Vesiyyetname - Wikipedia
Vəsiyyətnamə - Haqqında Məlumat
Vəsiyyətnamə – fiziki şəxsin vəfat etdiyi halda ona məxsus olan əmlak barəsində qanunla müəyyən olunmuş yazılı formada tərtib etdiyi xüsusi sərəncamdır.
Vəsiyyətnamənin tərtib edildiyi məqamda fiziki şəxs öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli olmalıdır. O, özünə məxsus olan əmlakın hamısını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlar dairəsindən istənilən şəxsə, o cümlədən dövlət və bələdiyyə orqanlarına, hüquqi şəxslərə vəsiyyət edə, vərəsələrin miras paylarını müəyyənləşdirə, miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər.[1]
İstinadlar
redaktə- ↑ "Vəsiyyətnamə nədir və kimlər vəsiyyətnamə qoya bilər?". 2016-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.