Uriah Heep - Wikipedia
Uriah Heep — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrupun adı Çarlz Dikkensin «Devid Kopperfild» adlı əsərindəki personajın adından götürülmüşdür. Qrup, 1971—1973-cü illər arasında yazdığı «Look at Yourself», «Demons and Wizards» və «The Magician's Birthday» adlı hard-rok klassikası hesab edilən bu üç albom ilə dünya şöhrətini qazanır.
Uriah Heep, proqressiv rok, art rok, caz-rok və hard-rok elementlərindən ibarət öz orijinal hard-rok üslubunu yaratdı. Qrupun qızıl illərdə əsas göstəricisi mürəkkəb çoxnəsəli harmonik effektli bek-vokal partiyaları və Bayronun dramatik vokalı idi. Uriah Heep-in stilistik eksperimentlərinin rok-musiqinin inkişafına əhəmiyyətli təsiri var idi. Qrup xüsusilə çox şeydə Queen'in analoji eksperimentlərini üstələyirdi.
Qrupun on iki albomu UK Albums Chart'a düşdü. Bunlardan ən böyük müvəffəqiyyət qazananı "Return to Fantasy" oldu (7-ci yer, 1975). Qrupun on beş albomu isə Billboard 200 siyahısına adını yazdırdı. Bu albomların içərisində ən müvəffəqiyyətlisi isə "Demons and Wizards" oldu (23-cü yer, 1972). Bundan əlavə, qrupun 4 sinqılı Billboard Hot 100 siyahısına düşdü. Qrupun ən əhəmiyyətli müvəffəqiyyəti isə 1970-ci illərin ortalarında Almaniyada yazdığı "Lady in Black" sinqılının hitə çevrilməsi oldu. Qrup bir tək 1970-ci illərin ortalarında 30 milyondan çox albom satışı əldə etdi. Uriah Heep heyətinin dəfələrlə dəyişməsinə baxmayaraq, qrupun «klassik beşlisi» hesab edilirdi: Mik Boks, Devid Bayron, Ken Xensli, Geri Teyn və Li Kersleyk.
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- 1970 - Very 'eavy... Very 'umble
- 1971 - Salisbury
- 1971 - Look at Yourself
- 1972 - Demons & Wizards
- 1972 - The Magician's Birthday
- 1973 - Sweet Freedom
- 1974 - Wonderworld
- 1975 - Return to Fantasy
- 1976 - High and Mighty
- 1977 - Firefly
- 1977 - Innocent Victim
- 1978 - Fallen Angel
- 1980 - Conquest
- 1982 - Abominog
- 1983 - Head First
- 1985 - Equator
- 1989 - Raging Silence
- 1991 - Different World
- 1995 - Sea of Light
- 1998 - Sonic Origami
- 2008 - Wake the Sleeper
- 2011 - Into the Wild
- 2014 - Outsider
- 2018 - Living the Dream
- 2023 - Chaos & Colour