Vehsi Film 2017 - Wikipedia
Vəhşi (ing. — Beast) — 2017-ci il məhsulu olan ingilis psixoloji-gərilim filmi.
Vəhşi | |
---|---|
ing. Beast | |
Janr | Psixoloji triller, dram filmi |
Distribütor | British Film Institute[d][1] |
İlk baxış tarixi | 9 sentyabr 2017 |
Müddət | 106 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Çəkiliş yeri | Cersi[2] |
IMDb | ID5628302 |
Mövzusu
redaktəVarlı və nüfuzlu bir ailənin qızı olan 27 yaşlı Mol tur rəhbəridir. Molun ad günündə bacısı hamilə olduğunu deyərək diqqəti öz üzərinə çəkir. Ailəsi tərəfindən əhəmiyyət verilmədiyini düşünən Mol ad günündən ayrılır və gecə klubuna gedir. Orda bir adamla tanış olur, gecə boyu rəqs edirlər. Sabaha yaxın klubdan ayrılanda oğlan Molla yaxınlaşmaq istəyəndə Mol onu istəmir. Oğlan Molu sıxışdıranda qaçaq ovçu havaya bir əl atəş açaraq Molu qurtarır. Mol həyatında qaçaq ovçuya — Paskala sevgi və həyəcan üçün darıxdığını və ailəsinin onunla 2-ci sort adammış kimi rəftar etdiklərindən danışır. İkisi arasındakı sevginin çiçəkləndiyi vaxtda Mol Paskala məktəb vaxtı sinif yoldaşını qayçı ilə vurduğundan danışır.
Son vaxtlar ətraflda baş verən cinayətlər hamını narahat edirdi. Molun ad günü şənliyinin axşamı 4-cü cinayət qurbanı tapılır. Mol onu sevən və cinayətləri araşdıran detektiv Klifforddan öyrənir ki, Paskal başqa bir cinayətdə əsas şübhəli olub. Ondan da əvvəl 18 yaşı olanda 14 yaşındakı qızı cinsi istismar etdiyi üçün həbs olunub. Bunun qarşılığında isə Mol Paskalı qorumaq üçün Paskalla gecə klubunda tanış olduğunu və gecə boyu rəqs etdiyi deyərək yalançı şahidlik edir. Sonra Mol hər iki məsələ ilə bağlı Paskal ilə üzləşir. Paskal isə deyir ki, əvvəllər etdiyi bütün səhvlər üçün hər gün peşmanlıq çəkir. Həbs məsələsi üçün isə deyir ki, qızın da onunla birlikdə olmaqda razılığı olub və daha sonrasında onu şərləyib.
Molun bacısı ailəsi ilə birlikdə təşkil etdiyi məclisdən Paskalı cins geydiyi üçün qovur. Bundan əsəbləşən Mol "onun üçün etdikləri" hər şey üçün ailəsini bağışladığını deyərək bir qədəh qaldırır və ayrılarkən təmiz qolf sahəsini dağıdır. Paskalın evinə köçdüyü günün axşamı polislər Paskalı həbs etmək üçün evə girir. Mol sorğuda olankən Paskalın da gecə klubunda olduğu yalanını təkrarlayır. Baş detektiv isə Paskalın kimisə sevmək bacarığından məhrum qatil olduğunu deyir və Moldan təkidlə cəmiyyətdən qisas almaq istəyib-istəmədiini təkidlə soruşur. Sərbəst buraxılan Mol onu qara basdığı və jurnalistlər tərəfindən dövrəyə alınan Paskalın evinə qayıdır.
Bütün bu hadisələrin gedişatında Mol həyatından və işindən bezir. Buna görə də məktəb vaxtı qayçı ilə yaraladığı qızı axtarmağa gedir. Mol ondan üzr istəyəndə bu hərəkətin əslində özünü qorumaq üçün etdiyini deyir. Bunu eşidən qız ona getməsi üçün qışqırır.
Klifford Mola əsil qatili tapdıqlarını deyir və ona şübhə ilə yanaşdığı üçün üzr istəyir. Amma Paskal haqqında hələ də pis fikirləşməyini israrla vurğulayır. Rahatlayan Paskal və Mol bunu kafedə qeyd etməyə gedirlər. Orda Mol Paskala daha burda qala bilməyəcəyini və başqa yerdə yeni həyat qurmaq istədiyini deyəndə Paskal bunu qəbul eləmir. Növbəti davalarında Paskalın əsəblərini cilovlaya bilməyib Molu boğması münasibətlərini daha da pisləşdirir. Buna görə də, Mol ağlayaraq Kliffordun evinə qaçır, Paskal haqqında yalan ifadə verdiyini deyərək üzr istəyir. Bunu eşidən Klifford Molu evdən qovur.
Sahildə birlikdə içki içdiklərində Mol Paskala nə olursa-olsun onu qəbul edəcəyini deyir. Onu cinayətləri etiraf etmək üçün sıxışdırır və məktəb vaxtı qızı istəyərək vurduğunu etiraf edir. Paskal etiraf edir: "Bitti, mənim üçün heç nə deyildilər". Mol bunu eşitdiyinə görə xoşbəxt görünür. Evə qayıdanda Mol Paskaldan öpüş istəyir və öpüşəndə Paskalın kəmərini açır və sükanı burur. Qəzadan sonra ayılan Mol Paskalı boğmağa başlayır. Paskal isə "biz eyniyik" deyərək ona mane olmaq istəyir. Amma bu, Molun Paskalı boğmasına mane olmur.