botaniki-coğrafi vilayətlərin bitkilərinin Abşerona introduksiyası, dendrologiya, bitki genetik resurslarının qorunması, Azərbaycanın ayrı-ayrı regionlarının bitki biomüxtəlifliyinin tədqiqi sahəsində elmi-tədqiqatlar apararaq, apardığı tədqiqatlar Abşeron üşün daha perspektivli növlərin müəyyən edilməsinə, səmərəli istifadəsinə imkan vermişdir. O, son illərdə Türkiyə, Rusiya, İngiltərə, ABŞ, Almaniya və Çin Xalq Respublikasında keçirilən beynəlxalq elmi konfrans və konqresslərdə iştirak etmiş, Beynəlxalq «Bioversity» təşkilatının «Meşə biomüxtəlifliyi: meşə genetik ehtiyatlarının qorunması və idarə olunması»na dair keçirilən təlim kursuna dəvət olunmuş (avqust, 2007) və həmin kursu müvəffəqiyyətlə bitirmişdir. Ümumdünya Təbiəti Mühafizə İttifaqının Qafqazın xüsusi mühafizə edilən təbiət ərazilərində nadir bitki növlərinin qorunması, mühüm ərazilərin müəyyənləşdirilməsi və «2010-cu il: geriyə hesabat» mövzusunda keçirilən müşavirədə işçi qrupunun tərkibində (Rusiya, 2008) iştirak etmişdir. 2009-cu ildə həmin təşkilatın Qafqazın nadir bitkilərinin qırmızı siyahısının tərtibi ilə əlaqədar Gürcüstan Respublikasında keçirdiyi müşavirədə iştirak etmişdir. Həmin ildə Endem bitkilərin mühafizəsi üzrə Qafqaz layihəsinin Milli eksperti qismində ABŞ-nin St. Luis şəhərində keçirilən Beynəlxalq Simpoziumda iştirak etmişdir. Bir sıra regional və beynəlxalq layihələrin iştirakçısıdır.</nowiki>
Elmi nailiyyətləri
redaktəÇoxsaylı biomorfoloji əlamətlər əsasında Abşeron yarımadasına introduksiya edilmiş şam və sərv növlərinin hərfli-rəqəmsal politomik təyinat açarı tərtib edilmişdir. Qafqazda və ona qonşu regionlarda yayılan Pinus sylvestris L. populyasiyalarının allozim quruluşunun tədqiqinin, coğrafi differensiasiyasının və taksonomik statusunun təyininin ilkin analizi və onun nəticələrinin ümumiləşdirilməsi aparılmışdır. Azərbaycanda yayılmış Juniperus excelsa, J. polycarpos, J. oxycedrus və J. pygmaea nümunələrinin nüvə genomunda daxili transkripsiya olunan speyser (ITS) və xloroplast genomunda kodlaşan 4: petN-psbM, trnS-tenG, trnD-trnT, trnL-trnF genləri nahiyələrinin DNT ardıcıllıqlarının analizi aparılmışdır. Respublika ərazisində təbii halda yayılmış Pinus eldarica, Taxus baccata, Juniperus polycarpos və J. foetidissima növlərinin və introduksiya olunmuş Cedrus deodara növünün oduncağının anatomik quruluşu öyrənilmiş, dendroxronoloji tədqiqi aparılmışdır. Eldar şamı tozcuqlarının morfoloji xüsusiyyətləri və keyfiyyət göstəriciləri müəyyən edilmişdir. CİS modellərinin tətbiqi ilə Eldar şamının Azərbaycanda və dünyanın fərqli bölgələrinə introduksiyası üçün perspektivli və ekoloji baxımdan yararlı ərazilər müəyyən edilmişdir.
Elmi əsərləri
redaktə- Fərzəliyev V.S., Seyfullayev F.S., Şərifova A.A. Böyük Qafqazın cənub-şərq hissəsində eldar şamının oduncaq-halqa xronologiyası // AMEA Xəbərləri (biologiya elmləri), 2009, cild 64, № 5-6, s. 28-32.
