Veliyeddin Ismayilov - Wikipedia
Vəliyəddin İsmayılov (1943, Mozqaraçanlı, Kəlbəcər rayonu – 9 aprel 2024, Bakı) — 1969–1989-cu illərdə Kəlbəcər Rayon Sovetinin deputatı olmuşdur. "Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V. İ. Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuş, "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları və bir neçə fəxri fərmanlar almışdır. Azərbaycan Respublikası Prezdentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli sərancamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023) ’’ yubiley medalı ilə təltif edilmişdir.[1]
Vəliyəddin İsmayılov | |
---|---|
Vəliyəddin Misir oğlu İsmayılov | |
Doğum tarixi | 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2024 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Bakı Ali Partiya Məktəbi |
Fəaliyyəti |
• Kəlbəcər rayon Partiya Komitəsində Təşkilat Şöbəsinin müdiri • Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri • Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədr müavini • Kəlbəcər rayon Aqrar-Sənaye Birliyi Şurasının sədri • “Azərsu” Səhmdar Cəmiyyətində rəis müavini, şöbə rəisi • Kəlbəcər rayon Sovetinin deputatı • “Aydın səma” və “Yeni bəşər” qəzetlərinin təsiscisi |
Janr | Publisistik |
Tanınmış əsəri | “Xalqın səsi – Haqqın səsi” |
Üzvlüyü | |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktə1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olmuşdur. 1960-cı ildə Kəlbəcər rayonunun Ağcakənd kənd orta məktəbini bitirmişdir. 1960–1962-ci illərdə kolxozçu olmuş, 1967-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1971-ci ildə Zaqafqaziya Komsomol Məktəbini, 1976-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1967–1968-ci illərdə rayonun "Bakı" və "Qələbə" kolxozlarında mütəxəssis, 1968–1969-cu illərdə Kəlbəcər rayon Komsomol Komitəsində Təşkilat Şöbə müdiri, 1969–1973-cü illərdə Rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. Ona etimad göstərilərək partiya işinə keçirilmiş, Rayon Partiya Komitəsində 1973–1974-cü illərdə təlimatçı işləmiş, 1974–1976-cı illərdə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. 1976–1980-ci illərdə Kəlbəcər rayon Partiya Komitəsində Təşkilat Şöbəsinin müdiri, 1980–1983-cü illərdə Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1983–1989-cu illərdə Rayon İcraiyyə Komitəsinin sədr müavini, Kəlbəcər rayon Aqrar-Sənaye Birliyi Şurasının sədri, 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, Ət-Süd Sənaye Nazirliyində, "Azəryeyintisənaye" Dövlət Şirkətində baş mütəxəssis, şöbə rəisi, Mərkəz direktoru işləmişdir.
Üç ovladı, yeddi oğul nəvəsi var. Həyat yoldaşı İsmayılova Sona müəllimə, oğlu Vüqar ehtiyatda olan zabit, oğlu İlqar hüquqşünas, qızı Sevinc həkimdir. V. İsmayılov otuz ildən çox rəhbər vəzifələrdə çalışmış və hazırda "Dövlət qulluqçusu" təqaüdçüsüdür. Kəlbəcər Ağsaqqallar Şurasının sədridir.[2]
Vəfatı
redaktə9 aprel 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.[3]
Xeyriyyəçilik fəaliyyəti
redaktə1996-cı ildən "Azərsu" Səhmdar Cəmiyyətində rəis müavini, şöbə rəisi vəzifələrində çalışmış, ömrünün iyirmi ilə yaxınını "Abşeron Regional Səhmdar Su Cəmiyyəti"nin və "Azərsu" Səhmdar Cəmiyyətinin inkişafına, "Böyük Bakı"nın, ümumiyyətlə respublika əhalisinin içməli su ilə təchizatına böyük əmək sərf etmiş, dəyərli töhfələrini vermişdir.[4] Bu sahədə dünya təcrübəsinin öyrənilməsi üçün Böyük Britaniya, London, Bermenqen şəhərlərində olmuş, İstanbul və digər şəhərlərin səmərəli metodlarının respublikamıza tətbiqində fəallıq göstərmişdir. Rayonun kənd təsərrüfatına rəhbərlik etdiyi dövrdə rayon əhalisinin işlə təmin edilməsində, kolxoz-sovxozların maddi bazasının möhkəmləndirilməsində, bütün kəndlərin abadlaşdırılması, sosial obyektlərin tikilməsi, kəndarası yolların, yaylaq yollarının çəkilməsi, bəzi yaylaq və binələrin elektrik enerjisi ilə təmin edilməsində şəxsi fəaliyyət göstərmişdir.[5]
Tutquçay – Abdullauşağı, Abdullauşağı – Moz, Moz – Qoçdaş avtomobil yolunu, Moz-Qaraçanlı – Mehdixanlı yaylaq yollarını çəkdirmişdir. Qoçdaş – Ağyataq su xəttinin (7 km. məsafə) çəkilişini başlatmış, erməni təcavüzü nəticisində yarımçıq qalmışdır. Rayon ərazisində yeni tipli xəstəxana, inzibati-idarə binası, orta məktəb binası, heyvandarlıq kompleksinin tikilməsinə təşəbbüskar olmuş və rəhbərlik etmişdir.[6] 1987-ci ildə Kəlbəcər – Laçın (Bəylik – Lolabağır) Kəlbəcər – Toğana (Murov yolu) yolunun çəkilişi üçün sərf olunan vəsaiti Aqrar-Sənaye Birliyində əldə olunan gəlir hesabına təmin etmişdir. Bu gəlirin əldə edilməsi, abadlıq, quruculuq işlərinin əsaslı inkişafı, tarixdə izi qalan bu yolların çəkilişi o dövrdə rayona rəhbərlik edən şəxslərin və Kəlbəcər əhalisinin çox böyük tarixi qələbəsidir. Çünki bu yollar vasitəsilə Laçın, Kəlbəcər və Göyçə camaatının çox hissəsi erməni təcavüzü zamanı ölüm və işgəncələrdən xilas oldular. O, respublikanın və Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmişdir. 1969–1975-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsinin üzvü, 1978–1989-cu illərdə Kəlbəcər rayon Partiya Komitəsinin büro üzvü, 1969–1989-cu illərdə Rayon Sovetinin deputatı olmuşdur.
