Urup Bogazi - Wikipedia
Urup_boğazı - Haqqında Məlumat
Urup boğazı (rus. Уруп (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını Qara qardaş (Brat Ciopoev) adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 30 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Semenova (Sırnoy), Kaetrikum və Svitoy (Urup) burunları vardır. Şimal hissədə Uqlovaya buxtası yerləşir. Urup adası yaxınlığında Tayra adası vardır. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
Urup boğazı | |
---|---|
rus. Уруп (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 30 km |
Uzunluğu | 20 km |
Ən böyük dərinliyi | 500 m |
Yerləşməsi | |
46°20′53″ şm. e. 150°41′58″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Urup adasını Qara Qardaş adasından |
|