Urud Zengezur - Wikipedia
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir.[2]
Urud | |
---|---|
39°29′19″ şm. e. 46°08′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.420 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMədəniyyəti
redaktəCoğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir.[3]
Əhalisi
redaktəKənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır.[4] 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur.[5] İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər,[4] 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünə[6] türk dillərində yer məzmunu əmələ gətirən — ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.[7]
1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.[8]
İqtisadiyyatı
redaktəƏkinçilik və heyvandalıq
Əhalisi
redaktəGörkəmli şəxsiyyətləri
redaktə- Əbdülmənaf Hacıyev (d.1896 — ö.1984) — Naxçıvan MSSR–nin ilk Ədliyyə Naziri, Əməkdar müəllim.
- Sabir Hacıyev (professor) — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
- Aqil Quliyev (milli qəhrəman) (d.1963 – ö.1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- Azay Quliyev — ATƏT–in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.
- Məmməd Sadıq Aran (1895–1971) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, yazıçı.
- Flora Xəlilzadə — tanınmış azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
- Musa Urud — şair, tibb elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-).
- Elşad Qurbanov — akademik, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin, botanika kafedrasının müdiri, biologiya elmləri doktoru.
- Vladimir Tahirov — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
- Yaqub Yolçiyev — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
- Bəkir Tahirov — Fizika–riyaziyyat elmləri doktoru, professor.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.252
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76–77, 146–147
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.205
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.415
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-23.
- ↑ http://www.west-land.az/index.php?mod=static&page=kendu[ölü keçid]