V. İsmayılov 1998-ci il prezident seçkilərində Azərbaycan respublikasının prezidentliyə namizəd Ulu öndər Heydər Əliyevin Mərkəzi Seçki Qərərgahının üzvü, Qarabağın və digər işğal olunmuş – Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Xocalı, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Ağdərə rayonlarının seçicilərinin təşəbbüs qrupunun rəhbəri olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsinin və İlk Təşəbbüs Qrupunun qeydə alınması haqqında 1 №-li şəhadətnaməsi məhz ona verilmişdir.[7] 1998-ci il prezident seçkilərində Ulu öndər Heydər Əliyevin prezidentliyə namizədliyini ilk olaraq təşəbbüs qrupunun adından o irəli sürmüş və Respublika Prezidentliyinə namizəd Heydər Əliyevin Mərkəzi Seçki qərərahının üzvü olmuşdur.[8]
Yazıçılıq fəaliyyəti
redaktəV. İsmayılov 1966-cı ildən dövrü mətbuatda çıxış edir. Yazıçı-publisistdir.[9] Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. "Hacı Zeynalabidin Tağıyev adına" və "Qarabağ Xeyriyyə Cəmiyyəti"nin mükafatlarına layiq görülüb. 250-dən çox məqalə və publisist yazıların müəllifidir. Otuzdan çox kitabda xatirə yazıları, hekayələri, xalqımızın qədim adət-ənənələri, faktlar və ədəbi mühit haqqında yazıları dərc olunmuşdur. Bir sıra qoşmaları və nəsihətamiz, yumaristik şeirləri vardır. Xalq-hakimiyyət birliyini şərh edən "Xalqın səsi – Haqqın səsi" kitabının tərtibçisidir.[10] Heydər Əliyevin 100 illiyinə həsr olunmuş " Nəsillərə örnək insan’’ kitabının müəllifidir .[11]
"Aydın səma" və "Yeni bəşər" qəzetlərinin, şair Bəhmən Vətənoğlunun həyat və yaradıcılığına həsr olunmuş "Bəlkə bir də bitdim, ək məni, dünya" və müqəddəs ocaqlardan olan Seyid Yusif Ağa ocağına həsr edilmiş "Nurdan yaranıb, nura dönən…" adlı xüsusi buraxılış jurnallarının təsisçisidir.[12]
Mükafatları
redaktə- "Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V. İ. Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuşdur.
- "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları ilə təltif olunmuşdur.
- " Heydər Əliyevin 100 illiyi (1923–2023) ’’ yubiley medalı ilə təltif edilmişdir.[13]
- Qızıl qələm" mükafatı ilə təltif olunmuşdur.
- "Hacı Zeynalabidin Tağıyev adına" və "Qarabağ Xeyriyyə Cəmiyyəti"nin mükafatlarına layiq görülüb.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev təşkilatın üzvlərini təltif edib - AZƏRBAYCAN RESPUBLİKASI AĞSAQQALLAR ŞURASI" (az.). 1 aprel 2023. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib". azertag.az. 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Vəliyyədin İsmayılov vəfat etdi". 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda görüş keçirilmişdir". kelbecer-ih.gov.az (az.). 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Əliyev qızlarımıza söz atan kosmonavtı belə susdurdu". Axar.Az (az.). 20 fevral 2017. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Vəliyəddin İsmayılov - 80 ilin səhifələrində". Turkustan.az (az.). 10 fevral 2023. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Həyat və fəaliyyətləri örnək olan dövlət qulluqçuları unudulmur". anl.az.
- ↑ "Həbib Misirov:"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda tədbir". azpressmedia.az (ingilis). 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Ucalığa gedən yolunuz açıq olsun! - Vəliyəddin İsmayılovun 80 illiyinə". Dalidag.az. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ ""Nəsillərə örnək insan" kitabının müəllifi Vəliyəddin İsmayılova". www.anl.az.
- ↑ ""Kəlbəcər: ömrüm, həyatım" - FOTOLAR". modern.az (az.). 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Vəliyəddin İsmayılovdan, Bakı, Azərbaycan » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az.
- ↑ "Ağır xəstə olan Kəlbəcər ziyalısı Vəliyəddin İsmayılovun oğlu İlham Əliyevə təşəkkürünü bildirdi..." moderator.az (az.). 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.