Urvan Rayonu - Wikipedia
Urvan rayonu (kab.-çərk. Аруан куей, qaraç.-balk. Урван район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Nartkala şəhəridir.
Urvan rayonu | |
---|---|
43°30′ şm. e. 43°53′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Nartkala |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 sentyabr 1921 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəUrvan rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Proxladnenski və Baksan rayonları, şərdə Mayski rayonu, cənub-şərqdə Leskenski rayonu, cənubdan Çerek rayonu, , qərbdən isə Çeqem rayonu. Rayonun sahəsi 458,10 km²-dir.
Tarixi
redaktəKabardin Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabrın 1921-ci il fərmanı ilə həmçinin Urvan daireəsidə təşkil olunur. 12 avqust 1926-cı ildə rayon aşağıdakı kənd sovetliklərindən ibarət idi: Staro-Çerekski, II Leskenski , Staro-Leskenski, Uruxski, Arqudanski, Staro-Uruxski, Jemtalinski, Psıqansuevski, Kaxunski, Nijne-Çerekski, Ozrekovski.
24 sentyabr 1926-cı ildə II Leskenski kənd sovetliyindən Erokkovski (Erokko kəndi), Psıqansuevski kənd məclisindən isə Zaraqijski (Zaraqij kəndi) ayrılır[4].
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Urvan dairəsi Urvan rayonuna çevrildi.
1937-ci ildə Urvan rayonu iki hissəyə bölünür. Nəticədə ərazisinin bir hissəsində Leskenski rayonu qurulur.
1944-cü ildə Jemtalinski və Zaraqijski kənd sovetlikləri Urvan rayonundan ayrılaraq Sovetski rayonuna birləşdirilir.
1962-ci ildə Urvan, Leskenski və Sovetski rayonlarının torpaqlarını, həmçinin Çeqem rayonunun Qermençik və Nartan kənd sovetliklərini özündə birləşdirən Urvan kənd rayonuna çevrildi.
1964-cü ilin sonunda Urvan kənd rayonu yenidən Urvan rayonuna çevrildi. Sovet rayonu əvvəlki sərhədlərinə qaytarılmış, Nartan kənd sovetliyi isə Çeqem rayonuna verilmişdir.
8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.
2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə 1 şəhər və 11 kənd yaşayış məntəqəsi statusu daşıyan 12 bələdiyyə quruldu.
Əhali
redaktə- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən şəhər şəraitində (Nartqala ş.) rayon əhalisinin 41.47 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
Kabardinlər | 57 795 | 80,51 % |
ruslar | 8 160 | 11,37 % |
türklər | 3 685 | 5,13 % |
digərləri | 2 093 | 2,92 % |
milliyyətini bildirməyənlər | 49 | 0,07 % |
ümumi | 71 782 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 7 250 | 6 892 | 14 142 | 19,70 % |
15 — 59 yaş | 23 450 | 25 535 | 48 985 | 68,24 % |
60 yaşdan yuxarı | 3 071 | 5 584 | 8 655 | 12,06 % |
ümumi | 33 771 | 38 011 | 71 782 | 100,0 % |
Kişilər — 33 771 nəf. (48,0 %). Qadınlar — 38 011 nəf. (52,0 %)[7].[8].
Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 32,6 yaş. Qadınların orta yaşı — 36,1 yaş.
İstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ Официальный сайт Урванского муниципального района Кабардино-Балкарской Республики. Постановления главы администрации Урванского муниципального района Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
- ↑ Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-14.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.