Ust Cequtinski Rayonu - Wikipedia
Ust-Cequtinski rayonu (abq. Усть-Джьгваты район, kab.-çərk. Усть-Жэгуэтэ район / Усть-Жэгуэтэ куей, qaraç.-balk. Джёгетей Аягъы район, noq. Усть-Джегута район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Cequta şəhəridir.
Ust-Cequtinski rayonu | |
---|---|
44°17′ şm. e. 42°02′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Cökətəy Ayağı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1957 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87875 |
Poçt indeksi | 369300-304, 314, 316, 317, 319-321, 323, 324, 328, 329 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəQaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:qərbdə Abazin rayonu, cənubda Qaraçay rayonu, şərqdə Maloqaraçayevsk rayonu, şimal-şərqdə Stavropol diyarı, cənub-qərbdə Xabez rayonu, şimalda Prikuban rayonu. Rayonun ərazisi 890,15 km²-dir (2010-cu ildən bəri)[3].
Tarixi
redaktəUst-Cequtinski rayonu 23 yanvar 1935-ci il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təşkil edilir. 1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar Ust-Cequtinski rayonu, bütün yaşayış məntəqələri ilə birlikdə Stavropol diyarına birləşdirilir.
12 yanvar 1957-ci ildə Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi[4].
1 fevral 1963-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin qərarı ilə Ust-Cequtinski rayonu ləğv edildi.
RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 1 fevral 1963-cü il tarixli qərarı ilə Stavropol diyarının Qaraçay-Çərkəz Muxtar Vilayətində Prikubanski kənd rayonu yaradıldı. 1 fevral 1963-cü ildən etibarən Prikubanski kənd rayonunun mərkəzi Ust-Cequtinski aulu olmuşdur. Ləğv edilmiş Ust-Cequtinski rayonunun Cequtinski və Ust-Cequtinski kənd sovetlikləri Prikubanski kənd rayonuna verilir.
23 mart 1977-ci ildə RSFSR Ali Şurası Rəyasət Heyətinin Fərmanı ilə mərkəzi Ust-Cequta şəhəri olan Ust-Cequtinski rayonu yenidən təsis edilmişdir.
Əhali
redaktəRusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır[5]:
- Urbanizasiya
Şəhər şəraitində (Ust-Cequta şəhəri) rayon əhalisinin 60,75 % yaşayır.
- Milli tərkib
Xalq | 2002[6] | 2010[7] |
---|---|---|
qaraçaylılar | 31 697 (60,7 %) | 34 938 (69,31 %) |
ruslar | 12 804 (24,5 %) | 11 047 (21,92 %) |
abazinlər | 4 666 (8,9 %) | 2 252 (4,47 %) |
Çərkəzlər | 669 (1,3 %) | 438 (0,87 %) |
qaraçılar | 281 (0,5 %) | 340 (0,67 %) |
tatarlar | 326 (0,6 %) | 235 (0,47 %) |
ukraynalılar | 241 (0,5 %) | 121 (0,24 %) |
türklər | 57 (0,1 %) | 98 (0,19 %) |
noqaylar | 116 (0,2 %) | 76 (0,15 %) |
osetinlər | 95 (0,2 %) | 74 (0,15 %) |
ləzgilər | 126 (0,2 %) | 74 (0,15 %) |
ermənilər | 107 (0,2 %) | 71 (0,14 %) |
gürcülər | 86 (0,2 %) | 70 (0,14 %) |
azərbaycanlılar | 100 (0,2 %) | 61 (0,12 %) |
çeçenlər | 167 (0,3 %) | 58 (0,12 %) |
milliyyətini bildirməyənlər | 658 (1,3 %) | 454 (0,90 %) |
1959-cu il siyahıyaalınmasına görə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Ust-Cequtinski rayonunda qaraçaylılar 46.9 %, ruslar - 41.8 %, abazinlər - 7.5 % təşkil etmişdir[8]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "База данных показателей муниципальных образований Федеральной службы государственной статистики. Карачаево-Черкесская Республика". 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ "Сборник «Промышленность Ставропольского края в архивных документах (1945—1991 гг.)" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-24.
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-24.
- ↑ Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
- ↑ "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- ↑ "Этнокавказ. Национальный состав населения КЧР по переписям 1926—2010 годов". 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.