- Kurbanov M.R., Farzaliyev V.S.Teknogen kirlenmenin orman bitkileri üzerindeki etkisi // Artvin Çoruh Üniversitesi Orman Fakültesi dergisi, 2010, сilit 11, № 1, s.19-26.
- Qurbanov M.R., Fərzəliyev V.S., Seyfullayev F.S. Abşerona introduksiya olunmuş şam növlərinin hərfli-rəqəmsal politomik təyinat açarı // AMEA-nın Məruzələri, 2012, LXVIII cild, № 5, s.58-68.
- Fərzəliyev V.S. Eldar şamının (Pinus eldarica Medw.) introduksiyasında GİS texnologiyalarının tədbiqi // AMEA-nın Xəbərləri, 2012, cild 67, № 3, s.31-37.
- Qurbanov M.R., Fərzəliyev V.S. Şamların taksonomiyası, biomorfoloji və rentgenoloji xüsusiyyətləri. Bakı: Elm, 2013, 72 s.
- Farzaliyev V.S., Kerimov T.A. Türyançay Devlet Doğa Koruma alanlarındaki biyosönozlarin ekolojik açıdan değerlendirilmesinde ornitofaunanin önemi // Artvin Çoruh Üniversitesi Orman Fakültesi Dergisi, 2013, cilit 14, № 2, s. 310-320.
- Adams R.P., Douaihy B., Dagher-Kharrat M.D., Schwarzbach A.E., Farzaliyev V.S. Geographic variation in nrDNA and four cpDNA regions of Juniperus excelsa and J. polycarpos from Greece, Turkey, Lebanon and Azerbaijan // Phytologia, 2014, vol. 96, № 2, p. 89-95.
- Ali-zade V., Hajiyev V., Kerimov V., Musayev S., Abdiyeva R., Farzaliyev V. Red list of the endemic plants of the Caucasus (Azerbaijan, p. 67-108). Eds.T.J.Solomon, Shulkina T., Schatz G.E. USA, Monographs in Systematic Botany, Missouri Botanical Garden Press, 2014, 451 p.
- Adams R.P., Farzaliyev V.S., Tashev A.N., Schwarzbach A.E. Juniperus communis in Azerbaijan: analyses of nrDNA and cpDNA regions // Phytologia, 2015, v. 97, № 1, p. 6-11.
- Искендеров А.Т., Кафарова О., Фарзалиев В.С. Результаты и перспективы селекции садовых роз в Центральном Ботаническом Саду НАНАзербайджана. Бюллетень Главного Ботанического Сада, 2017, №3 (203), с. 194-198.
- Farzaliyev V., Afonin A. Prognostication of plantation possibilities of Pinus eldarica Medw. by use of geoinformational technologies. Applied Ecology and Environmental Research. International Scientific Journal. vol. 14, No 4, 2016, p. 121-131.
- Qurbanov M.R., Fərzəliyev V.S. Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri. Bakı, 2017, 64 s.
- Petrova I.V., Sannikov S.N., Tembotova F.I., Sannikova N.S., Farzaliev V.S., Mollaeva M.Z., Egorov E.V. Genogeography of Pinus sylvestris L. populations in the Greater Caucasus and Crimea. Russian Journal of Ecology, 2017, v. 48, № 6, p. 524–531.
- Safarov H.M., Farzaliyev V.S. New areal of the yew species (Taxus baccata L.) in the Talysh forests. Proceedings of the Institute of Botany, ANAS, 2017, vol. XXXVII, p. 64-67.
- Yakhyaev A.B., Farzaliyev V.S, Seyfullayev F.S.. Results of silvicultural treatments conducted in the beech forests of Azerbaijan. Journal of forest science, 64, 2018 (9): 394–401
- Elmi əsərlərinin ümumi sayı: 105
- xaricdə çıxmış elmi əsərlərinin sayı: 55
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 16