Ursus Arctos Middendorffi - Wikipedia
Kadyak ayısı (lat. Ursus arctos middendorffi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü.
Kadyak ayısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Kadyak ayısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əsasən Kadyak adası və Kadyak arxipelaqına daxil adalarda yaşayır. Quruda yaşayan ən iri yırtıcılar sinfinə daxildir.
Göstəriçiləri
redaktəKadyak ayısı 2,8 metr uzunluğa və 1,6 metr hündürlüyə malikdir. Yetkin ayıların çəkisi yarım tonu keçir. Ən nəhəng ayının çəkisi 780 kq olmuşdur.
Kadyak ayısı Qonur ayı növünün yarımnövünə daxildir. Onların yaşadığı ərazilər əsasən qışı qısa olması ilə fərqlənir. Onlar digər qonur ayılara xas olaraq güçlü ətraflara və əzələli bədən quruluşuna malikdir. Üstəlik quyruqlarıda nisbətən qısa olur.
Özünü aparması
redaktəOnların həyat tərzi bütünlüklə qonur ayıların həyatına bənzəyir. Nisbətən kiçik arelda yaşayırlar. Soyuq aylarda qış yuxusuna gedirlər. Onlar həm ot yeyən həm də ət yeyəndirlər. Müxtəlif növ otlar, giləmeyvələr və ən sevdikləri qida balıqklardır. Balıqların kürü tökməsi zamanı kiçik çayların kənarına yığışırlar. Balıqlar axına qarşı üzərək yuxarıya doğru atılarkən ayılar balıqları göydə ikən ovlayırlar. Əsasən tək yaşayırlar. Çütləşmə zamanı digər ayıların özlərini apardığı kimi aparırlar. Əsasən iyun və iyul ayları çütləşirlər. Qış yuxusu zamanı, yanvar və fevral ayları körpələr dünyaya gəlir. Ana balaları üç il bəsləyir. Hazırda Şimali Amerikada ancaq Kadyak və qrizli ayıları qonur ayıların yarımnövü olaraq qəbul edilir.
Ayı və insan
redaktəAyıların ovlanması onların sayının kəskin azalmasına səbəb olmuşdur. 1941-ci ildən Kadyak ayılar dövlət tərəfindən qorunur. İndi il ərzində ancaq 160 baş ayını ovlamağa icazə verilir. Ərazidə hal-hazırda 3000 baş ayı yaşayır. Ayılar turisləri adalara cəlb etsə də, insanların gəlişindən hürkən ayılar qışa kifayət qədər piy toplaya bilmir və qışı keçirə bilmir.
Bu yarımnövün öyrənilsəsində Kris Morqanın böyük xidmətləri vardır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2007.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0