Veli Ebilov - Wikipedia
Vəli Murad oğlu Əbilov (krımtat. Veli Murat oğlu Abilev, Вели Мурат огълу Абилев; 1898, Simferopol qəzası[d], Tavriya quberniyası[d] – 1945) — Krım tatar yazıçısı, müəllimi, publisist və jurnalisti. Krım Tatar Pedaqoji Kollecinin (1925-1925), M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru (1933-1934). Sov.İKP(b) üzvü. Represiya qurbanı. O, 1937-ci ildə “Milli Firqə” təşkilatının üzvü kimi həbs edilib. Yeddi il xalq düşməni kimi düşərgələrdə həbs çəkib və orada vəfat edib. Vəli Əbilov 1957-ci ildə ölümündən sonra reabilitasiya olunub.
Vəli Əbilov | |
---|---|
Doğum tarixi | 1898 |
Doğum yeri |
|
Vəfat tarixi | 1945 |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ |
Milliyyəti | krım tatarı |
Təhsili | İ.V.Stalin adına Şərqin Zəhmətkeş Xalqının Kommunist Universiteti |
İxtisası | filoloq |
Fəaliyyəti | yazıçı, müəllim |
Fəaliyyət illəri | 1920-1945 |
Əsərlərinin dili | krım tatar |
İstiqamət | modernizm |
Janr | dramaturgiya |
Həyatı
redaktəVəli Əbilov 1898-ci ildə Simferopol rayonu ərazisində kəndli ailəsində anadan olub.[1]
İbtidai təhsilini müəllimi Abdulla Lətifzadə olan kənd məktəbində alıb.[2] 1914-1919-cu illərdə Yevpatoriya rayonunun Murzabek və Baim kəndlərində müəllimlik edib.[3]
1920-ci ildə Murzəbəkdə kənd komitəsinin sədri olub. 1921-1923-cü illərdə Moskvada İ.V.Stalin adına Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil alıb. Krıma qayıdaraq sovet partiya məktəbinin Tatar vilayət şöbəsinə rəhbərlik edib. Regional müəllim kurslarında sosial elmlərdən mühazirələr oxuyub. 1925-1926-cı illərdə Xalq Maarif Komissarlığında siyasi maarif işçisi olub. 1925-ci ildə Totayköydə yerləşən Krım Tatar Pedaqoji Texnikumunun müdiri təyin edilib və bir tədris ili bu vəzifədə çalışıb.[3][4] Sov.İKP(b) üzvü idi.[1]
1920-ci illərdən etibarən Vəli Əbilov yarımadada qəzet və jurnallarda çap olunmağa başlayır. O, xeyli sayda məqalələrin, bədii ədəbiyyatın və pyeslərin müəllifidir. “Adil yaxut binden biri” və “Üç yol” pyesləri 1925-ci ildən 1927-ci ilə qədər Krım Dövlət Tatar Teatrının quruluşunda tamaşaya qoyulub. Əbilov həmçinin “Elvida” (“Əlvida”) və “Ömür Baari” (“Ömür baharı”) pyeslərinin müəllifidir.[3]
1928-ci ildə Leninqrad Siyasi Maarif İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru vəzifəsinə təyin edilib.(1933-1934).[5] 1935-1938-ci illərdə “Yeni dünya” qəzetində redaktor vəzifəsini icra edib.[3]
1937-ci il sentyabrın 18-də Vəli Əbilov Böyük təmizləmə prosesi çərçivəsində həbs olunub. O, əksinqilabi “Milli Firqə” təşkilatının işində iştirak etməkdə ittiham edilib. 1938-ci il avqustun 14-də SSRİ NKVD-nin xüsusi iclası onu 58-ci maddə ilə səkkiz il məcburi əmək düşərgələridə həbsə məhkum edib.[1]
Vəli Əbilov 1945-ci ildə düşərgədə vəfat edib.[3] 18 iyul 1957-ci ildə Krım Regional Məhkəməsinin qərarı ilə Əbilov ölümündən sonra Stalin repressiyalarının qurbanı kimi reabilitasiya olunub.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Габилев Вели Муратович". ru.openlist.wiki (rus). 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
- ↑ "Известные учителя Крыма начала XX века". avdet.org. 2018-10-05. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
- ↑ 1 2 3 4 5 "Абілєв Велі Муратович | Енциклопедія Сучасної України". esu.com.ua. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
- ↑ Усманова Сайде Аблякимовна. К ИСТОРИИ ДЕЯТЕЛЬНОСТИ ТОТАЙКОЙСКОГО ПЕДТЕХНИКУМА. 1922 - 1931 ГГ // Крымское историческое обозрение. № 1. 2017. 2020-06-26 tarixində arxivləşdirilib.
- ↑ "Галерея ректоров института – Музей истории Крымского федерального университета имени В. И. Вернадского". museum.cfuv.ru. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
Xarici keçidlər
redaktə- ana-yurt.com Arxiv surəti 4 iyul 2020 tarixindən Wayback Machine saytında