Vehsi Col - Wikipedia
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur.
Coğrafiyası
redaktəReç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi.
Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Tarixi
redaktəİlk yazılı tarixi sənədlərə görə (Herodot və digər qədim tarixçilər), Skiflər Qara dənizin şimalında yerləşən bütün ərazilərdə (Pont dənizinin qədim müəllifləri tərəfindən) yaşayırdılar — lakin əhalisi az olan ərazilərin olması və qorunan sərhədlərin olmaması nəticəsində müxtəlif köçəri xalqların bu ərazilərə daxil olmasına imkan verirdi.
Vəhşi çöl əkinçilik, heyvandarlıq və sənətkarlığın inkişafı üçün əlverişli idi. Kiyev Rus döləti dövründə bu ərazilər yenidən mənimsənilməyə başlanıldı. Ancaq bölgədə olan xəzərlər, peçeneqlər, polevestlər və tatarlarlarla daima mübarizə aparmaq lazim idi. Onlardan qorunmaq üçün Kiyevdən, Çerniqovdan və Rusiyanın digər şəhərlərindən knyaz dəstələri göndərildi və mühafizə postları yaradıldı.[1]
1560-cı illərdə ərazidə Oryol, Novosil və Dankov qalaları inşa edildi. Daha sonra cənub koloniya məntəqəsi Belqorod qalası tikildi.[1]
Ədəbiyyat
redaktə- Гайворонский Олекса. Повелители двух материков. — Киев-Бахчисарай, том 2, 2009 г. ISBN 9789662260038
- Добролюбский А. О. Кочевники на западе причерноморских степей в X–XVIII веках (историко-археологическое исследование). — Автореферат дисс. … доктора исторических наук. — СПб., ИИМК РАН, 1991. — 34 с.
- Докучаев Денис. Сборник карт Николаса Висхера. // Мир музея, 2015, № 11.
- Каргалов В. В. На степной границе. — М.: Наука, 1974.
- Каргалов В. В. Оборона южной границы Российского государства в первой половине 16 столетия. — Л., 1977.
- Кудряшов К. В. Половецкая степь: Очерки исторической географии. — М.: ОГИЗ-Географгиз, 1948. — 162 с.
- Новосельский А. А. Борьба Московского государства с татарами в XVII веке. — М.-Л.: Изд-во АН СССР, 1948.
- Папков А. И. Порубежье Российского царства и украинских земель Речи Посполитой (конец XVI-первая половина XVII века) / Науч. ред. А. Л. Хорошкевич. — Белгород: Константа, 2004. — 352 с. — ISBN 5-902711-02-9